İ. H. Aliyev y.Ə. MƏMMƏdov



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix25.11.2017
ölçüsü0,55 Mb.
#12227
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

 

 

 



34 

 

sək  texnologiyalardan  daha  məhsuldar  istifadə  olun-



masına təsir edəcəkdir. Digər tərəfdən, belə bir nəticə-

nin əldə olunması Azərbaycanı yüksək səviyyədə olan 

neft ixracı aslılığından qurtaracaq, büdcənin formalaş-

masında  qeyri-neft  amil  öz  yüksək  göstəriciləri  ilə 

seçiləcəkdir. Eyni zamanda, istər iqtisadiyyatda, istər-

sə  də  sosial  sahədə  yüksək  ixtisaslı,  təkmil  və  intel-

lektual  səviyyəli  biliklərə  malik  insanların  yetişdiril-

məsi,  bilik  iqtisadiyyatının  qabaqcıl  sıraya  keçməsi 

əsas  şərt  kimi  təmin  olunmalı,  bununla  bağlı  hüquqi, 

maddi-maliyyə,  texniki  və  digər  inkanlar  səfərbər 

olunmalıdır.  

Konsepsiyada  region  və  ərazilərin  sosial-iqtisadi 

yanaşmasına  yeni baxış,  bu sahədə olan dövlət  proq-

ramlarının, hüquqi-normativ sənədlərin əlaqələndirmə 

və onların fəaliyyət mexanizminin təkmilləşdirilməsi, 

aqrar və xammal resurs bazası kimi inkişaf yanaşma-

sının dəyişməsi perspektiv dövrlə bağlı qarşıya qoyu-

lacaq vəzifələrin daha əhatəli icrası üçün xüsusi əhə-

miyyət  kəsb  edir.  Belə  ki,  regionların  sosial-iqtisadi 

cəhətdən  tarazlı  inkişafında,  bu  ərazilərdə  aqrar-

sənaye və digər iqtisadiyyat sahələrinin inkişafı üçün 

real  imkanlar  mövcuddur.  Bu  amili  keçmiş  sovetlər 

dövründəki  təcrübə  də  sübut  edir.  Mövcud  ərazilərin 

inkişafı  üçün  maddi-texniki,  maliyyə,  peşəkar  kadr 

potensialını bir araya gətirmək, son texnoloji, innova-

siya resurslarından səmərəli istifadə etmək, yerli işgü-




 

 

 



35 

 

zar mühiti stimullaşdırmaq, bütün müvafiq tədbirlərin 



icra, tənzimləmə və nəzarət mexanizminin hüquqi ba-

zasını təkmilləşdirmək vacib məsələlərdəndir. Həyata 

keçirilən  tədbirlər  regonal  inkişafdakı  disbalansı  ara-

dan  qaldırmalı,  sənaye  və  digər  iqtisadiyyat  sahələri-

nin inkişafı baxımından bir müəssisənin yaradılmasın-

da yalnız bir region deyil, zərurət yarandıqca bir neçə 

regionun ərazisindən istifadə edilməsi (ərazi, xammal-

resurs  təminatı  və  s.)  məqsədəuyğundur.  Digər  tərəf-

dən,  iqtisadi  inkişafla  bağlı  regonal  kordinasiyanın 

gücləndirilməsi  də  zəruridir.  Ölkədə  daxili  və  xarici 

bazarlar  üçün  tələb  olunan  məhsulların  istehsalında 

regionlarda  fəaliyyət  göstərən  müəssisələrin  stimulla-

dırılması, burada biznes mühitinin daha geniş inkişafı 

üçün  tədbirlərin  həyata  keçirilməsi  konsepsiyanın 

müsbət icrası baxımından mühüm rol oynayır. 

Konsepsiyada  əsas  diqqət  innovasiya  meylli 

sosial-iqtisadi inkişafa verilir, belə yanaşmanın özünə 

məxsus  kəmiyyət  və  keyfiyyət  xüsusiyyətləri  möv-

cuddur. Birincisi, burada ilkin olaraq ölkənın ənənəvi 

iqtisadiyyat  sahələrinin  təkmilləşdirilməsinə  və  inki-

şafına üstünlük özünü göstərəcəkdir (energetika, mal-

material-ixracı,  nəqliyyat  və  s.).  Belə  ki,  zənn  etmək 

olar ki, bu sahələr artıq ölkəyə iri gəlirlər gətirir, ba-

zarı var və 2020-ci ilədək ÜDM-də öz əhəmiyyətli xü-

susi çəkisini saxlaya bilər. İkincisi, Azərbaycanda in-

novasiya siyasətinin əsaslı inkişafı, innovasiya tədbir-




 

 

 



36 

 

lərinin artırılması iqtisadiyyat sahələrində iqtisadi artı-



mın  aparıcı  amili  rolunu  oynamalıdır.  Belə  yanaşma, 

həm də milli rəqabət qabiliyyətinin, əmək məhsuldar-

lığının  artırılmasının,  iqtisadiyyatda  enerji  və 

xammal-material  tutumluluğunun  iki  dəfədən  artıq 

azalmasına  öz  təsirini  göstərəcəkdir.  Üçüncüsü,  yeni 

iqtisadi sistemin formalaşması, əsasən də bilik iqtisa-

diyyatının və onun müqabilində yüksək texnologiyalar 

istehsalının  bərqərar  olması,  2020-ci  ildə  və  ondan 

sonrakı  dövrdə  Azərbaycanda  milli iqtisadiyyatın  tər-

kibində  köklü  dəyişiklərə  gətirib  çıxaracaq  və  bu  sa-

hələrin  məhsulu  artıq  həmin  dövrdən  başlayaraq 

ÜDM-də  energetika  və  digər  ənənəvi  sahələrin  məh-

sullarının xüsusi çəkisini getdikcə sıxışdıracaq, büdcə-

nin formalaşmasında önəmli rol oynayacaqdır.

 

İqtisadi  inkişafda  sosial  innovasiya  yönümlü  isti-

qamətə meyillilik. İqtisadi inkişafda sosial innovasiya 

yönümlü  istiqamətə,  meyilliyə  keçid  xüsusiyyəti  on-

dan  ibarətdir  ki,  Azərbaycan  eyni  vaxtda  beynəlxalq 

standartlara  uyğun olaraq, sosial sahədə həm mövcud 

olan çatışmazlıqları aradan qaldırmalı, həm də bu sa-

hədə  inkişafı  təmin  etməlidir.  Qlobal  iqtisadi  inkişaf 

və rəqabət şəraitində aparıcı və inkişaf etmiş ölkələrin 

sosial rifah və iqtisadi səmərəlilik göstəricilərinə ölkə-

nin  sosial  sahələrinin  inkişaf  etdirmədən  çatması 

qeyri-mümkündür. 




 

 

 



37 

 

Mövcud  iqtisadi  inkişaf  modelinin  əsas  problem-



lərindən  biri  ondan  ibarətdir  ki,  əhalinin  gəlirlərinin 

artımı  ilə  Ümumi  Daxili  Məhsulun  yüksəlişində  uy-

ğun əlaqəli və elmi cəhətdən əsaslandırılmış kordina-

siya gözlənilən səviyyədə olmur. Bu amil özünü əksə-

rən  iqtisadi  diferensiyanın  yüksəlməsi  ilə  göstərir. 

Məhz  buna  görə  energetika  və  xammal  resurs  ixracı 

modelindən  iqtisadi  inkişafın  innovasiya  modelinə 

keçid  yeni və təkmil  modelin formalaşdırılmasını ön 

plana  çəkir.  Bu  modelin  tərkib  elementləri  daxilində 

iqtisadi  sərbəstliyin,  sosial  ədalətin  və  milli  rəqabət 

qabiliyyətliliyinin balanslaşdırılması və stimullaşdırıl-

ması  mühüm  rol  oynayır.  Müvafiq  yanaşma  resurs-

müddət və icra mərhələləri arasında qarşılıqlı bağlılığı 

təmin  edəcək  aşağıdakı  istiqamətlər  üzrə  kompleks 

əlaqələndirmənin yaradılmasını tələb edir. 

 

Birinci  istiqamət  olaraq,  ölkənin  insan  potensia-



lının inkişafına, əsasən də onun keyfiyyət cəhətlərinə 

diqqət  yetirilməsi  xüsusi  zərurətdən  irəli  gəlir.  Bu 

amil hər bir cəmiyyət üzvünün maddi və mənəvi rifah 

vəziyyətinin yaxşılaşdırılmasını, həm də onların həyat 

tərzinin yüksəldilməsi üçün mövcud potensiallarından 

səmərəli istifadə etməsi üçün əlverişli mühitin yaradıl-

masını  ön  plana  çəkir.  Nəticə  olaraq,  ölkənin  hər  bir 

sahəsində rəqabət qabiliyyətli insan kapitalı yetişəcək-

dir  ki,  bu  da  konsepsiyanın  məqsəd  və  vəzifələrinin 

icrasının təminində mühüm əhəmiyyət kəsb edir. Bü-




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə