I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat



Yüklə 0,57 Mb.

səhifə8/21
tarix17.09.2017
ölçüsü0,57 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

21 

                                   

orqanlarının  hesablamasına  görə,  siqaret  çəkmə  səhnələrinin  yer  aldığı  filmlərin  ancaq 

böyüklər üçün nəzərdə tutulduğu barədə xəbərdarlıq olarsa, gənclər arasında bu zərərli vərdişi 

20% azaltmaq  və gələcəkdə 1  milyon insan ölümünün qarşısını  almaq  olar. ABŞ ilə yanaşı, 

siqaret çəkmə səhnələri olan filmlər Almaniya, Niderland, Polşa, İslandiya, İtaliya və Böyük 

Britaniyada, habelə Argentina və Meksikada da çəkilib. DST dövlətlərə siqaret çəkmə səhnəsi 

olan  filmləri  yeniyetmələrin  baxması  qadağan  edilən  filmlər  siyahısına  salmağa,  bu  ekran 

əsərlərinin nümayişindən əvvəl isə kinoteatrlarda və telekanallarda tamaşaçıları tütünün zərəri 

barədə  xəbərdar  etməyə  çağırır.  Bundan  başqa,  siqaret  çəkməyi  reklam  edən  istənilən 

videomaterial dövlət subsidiyalarından məhrum edilməlidir.

33 


  Tütün  məhsulllarının  qutularının  üzərində  verilən  sağlamlıq  xəbərdarlıqları  bütün 

istifadəçilərin əhatə edilməsinə zəminlik yaradır. 1960-ci ildən başlayaraq siqaret qutularının 

üzərindəki  xəbərdarlıq  etiketlərində  siqaret  çəkməyin  ziyanlı  olduğu  qeyd  edilirvə  onu 

tərgitməyə çağırır. Hal-hazırda bir çox ölkələrədə siqaret qutularında xəbərdarlıq etiketlərinin  

olması  tələb  kimi  qoyulur  və  yeni  qanunlar  xəbərdarılq  yazılarının  ölçülərini  böyütmək, 

mənasını  gücləndirmək  və  qrafik  qurluşunu  yaxşılaşdırmağı  tələb  edir.  Avropa  Birliyinin 

2015-ci  il  mart  ayı  qərarına  əsasən  2016-cı  ildən  etibarən  siqaret  paketlərinin  üstündə 

siqaretin  yol  açdığı  müxtəlif  xəstəlikləri  əks  etdirən  fotoşəkillər  əks  olunacaq.  Bu  qanun 

Avropa Birliyinə üzv olan 28 ölkədə 20 may 2016-cı il tarixindən etibarən qüvvəyə minəcək. 

2016-ci  ildən  siqaret  istifadəçilərini  siqaretdən  uzaq  tutmaq  üçün  paketlərin  üstündə  yazılan 

yüngül,  zərərsiz,  təbii tütün kimi ifadələr qadağan edilib.

 

  Dünyanın  bir  çox  ölkəsində  siqaret  istifadəsini  azaltmaq  üçün  müxtəlif    tədbirlər  həyata 



keçirilir. Bu tədbirlərdən biri də qanuni olaraq siqaret paketləri üzərində siqaretin zərərləri ilə  

bağlı    yazıların  olması  zəruriliyidir.    Sigaret  paketləri  üzərindəki  xəbərdarlıqların  tütün 

istifadəsinin qarşısı alınması istiqamətində əhəmiyyətli bir addımdır. İstifadəçilər siqaret pa-

ketləri üzərindəki xəbərdarlıqları sıxlıqla görürlər. Gündə bir paket siqaret çəkən şəxs bu 

33

GERÇEK, DOĞAN/ Sigara Paketleri Üzerindeki Yazılı ve Birleşik Uyarıların Üniversite Gençleri Üzerindeki Etkisinin 



İncelenmesi 2012,3-5s  (www.korhek.org)

 



22 

                                   

xəbərdarlıqlarla ildə ən azı 7000 dəfə üzləşmək vəziyyətində qalır. Bu da hər siqaret çəkmək 

istədiyində siqaretə qarşı bir müqavimət yaranmasına səbəb ola bilər.

34 

  Almaniyada  aparılan  bir  araşdırmada  yazılı  xəbərdarlıqların  istifadəçilər  tərəfindən 



qavranıldığına  dair  nəticələr  ortaya  qoymuşlar.  Araşdırmada,  siqaret  paketləri  üzərindəki 

xəbərdarlıqların  araşdırmaya  qatılanların  90%-i  tərəfindən  oxunduğunu  göstərmişdir. 

Xəbərdarlıqları tez-tez və çox sıx oxuyanlar (34%), nadir olaraq və heç oxumayanlara (27%) 

nisbətlə  30  gün  içində  siqareti  tərgitmək  istədiklərini  daha  çox  bildirmişlər.

35 

Bir  başqa 



araşdırmada  siqaret  paketləri  üzərindəki  xəbərdarlıqların  təsiri  ilə  bağlı  701  universitet 

tələbələrinin  fikirlərini qiymətləndirmişlər.

36 

Tədqiqatda   tələbələrə görə  siqaret  istifadəsinin 



qarşısı  alınması  məqsədiylə görülən tədbirlər  arasında  ən təsirli olanları qapalı yerdə  siqaret 

çəkmə  qadağası    (46.2%)  və  siqaretə  edilən  qiymət  artımlardır  (35.7%).  2020-ci  ildə  nanə 

tozu ilə dadlandırılmış siqaretlərin satışı da qadağan ediləcək

Bir çox ölkələrdə,xüsusilə tibbi 



marifləndirmənin  az  maliyyələşdirildiyi  yerlərdə  tütün  sənayəsi  bu  amildən  istifadə  edərək 

gənclərin siqaret çəkməsinə qarşı çıxan proqramları maliyyələşdirərək öz ictimai nüfuzlarını 

artırmağa  çalışırlar.  Təəccübli  deyil  ki,  tütün  sənayesi  tərəfindən  maliyyələşdirilən  bir  çox 

proqramlarda gənclərin tütün  istifadə  etmə  vərdişlərinə  çox  az  təsir  edə biləcək tədbirlərdən 

istifadə  olunur.  Bir  çox  hallarda  onlar  siqaret  çəkməni  yetkinlik  və  azadlıq  ideyaları  ilə 

əlaqələndirilərək gəncləri tütündən istifadəyə həvəsləndirirlər. 

Sağlamlığın Qorunmasında İstifadə olunan Strategiyalar 

34

Telli  C.,  Aytemur  Solak  Z.,  Özol  D.,  Sayıner  A.  “Üniversiteye  Başlayan  Öğrencilerin  Sigara  İçme  Alışkanlıkları”.  Solunum 



Dergisi, 6(3): 101-106, (2004).Zillmann,  D.,  &  Gan,  S.  (1996). (

docplayer.biz.tr)

  

35

Effects  of  threatening images in news programs on the perception of risk to others and  self. Medienpsychologie: Zeitschrift für 



Individual-und  Massenkommunikation  8,  288–305.(  Erciyes  Tip  Dergisi  (Erciyes  Medical  Journal)  2009.126-134)( 

www.korhek.org) 

36

Myers MG. Smoking intervention with adolescent substance abusers. Initial recommendations. J Subst Abuse Treat. 1999; 289-



98(

profiles.ucsd.edu/mark.myers) 

 

 



23 

                                   

  ABŞ, Almaniya və Koreyada sağlamlığın qorunması və dəstəklənilməsi istiqamətində 3 əsas 

başlıqdan ibarət mübarizə tədbirləri tədqiqat xarekteri daşıyaraq həyata keçirilmişdir.

37 

1.  İlkin  İstiqamət:  Hədəf  risk  faktorlarının  ortadan  qaldırılması  və  müdafiə  faktorlarının 



gücləndirilməsiylə həyat keyfiyyətini yaxşılaşdırmaq, bu səbəbdən fərdi mənfi təsirlərə qarşı 

dayanıqlı hala gətirməkdir. Bu sahədə şəxsin siqaret istifadə etməsinə maneə olaraq, asılılığın 

inkişafına  maneə törədirlər.  Buradakı  məqsəd  zərərli maddələrlə  fərdi heç qarşılaşdırmamaq  

ya da qarşılaşdığında da sağlamlığını qoruması üçün ona  qarşı  vərdiş və davranışları inkişaf 

etdirməkdir. 

2.  İkinci  İstiqamət:  İlkin  tədbirin  üzərində    qurulur.  Hədəf  siqaret  istifadə  etməyə  yeni 

başlayan şəxsləri erkən tanıyaraq onları erkən müalicə etmək və siqaretə qarşı davranışlarını  

inkişaf etdirmələrini təmin etməkdir. 

3.  Üçüncü  İstiqamət:  Asılılığın  müalicəsinə  yönəlir.  Maddə  aludəçisi  olan  şəxslərə  tətbiq 

olunan  müalicə  sayəsində  maddə  istifadə  etməyə  yenidən  başlama  nisbətləri  azaldılmağa 

istiqamətlənir.

  

Bu  proqramlarda  gənclərə  praktiki  məlumatlar  verilərək  şəxsiyyətin  və  ictimai  məsuliyyətin 



gücləndirilməsi,  bacarıq  vərdiş  və  davranışlarını  inkişaf  etdirilməsinə  məqsəd  qoyulmuşdur. 

Bu  strategiyalar  siqaret  istifadə  etməyən  ya  da  yalnız  sınaq  olaraq  yeni  başlayan 

istifadəçilərdə təsirli olduğu bildirilmişdir.

38 


 

 

 



 

 

 



37

 Dokuz Eylül Üniversitesi Buca Eğitim Fakültesi Dergisi  (2009) 25-26 s (www.korhek.org) 

 38

Fidan  F.,  Sezer  M.,  Demirel  R.,  Kara  Z.,  Ünlü  M.  “Öğretmenlerin  Sigara  İçme  Durumu  ve  Sigara  Yasağı  Karşısındaki 



Tutumları”. Toraks Dergisi, 7(3): 196-199 s, 2006.( www.ctf.edu.tr/stek/pdfs/62/6222.pdf) 




Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə