İ. H. Aliyev y.Ə. MƏMMƏdov



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix25.11.2017
ölçüsü0,55 Mb.
#12227
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 

 



14 

 

rılması,  reytinq  üzrə  proqnozun  isə  “sabit”  olduğu 



barədə  qərar  qəbul  edib.  Əsas  kimi  ölkənin  olduqca 

güclü daxili və xarici netto-kreditor mövqenin forma-

laşması,  neft  gəlirlərinin  səmərəli  idarə  olunması, 

Azərbaycanda güclü fiskal siyasətin aparılması göstə-

rilib.  Həmçinin,  2011-ci  ilin  sonunda  dünyanın  ən 

nüfuzlu  araşdırma  və  sorğu  şirkətlərindən  biri  olan 

“Gallup İnternational”in dünyanın 51 ölkəsində apar-

dığı “Qlobal Ümid və Ümidsizlik Barometri” adlı sor-

ğusunda  əsasən  Azərbaycan  inkişaf  etməkdə olan öl-

kələr qrupu üzrə 51 ölkə içərisində 8-ci yeri tutub. Bu 

da o deməkdir ki, ölkə əhalisi gələcəyə ümid bəsləyir, 

növbəti  illərdə  rifah  səviyyəsinin  daha  da  yüksələ-

cəyinə  inanır  və  ölkəmizin  gələcək  inkişafına  böyük 

nikbinliklə baxır. Bütün bu göstəricilər sosial-iqtisadi 

sahədə  Azərbaycanın  əldə  etdiyi  nailiyyətlərin  dünya 

səviyyəsində qəbul olunduğunu təsdiq edir.  



Müasir və perspektiv inkişaf meyllərini nəzərə 

alsaq, yeni qəbul olunan konsepsiyaya əsasən ölkə-

nin  uzunmüddətli  inkişaf  çağırışlarını  aşağıdakı 

kimi sistemləşdirmək məqsədəuyğundur. 

 

Birinci cağırış - güclənməkdə olan qlobal rəqabət 

təsirləri yalnız ənənəvi əmtəəkapital, texnologiya və 

əmək  bazarlarını  əhatə  etmir,  həmçinin  milli  idarəet-

mə və innovasiya sisteminə, insan potensialının inki-

şafına da nüfuz edir.  



 

 

 



15 

 

Qlobal  iqtisadi  rəqabət  mühitinin  inkişafı  özünü 



geopolitik rəqabətin güclənməsinin davam etməsində, 

o  cümlədən  xammal-material,  energetika,  su  ehtiyat-

ları  və  ərzaq  resursları  potensialının  nəzarətinin  art-

masında göstərir. Azərbaycan üçün dünya iqtisadiyya-

tına nüfuz etmə, beynəlxalq inteqrasiyaya qoşulma ye-

ni və daha səmərəli beynəlxalq əməkdaşlıq əlaqələri-

nin  inkişafı,  tədricən  texnologiya  və  kapital  bazarla-

rına çıxış imkanlarının artma imkanı yaranır.  



İkinci çağırıştexnoloji inkişafın və dəyişkənliyin 

yeni  dalğası,  sosial-iqtisadi  inkişafda  innovasiyaların 

rolunun  güclənməsi  və  çox  saylı  ənənəvi  artım  amil-

lərinin təsirlərinin aşağı düşməsi. 

Tədqiqatlar  göstərir  ki,  yaxın  on  illikdə  dünyada 

və  ölkədə  inkişaf  meylləri  iqtisadi  sistemin  yeni  tex-

noloji  bazasının  formalaşmasına  istiqamətlənəcəkdir. 

Əsasən,  bu  inkişaf  özünü  biotexnoloji,  informatika, 

nana-texnologiyalar,  səhiyyə  və  iqtisadiyyatın  daha 

çox elm tutumlu sahələrində büruzə verəcəkdir. Azər-

baycan  üçün  elmi-texniki,  tədqiqat  potensialının  və 

yüksək texnologiyalı istehsalın mövcudluğu aşağıdakı 

şərtlərin  nəzərə  alınmasını  və  müvafiq  şəraitin  yara-

dılmasını zəruriləşdirir: 

-

 

ilkin  və  həlli  mümkün  olan  istiqamətlərdə  tex-



noloji liderliyin təmin edilməsi; 


 

 

 



16 

 

-



 

yüksək  texnologiyalı  komplekslərin,  sahələrin 

yaradılması, beynəlxalq bazarlara daha mütərəqqi elm 

tutumlu məhsulların çıxarılmasına nail olunması; 

-

 

Azərbaycanın  yüksək  texnologiyalı  məhsul  və 



intelektual  xidmət  bazarlarında  iştirak  mövqeyinin 

güclənməsi; 

-

 

ənənəvi iqtisadiyyat sahələrinin perspektiv inki-



şaf  istiqamətləri  əsas  götürülməklə,  daxili  maliyyə 

mənbələri və inkişaf etməkdə olan qlobal, beynəlxalq 

bazarlara  uyğunlaşan  subyektlərin  hesabına  modern-

ləşdirilməsi. 

Eyni  zamanda,  son  texnologiya  nəslinin  tətbiqin-

dən və inkişafından geri qalan müəssisələr ümumilik-

də  ölkənin  iqtisadi  baxımdan  rəqabət  qabiliyyətini 

zəiflətməklə, idxaldan aslılığı yüksəltməklə, artmaqda 

olan  geopalitik  rəqabət  mühitində  mövqelərimizin 

itirilməsinə gətirib çıxara bilər. 



Üçüncü  çağırış  -  əsas  siyasi  və  iqtisadi  inkişaf 

amili kimi insan kapitalının rolunun artması. 

Müasir innovasiyalı iqtisadiyyatın rəqabət qabiliy-

yətinin  inkişafı  yüksək  ixtisaslı  və  peşəkar  kadr  po-

tensialının  keyfiyyət,  kooperativ  əlaqə  səviyyəsindən 

əhəmiyyətli şəkildə  asılıdır.  Müasir  inkişaf  şəraitində 

MDB ölkələrində olduğu kimi, Azərbaycan da beynəl-

xalq iqtisadi mühitdə, bazarlarda kadr və işçi qüvvəsi-

nin  keyfiyyət  səviyyəsinə  görə  yüksək  mövqe  tuta 

bilmir.  Buna  daha  çox  həmin  kadr  və  işçi  poten-




 

 

 



17 

 

sialının  İxtisas  səviyyəsinin  və  əmək  qabiliyyə-tinin 



aşağı olması, ölkədə təhsil və səhiyyə sisteminin müa-

sir tələblərə cavab veməməsidir. Azərbaycan üçün bu 

məsələ,  çağırış  yaxın  3-5  ildə  öz  həllini  tapmalı,  bu 

sahədə  olan  çatışmazlıqlar  aradan  qaldırılmalıdır.  Bu 

baxımdan  aşağıdakı  amillərin  nəzərə  alınması  xüsusi 

zərurətdən irəli gəlir: 

-

 

ənənəvi iqtisadiyyat sahələrində fəaliyyət göstə-



rən  işçilərin  sayının  azaldılması,  onların  peşə-ixtisas 

səviyyəsinin  artırılması  vasitəsilə  daha  mütərəqqi  sa-

hələrdə işlə təmin olunmasına şərait yaradılması; 

-

 



yerli  kadr  və  işçi  potensialının  daxili  və  xarici 

bazarlarda rəqabət qabiliyyətli sahələrdə fəliyyət gös-

tərməsinə  imkan  yaradan  zəruri  tədbirlər  sisteminin 

həyata keçirilməsi

-

 

idarəetmə,  elm,  təhsil  və  səhiyyə  sisteminin  işi-



nin beynəlxalq tələblərə uyğun qurulması və bu sahə-

lərdə davamlı inkişafın təmin edilməsi. 



Dördüncü çağırış – iqtisadi inkişafda xammal və 

resursların,  xüsusilə  də  yanacaq  və  energetika  poten-

sialına  əsaslanan  ixracda  əsaslı  dəyişikliklərə  nail 

olunması. 



Beşinci  çağırış  –  daxili  bazarın  qorunması,  da-

vamlı  iqtisadi  inkişafın  keyfiyyət  dəyişikliklərinin  tə-

mini,  milli  iqtisadiyyatın  rəqabət  qabiliyyətliyinin 

artırılması. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə