İ. H. Aliyev y.Ə. MƏMMƏdov



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix25.11.2017
ölçüsü0,55 Mb.
#12227
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

 

 

 



55 

 

Xarici sərmayənin axını yeni sosial obyektlərə, texno-



loji ardıcıllıqla sənayenin aparıcı sahələrinin inkişafı-

na  (son  məhsula qədər  ardıcıllığı  gözlənilməklə) isti-

qamətləndirilməlidir. Belə ki, müstəqil ölkəmizin iqti-

sadi  inkişaf  modeli  milli  mənafeyimiz  baxımından 

formalaşdırılmalıdır. Bunun üçün milli mənafelər sis-

temi  isə  geniş  mənada  cəmiyyətin  hər  bir  üzvünün, 

eləcə  də  iqtisadiyyatımızın  demokratik,  humanist 

meyllərə  söykənməsi  tələbatlarını  ifadə  etməlidir.  Bu 

isə, ilk növbədə milli dövlətçilik ənənələrinin demok-

ratik, humanist, sivil səviyyədə inkişafını tələb edir. 

Azərbaycanda iqtisadi islahatlar milli dövlət quru-

culuğu  ilə  paralel  həyata  keçirilərsə  təhlükəli  hallar-

dan kənarlaşmaq meylləri artmış olar. Respublika iqti-

sadiyyatının  yeni  əsaslar  üzərində  qurulması  həqiqə-

tən də ciddi səy tələb edir. Məhz bu amil Azərbaycan 

üçün  hansı  inkişaf  modelinin  seçilməsinə  öz  təsirini 

əsaslı şəkildə göstərir. 

Azərbaycanın Qərbin dəbdə olan “sosial bazar iq-

tisadiyyatı”  modelini  mənimsəməsi,  yoxsa  Yapon  və 

yaxud  Asiya  iqtisadi  modelinə  üstünlük  verməsi  və 

yaxud da sosial yönümlü, demokratik möhkəmliyi ilə 

humanizmliyin  zirvəsinə  can  atan  İsveç,  Norveç  iqti-

sadi modelinə yönümlü olması tədqiq edilməlidir. Elə-

cə də milli və tarixi, dil - kök bağlılığına malik oldu-

ğumuz  Türkiyə  inkişaf  modelinə  üstünlük  verilməsi 

də diqqət mərkəzində olmalıdır. Adlarını qeyd etdiyi-




 

 

 



56 

 

miz  bütün  bu  inkişaf  modellərinin  bir-biri  ilə  bağlı, 



oxşar (keçdikləri inkişaf yollarını da nəzərə alsaq) cə-

hətləri  olduqca  çoxdur.  Bunlar  xüsusi  mülkiyyətə 

əsaslanan  azad  sahibkarlığın  hökmranlığı  ilə  klassik 

bazar  iqtisadiyyatının  inkişaf  etdiyi  ölkələrdir.  Lakin 

dövlətin və dövlətçiliyin inkişafından, onun iqtisadiy-

yata,  bazara  təsir  səviyyəsindən  asılı  olaraq,  keçdiyi 

tarixi inkişaf yolundakı müstəqillik məhz öz xüsusiy-

yətlərini ifadə edir.  

Azərbaycanın hansı inkişaf modelini seçməsindən 

asılı olmayaraq yubanmadan iqtisadi islahatları həyata 

keçirərkən tədricilik və kompleks yanaşma prinsipləri-

nə  ciddi  riayət  edilməli,  taktiki  və  strateji  perspektiv 

nəzərə alınmalı, bazar prinsipi ilə iqtisadiyyatın dövlət 

tənzimlənməsi  prinsipi  sosial  inkişaf  amili  baxımın-

dan  nəzərə  alınıb  onlar  tədricən,  qətiyyətlə  səmərəli 

şəkildə bir-biri ilə uyğunlaşdırılmalıdır. 

Mühüm məsələlərdən biri də yeni iqtisadi modelin 

formalaşmasında  iqtisadiyyatın dövlət tərəfindən  tən-

zimlənməsi səviyyəsinin konkretləşdirilməsi, onun sa-

bit  inkişafına  nail  olunması,  dövlətin  iqtisadiyyata 

müdaxilə  həddinin  müəyyənləşdirilməsi,  dövlət  mül-

kiyyətinin həcmi və həddi kimi vacib məsələlərə mü-

nasibət bildirilməsindən ibarətdir. 

Belə yanaşmada dövlət mülkiyyətinin ölkə miqya-

sında  hansı  səviyyədə  olması dəqiqləşdirməklə,  onun 

ictimai  tələbatın  ödənilməsinin  əsas  təşkilatçısı  kimi 




 

 

 



57 

 

çıxış  etmə  imkanlarının  müəyyənləşməsi  konkretləş-



dirilməlidir. Bununla yanaşı xüsusi sahibkarlığa əsas-

lanan  sahələrdə  istehsal  istiqamətli  müəssisələrin  üs-

tün inkişafına şərait yaradılmalıdır ki, xüsusi sahibkar-

lıq fəaliyyəti dövlətin köməkliyinə deyil, əsasən təsər-

rüfatçılıq,  təşəbbüskarlıq  qabiliyyətlərinə  əsaslansın. 

Eləcə də dövlətlə xüsusi sahibkarların qarışıq müəssi-

sələr  yaratmaq  təcrübəsindən  də  geniş  istifadə  etmək 

nəqsədəuyğundur. 

Bütün  bu  araşdırmalara  əsasən  belə  bir  nəticəyə 

gəlmək  olar  ki,  Azərbaycan  üçün  “Tənzimlənən, 

sosial-bazar iqtisadiyyatı modelı” məqbul sayılmalı və 

ona  söykənməklə,  Konsepsiyada  öz  əksini  tapan 

sosial-iqtisadi inkişafın dayanaqlı və stabil inkişafı tə-

min edilməlidir. Fikrimizcə, bu, Azərbaycan xalqının 

mənafelərinə tam uyğun gələn bir model ola bilər.  



 

 

 



58 

 

4.  



Azərbaycanın təkmilləşmiş iqtisadi inkişaf       

modelinin məzmun çalarları

 

 

Respublika  iqtisadiyyatı  inkişaf  edərək  qloballaş-



ma  prosesi  ilə  daha  çox  çulğalaşdıqca,  istər-istəməz  

bu və ya digər həlli tələb olunan sosial-iqtisadi prob-

lemi qabartmış olur. Belə problemlərdən biri də milli 

iqtisadi  inkişaf  və  onun  modernləşdirilməsi  məsələ-

ləridir. Müstəqillik əldə edildikdən sonra bu problem 

respublikada  vaxtaşırı  gündəmə  çıxarılmış,  bəzən 

müəyyən fikirlər söylənilmiş, buna müxtəlif yanaşma-

lar  olmuşdur  ki,  burada  da  mühüm  cəhət  əksər  hal-

larda  problemin  ətraflı,  bitkin  bir  şəkildə  ortaya  qo-

yulmamsıdır. Ümumiyyətlə, o gündəmdən düşməmiş, 

hər  bir  dönümdə  yenidən  və  özünün  izahını  tələb  et-

məkdədir. “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf 

konsepsiyasının hazırlanması və onun məqsədli şəkil-

də həyata keçirilməsində bu amil öz vacibliyi ilə çıxış 

edir.. 

 

Milli iqtisadi inkişafın modernləşməsi iqtisadi hə-



yatın  sosial  proseslərlə  çulğaşması  məntiqinin  təkcə 

bir istiqamətini yox, bütövlüyünü ifadə edir və ölkədə 

milli demokratiyanın bazis istiqamətlərindən biri kimi 

qiymətləndirilməlidir.  Həmçinin,  bura  siyasi,  sosial, 

mədəni  amillər  də  təsirsiz  ötüşmür.  Bu  baxımdan 

onun  tədqiq olunması  və  araşdırılması  çoxtərəfli isti-

qamətlərdə  özünü  büruzə  vermiş  olur.  Buna  görə  də 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə