İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   2   3   4   5   6   7   8   9   ...   84

17
S.Qaşqayın “Xaraba‑Gilanın qədim nek‑
ropolları” 
[Aslanov Q., İbrahimov B., Qaşqay
S., 2002]
kitabı çapdan çıxmışdır. 
İstər 2001, istərsə  də 2002‑ci ildə
Naxçıvan Muxtar Respublikasında sə‑
fərdə olan zaman Heydər Əliyevin Gə‑
miqaya abidəsinə diqqət yetirməsi bu
abidənin nə qədər böyük tarixi əhəmiyyət
kəsb etdiyini göstərir. Bu qayğı ilə  əla‑
qədar Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri Vasif Talıbov 26 aprel
2001‑ci il tarixdə “Ordubad rayonundakı
Gəmiqaya abidəsinin tədqiq edilməsi
haqqında” Sərəncam imzalamışdır.
Bu tarixi Sərəncamdan irəli gələn
vəzifələr layiqincə yerinə yetirilmiş, nə‑
ticədə, Gəmiqaya təsvirləri, qədim qəbir abidələri tədqiq olunmuşdur. Həmin
vaxtdan başlayaraq tədqiqatların nəticəsi kimi “Gəmiqaya təsvirlərinin poetikası”
[Baxşəliyev V., 2002],
“Gəmiqaya təsvirləri” 
[Baxşəliyev V., 2003],
“Gəmiqaya‑toponimlər,
qədim köç yolları”
[Seyidov A., 2003]
“Gəmiqaya‑Qobustan əlifbası” 
[Fərzəli Ə., 2003]
,
“Gəmiqaya” 
[(Müseyibli N., 2004],
“Gəmiqaya” 
[Kərimov V., 2005, rus dilində]
“Nuhun
gəmisi və  Gəmiqaya‑Qobustan  əlifbası” 
[Fərzəli  Ə.,2005, rus dilində]
, “Gəmiqaya”
[Əliyev V., 2005]
, “Gəmiqaya‑Qobustan mədəniyyəti” 
[Fərzəli Ə., 2008]
adlı kitab və
monoqrafiyalar, onlarla məqalələr yazılaraq dünya elmi ictimaiyyətinə çatdırılmışdır.
2004‑cü ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba‑
Gilan arxeoloji ekspedisiyası II Plovdağ nekropolunda yeni arxeoloji tədqiqatlara
başlamışdır. Burada son Tunc dövrünə aid kurqanlar tədqiq olunmuş, abidənin
stratiqrafiyası dəqiqləşdirilmiş və onun çoxtəbəqəli olduğu müəyyən edilmişdir.
Ekspedisiyanın apardığı təqiqatlarda H.Q.Qədirzadə (rəis müavini), H.F.Səfərli,
Naxçıvan Dövlət Pedaqoji Universiteti Memarlıq kafedrasının müdiri Q.Əliyev,
memar G.Qənbərova, Sankt‑Peterburq Dövlət Maddi‑Mədəniyyət İnstitunun
Trassologiya şöbəsinin müdiri N.Skakun və b. iştirak etmişlər.
2005‑ci il dekabr ayının 6‑da Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun
“Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin
qorunması və pasortlaşdırılması işinin təşkili haqqında” Sərəncamından sonra
arxeoloji abidələrin geniş miqyasda aşkar edilməsi və qeydiyyatı həyata keçi‑
rilmişdir. Həmin ildə arxeoloqlar V.B.Baxşəliyev və T.Xəlilov tərəfindən
9
9


18
Gilançayın yuxarı axarında e.ə. II‑I minilliklərə aid Dəmyələr,  İlikliqaya,
Qumluq yaşayış yerləri və nekropolları və digər abidələr aşkar edilərək qeydə
alınmışdır. 
2008‑ci ildə “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Et‑
noqrafiya İnstitutu tərəfindən 2008‑2009‑cu illərdə aparılması nəzərdə tutulan
arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından sonra
Xaraba‑Gilan arxeoloji ekspedisiyası  tədqiqatları genişləndirmiş, üç dəstəyə
bölünərək Plovdağla yanaşı Sumbatan‑Dizə və Rəsul dərəsi yaşayış yerlərində
yeni qazıntılara başlamışdır. Rəsul dərəsi yaşayış yerində qazıntı işləri aparan
ikinci dəstə arxeoloq Q.İsmayılzadənin rəhbərliyi altında çalışır. 
2011‑ci ildə Sumbatan‑Dizə yaşayış yerində arxeoloji tədqiqatlar başa çat‑
dırılmışdır. Burada siklopik müdafiə divarının, məbədin və yaşayış evlərinin
qalıqları, daş qutu və küp qəbirlər tədqiq edilmiş, abidənin üç mədəni təbəqədən
ibarət olduğu dəqiqləşdirilmişdir. Burada həyat e.ə.II minilliyin sonlarından
eramızın III əsrinədək davam etmişdir. Bu şəhər yerinin ərazisinin 20 hektardan
artıq olduğu müəyyən edilmişdir. 
2012‑ci ildə Xaraba‑Gilan ar xeoloji ekspedisiyası  Dəlmə qala sında yeni
qazıntılara başlamışdır. Hazırda Xaraba‑Gilan arxeoloji eks pedisiyası dörd
abidədə ‑ II Plov dağ yaşayış yeri və nekropolunda, III Plovdağ nekropolunda,
Rəsul dərə sində və Dəlmə qalasında arxeoloji tədqiqat işlərini davam etdirir.
Arxeoloji qazıntılar zamanı digər maddi‑mədəniyyət nümu nələri ilə yanaşı
çoxsaylı və müxtəlif çeşidli metal əşyaların tapılması qədim dövrün ilkin me‑
tallurgiyası haq qında fikir yürütməyə əsas verir.
Məlumdur ki, qədim metallur giyanın inkişafı üçün yerli mis‑tunc xammal
bazasının olması vacibdir. Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib
hissəsi olan Naxçıvan Muxtar Respublikasının ərazisində qədim metallurgiyanın
inkişafı üçün kifayət qədər mis, mərgümüş, sürmə, qurquşun, sink, qızıl,
gümüş yataqları mövcuddur. Bu baxımdan, Ordubad rayonu və ona yaxın
ərazilərdə yerləşən mis yataqlarının mühüm əhəmiyəti vardır.
Ordubad rayonu ərazisində olan Misdağ yatağı Vənəndçayın yuxarı his‑
səsində yerləşir və əsasən malaxit, xalkopirit, xalkozin, minerallarından ibarətdir
(Cədvəl A). Buradakı yataqlar yüksək faizli mislə müşahidə olunur. Onların
tərkibində mis 0,3‑8,25 %‑ə qədər, bəzən isə 21,56 % qədər olur. Misdağ filiz
sahəsində iki mis‑qızıl yatağı mövcuddur. Birincisi filiz sahəsinin mərkəzi
hissəsini əhatə edir ki, bu, Ağyurd yatağıdır. 


19
İkinci Kətəm‑Kələki ərazisinin mər‑
kəzi hissəsindən şimal‑şərqdə yerləşən
Şəkərdərə yatağıdır. Bu yataqlarda qızılın
miqdarı 0,5 q/t, gümüş isə 13,2 q/t qə‑
dərdir. Qeyd edək ki, geoloji tədqiqat
işləri zamanı Şəkərdərədə qədim mədən
yerlərinin bərpa olunması ilə yanaşı bu‑
rada əsasən iki filiz zonası qeydə alın‑
mışdır: 1.Damar tipli mis filizləri; 2.Mis‑
pirit filizləri.
Zəngəzur dağının cənub‑şərq ya‑
maclarında, Mehri‑Ordubad plutonu
adlanan hissədə oksidləşmiş mis filiz‑
lərindən ibarət çoxçıxışlı Diaxçay mis
yatağı yerləşir  (Azərbaycanın Zəngəzur
bölgəsi Sovet imperiyasının təsiri ilə 1920‑
ci ilin dekabr ayının 1‑də Ermənistana hədiyyə edilmişdir).
Parağaçay mis‑molibden yatağı Parağaçayın sol sahilində yerləşir. Yatağın
filiz damarlarının həcmi çox dəyişkəndir. Burada olan filiz mineralları xalkopirit,
molibdenit və piritdən ibarətdir 
[Геология СССР, tom XLVII, 1976]
.
Ordubad rayonunun yüksək dağlıq zonasında, Qazangöl dağının (3829 m)
zirvəsinə yaxın ərazidə Göy‑göl mis‑molibden yatağı vardır.
Mərgümüş yataqları Culfa rayonundan 8‑9 km şimal‑şərqdə Darı‑dağ
ərazisində yerləşir. Bu yataq qədim zamanlardan məlumdur. Yüz illərlə bu
ərazidən realqar və auripiqment çıxarılmışdır. 
Polimetal filizlər isə  əsasən Gümüşlü və  Ağdərə yataqlarında yerləşir.
Ağdərə polimetal yatağı Ordubad rayonu ərazisindədir. Buradakı filizin əsas
mineralları sfalerit və qalenitdən ibarətdir. Filizin tərkibindəki mis adətən çox
deyil. Gümüşün  əsas miqdarı arqentitlə (gümüşün mineralı)  əlaqədardır və
qalenitdə  də onun olmasına güman var. Külçə (təbii) qızıl piritdə (dəmir
mineralı) aşkar olunub. Amma onun əsas miqdarı ağımsoy filizlərlə əlaqədardır
və bərk qarışıq kimi elektrum formasında mövcuddur.
Gümüş Gümüşlü və Ağdərə polimetal yataqlarında aşkar olunub. Birinci
yataqda gümüş arqentitlə, ikinci yataqda isə qalenit və elekturumla müşahidə
olunur. Bu iki yataqdan əlavə Parağaçay və Qovurmadərə yataqlarında da
10
10


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə