I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat



Yüklə 0,57 Mb.

səhifə3/21
tarix17.09.2017
ölçüsü0,57 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   21

                                   

arasında əlaqənin  olmadığını müəyyən edən nəticələr də əldə olunmuşdur. 

11

 



  Siqaret aslılığı digər  asılılıqlar kimi, həm genetik  həm də mühit kimi faktorların təsiri ilə 

yaranan kompleks davranışdır. Siqaret asılılığının genetik təsiri ilə bağlı; genioloji, əkizlər və 

molekulyar  genetik  tədqiqatlar  aparılmışdır.

12 


Əkizlərlə  aparılmış  14  fərqli  tədqiqatın 

nəticələrinin  təhlili  göstərir  ki,  nikotin  asılılığının  56%  genetik,  24%  ailə,  29%  ekoloji 

faktorlardan  qaynaqlanır.

13

Aparılan  araşdırmalar  aslılığın  inkişafında  ekoloji  faktorların 



siqaret çəkməyə başlamaqda, genetik faktorların isə uzunmüddətli istifadədən aslılığa keçiddə 

rol oynadığını göstərir.

14  

Xəstəliklərin  genetik  təməlini  araşdırmaq  üçün  aparılan əkizlər 



üzərində  tədqiqatda,  tək  yumurta  əkizləri  ilə  cüt  yumurta  əkizləri  arasındakı  konkordantlıq 

nisbəti  qiymətləndirilmişdir.  Bu  qiymətin  1-dən  böyük  olması  o  xəstəliyin  etiologiyasında 

potensial  genetik  faktorların  olduğunu  göstərir. Siqaret  aludəçisi olan  əkizlərdə  aparılan 

iki tədqiqatda  bu  nisbət 1.3  və  1.6  olaraq  tapılmışdır.

15 

Əkizlər  üzərində  tədqiqatlar  ilk dəfə 



1958-ci  ildə  Almaniya  da  aparılmışdır.

16 


Əkizlər  üzərində  aparılan  tədqiqatlar,  nikotin  

asılılığının  depressiya  kimi  eyni  ailədə  davam  etdiyini  və  böyük  nisbətdə  irsi  olduğunu 

göstərir. Genetik faktor,  tütün istifadəsi  və depressiya arasındakı  əlaqəni  qismən açıqlaya 

bilir. Bu  tədqiqatda  tək  yumurta  əkizlərində  siqaret  asılılığının  cüt  yumurta  əkizlərindən 

 

 daha çox olduğu müşahidə edilmişdir.  ABŞ, Skandinaviya, Avstraliya, Yaponiyada daha 



 

11

Özen  Ş,  Arı  M,  Gören  S,  ve  ark.  Tıp  Fakültesi birinci  ve  altıncı  sınıf  öğrencilerinde sigara  ve  alkol  kullanım  sıklığı.  



Anadolu Psikiyatri  Dergisi  2005;  6:  92-98.8,Marakoğlu K, Çivi S, Şahsıvar Ş, Özdemir S. Tıp Fakültesi birinci ve ikinci sınıf 

öğrencilerinde sigara içme durumu ve depresyon yaygınlığı arasındaki ilişki.  Bağımlılık  Dergisi,  2006;  7:  129-134,Akvardar Y, 

Demiral Y, Ergor G, Ergor A. Substance use  among  medical  students  and  physicians in  a  medical  school  in  Turkey.  Soc  

Psychiatry Psychiatr  Epidemiol  2004;  39:  502-506.( www.everydayhealth.com/depression/smoking-and-depression.) 

12

Sullivan PF, Kendler KS. The genetic epidemiology of smoking. Nicotine Tob Res 1999; 1:51–57(www.rcpsych.ac) 



13

True WR,  Heath AC,  Scherrer JF, Waterman B, Goldberg J, Lin  N  et  al. Genetic  and environmental contributions to smoking. 

Addiction 1997; 92:1277–1287(/www.mentalhealth.org.) 

14

Carmelli  D,  Swan  GE,  Robinette  D,  Fabsitz  R.  Genetic  in  fluence  on  smoking–a  study  of  male  twins.  N  Engl  J  Med  1992; 



327:829–833(www.apa.org) 

15

Edwards KL, Austin MA, Jarvik GP. Evidence for genetic influences on smoking in adult women twins. Clin Genet 1995. 



16 

Akgün GA, Tufan AE, Yurteri N, Erdoğan A. Dikkat eksikliği hiperaktivite bozukluğunun genetik boyutu. Psikiyatride Güncel 

Yaklaşımlar-Current Approaches in Psychiatry 2011; 3:15-48 (www.bagimlilikdergisi.net) 



                                   

geniş  diametrli  nümunələrlə  bu  mövzuda  tədqiqatlar  icra  edilmişdir.  Bu  tədqiqatlar  siqaret 

asılılığına  əlavə  olaraq  siqaretə  başlama  yaşı,  çəkmə  miqdarı,  siqareti  tərgidə  bilmək  kimi 

siqaret  çəkmə  davranışlarının  təşkil  edilməsində  də  genetik  faktorların  rolunun  olduğunu  

göstərmişdir.

17

 

  Digər    bir  araşdırma,  siqaret  çəkmənin  eyni  zamanda    depressiya  ilə    yaxın    əlaqəsi    olan 



həyacan pozuntusu riskini də artırdığını  göstərdi.

18

 



  Dinn və həmkarlarının apardıqları tədqiqatda siqaret çəkən və çəkməyən qrupda, depressiya 

və  həyacan ilə siqaret çəkmə arasında əlaqə tapmamışdır, lakin Rezvanfard və digərlərinnin 

apardıqları tədqiqatda  isə yüksək siqaret asılılığı olan qrupda depressiya balları daha yüksək  

olmuşdur.

19 

Tədqiqatın  obyekti. Tədqiqatda 200 nəfər oğlan  iştirak etmişdir (100 nəfər siqaret   çəkən 



(əsas  qrup)  100  nəfər    siqaret  çəkməyən(kontrol  qrup)).  Araşdırmaya  cəlb  olunanlar  18-24 

yaş arası oğlanlar təşkil edir. Tədqiqata cəlb olunanlar respublikamızda fəaliyyət göstərən ali 

təhsil  ocaqlarının  tələbələri  olmuşdur  (Bakı    Dövlət  Universteti,  Azərbaycan  Tibb 

Universteti,  Xəzər  Universteti,  Azərbaycan  Dillər  Universteti,  Azərbaycan  Texnologiya 

Universteti,  Gəncə  Dövlət  Texnologiya  Universteti,  Azərbaycan  Memarlıq  və  İnşaat 

Universteti). Hər bir iştirakçıya tədqiqatın məqsədi haqqında informasiya verilmiş, tədqiqatda 

iştirak edənlərdən məlumatlı razılıq alınmışdır.

 

Tədqiqatın  predmeti.  Siqaret  çəkən  və  çəkməyən    gənc  oğlan  tələbələr  arasında  depressiv 



vəziyyətin ölçülməsi , siqaret çəkənlərdə aslılığın müəyyən edilməsi. 

Tədqiqatın fərziyyəsi. 

 1.Depressiyaya  meyilli    olan    nikotin  asılılarının    vərdişlərini    tərk  etmək  üçün    daha  çox 

zamana ehtiyacları  olur. 

  2.Depressiya- nikotin  asılılığı  üçün  bir  risk faktorudur. 

17

 Tezel A. Sigara içme ve depresyon. Atatürk Üniv. Hemşirelik Yüksekokulu Dergisi 2002; 1-3 s.(www.yesilay.org.tr/tr/.../sigara-



ve-tutun-bagimliligi) 

18 


Snaith RP, Zigmond AS. The hospital anxiety and depression scale. Br Med J, 1986;292:344.( www.cdc.gov) 

19 


Rezvanfard  M,  Ekhtiari  H,  Mokri  A,  Djavid  G,  Kaviani  H.Psychological  and  Behavioral  Traits  in  Smokers  and  Their 

Relationship with Nicotine Dependence Level. Archives of Iranian Medicine 2010; 395-405 p.( www.apa.org) 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə