I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix17.09.2017
ölçüsü0,57 Mb.
#300
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

24 

                                   

      II FƏSİL.DEPRESSİYA HAQQINDA MƏLUMAT 

 

       2.1.Depressiya haqqında ümumi məlumat 



  Depressiya  qədim  zamanlardan  məlum  olan  xəstəlikdir.  Günümüzdə  emosional    pozuntu 

olaraq  təsnif  olunan  depressiyanın  xüsusiyyətləri  Yunan  Roma  həkimləri  və  filosofları 

tərəfindən  müəyyən  olunmuşdur.  Qədim  dövrlərdən  daha  çox  melanxoliya  olaraq  bilinirdi. 

Bu təyin etmə  XIX əsrin ortalarına qədər  davam etmişdir. 

 

  Depressiya  –  həyəcan,  yüksək  halsızlıq,  gərəksizlik  hissi,intihara  dair  fikirlər,  iştahanın 



azalması,  yuxusuzluq,  psixomotor  tormozlanma  və  ya  həyəcan,  həmçinin  müxtəlif  somatik 

simptom  və  şikayətlərlə  müşayiət  olunan,  əhval-ruhiyyənin  enməsi  ilə  səciyyələnən  psixi 

pozuntudur.  Bir  əlamət  və  ya  sindrom  kimi  depressiya  bir  çox  somatik  və  ya  psixi 

xəstəliklərin  əlaməti  və  ya  nəticəsi  kimi  meydana  gələ  bilər.  Belə  hallarda  heç  də  həmişə 

depressiyanın  ümumi  patogenetik  mexanizmlərə  malik  olmasını,  onun  xəstəliyə  ikinci 

psixoloji reaksiya olmasını (özünü göstərməsini) və ya onun digər xəstəlikdən asılı olmayaraq 

yaranmasını müəyyənləşdirmək mümkün olmur. Digər hallarda depressiya, müstəqil affektiv 

pozuntu (depressiv epizod, rekurrent depressiya, distimiya, depressiv reaksiya) və ya bipolyar 

affektiv pozuntunun tərkib hissəsi olur.

39 


  Yüngül,  orta  və  ağır  variantlarda  təsadüf  edən  bu  pozuntu  zamanı  xəstələr  əsas  etibarilə 

əhvali-ruhiyyənin  aşağı  enməsindən,  maraq  və  zövqün  yoxluğundan,  enerjilərinin  olduqca  

zəifləməsindən  şikayət  edirlər.  Ümumi  yorğunluq  və  fəallığın  xeyli  enməsi  xəstələri  az 

hərəkətli  və  ya  hərəkətsiz  vəziyyətdə  qalmağı  məcbur  edir.  Xəstəliyin  kilinik  mənzərəsini 

əhatə edən digər əlamətlərə XBT-10-da təsbit edilən aşağdakıları da aid etmək olar: 

1)Diqqətini cəmləmək qabiliyyətinin enməsi; 

2)Özünə inamın və özünü qiymətləndirmənin enməsi; 

3)Özünü alçatma və təqsirləndirmə ideyası; 

4)Gələcəyi tutqun və pessimist görmək; 

39

Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi.Bakı:2009 ,7-10 s.



 


25 

                                   

5)Özünə xəsarət yetirmək və ya suisidal fikirlər

6)Yuxu pozuntusu; 

7)İştahın zəifləməsi.

40 


Depressiya həm bədənimizə, həm də düşüncə, duyğu və davranışlarımıza mənfi şəkildə təsir 

etməkdədir.  

  Depressiya  daha  çox  psixi  pozuntunun  bio-psixo-sosial  modelinə  uyğun  gəlir.  Depressiya 

zamanı  aşağıdakı  bioloji  faktorlar  mühüm  rol  oynayırlar:irsi  xarakter  daşıyan  depressiyaya 

meyllilik,  bəzi  somatik  xəstəliklər  (xüsusilə  xroniki  və  residiv),  alkoqolun  və  narkotik 

maddələrin  qəbulu,  bəzi  dərman  maddələri.Psixoloji  faktorlar  arasında  uşaqlıqda  yaşanan 

psixotravmalara,  ailə  və  şəxsiyyətlərarası  problemlərə,  həyatda  baş  verən  mühüm 

dəyişikliklərə, yaxın adamın ölümü və ya ağır xəstəliyi ilə bağlı həyəcan hissinə və tənhalığa  

daha  mühüm    əhəmiyyət  verilir.  Depressiyanın  inkişafına  səbəb  olan  sosial  faktorlara 

müharibə  daxil  olmaqla,  arzu  olunmaz  sosial  dəyişiklik,  təbii  fəlakət,  qəza,  yoxsulluq, 

işsizlik, cinayətkarlıq, sosial müdafiəsizlik aiddir.

41  


Müasir dövrdə psixi problemlərin varlığı 

diqqət çəkəcək ölçüdə artmışdır.

 

  Depressiya  geniş  yayılmış  psixi  pozuntudur.  Aparılan  epidemiyoloji  tədqiqatlar,  major 



depressiya və distimik pozuntu qadınlarda 2.2-5.4%, kişilərdə 1.2-2.6% aralığında  olduğunu 

müəyyən  etmişlər.

42 

Dünyanın  bir  çox  ölkələrində  aparılan  tədqiqatlarda  cinsiyyətlərarası 



fərqlər  hər  yaş  qrupunda  mövcud  olmaqla  birlikdə  gənclərdə  və  orta  yaşlı  qrupda  bu  fərq 

uşaqlar və yaşlılar qrupundan daha diqqətə çarpandır.   

  Təxminən  15%-lik  göstərici  ilə  depressiya  dünyada  ən  sıx  görülən  psixi  pozuntularından 

biridir.  Müxtəlif  mənbələrə  əsasən  böyük  yaş  qrupuna  aid  olan  əhalinin  həyatı  boyu 

depressiyaya “yoluxması”, kişilər arasında 2,5%-dən 10%-dək, qadınlar arasında isə 5%-dən 

20%-dək dəyişir.

43

 Eyni zamanda bütün dünyada depressiyanın yayılma səviyyəsinin



 

40

Ismayılov N.V Psixiatriya. Bakı :2013, 240 s  



41

Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol , 10 s. 

 

42

Antony JC, Petronis KR (1991)Suspected risk factors fordepression among adults 18-44 years old 2000. Epidemiology,123 



43

Bruce ML, Hoff RA  (1994) Social  and health  risk factors  for first-onset  major  depressive  disorder in a community  sample.Soc 

Psychiatry Psychiatr Epidemiol, 165-170(

www.researchgate.net

)

 



26 

                                   

yüksəlməsi  və  bu  məfhumun  gəncləşməsi  tendensiyasını  qeydə  alır.  Depressiyanın  yayılma 

səviyyəsi  uşaqlar  arasında  2%,  yeniyetmələr  arasında  4-8%  təşkil  edir.  Azərbaycanda 

depressiv  pozuntunun  aşkarlanmasının  kifayətsizliyi  şəraitində  ÜST-nın  (2002)  rəsmi 

statistikasına  əsasən  ölkəmizdə  depressiya,  ürək  damar  xəstəliklərindən  (13%)  və  aşağı 

tənəffüs  yollarının  infeksiyasından  (11%)  sonra  əlilliyə  görə  təshih  edilmiş  ömür  illəri 

(DALY:  Disability  Adjusted  Life  Year)  göstəricisi  üzrə  üçüncü  yerdə  durur.  Depressiya 

DALY göstəricisi üzrə neyro psixiatrik hallar arasında birinci yeri tutur.

44

 



Depressiv  pozuntuların  ən çox araşdırılan növü   major depresiv pozuntu  olmuşdur. 

 Major  depressiya  xəstəliklərə,  intihara  və  hətta  cinayətə  belə  yol  aça  bilir.  Tədqiqatçılar 

depressiyada  olan  və  olmayan  insanların  beyinlərini  müqayisə  etdilər.

45

  Depressiyada  olan 



insanların  beyinlərində  dəyişikliklər  aşkar  olunmuşdur.  Məsələn,  hipokampus  depressiya 

keçmişi olanlarda daha kiçikdir. Daha kiçik hipokampusun daha az serotonin  qəbul

 

ediciliyi 



vardır.  Serotonin,  bədən  və  beyindəki  sinirlər  arasındakı  əlaqəni  mümkün  edən  bir 

neyrotransmitter  olaraq  bilinən  rahatlaşdırıcı  bioloji  mediatırdır.  Ayrıca,  neyrotransmitter 

norepinefrinin də depressiya ilə əlaqəli olduğu düşünülməkdədir. Bəzi tədqiqatçılar, depresiv 

insanlarda stress hormonu kortizolun həddindən artıq çox olduğunu müəyyən etmişlər.

46

 

  Fransız tədqiqatçıların araşdırmasına görə, bir  neçə dəfə depressiya yaşayan şəxslərin beyin 



fəaliyyətlərinin  dəyişdiyi,  bu  vəziyyət  konsentrasiyaya  və  diqqətə  təsir  etdiyi  məlum 

olmuşdur.

47

ABŞ-da  Dr.  Larus  S.Gudmundsson  apardığı  araşdırmada,  migren  və 



depressiyadan şikayətçi olan insanların beyin həcmlərinin daha kiçik olduğunu ortaya qoydu. 

Araşdırmaya  görə  hər  iki  narahatlığa  sahib  olan  insanların  beyinlərinin  digər  insanlara 

müqayisə də 19.2 millimetr daha kiçik olduğu məlum oldu. 

44

Desai  HD,  Jann  MW  (2000)  Major  depression  in  women:  A  review  of  the  literature.  J  Am  Pharm  Assoc  (Wash),    525-537.( 



www.yenisymposium.net) 

45

Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. 15 s 



 46 

Geber M, Gath D, Mayou R, Cowen P: Oxford textbook of psychiatry. 3

rd

edition. Oxford Univ. Press, Londra, 1996.sf:197-245.



 

(www.psikofarmakoloji.org) 

47

Smoking  and  the  Brain  Brit.  Med.  J  (2000)  320:  1087(Van  Tıp  Dergisi,  Cilt:21,  Sayı:1,  Ocak/2014)(  www.psikiyatri.org.tr  › 



Ruhsal Hastalıklar) 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə