İ. H. Aliyev y.Ə. MƏMMƏdov



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix25.11.2017
ölçüsü0,55 Mb.
#12227
  1   2   3   4   5   6   7   8   9   ...   20


 

İ.H.ALIYEV  

Y.Ə.MƏMMƏDOV  

 

 

 

 

“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ 

BAXIŞ” INKIŞAF KONSEPSIYASININ 

NƏZƏRI-METODOLOJI ƏSASLARI 

 

 

 

 

 

BAKI - 2012 


 

 

 



 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  İqtisadiyyat 



İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur. 

 

Elmi redaktor:  

-

 



A.K.Ələsgərov,  

AMEA  İqtisadiyyat  İnstitutunun  şöbə  müdiri,  AMEA-

nın müxbir üzvü, i.e.d., professor  

-

 



R.S.Abdullayeva, i.ü.f.d., dos.  

 

Rəyçilər:  İ.A.Kərimli, i.e.d., professor  

                A.M.Mustafayev, i.ü.f.d., dos. 

 

İsa Hüseyn oğlu  Alıyev,  Yaşar  Əzimağa  oğlu  Məmmədov  

“Azərbaycan  2020:  Gələcəyə  baxış”  inkişaf  konsepsiyasının 

nəzəri-metodoloji əsasları”. Bakı,«AVR0PA» 2012. 90 səh 

 

Kitabda  Azərbaycan  Respublikasının  Prezidenti  cənab 



İlham Əliyevin  irəli sürdüyü “Azərbaycan 2020: Gələcəyə baxış” 

inkişaf  konsepsiyasının  aşağıdakı  məzmun  elementləri,  o 

cümlədən: hazırlanma və tətbiqi istiqamətləri, mərhələliyi, ölkənin 

sosial-iqtisadi  inkişaf  modelinin  təkmilləşdirilməsinin  əsasları, 

Azərbaycanın  iqtisadi  inkişaf  modelinin  məzmun  çalarları, 

dayanaqlılığının  təmin  edilməsi  problemləri  ümumiləşdirilmiş 

nəzəri səpkidə metodoloji cəhətdən işlənilmişdir. Konkret təklif və 

tövsiyələr  irəli  sürülmüşdür.  Bir  sözlə,  konsepsiyanın  nəzəri-

metodoloji əsasları hazırlanmışdır. 

Kitab  dövlət  orqanları  məmurları,  əlaqədar  nazirliklərin 

işçiləri, eləcə də elm adamları üçün əhəmiyyət kəsb edir. 

 

 

 

                                                       ©«AVROPA»nəşriyyatı 2012



 

 

 



 

MÜNDƏRİCAT 



 

1.

 

“Azərbaycan  2020:  Gələcəyə  baxış”  inkişaf 

konsepsiyasının hazırlanma və tətbiq  istiqamətləri 

 

2.



 

“Azərbaycan  Respublikası  2020-ci  ilə  baxış” 

inkişaf konsepsiyasında mərhələlik 

 

3.



 

“Azərbaycan  2020:  gələcəyə  baxış”  inkişaf 

konsepsiyasında 

ölkənin 


sosial-iqtisadi 

inkişaf  

modelinin təkmilləşdirilməsinin əsasları 

 

4.



 

Azərbaycanın  təkmilləşmiş  iqtisadi  inkişaf 

modelinin məzmun çalarları 

 

5.



 

“Azərbaycan  2020:  gələcəyə  baxış”  inkişaf 

konsepsiyasında 

təkmilləşmiş 

iqtisadi 

inkişaf     

modelinin dayanaqlılığının təmin edilməsi 

 

 



 

 

 



 

 



 

 

 



 

1.“Azərbaycan 2020: gələcəyə baxış” inkişaf 



konsepsiyasının hazırlanma və tətbiq istiqamətləri 

  

Azərbaycan  Respublikasının  prezidenti  cənab 



İlham Əliyevin rəhbərliyi altında hazırlanan və qəbul 

edilən  “Azərbaycan  2020:  gələcəyə  baxış”  inkişaf 

konsepsiyasının  siyasi,  iqtisadi  və  sosial  əhəmiyyəti 

ölkəmizin  yalnız  müasir  dövrünə  ünvanlanmamış,  o 

eyni  zamanda    yaxın  on  illikdə  Azərbaycan  dövləti-

nin, xalqının inkişafında əsaslı  müsbət dəyişikliklərin 

əldə  olunmasına  yönəlmişdir.  Azərbaycan  Respubli-

kası Prezidentinin 29 noyabr 2011-ci il tarixdə imza-

ladığı  “Azərbaycan  2020:  gələcəyə  baxış”  inkişaf 

konsepsiyasının  hazırlanması  barədə  sərəncamı  həqi-

qətən Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına çı-

xartmaq iqtidarını özündə ifa edən tarixi bir sənəddir. 

Sərəncamda  haqlı  olaraq  qeyd  olunur  ki,  hazırda 

Azərbaycan  yeni  inkişaf  mərhələsinə  qədəm  qoyur. 

Bu  mərhələnin  əsas  hədəfi  çoxşaxəli,  səmərəli  və  in-

novasiya  yönümlü  iqtisadiyyatın  formalaşdırılması, 

sosial sahədə önləyici inkişaf trendinin təmin olunma-

sı  və  əhalinin  rifahının  layiqli,  qabaqcıl  beynəlxalq 

standartlara  uyğun  səviyyəyə  çatdırılması,  habelə  el-

min,  mədəniyyətin  inkişafında,  ictimai  həyatın  bütün 

istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. 

Azərbaycan  Respublikasının  Prezidenti,  Cənab 



İlham Əliyevin qarşıya qoyduğu konsepsiyasının əsas 


 

 

 



 

məqsədinə aşağıdakılar aid edilir: uzun müddətli pers-



pektivdə vətəndaşların maddi və mənəvi rifah halının 

davamlı  şəkildə  artırılması,  ölkənin  milli  təhlükəsiz-

liyinin  gücləndirilməsi,  sosial-iqtisadi  inkişafın  dina-

mik  inkişafına  nail  olunması  və  Azərbaycanın  bir 

müstəqil dövlət kimi dünya arenasındakı mövqeyinin 

möhkəmləndirilməsi. 

Müvafiq  Konsepsiyasının  hazırlanması  barədə” 

Prezident  İlham  Əliyevin  sərəncamının  əhəmiyyəti 

öz tarixiliyi və zərurəti baxımından da xüsusi əhəmiy-

yət kəsb edir. “Azərbaycan 2020: gələcəyə baxış” in-

kişaf  konsepsiyasının  hazırlanması  barədə”  Prezident 

İlham Əliyevin Sərəncamının əhəmiyyətini qeyd edər-

kən,    akademik  Ramiz  Mehdiyev  qeyd  etmişdir  ki

bu  sənəd  ölkəmizin  yeni  inkişaf  mərhələsinə  qədəm 

qoyması  ilə  bağlıdır.  Yeni  inkişaf  mərhələsinin  əsas 

xüsusiyyəti  qarşımızda  duran  məqsədlərin  daha  yük-

sək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışları-

nı nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail ol-

maq üçün ciddi elmi əsaslara söykənən ən müasir ida-

rəetmə  üsullarının  tətbiqi  tələb  edilir,  strateji  yanaş-

maların  daha  uzunmüddətli  dövrü  əhatə  etməsi  zəru-

rəti  yaranır.  Konsepsiyanın  əsas  istiqamətlərinə  gəl-

dikdə isə  o, bunlara aşağıdakıları aid etmişdir:  

 - dövlət müstəqilliyimizin daha da gücləndirilmə-

si, ölkənin ərazi bütövlüyünün təmin olunması və qo-

runması; 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə