İ. H. Aliyev y.Ə. MƏMMƏdov



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix25.11.2017
ölçüsü0,55 Mb.
#12227
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 

 



 

 - siyasi sahədə demokratiya institutlarının daha da 



inkişaf etdirilməsi, dövlətin funksiyalarının yerinə ye-

tirilməsinin  və vətəndaş  cəmiyyəti  təsisatlarının  rolu-

nun gücləndirilməsi, qanunun aliliyini tam təmin edən 

mexanizmlərin təkmilləşdirilməsi; 

- iqtisadi sahədə ilk növbədə qeyri-neft sektorunun 

genişləndirilməsi  hesabına  davamlı  iqtisadi  inkişafa 

nail  olunması,  iqtisadiyyatın  inkişaf  istiqamətlərinin 

şaxələndirilməsinin  genişlənməsi,  ölkəmizin  ümumi 

daxili  məhsulunun  tərkibində  və  dövlət  büdcəsinin 

formalaşmasında  təbii  ehtiyatlar  amilinin  azaldılması 

və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi; 

-  iqtisadiyyatda  innovasiyaların  tətbiqinin  təmin 

edilməsi  üçün  güclü  motivasiya  mexanizmlərinin 

yaradılması və inkişaf etdirilməsi;  

-  mövcud  resurslardan  və  coğrafi  mövqedən  isti-

fadə  olunmaqla  Azərbaycanın  bütün  bölgələrinin 

sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində 

təmin edilməsi; 

-  Azərbaycan  iqtisadiyyatının  rəqabət  qabiliyyəti-

nin  yüksəldilməsi,  milli  məhsulların  dünya  bazarla-

rında layiqli yer almasına nail olunması; 

-  sosial  sahədə  yoxsulluq  səviyyəsinin  mümkün 

minimuma  endirilməsi  istiqamətində  yürüdülən  siya-

sətin  davam  etdirilməsi,  aztəminatlı  ailələrin  etibarlı 

sosial  müdafiəsinin  təmin  olunması,  əhalinin  orta  tə-

bəqəsi dairəsinin  genişləndirilməsi və  onun  cəmiyyə-




 

 

 



 

tin  həyatında  rolunun  və  əhəmiyyətinin  artırılmasına 



nail olunması;  

- Azərbaycanda təhsilin, səhiyyənin, humanitar sa-

hələrin  inkişafına  xüsusi  diqqətin  ayrılması,  insan 

amilinin  yüksək  inkişaf  səviyyəsinə  çatdırılmasına 

nail olunması, Azərbaycan xalqının bilik və bacarıqla-

rının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qlo-

ballaşmanın  üstünlüklərindən  yararlanan  önləyici  in-

kişaf modelinə keçidin təmin olunması; 

-  bölgədə  və  bütün  dünyada  sülhün,  sabitliyin  və 

təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan döv-

lətinin  səylərinin  artırılması  istiqamətində  tədbirlərin 

həyata keçirilməsi.  

Bütün bunları nəzərə alıb, konsepsiyanın hazırlan-

masında onun məqsədinə uyğun olaraq, aşağıdakı mü-

hüm amillərin də əsası kimi götürülməsi məqsədəuy-

ğun olardı: 

-

 

ölkənin  uzunmüddətli  sosial-iqatisadi  inkişafnın 



əsas istiqamətlərinin, hədəflərinin müasir dövrün çağı-

rışları nəzərə alınmaqla müəyyənləşdirilməsi

-

 

qarşıya qoyulmuş konsepsiyanın strateji məqsəd-



lərinə  nail  olunması  üçün,  onun  istiqamət  və  mərhə-

lələrinin dəqiqləşdirilməsi; 

-

 

dövlətin, özəl sektor və cəmiyyətin qarşılıqlı əla-



qəsinin  strateji  forma  və  mexanizmlərinin  müəyyən-

ləşdirilməsi; 




 

 

 



 

-



 

dövlətin uzunmüddətli konseptual siyasətində so-

sial  sferanın,  elm  və  innovasiya  sahəsinin,  həmçinin 

iqtisadiyyatda əsaslı struktur dəyişiklərinin əsas vəzifə 

və perioritetlərinin, məqsəd indikatorlarının seçilməsi; 

-

 



 ölkə  iqtisadiyyatının  inkişaf  hüdudlarının  kon-

kretləşdirilməsi, uzunmüddətli regional inkişaf istiqa-

mətlərinin əsaslarının müəyyənləşdirilməsi.  

Konsepsiya hazırlanarkən dayanıqlı iqtisadiyyatın 

təmin edilməsi diqqət mərkəzində olmalı, intellektual 

baza  formalaşdırılmalı,  informasiya  texnologiyaların-

dan  daha  geniş  istifadə  edilməlidir.

 

Konsepsiyanın 



hazırlanması zamanı iqtisadiyyatdakı hansı meyillərin 

daha  da  gücləndirilməsi  müəyyən  edilməli,  qarşıdakı 

on ildə iqtisadiyyatda səmərəlilik amili ön plana çəkil-

məlidir.  Həmçinin,  hazırlanacaq  konsepsiya  praqma-

tik, praktiki və tətbiqi  baxımdan seçilməlidir. Burada 

regional  idarəetmə  və  yerli  özünüidarəetmə  orqanla-

rının  fəaliyyətinə  xüsusi  önəm  verilməli,  bu  mühüm 

sənəd hazırlanarkən vətəndaşlar - hakimiyyət - cəmiy-

yət  arasında  dialoqun  daha  da  gücləndirilməsi  diqqət 

mərkəzində  saxlanılmalıdır.  Konsepsiyada  ölkəmizin 

uzunmüddətli  inkişafının  vəzifə  və  prinsipləri  kon-

kretləşdirilməli,  müəyyən  edilmiş  müddət  ərzində  bu 

sənəd icra ediləcək dövlət proqramları üçün də bir növ 

istiqamətləndirici xarakter daşımalıdır.  

Azərbaycan  Respublikasının  uzunmüddətli  pers-

pektiv  istiqamətinin  müəyyənləşdirilməsində  müasir 




 

 

 



 

inkişaf meyllərinin qiymətləndirilməsi xüsusi ilə zəru-



ridir.  Bu  mühüm  amil  uzunmüddətli  inkişafın  əsası, 

bazsisi  rolunda  çıxış  edir.  Azərbaycan  Respublikası-

nın  sosial-iqtisadi  inkişafında  1991-2010-cı  illərdə 

əldə olunan nəticələri ümumi baxımdan aşağıdakı ki-

mi xarakterizə etmək olar. Azərbaycan müstəqilliyini 

əldə  etdiyi  iyirmi  il  ərzində  çox  çətin,  keşməkeşli  və 

həmçinin  dövlətçiliyin  möhkəmləndirilməsi  zəminin-

də şərəfli yol keçmişdir. Azərbaycanın bir dövlət kimi 

formalaşmağa başladığı dövrdə, o artıq  1990-cı illərin 

əvvəllərində  böyük  təhlükələrlə  üzləşmiş,  hərbi  təca-

vüzə məruz qalmış, torpaqlarımızın 20 faizi işğal edil-

miş,  bir  milyon  azərbaycanlı  yurd-yuvasından  vəhşi-

cəsinə qovulmuşdur.  

Azərbaycan  xalqın  səsi  ilə  1993-cü  ilin  ortaların-

dan hakimiyyətə qayıdan müdrik ümummilli liderimiz 

Heydər Əliyevin rəhbərliyi altında tədricən dirçəlmə-

yə  və  taleh  yüklü  problemlərin  həlli  istiqamətində 

inamlı  addımlar  atmağa  başlamışdır.  Bu  dövrdə  ilk 

növbədə  dövlət  müstəqilliyimizin  dayanıqlığı  təmin 

edilmiş,  ölkə  daxilində  siyasi  sabitliyə  nail  olunmuş, 

makroiqtisadi  tarazlığın  yaradılması  və  mövcud  olan 

hiperinflyasiyanın  qarşısının  alınması  istiqamətində 

təsirli  tədbirlər  görülmüş,  ağır  yüklü  sosial  məsələlə-

rin həllinə başlanmışdır. Azərbaycanın karbohidrogen 

ehtiyatlarının ölkənin və xalqın maraqlarına sərf olun-

masının əsası məhz bu dövrdə “Əsrin müqaviləsi”nin 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə