İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   2   3   4   5   6   7   8   9   ...   84

20


21


22
Gümüş  aşkar olunub 
[Геология  Азербайджана, tom VI, 2003].
Birmənalı olaraq,
Ordubad rayonu ərazisində ibtidai metallurgiyanın inkişafını, bölgənin qədim
tayfalar tərəfindən istismar olunan dağ‑mədən işlərinin nəticələri ilə bağlamaq
mümkündür.
Söz yox ki, xalqımızın tarixinin yeni səhifələrinin açılması gələcək illərdə
aparılacaq tədqiqatların nəticələrindən asılıdır. Tədqiqat işləri zamanı əldə et‑
diyimiz uğurlara və göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri Vasif Talıbov cənablarına minnətdarlığımızı bildirir, AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutunun və AMEA Naxçıvan Bölməsinin rəh‑
bərliyinə təşəkkür edirik.
12
12
11
11


13
13


24
Y
AŞAYIŞ YERLƏRİ
Birinci Plovdağ yaşayış yeri
Plovdağ abidələri Naxçıvan Muxtar Respublikasının şərqində, Kiçik Qafqaz
sıra dağlarının Zəngəzur silsiləsinin cənub ətəklərində, Araz çayından 2,0‑2,5
km  şimalda, onun qolu olan Gilançayın mənsəbinə yaxın sol sahilində eyni
adlı dağın ətəklərində yerləşir. Bu çoxtəbəqəli abidə XX əsrin 70‑ci illərinin so‑
nunda Naxçıvan arxeoloji ekspedisiyasının Xaraba‑Gilan dəstəsi tərəfindən
qeydə alınmışdır. Abidənin qərb və  cənub tərəfləri XX əsrin 60‑cı illərində
Dəstə kanalı çəkilərkən dağıdılmışdır. Dağın zirvəsinə yaxın yerlərdə mədəni
təbəqə nisbətən salamat qalmışdır.
Plovdağın ətrafı müxtəlif xarakterli tikililər və qəbir abidələri ilə örtülüdür.
Dağın  şimal və  cənub  ətəklərinin qərb hissəsində yaşayış yerləri, onlardan
şərqə tərəf isə nekropollar yerləşir. Yaşayış yerlərinin arasında, dağın qərb ya‑
macında, dördbucaqlı planda, 200 kv.m.‑ə yaxın sahəsi olan daş tikilinin
qalıqları izlənir. Burada arxeoloji qazıntı  işləri aparılmadığından, tikilinin
təyinatı (təsərrüfat və ya dini xarakterli tikili olduğu) müəyyənləşdirilməmişdir.
Plovdağ və onun ətrafında aparılan arxeoloji
qazıntı və kəşfiyyat işləri nəticəsində müəy‑
yən edilmişdir ki, dağın şərq tərəfi və zirvə‑
sindən başqa hər tərəfində qədim dövrə aid
qəbirlər və yaşayış yerlərinin qalıqları vardır
[Ибрагимов Б.И., 2007, s.86‐89].
Plovdağda hələlik iki yaşayış yerinin
yerüstü konturları müəyyən edimişdir. Bun‑
lardan birincisi dağın cənub ətəyində, dağ‑
arası çökəklikdə, ikincisi isə dağın qərb ətə‑
yində yerləşir. İkinci yaşayış yerinin divarları
iri həcmli dağ daşlarından (siklopik) hörül‑
müşdür (şəkil 10‑18). Bu yaşayış yeri Gilan‑
14
14


25
çaya və əkin sa hələrinə yaxın olduğun‑
dan dağıntıya daha çox məruz qalmış‑
dır. Yaşayış yerlərinin dağın döşünə
yaxın olan hissələri isə XX əsrin 60‑cı
illərində Dəstə arxı çəkilərkən müasir
texni kanın köməyi ilə dağıdılmışdır.
Plov dağda aşkar edilmiş bu iki yaşayış
yerindən başqa nekropolların yerləş ‑
diyi ərazilərdə də yaşayış yerinin əla ‑
mətləri izlənilir. Xüsusən, ikinci Plov ‑
dağ nekropolunun mərkəzi hissə sində,
qəbirlərdən altdakı təbəqədə əmək alət‑
lərinin, ocaq qalıqlarının və  qəbirlər
üçün xarakterik olmayan keramika nümunələrinin və Kür‑Araz mədəniyyəti
üçün səciyyəvi olan qulpların aşkar edilməsi burada ilk Tunc dövrünə aid
yaşayış yerinin olduğunu ehtimal etməyə əsas verir. 
Gilançayın mənsəbini  şərqdən və  qərbdən  əhatə edən dağlar lay‑lay
vulkanik daşlardan və boz rəngli gilli torpaqdan ibarətdir. Plovdağın daşları
yumşaq tərkibli tufit daşlar olduğundan, həm orta əsrlərdə (qəbirüstü qoç
heykəllər hazırlanarkən), həm də sonralar (Aza körpüsü tikilərkən) bu daşlardan
istifadə olunmuşdur. Nəticədə qədim dövrə aid siklopik tikililərin bir hissəsi
dağıdılmışdır. Plovdağın zirvəsindən qopub tökülmüş bir neçə tonluq nəhəng
daşlar isə yaşayış yerinin dağa yaxın olan tərəflərini dağıtmışdır.
Naxçıvan  ərazisində müdafiə qabliyyətli yaşayış yerlərinin və qalaların
yaranmasının qədim tarıxi və obyektiv səbəbləri vardır. Urmiya ətrafı və Nax‑
çıvanın qədim tayfaları Yaxın Şərqin təcavüzkar dövlətlərinin qonşuluğunda
yerləşdiklərindən güclü müdafiə sistemi yaratmağa məcbur idilər 
[Алиев  В.Г.,
1991, c.192]
.
1987‑1989‑cu illərdə birinci Plovdağ yaşayış yerində bu çoxtəbəqəli abidənin
axırıncı tikinti dövrünə aid yaşayış evi kompleksinin bir neçə otağı təmizləndi
[Aslanov Q.M. İbrahimov B.İ.,1986, s.5‐12].
Yaşayış yerinin yerləşdiyi  ərazidə külli
miqdarda dən daşlarına, sürtkəclərə,  əl capacaqlarına və daş baltalara rast
gəlindi. Çay daşından hazırlanmış iri həcmli daş baltalara ən çox yaşayış
yerindən cənub‑qərb tərəfdə, nisbətən düzənlik ərazidə təsadüf edildi. Ehtimal
ki, bura qədim xırman yeri olmuşdur. Yaşayış yeri şərq tərəfdən 80 sm‑ə qədər
eni olan daş divarla əhatə lən mişdir. Divarın yanı ilə şimal‑cənub istiqamətində
15
15


26
2,5‑3,0 m eni və 2.0 m dərinliyi
olan yarğan vardır. Otaqların
döşə məsi yer səthindən 2,0‑2,10
m dərinlikdə yerləşir. Divarlar
müxtəlif həcmli dağ daşlarından
gil məhlulu ilə (palçıqla) işlən ‑
mişdir. Bir neçə yerdə  qədim
bərpa izləri açıq‑aydın izlənilir
[İbrahimli B., 2007, s.24‐31]
Kompleksin  şərq tərəfində
yerləşən 1 saylı otağın cənub
küncləri düzbucaqlı planda, şi‑
mal küncləri isə qövsvarı işlən‑
mişdir. Otağın cənub divarından
başlayaraq  şimal istiqamətində
daha bir divar (arakəsmə) işlənmiş və otaq iki hissəyə bölünmüşdür. Divarın
şimal tərəfi axıradək işlənməmiş, onun qurtaracağı ilə otağın  şimal divarı
arasında qapı yeri qoyulmuşdur. Bu qapı yerindən başqa otağın  şimal‑qərb
küncünə qədər pilləkən işlənmiş və bununla da otağa yarımzirzəmi görkəm
verilmişdir. Qədim bərpaya qədər otağın qərb divarında pilləkənlə yanaşı, eni
70 sm olan qapı yeri olmuş, lakin otaq dağıntıya məruz qaldıqdan sonra,
təkrar istifadə zamanı, bu qapı yeri daşla işlənərək örtülmüş və otağa giriş yu‑
xarıda qeyd etdiyimiz pilləkən vasitəsi ilə olmuşdur. Pilləkən iri həcmli daşlarla
işlənmişdir. Döşəməyə yaxın pillələrin bəzi daşları sökülmüşdür. Pilləkənin
hündürlüyü 1,0‑1,2 m, eni isə 60‑65 sm‑dir.
1 saylı otağın şimal divarından cənub divarına qədər şərq divarı boyunca
60 sm enində və 40‑50 sm hündürlüyündə daşla işlənmiş və üstündə yanı üstə
qoyularaq gillə möhkəm bərkidilmiş sal daşlardan taxçalar düzəldilmişdir.
Taxçaların yanlarına qoyulan sal daşlar gillə o dərəcədə möhkəm bərkidilmişdir
ki, uçqun və dağıntı zamanı onlar yerlərindən belə tərpənməmiş, hətta taxçalara
qoyulmuş bir neçə saxsı qab salamat qalmışdır. Taxçaların hamısının qabağı 8‑
10 sm hündürlüyü və  5‑6 sm eni olan möhkəm gil qatı ilə tutulmuşdur.
Şimaldan başlayaraq birinci və ikinci taxçalardan qazan tipli qab fraqmentləri,
üçüncü taxçadan isə tək qulplu, ağzı axırımlı miniatür boyalı qab aşkar edildi.
Dördüncü taxçanın bir neçə daşı sökülmüşdür. Ondan cənuba tərəf yerləşən
beşinci taxçanın içərisindən və ətrafından iri həcmli qazana məxsus fraqmentlər
aşkar edildi. Ətrafa səpələnmiş qazan fraqmentlərinin vəziyyətinə  əsasən,
16
16


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə