İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   2   3   4   5   6   7   8   9   10   ...   84

27
qazanın otaq dağıntıya məruz qaldıqdan sonra taxçadan qazılıb çıxarıldığını
güman etmək olar. 
Qeyd etmək lazımdır ki, otağın bir neçə yerində sonrakı dövrlərdə qazılmış
çala izləri vardır. Otağın cənub küncündə yerləşən taxçanın yan daşına
söykənmiş vəziyyətdə təkqulplu, geniş oturacağa malik bir gil qab aşkar edil‑
mişdir. Üç yerdən sınaraq ağzı üstə düşməsinə baxmayaraq, qabın içərisindəki
dən tökülməmişdi. Ehtimal ki, qab yıxılan zaman ağzı  dəri və ya parça ilə
bağlı olmuşdur. Taxçaya yaxın otağın döşəməsindən bir ədəd üçayaq fraqmentləri
aşkar edildi. Otağın cənub‑qərb küncünə yaxın çəhrayı rəngli iri həcmli küpün
ağız və çiyin hissəsindən fraqmentlər tapıldı. Yaşayış evlərinin içərisində
divara bitişik və üstündə taxçalar qurulmuş analoji tikililər Kür‑Araz mədə‑
niyyətinin yaşayış evləri üçün xarakterikdir
[Морковин В.И., Мунчаев Р.М.,2003, c.
44; Сеидов А.,2002].
1 saylı otağın şərq yarısının təqribən ortasında 70 sm diametri olan bir tə‑
sərrüfat quyusu vardır. Quyunun divarlarında ağzının eni 12 sm olan küt bir
alətin izləri qalmışdır. Tunc dövründə bir qayda olaraq torpaqda qazılmış
quyunun divarları isladılaraq üstü hamar daş alətlə döyəclənir və içərisində
od qalanmaqla bişirilərək möhkəmləndirilirdi. Lakin nə  səbəbdənsə, bu
təsərrüfat quyusu qazıldıqdan sonra divarları döyülərək möhkəmləndirilməmiş
və odda bişirilərək bərkidilməmişdir. Quyunun ağzı örtülü olmadığından,
içərisi 30 sm‑ə qədər torpaq və küllə dolmuşdu. Torpaq və kül qatı götürüldükdən
sonra altdan (5 kq‑dək) dən daşında üyüdülmüş darı qalıqları  aşkar edildi.
Maraqlıdır ki, quyunun ağzı örtülü deyildi və  ətrafda da quyunun ağzını
örtmək üçün istifadə edilmiş sal daş tapılmadı. Qazıntı zamanı otağın döşə‑
məsində quyudan qapıyadək bir neçə yerdə tala‑tala darı qalıqları izlənirdi.
Otağın tavanı uçaraq bu darı komalarının
üstünə töküldüyündən yanğın onlara təsir
etməmişdi. Bu mənzərədən belə  nəticəyə
gəlmək olur ki, yanğın və uçqundan bir qə‑
dər əvvəl və ya elə həmin vaxt bu otaqdan
bəzi şeylərin çıxarılması üçün səy göstəril‑
mişdir. Quyudakı dənin bir hissəsi də məhz
həmin vaxt tələm‑tələsik quyudan çıxarıl‑
mışdır. 
Təsərrüfat quyusu ilə 1 saylı otağı iki
hissəyə ayıran divar arasında, döşəmədə
17
17


28
iri həcmli qazan fraqmentləri aşkar edildi.
Düz oturacaqlı, şar gövdəli və ağzı azca
kənara əyilmiş bu qazanın oturacaq hissəsi
əhənglə  təmir olunmuşdur. Belə ki, bəzi
fraqmentlərin üzərində 2‑3 sm qalınlığında
əhəng qatı qalmışdır.
Otağın divarlarında yanğın izləri çox
azdır. Yanan əsasən otağın tavanı olmuş‑
dur. Otağın üstünü örtən tirlərin tam yan‑
mamış qalıqları torpaqla, çırpı və küllə birlikdə döşəmədə 20‑30 sm qalınlığında
qat təşkil edirdi. Otağın qərb yarısına tərəf olan qapının ağzında boz rəngli
küpün fraqmentləri aşkar edildi. Bu fraqmentlərlə otağın döşəməsi arasında
30 sm‑lik torpaq qarışıq kül qatı vardı. Kül qatının içərisindən saxsı qab
sınıqları və düz oturacaqlı, düz divarlı manqal qırıqları tapıldı. Manqalın bir
tərəfi rütubətdən çürüyüb ovulmuşdu.
Otağın qərb yarısının daxili quruluşu  şərq yarısınından fərqlənir. Qərb
yarısının ortasında dirək yeri vardır. Dirək aşağıdakı üsulla basdırılmışdır:‑
otağın döşəməsində çuxur qazılaraq dirək oraya qoyulmuş və yanları daşla,
palçıqla bərkidilmişdir. Dirək yerindən 28‑30 sm cənub‑qərbə tərəf kiçik həcmli
çölməyin bir hissəsi tapıldı. Çölməkdən bir qədər cənub‑şərq tərəfdə üzəri
qırmızı boya ilə naxışlanmış, düz oturacaqlı, qoşa qulplu bir qabın qırıqları
aşkar edildi. Qırıqların çox hissəsi 65x75 sm ölçülərində bir sal daşın üstündə
idi. Sal daşa yaxın daha bir təsərrüfat quyusu aşkar edildi ki, bu da, cox
güman sal daşdan təsərrüfat quyusunun ağzını örtmək üçün istifadə olunduğunu
göstərir. 
Təsərrüfat quyusunun diametri 50‑70 sm, dərinliyi 80 sm idi. Quyu təmiz‑
lənərkən içərisindən iri həcmli küp qırıqları, yanmış səbət hissələri, bir ədəd
diametri 18 sm olan kürə formasında yonulmuş dağ daşı  və iri buynuzlu
heyvanın bud sümüklərinin hissələri aşkar edildi. Təsərrüfat quyusunun ya‑
nındakı küpün fraqmentləri otağın müxtəlif yerlərində tapıldı. Quyunun
içərisində kül, torpaq və saxsı qab qırıqları bir‑birinə qarışmışdı. Müəyyən
edildi ki, quyunun ağzını örtən sal daş evin üstünün uçmasından bir az qabaq
kənara çəkilmişdir. Belə ki, əgər sal daş sonrakı dağıntılar zamanı quyunun
ağzından götürülsəydi, döşəmənin üstündə üfüqi vəziyyətdə olmazdı. Bütün
bu əlamətlər onu göstərir ki, sakinlər evin tavanı uçmamışdan bir az əvvəl tə‑
sərrüfat quyusundan dəni götürməyə cəhd etmiş, lakin uçqun, yanğın və ya
18
18


29
bizə məlum olmayan başqa bir səbəbdən buna imkan tapmamışlar.
Otağın şımal‑şərq küncündə, qapı yerinə yaxın geniş ağızlı, üzəri qırmızı
boya ilə naxışlanmış qab qırıqları, yanmış noxud, arpa, buğda və üzüm dənələri
aşkar edildi. Qeyd etmək lazımdır ki, otağın hər iki yarısının şimal tərəflərində
yanğın izləri daha çox izlənilir.Yanğın nəticəsində  əmələ  gəlmiş kül qatı da
şimal tərəfdə 28‑30 sm, cənub yarıda isə 8‑10 sm qalınlığındadır.
1 saylı otaqdan qərbə tərəf, bu otağa bitişik daha bir tikili aşkar edildi. Bu
tikilidə yanğin əlamətləri yoxdur. Tikilinin şimal tərəfi 2,0 m enində və 3,4 m
uzunluğunda işlənmişdir. Qərb tərəfdə döşəmə  səviyyəsindən başlayan bu
hörgü şərqə tərəf maili şəkildə 1,3 m‑ə qədər yüksələrək 1 saylı otağın yuxarıda
təsvir etdiyimiz pilləkəni ilə birləşir. Hörgünün qərb tərəfində, şimal‑cənub is‑
tiqamıtində dağ daşları ilə 30 sm enində “kanalcıq“ işlənmişdir. Hər iki
tərəfdən bağlı olan bu “kanalcığın” hansı məqsədlə işləndiyini müəyyən etmək
çətindir. Bu “kanalcıqla” 1 saylı otağın qərb divarı arasındakı sahəyə daş dö‑
şənmişdir. Qazıntılar zamanı burada saxsı qazan fraqmentləri və daş alətlər
aşkar edilmişdi. Yanğın əlamətlərinin olmaması və tikilinin daxili planı qədim
bərpadan sonra buradan məişət və ya təsərrüfat xarakterli tikili kimi, xüsusən
də qapalı (daxili) həyət kimi istifadə olunduğunu ehtimal etməyə əsas verir.
Plovdağ abidəsində yaşayış evi kompleksinin qazıntısı tunc dövrünə aid
evlərin planı və interyeri haqqında müəyyən fikirlər söyləməyə imkan verir.
Hələlik, yaşayış evi kompleksinin yalnız qədim bərpadan sonrakı dövrü
haqqında daha ətraflı mühakimə yürütmək olar.
Arxeoloji tapıntılar və otağın daxili quruluşu göstərir ki, iki hissəyə
bölünmüş 1 saylı otaqdan ərzaq saxlamaq üçün, ondan qərbə  tərəf olan
tikilidən isə  həyət kimi istifadə edilmişdir. Həyət cənubdan və  qərbdən daş
divarla  əhatə olunmuşdur. Burada daşla işlənmiş “kanalcığın” (bəlkə  də bu
axur olmuşdur) olması və yerə daş döşənməsi ev heyvanlarının saxlandığını
ehtimal etməyə əsas verir. Həyətin şimal tərəfində pilləkəni əvəz edən maili
hörgü nə vaxtsa ikinci mərtəbənin də olduğunu göstərir. İkinci mərtəbədəki
otaqdan yataq otağı kimi isifadə edilmişdir. 1 saylı otağa‑yəni ərzaq anbarına
giriş ikinci mərtəbədən, yataq otağının  şimal‑qərb küncündə, döşəmədə
olmuşdur. 1 saylı otaqdakı kül qatının üstündə  aşkar edilmiş saxsı qab
fraqmentlərı və başqa əşyalar da uçqun zamanı ikinci mərtəbədən buraya tö‑
külmüşdür.
Yaşayış evi kompleksinin demək olar ki, hər yerində rast gəlinən qədim


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə