I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix17.09.2017
ölçüsü0,57 Mb.
#300
1   2   3   4   5   6   7   8   9   ...   21

                                   

 3.Siqareti  tərgitmək,  depressiyaya  meyilli  olan  şəxslərdə  yeni  bir  depressiv  dövrü 

sürətləndirə bilər. 

 4.Siqaret çəkənlərdə depressiya  göstəricisi çəkməyənlərə nisbətdə çoxluq təşkil edir.      

Tədqiqatın məqsədi. Tədqiqat işinin başlıca məqsədi 18-24 yaş arası kişilərdə siqaret çəkmə  

sıxlığını təyin etmək və depressiya ilə əlaqəsini ortaya qoymaqdır. 

Tədqiqatın  vəzifələri.  Qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  üçün  aşağıda    qeyd  olunan 

vəzifələrin həlli vacib hesab edilmişdir.

 

1.Siqarət çəkənlərdə depressiya ehtimalının təsirini müəyyənləşdirmək.



 

2.Siqaret çəkənlərdə aslılığın dərəcəsini müəyyənləşdirmək.

 

3.Siqaret  çəkən  və  çəkməyənlərin  sosial  göstəricilərinin  dinamikasını  sistemli  şəkildə 



öyrəndikdən sonra tövsiyələr irəli sürmək.

 

Tədqiqatın gedişində istifadə olunan metodikalar. 



 

1.Sosial-demoqrafik xüsusiyyətləri və siqaret çəkmə vərdişini təyin etmək üçün xüsusi işlənib 

hazırlanmış anket vaistəsilə göstəricilər qeydə alınmışdır;

 

2.Depressiya səviyyələrini qiymətləndirmək üçün Bek Depresiyya Testi (BDT) tətbiq olundu;



 

3.Nikotin asılılığını qiymətləndirmək üçün Fagerstrom Asılılıq Testi(FBT)istifadə edilmişdir;

 

Tədqiqatın  elmi  əhəmiyyəti.  Apardığımız  tədqiqat  işi  böyük  elmi  əhəmiyyətə  malikdir. 



Tədqiqat  gənc  nəslin  psixoloji  və  fizioloji  sağlamlığı  üçün  gələcək  də  bu  istiqamətdə 

aparılacaq tədqiqat işləri üçün zəmin rolunu oynaya  bilər.

 

Tədqiqatın elmi yeniliyi və praktik əhəmiyyəti. Tədqiqatda Azərbaycanda ilk dəfə olaraq 



siqaret çəkmə ilə depressiya arasındakı əlaqə araşdırılmışdır.

 

Tədqiqat işinin nəticələri  orta 



və ali məktəblərdə mütəmadi  maarifləndirici psixoloji treninq və seminarların təşkilində  

istifadə edilə bilər. 

Dissertasiya  işinin  quruluşu.  Dissertasiya  işi  giriş,  4  fəsil,  nəticə,ədəbiyyat  siyahısı  və  

əlavələrdən ibarətdir. 

 

 



10 

                                   

I FƏSİL.TÜTÜN HAQQINDA ÜMUMİ MƏLUMAT 

     1.1.Tütün  haqqında ümumi  məlumat 

Tütün badımcançiçəklilər  (Solanaceae)    fəsiləsinin    Nicotiana   L.    cinsinə    aid  olan   birillik  

bitkidir.  Əsl  tütün Nicotiana tabacum L. adlanır. Tütün 120 ölkədə yetişdirilir. Dünya üzrə 

kənd  təsərrüfatı  üçün  yararlı  olan  torpaqların  təxminən  4  milyon  hektarında  tütün  bitkisi 

becərilir. Tütün yarpağında 1-3 % nikotin, 1 % efir yağı, 4-7 % qətran, 7-10 % zülal,4-13 % 

sulu  karbonlar  və  13-15  %  kül  elementləri  vardır.  Tütün  haqqında  ilk  yazılı  məlumatlara 

bizim  eradan  əvvəl V  əsrə  aid  olan  mənbələrdə  rast  gəlinsə  də,  şərqi  asiyalılara  bu  bu  bitki 

çox 

qədim 


zamanlardan 

məlum 


idi. 

Bu 


bitki 

Amerika 


hindullarına 

tarixi 


müəyyənləşdirilməmiş qədim dövrlərdən məlumdur. Bu səbəbdən də tütünün vətəni Amerika 

sayılır.  Tütün  çəkən  ilk  avropalılar  1492-ci  ildə  Amerika  qitəsinə  ayaq  basan  Kolumbun 

ekspedisiyasının  üzvləri  olmuşdu.  Hər  il  yer  kürəsində  8  milyon  ton  tütün  istehsal  olunur. 

Tütünün  zərərli  bitki  olması  haqqında  ilk  dəfə  XVI  əsrin  axırlarında  məlumat  verilir. 

Dünyada geniş şəkildə istifadəsi isə ancaq  XIX  əsrdə sənaye inqilabından sonra başlamışdır. 

1950-ci  ilə  qədər  isə  sağlamlıq  üçün  zərərləri  mövzusunda  ciddi  nəşr  olmamışdır.  1950-ci  

ildə nəşr olunan 5 əhəmiyyətli iş siqaret ilə xərçəng xəstəliyi əlaqəsinə diqqət çəkmişdir. Belə 

ki,1586-cı ildə Almaniyada ” De plantis epitome utilissima” jurnalında çıxan məqalədə tütün 

təhlükəli  bitki  adlandırılır.  Onun  tüstüsünün  orqanizmə  zərərli  təsiri  isə  ilk  dəfə  bundan 

təqribən  200  il  sonra  1762-ci  il  də  İngiltərədə  Con  Xill  tərəfindən  öyrənilir.  Bu  dövrdən 

başlayaraq  tütün  çəkməyin  insan  orqaniziminə  təsiri  geniş  tədqiq  olunmağa  başlayır.  XVIII 

əsrin  axırlarında  Amerikalı  tədqiqatçı  Samuel  Tomas  Van  Semmeriq  tütün  çəkilməsinin 

xərçəng  xəstəliyinə  səbəb  olduğunu  bildirir.

20 


1818-ci  ildə  Almaniyanın  Heydelberq 

universtetinin  tələbələri  nikotinin  farmakologiyası  haqqında  dissertasiya  yazaraq  onun 

qorxulu zəhər olduğunu elmi cəhətdən əsaslandırdılar. 

20 


Qəniyev. M. Farmakologiya  I hissə. Bakı;2010, 199-206 s 


11 

                                   

   XX  əsrdə  isə  nikotinin  çox  güclü  psixoaktiv    maddə  olduğu  müəyyənləşdirilir.  Nikotinin 

kofein və marixuanadan güclü lakin alkoqol kokain və heroindən zəif aslılıq törədir. Məlum 

psixoaktiv maddələr içərisində ən güclü psixi aslılıq halını nikotin törədir. Məhz buna görədir 

ki,  siqareti  tərgidən  insanların  cəmi  7%-i  bir  il  müddətinə  buna  dözə  bilirlər.  Qeyd  etmək 

lazımdır  ki,  orqanizimdə  xroniki  tütün  çəkilməsini  xarekterizə  edən  neyrokimyəvi 

dəyişikliklər  kokain,  morfin  və  heroinin  qəbulu  zamanı  meydana  çıxan  dəyişikliklərə  çox 

oxşardır.  Odur  ki,  1988-ci  ildə  ABŞ-ın  baş  cərrahının  məruzəsində  nikotin  narkotik  elan 

olunmuş  və  1992-ci  ildə  tütünün  törətdiyi aslılıq  Xəstəliklərin  ümumdünya təsnifatına  daxil 

edilmişdir.  Nikotin  toxuma  baryerlərini  çox  yaxşı  keçir,  odurki  insan  orqaniziminin  elə  bir 

sistem  toxuması  və  hüceyrəsi  yoxdur  ki,  siqaret  tüstüsü  və  onun  tərkibində  olan  zərərli 

maddələr ona təsir göstərməsin. 

  1964-ci  ildəki  də  "Surgeon  General"  hesabatı  ilk  dəfə  rəsmi  olaraq,  siqaret  çəkmənin  

ağciyər xərçəngi ilə əlaqəsini bildirmişdir. Bundan sonra aparılan tədqiqatlarda da inkar edilə 

bilməyəcək  şəkildə  siqaretin  ağciyər  xərçənginin  bütün  histolojik  tipləri  (yastı  epitelli 

xərçəng,qarışıq  xərçəng,diferensiasiya  etməmiş  xərçəng  və  adenokarsinoma)  üçün  həm 

kişidə,  həm  də  qadında  başlıca  səbəb  olduğu  sübut  edilmişdir.  Ağciyər  xərçəngi  ən  sıx 

görülən  xərçəng  növlərindəndir;  bütün  dünyada  illik  1.3  milyon  insanı  öldürən  xərçəng 

sağlamlıq problemlərindən biri olmağa davam edir.

21 

Əsrlər keçdikcə tütünün yalnız qəbul olunma yolları dəyişmişdir. XVIII əsrdə iylənilən tütün  



XIX əsrdə siqaralar, XX əsrdə isə sənaye yolu ilə istehsal olunan siqaretlər geniş yayılmışdır. 

Siqaretlərin istehsalı ilə əlaqədər tütünün istifadəsi hədsiz dərəcədə artmışdır. Ceyms Bonsak 

1981-ci  ildə  siqaret  hazırlayan  cihaz  kəşf  etdikdən  sonra  siqaretdən  istifadə  göstəriciləri 

qlobal  miqyasda  yüksəlməyə  başlamışdır.  XX  əsrin  60-cı  illərindən  başlayaraq  tütünçəkmə 

ilə bağlı yaranan  sağlamlıq problemləri artıq danılmaz idi. Bəzi ölkələrdə siqaret çəkmə eyni 

səviyyədə  qalmış,bəzilərində  hətta  azalmışdır.  Siqaret  istehsalı  tütün  məmulatlarının  ən 

böyük hissəsini (ümümi satışın 96%)təşkil edir

22



   

21 


Ə.Həsənov Pataloji Anatomiya, Bakı ;2007,396 s 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə