İ. H. Aliyev y.Ə. MƏMMƏdov



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix25.11.2017
ölçüsü0,55 Mb.
#12227
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 

 



18 

 

Altıncı çağırış – perspektivə ünvanlanmış və qlo-

bal iqtisadi dəyişkənliyə  uyğunlaşan  maliyyə  -  kredit 

və fiskal siyasətinin yeridilməsi, ölkənin maliyyə ba-

zarının səmərəliyinin və çevikliyinin artırılması. 

Yeddinci  çağırış  –  ölkənin  regional  siyasətində 

tarazlı inkişafın tamlıqla təmini, regionların sosial-iq-

tisadi  inkişafında  əməli  müsbət  dəyişikliklərə  nail 

olunması, 



Səkkizinci  çağırış  –  ölkədə  informasiyalı  cəmiy-

yətin,  elektron  hökümətin  qurulması,  sosial  və  siyasi 

arenada  stabil  və  dayanıqlı  siyasətin  yeridilməsi, 

hökumət-qeyri-hökumət və cəmiyyət üzvləri arasında 

vahid fikir və ideya birliyinin təmin edilməsi. 

Doqquzuncu  çağırış  –  dövlət  -  özəl  sektor  -  cə-

miyyət  qarşılıqlı  əlaqələrinin  gücləndirilməsi,  özəl 

sektorun  inkişafı  üçün  yaradılan  mühitin  təkmilləş-

dirilməsi. 



Onuncu  cağırış  –  aqrar  sektorun  inkişafına  sə-

mərəli dəstəyin artırılması, ölkədə ərzaq təhlükəsizliyi 

probleminin həllinin təmin edilməsi. 

On  birinci  çağırış  –  ölkədə  təkmil  infrastruktur 

sisteminin, formalaşması və sosial sahələrdə mütərəq-

qi nailiyyətlərə nail olunması. 

On ikinci çağırış – Azərbaycanın iqtisadi və hərbi 

təhlükəsizliyinin daha da gücləndirilməsi və s.



 

Azərbaycanda  insan  hüquqlarının  qorunması  ilə 

bağlı  işlər  həmişə  dövlətin  diqqət  mərkəzində  olub. 



 

 

 



19 

 

Müstəqilliyin ilk illərindən başlayaraq bu istiqamətdə 



iş  aparılır.  Digər  sahələrdə  olduğu  kimi  insan  hüquq 

və  azadlıqlarının  qorunması  da  təkcə  sözdə  deyil, 

əməldə də  əksini  tapır.  Hökumətin bu sahədəki işləri 

konkret  proqramlarla  tənzimlənir.  Ölkə  prezidentinin 

təsdiqlədiyi  insan  hüquq  və  azadlıqlarının  müdafiə-

sinin səmərəliliyini artırılmaq sahəsində Milli Fəaliy-

yət  Proqramı  da  bu  məqsədə  xidmət  edir.  Milli  Fəa-

liyyət  Proqramı  konseptual,  miqyaslı  xarakter  daşıyır 

və Lakin o "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf 

konsepsiyası  çərçivəsində  qarşıya  qoyulan  vəzifələr 

kontekstində  bir  daha  nəzərdən  keçirilməlidir.    Kon-

sepsiya  hazırlanarkən  sosial  sahədə  yoxsulluq  səviy-

yəsinin mümkün minimuma endirilməsi istiqamətində 

yürüdülən  siyasətin  davam  etdirilməsi,  aztəminatlı 

ailələrin  etibarlı  sosial  müdafiəsinin  təmin  olunması, 

əhalinin  orta  təbəqəsi  dairəsinin  genişləndirilməsi  və 

onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin 

artırılmasına  nail  olunması  diqqət  mərkəzində  saxla-

nılmalıdır. 

Konsepsiyada siyasi, iqtisadi, ictimai və sosial sa-

hələrdə yüksək inkişaf səviyyəsinə çatması üçün əsas 

strateji məqsədlərə Azərbaycanın qlobal iqtisadi rəqa-

bət şəraitində müvəffəqiyyətlər əldə etməsi, dünyanın 

inkişaf etmiş ölkələrinin sırasına qoşulması, milli təh-

lükəsizliyini  qoruyan  dövlətlərdən  olması,  insanların 



 

 

 



20 

 

konstitutsion  hüquqlarının  tam  qorunmasını  təmin 



etməsi aid edilməlidir.    

Azərbaycan iqtisadiyyatı yalnız xammal və resurs-

lar ixrac edən ölkələr sırasında qalmamalı, o, eyni za-

manda bilik və yüksək texnologiyalara əsaslanan iqti-

sadiyyata malik olan bir dövlətə çevrilməlidir. Ölkədə 

2020-ci ilə istiqamətlənmiş konsepsiyanın əsas vəzifə-

si bununla bağlı olmalıdır. Müvafiq dövr ərzində iqti-

sadiyyatın  bütün  sahələrində  kütləvi  şəkildə  yeni  in-

novasiya yönümlü müəssisələrin, subyektlərin yaradıl-

ması, onların səmərəli fəaliyyət mexanizminin əsasla-

rının yaradılması bu baxımdan xüsusi zərurətdən irəli 

gəlir. 


Yeni  regional  -  ərazi  mərkəzləri  yaradılmalı,  bu-

rada  xammal  və  resrusların  axtarışı,  hasilatı  mövcud 

regionlardan əldə olunan ənənəvi xammal və resurslar 

səviyyəsinə çatdırılmalı, bütün bu resursların yerli və 

beynəlxalq  tələbat  nəzərə  alınmaqla,  emalı,  onlardan  

rəqabət qabiliyyətli məhsul istehsal edib ixrac edilmə-

si  ölkə  iqtisadiyyatının  inkişafı  ilə  yanaşı,  regionlar 

arası disbalansı aradan qaldırmağa əsaslı şəkildə təsir 

göstərəcəkdir. 

Azərbaycan  Respublikasının  innovasiya  yönümlü 

sosial-iqtisadi inkişaf meyli bir sıra kəmiyyət və key-

fiyyət  xüsusiyyətləri  ilə  müşahidə  olunacaqdır.  Belə 

ki,  ilkin  olaraq,  milli  iqtisadiyyatın  ənənəvi  sahələri-

nin modernləşdirilməsi, 2020-ci ildə həmin sahələrdə 




 

 

 



21 

 

məhsul istehsalının həcminin artmasına, ÜDM-in yük-



səlməsinə  əməli  təsir  edəcəkdir.  Ikincisi,  innovasiya 

tədbirlərinin  genişlənməsi  və  tətbiqi  iqtisadiyyatda 

əmək məhsuldarlığının artımına, istehsal olunan məh-

sulların,  göstərilən  xidmətlərin  rəqabət  qabiliyyətinin 

güclənməsinə təkan verəcəkdir. Üçüncüsü, yeni iqtisa-

di sistemin formalaşması daha çox bilik  iqtisadiyya-

tına  və  yüksək  texnologiyalara  əsaslanacaqdır  ki,  bu 

da  ölkənin  beynəlxalq  bazarlardakı  mövqeyini  möh-

kəmlədəcəkdir. Bilik iqtisadiyyatı və yüksək texnolo-

giyalar isə, elm, təhsil, səhiyyə, informasiya-kommu-

nikasiya-texnologiyaları  və  infrastruktur  sahələrinin 

fəaliyyətində  ciddi  irəliləyişlərin  əldə  olunmasını  tə-

min edəcəkdir. 

Qəbul  olunan  konsepsiya  əsasən  innovasiya  sse-

narisinə uyğun olmaqla, həm ənənəvi iqtisadiyyat sa-

hələrində rəqabət qabiliyyətini, həm də yenicə forma-

laşmağa başlayan elm tutumlu, yüksək biliklərə arxa-

lanan sahələrdə inkişafı təmin etməklə, hər iki sahədə 

mövcud olan ciddi kənarlaşmaların, fərqlərin tədricən 

aradan  qaldırılmasına  istiqamətlənməlidir.  Burada 

əsas istiqamətin insan kapitalının təkmilləşməsinə, is-

tehsal  və  xidmət  sahələrində  yüksək  texnologiyalar-

dan  istifadə  nəticəsində  innovasiya  amilinin  iqtisadi 

inkişafın  başlıca  mənbəyinə  təkan  verəcək  modelin 

yaradılmasına yönəlmişdir.  



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə