İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   2   3   4   5   6   7   8   9   ...   84

9
Etnoqrafiya İnstitutunun Xaraba‐Gilan arxeoloji ekspedisiyası 2004‐cü ildən planlı və sistematik
arxe oloji qazıntıları davam etdirir. Tədqiqatlar  İlk Tunc dövründən orta əsrlərə  qədər uzun bir
xronoloji dövrü əhatə edən arxeoloji abidələrdə aparılır.  Əldə olunan nəticələr geniş  mənada
Naxçıvan diyarının tarixinin qədimliyini və zənginliyini bir daha isbat etməyə şərait yaradır. 
Möhtəşəm abidələri ilə seçilən qədim Ordubad diyarı 1977‐ci ildən qoruq‐şəhər elan
edilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikanın
bütün  ərazisində ardıcıl olaraq həyata keçirdiyi möhtəşəm quruculuq proqramının fonunda
Ordubad da yeni dövrün inkişaf etmiş bölgələrindən birinə çevrilmişdir. Qədimliklə müasirləşmənin
vəhdəti əsasında yenidən qurulmuş Ordubad şəhəri ümumiyyətlə hər gün yeniləşən Naxçıvanın
inkişaf səviyyəsinin göstəricilərindən biridir. Ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər
Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad indi böyük yüksəlişin yeni dövrünü yaşayır.
Ordubad haqqında yeni kitabı oxuculara təqdim edərkən bu mövzuda tədqiqatlar aparmış,
kitablar nəşr etdirmiş görkəmli alimləri və tanınmış müəlliflərin – M.Neymət, F.Səfərli, S.Babayev,
Y.Axundov, A.Fərəcov, A.Paşayev, S.Budaqova, F.Vəzirova və digərlərinin xidmətlərini də ayrıca
qeyd etməyi özümüzə borc bilirik.
Əlbəttə, Ordubadın təbiət abidələrinin və arxeoloji abidələrinin hər biri haqqında tədqiqatların
ayrıca monoqrafik şəkildə  nəşr olunması çox gözəl olardı. Amma, söz yox ki, bu, çox vaxt və
zəhmət tələb edən bir işdir. Fikrimizcə, Ordubad abidələrində aparılmış arxeoloji tədqiqatların nə‐
ticələrinin yığcam şəkildə çap olunması elm adamlarının və geniş ictimaiyyətin marağına səbəb
olacaq və onları düşündürən bir çox suallara cavab verəcəkdir. Həqiqətən kitabın müəllifləri bütün
bunları sanballı  şəkildə elmi ictimaiyyətə  təqdim ediblər. Onlara gələcək tədqiqatlarında daha
böyük uğurlar arzulayıram.
İsa HƏBİBBƏYLİ
akademik


G
İRİŞ
Əsrlər boyu alim, səyyah, coğrafiyaşünas və digər araşdırmaçıların
diqqətini cəlb edən Ordubad abidələrinin tədqiqinə XIX əsrin sonları  və XX
əsrin əvvəllərindən başlanmışdır. Bu abidələr həmişə öz möhtəşəmliyi ilə fərq‑
lənmişlər.
1896‑cı ildə Xaraba‑Gilan  şəhər yerinin xarabalıqlarını  gəzmiş arxeoloq
Dumberq, buradan üzərində ərəb əlifbası ilə yazı olan iki daş plitəni apararaq
Qafqaz muzeyinə təhvil vermişdir
[Тифлисский листок, 1914]

1
1
2
2
10


11
3
3


4
4


13
6
6
5
5


14
1904‑cü ildə Xaraba‑Gilan şəhər yerində təd‑
qiqat xarakterli işlər aparılmışdır
[Известия КОМАО,
Вып. 2, 1903]. 
1912‑ci ildə Xaraba‑Gilanda təsadüfən 500
qızıl sikkədən ibarət dəfinənin aşkar olunması
Moskva Arxeoloji Cəmiyyəti Qafqaz bölməsinin
diqqətini cəlb edir. Şəhər yerində yoxlama qa‑
zıntıları aparılaraq, tapılan əşyalar Qafqaz mu‑
zeyinə  təhvil verilir 
[Известия  КОМАО, 1919, с.48].
Şəhərin 8 yerində aparılmış yoxlama qazıntılarının
heç birində qazıntı materikədək çatdırılmamış,
mədəni təbəqənin qalınlığı  və xüsusiyyətləri
qeydə alınmamışdır. Əksinə, şəhər yerinin şimal
tərəfində yerləşən hakim təbəqəyə məxsus sülalə qəbiristanlığındakı türbələr
dağıdılmışdır. Axtarışlar zamanı sərdabələrdən qiymətli əşyalar yoxa çıxmışdır.
Xaraba‑Gilan türbələrindən aparılmış ağ mərmərdən olan və hər biri 640 kq
ağırlığında iki qəbir daşı Yuxarı Aza kəndində gizlədilmişdir. Həmin qəbir
daşları  səlcuq hökmdarı  Məlikşahın anasına və xalasına məxsus olmuşdur.
Tədqiqatlar lazımi elmi səviyyədə aparılmadığından abidələrin qismən dağı‑
dılmasına və bir çox unikal tapıntıların itib‑batmasına səbəb olmuşdur. 
Azərbaycanda 1923‑cü ildə yaradılmış “Azərbaycan Arxeoloji Komitəsi”
və “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” arxeoloji abidələrin tədqiqinə
diqqəti artırır. 
1926‑cı ilin fevral ayında Azərbaycanı  Tədqiq və  Tətəbbö Cəmiyyətinin
Naxçıvan şöbəsi Xaraba‑Gilan şəhər yerində qazıntı aparmaq istəyini Azərbaycan
Arxeoloji Komitəsinə bildirir və qazıntılarda iştirak etmək üçün komitənin
əməkdaşlarından birinin göndərilməsini xahiş edir 
[Сысоев В.М. 1929, с.8]

1926‑cı ilin iyul ayında V.M.Sısoyev Xaraba‑Gilanda arxeoloji qazıntılara
başlayır. Təəssüf ki, bu arxeoloq da qazıntıları şəhərin yaşayış məhəllələrində,
sənətkarlar məhəlləsində, narınqalada, ictimai təyinatlı binaların qalıqlarında
və müdafiə divarları yanında deyil, əsasən türbə  və  qəbirlərdə aparır. Ona
görə  də aparılan qazıntılarda nə  mədəni təbəqə, nə  bə tapıntıların dövrü
müəyyən edilmir. Yalnız onunla birlikdə çalışan epiqraf İ.Əzimzadə (Məddah)
tərəfindən şəhər yerinin cənub hissəsində yerləşən qəbiristanlıqdakı bir neçə
qəbir daşındakı yazıların oxunması şəhərin tarixi haqqında bəzi dəqiq məlumatlar
əldə etməyə imkan vermişdi 
[Азимбеков И., 1929, с. 309‐310]
7
7


15
8
8


16
1927‑1928‑ci illərdə Qafqaz Tarix‑Arxeologiya İnstitutunun arxeoloji eks‑
pedisiyası şəhər yeri və ətraf abidələrdə qazıntıları davam etdirmişdir.
1976‑cı ildən Xaraba‑Gilan  şəhər yerində planlı  və sistematik arxeoloji
tədqiqatlara başlanmışdır. Arxeoloq V.H.Əliyevin rəhbərlik etdiyi Naxçıvan
arxeoloji ekspedisiyasının Xaraba‑Gilan dəstəsi şəhərin əsas yaşayış məhəlləsində,
ictimai binanın qalıqlarında arxeoloji qazıntı aparmış,  şəhərin  şərq müdafiə
divarı yaxınlığında yoxlama şurfları qoymuşdur. Əsas məqsəd abidənin sra‑
tiqrafiyasını müəyyən etmək olmuşdur. Dəstənin 1976‑1979‑cu illərdə apardığı
tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Xaraba‑Gilan  şəhər yeri
çoxtəbəqəli abidədir. Narınqala və ətrafındakı tikililər Antik dövrün əvvəllərinə
(e.ə.IV–III əsrlərə), şəhərin qərb müdafiə divarı yanında aşkar edilmiş siklopik
divar qalıqları isə erkən Dəmir dövrünə aiddir. Xaraba‑Gilan  şəhər yeri
ətrafında aparılan arxeoloji kəşfiyyat işləri nəticəsində Tunc və Dəmir dövrlərinə
aid Plovdağ və Sumbatan‑Dizə abidələri qeydə alınmışdı. 
1979‑cu ildə V.H.Əliyev və A.Q.Seyidov tərəfindən Biləv‑Tivi kəndləri
arsında yerləşən tarixi abidələrə baxış keçirilmiş, Biləv kəndi yaxınlığında
yerləşən “Babək qalası”na ilk arxeoloji səfər təşkil edilərək, abidənin üzərində
yerləşən tikinti qalıqlarının memarlıq planı  çıxarılmış, foto şəkilləri çəkilmiş
və nəşr olunmuşdur
[Əliyev V., Seyidov A., 1979; Seyidov A.,1999, s.15‐21]
.
1980‑ci ildə Naxçıvan arxeoloji ekspedisiyasının Xaraba‑Gilan dəstəsi
arxeoloq Q.Aslanovun rəhbərliyi ilə müstəqil ekspedisiyaya çevrildikdən sonra
tədqiqatların miqyası daha da genişləndirilir. Ekpedisiya iki istiqamətdə ‑ Xa‑
raba‑Gilan şəhər yerində və ona yaxın abidələrdə arxeoloji tədqiqatlar aparır.
Arxeoloji tədqiqatlarda B.İbrahimli (rəis müavini), memar K.Məmmədzadə,
mixi yazılar üzrə mütəxəssis S.Qaşqay, Leninqrad Bölməsinin  əməkdaşları–
şərqşünas İ.Medvedskaya, rəssam Q.Kuzneçova, memar S.Miqel iştirak etmişlər. 
Ekspedisiyanın 1980‑1990‑cı illərdə  fəaliyyəti nəticəsində Xaraba‑Gilan
şəhər yerində karvansaray kompleksi, son Tunc–erkən Dəmir dövrünə aid
Xalı‑Keşan, Mərdangölü, Muncuqlu‑təpə və Dəlmə nekropolları aşkar edilib
tədqiq olunmuş  və Gilançay vadisində onlarla yeni abidə qeydə alınmışdı.
Tədqiqatların nəticələri Azərbaycanla yanaşı, Almaniya və Avstriyada çıxan
müxtəlif elmi jurnallarda nəşr olunub, beynəlxalq konfranslarda məruzə
şəklində dinlənilib. Xaraba‑Gilan şəhər yerinin tədqiqi mövzusu üzrə Moskva
Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə olunmuşdur. 
2000‑ci ildə Moskva şəhərində B.İbrahimlinin “Orta əsr Kiran şəhəri” mo‑
noqrafiyası 
[İbrahimli B., 2000],
2002‑ci ildə Bakıda Q.Aslanov, B.İbrahimov,


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə