İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.

səhifə1/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   84



Kitab AMEA Naxçıvan Bölməsinin Elmi Şurasının 20 aprel 2013‐cü il tarixli
iclasının 3 saylı protokolu, 3/7 nömrəli qərarı ilə çap olunur
Elmi redaktor :
akademik İ.Hacıyev
Elmi məsləhətçi və «Ön söz»ün müəllifi:
akademik İ.Həbibbəyli
Rəyçilər:
AMEA‐nın müxbir üzvü, t.e.d. prof. V.H.Əliyev
t.e.d. prof. F.V.Səfərli
Dizayn tərtibatı:
Q.A.Seyidov
Baxşəliyev V.,  Seyidov A., Qədirzadə Q.,  İbrahimli B.   Qədim Ordubad. Naxçıvan‐2014, Əcəmi”
Nəşriyyat‐Poliqrafiya Birliyi, 312 səh.
Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının
füsunkar gözəlliyi ilə seçılən, tarixi, arxeoloji və  mədəni abidələri ilə  tədqiqatçıların
diqqətini cəlb edən Ordubad rayonu ərazisindən bəhs olunur. Bol sulu çayları, meyvə
bağları, zəngin flora və faunası ilə seçilən bu diyarda insanlar e.ə.IV minillikdən bu gü‐
nümüzədək davamlı olaraq məskunlaşmışlar. Ordubad ərazisi həmişə  qədim türk
tayfalarının ana Vətəni olubdur. Kitab ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuşdur.
ISBN 978‑9952‑8237‑1‑4
4700000000
053-2014
© 
Əcəmi”2014
.


3
“Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında”
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin
S Ə R Ə N C A M I
Möhtərəm Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra xalqımızın tar‐
ixinin və soykökünün öyrənilməsi sahəsində 70‐ci illərdən aparılan elmi araşdırma və tədqiqat işləri
yenidən davam etdirilir. Hazırda qədim mədəniyyətimizin və tariximizin bir çox sahələri ölkəmiz
müstəqillik qazandıqdan sonra yaranmış reallıqlar baxımından araşdırılır və tədqiq edilir. Bu baxım‐
dan ciddi elmi tədqiqat işlərinin aparılmasını zəruri edən sahələrdən biri də qayaüstü rəsmlərin,
qədim yazı təsvirlərinin öyrənilməsidir.
Azərbaycan və ona bağlı Naxçıvan Muxtar Respublikası ən qədim mədəniyyətin daşıyıcıları
olan tarixi abidələri ilə məşhurdur. Belə abidələrdən biri də xalqımızın tarixən bu torpağa məxsus‐
luğunun daş pasportu olan Gəmiqaya tarixi‐etnoqrafik abidələr kompleksidir.
Xalqımızın tarixi, etnoqrafiyası  və arxeologiyası üçün çox ciddi əhəmiyyətə malik olan
Gəmiqaya qayaüstü təsvirləri Kiçik Qafqaz dağlarının dəniz səviyyəsindən 3000‐3500 m yüksək‐
liyində yerləşən Qaranquş, Camışölən və Nəbiyurdu yaylaqlarında qeydə alınmışdır. 
Sujet, kompozisiya mürəkkəbliyi ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inancına
və  əmək fəaliyyətinə, ovçu, maldar və  əkinçi tayfaların təsərrüfat həyatına həsr olunmuşdur.
Gəmiqaya qayaüstü təsvirləri içərisində bayram mərasimlərini əks etdirən rəsmlərlə yanaşı müxtəlif
astronomik, coğrafi təsvirli rəsmlər də vardır.
Xalqımızın həyat tərzi, qədim adət‐ənənələri ilə əlaqədar yaranmış Gəmiqaya rəsmləri qiymətli
tarixi və təsviri sənət nümunələri kimi tariximizin və mədəniyyətimizin ilkin inkişaf mərhələlərini
xronoloji ardıcıllıqla izləməyə və öyrənməyə imkan verir. 
Gəmiqaya abidələrinin tədqiqinə 1970‐ci illərdə‐möhtərəm Heydər Əliyevin Azərbaycana
siyasi rəhbərliyinin birinci dövründə başlanmışdır. 1971‐ci ildə Azərbaycan Respublikası Elmlər
Akademiyasının Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasını, elmi albomun nəşr
edilməsini, elmi‐kütləvi filmin çəkilməsini qərara almış, 1970‐1987‐ci illərdə Gəmiqayada tədqiqat
işləri aparılmış, bir sıra materiallar çap olunmuşdur.
Təəsüflə qeyd olunmalıdır ki 70‐ci illərdən xalqımızın milli özünüdərki, tariximizin və
mədəniyyətimizin araşdırılması sahəsində həyata keçirilən bir çox taleyüklü tədbirlər kimi, Gəmiqaya
abidələrinin tədqiqi sahəsində aparılan işlər də 1980‐cı illərin axırlarından unudulmağa başlamış,
tədqiqat işlərinə ara verilmişdir. Yaranmış boşluqdan istifadə edən millətçi erməni "tədqiqatçıları"
gizli şəkildə Gəmiqayada tədqiqat aparmışlar. Aparılan işlərin nəticəsi olaraq nəşr edilən "Navasarın
qaya təsvirləri" və "Naxçıvanın memorial abidələri və relyefləri" adlı materiallarda erməni alimləri


4
tarixi saxdalaşdırmaq sahəsində öz ənənələrinə sadiq qalaraq xalqımızın ən qədim yadigarı olan
Gəmiqaya abidələrini heç bir elmi əsas olmadan erməni abidəsi kimi qələmə verməyə çalışmış,
Gəmiqayanın adını "Navasar", "Tapanasar" kimi uydurma adlarla əvəz etmişlər.
Qədim türk dünyası mədəniyyəti üçün səciyyəvi olan qayaüstü rəsmləri özündə əks etdirən
Gəmiqaya abidələri Azərbaycan xalqının ən qədim tarixinin və mənəvi mədəniyyətinin öyrənilməsi
üçün xəzinədir. Bu abidələrin qorunub‐saxlanaraq gələcək nəsillərə çatdırılması, ardıcıl və sistemli
şəkildə tədqiq edilməsi üçün qərara alıram:
1. Azərbaycan Respublikası Elmlər Akademiyası Naxçıvan Regional Elm Mərkəzi və Naxçıvan
Dövlət Universiteti Azərbaycan Elmlər Akademiyasının mütəxəssislərini dəvət edib, onlarla birlikdə
Gəmiqaya abidələrində elmi‐tədqiqat işlərinin aparılması üçün "Gəmiqaya" ekspedisiyasını təşkil
etsinlər.
2. Ekspedisiyaya tapşırılsın ki, Gəmiqaya abidələrinin qorunub‐saxlanması, ardıcıl və sistemli
şəkildə öyrənilməsi üçün aparılan tədqiqat işlərinin nəticəsi barədə elmi rəy hazırlayıb Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin.
3.Sərəncamın icrasına nəzarət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatına tapşırılsın.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif TALIBOV
Naxçıvan şəhəri, 26 aprel 2001‐ci il
№ 26‐01 / S




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   84


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə