İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   ...   5   6   7   8   9   10   11   12   ...   84

36
аrаşdırıcılаr Mаykоp mədə niyyətində Misir mədəniyyətinin təsirini оrtаyа çı‑
xаrmаğа, bu mədəniyyətin Bаlkаnlаr üzərindən  Şimаli Qаfqаzа  gəlməsini
sübut еtməyə çаlışsа dа, Ön Аsiyа mədəniyyətinin Qаfqаz üzərindən Şimаlа
dоğru yаyıldığı çоxsаylı аrxеоlоji tаpıntılаrlа sübut оlunur. Gəmiqаyа təsvirlərinin
аrаşdırılmаsı bir dаhа sübut еdir ki, Аzərbаycаn ərаzisi qədim Şərq mədəniy‑
yətinin şimаlа dоğru ötürülməsində bir körpü оlmuşdur.
Təsvirlər  е.ə. IV‑I minilliklərdə  Nахçıvаndа  məskən sаlаn insаnlаrın
idеоlоji görüşlərini,  оnlаrın həyаt tərzini öyrənmək üçün оlduqcа  əhəmiy ‑
yətlidir. Qаyа təsvirlərinin ətrаfındа е.ə. IV‑I minilliklərə və ortа əsrlərə аid qə‑
biristаnlıqlаr vаr. Qаyа təsvirlərinin müqаyisəli аrаşdırılmаsı оnlаrın ən qədim
nümunələrinin ilk Tunc dövrünə  аid  оlduğunu göstərir. Lаkin burаdа  dаhа
qədim rəsmlərin оlmа еhtimаlı dа irəli sürülmüşdür. 
Gəmiqaya Kiçik Qafqaz dağlarının ən hündür zirvəsində ucalıq, böyüklük
adıdır. Bu yerlər öz möhtəşəmliyi ilə insanı özünə cəlb etdiyi üçün ən qədim
zamanlardan ibtidai insanlar bu zirvəni fəth etmək haqqında düşünmüş  və
çox zaman buna nail olmuşlar. Bura insanların təkcə otlaq sahəsi deyil, həm də
ibadət zirvəsi idi. İnsanlar bu zirvəyə qalxdıqca Tanrıya yaxınlıq hiss etmiş və
daha rahat olmuşlar. Qapıcıq zirvəsində hündürlük 3906, ondan aşağıda, Gəmi
qayası adlanan yerdə isə 32 metrdir. Bu yerdə bir‑birini tamamlayan zirvələr
çoxdur:  ‑ Qazangöl dağ 3829 m, Nefitli dağ 3375 m, Dəmirli dağ 3368 m,
Yağlıdərə dağı 3825 m və s. 
Gəmiqaya ulu babalarımızın əsrlər boyu yaylağı olmuşdur. Burada‑dağın
zirvəsində  qədim türk elləri və adları ilə bağlı iki təbii göl vardır. Onlardan
biri Göygöl, digəri isə Qazangöldür. Göygöl dəniz səviyyəsindən 3065 m, Qa‑
zangöl isə 3150 m hündürlükdə yerləşir. Göygöldən öz mənbəyini alan Saqqarsu
24
24
24
24


37
25
25


38
26
26


39
çayı Naxçıvan Muxtar Respublikası əra‑
zisinə, Qazangöldən başlayan Gərd çayı
isə Zəngəzur tərəfə axır. Göy göl təkcə
onun rənginə verilən ad deyil. Bu adda
olan göllərin hamısı dağlıq zonalarda
yerləşir (Göygöl‑Gəncədə, Göyçə göl
(yəni göy rəngə çalan‑Qərbi Azərbay‑
canda və s.). Bu, əsasən göylərin Tanrı‑
sının rəngindən gələn addır. Qazangöl
isə təbii ki, Kitabi Dədə Qorqudda rast
gəldiyimiz, igidlik, mərdlik simvolu olan Qazan xanın adı ilə bağlıdır ki,
bunun da tarixi eramızdan çox‑çox əvvəllərə aiddir. 
Gəmiqayanın dörd tərəfindəki oba, yaylaq, çay, çeşmə, bulaq və  dərə‑
təpələr qədim azər‑türk soylarının adı ilə bağlıdır. Bu kiçik ərazidə qeydə
aldığımız 100‑dən artıq toponim Naxçıvan tərəfdə, 70‑ə yaxını isə  Zəngəzur
tərəfdə yerləşir. Ata‑baba torpağı,  əhalisi  əsasən azərbaycanlılardan ibarət
olan Zəngəzur mahalı rus imperiyasının təkidi ilə 01 dekabr 1920‑ci ildə Ermə‑
nistan Respublikasına hədiyyə edilmişdir. 
Azərbaycan xalqının ümummili lideri Heydər  Əliyevin bir kəlamına
diqqət yetirək: «...Bu, bildiyimiz kimi, həm təbiətin böyük bir abidəsidir, eyni
zamanda, insan yaradıcılığının abidəsidir. Bu abidə Azərbaycanındır. Azər‑
baycanın tarixini əks etdirən abidədir...». Doğrudan da Gəmiqaya öz sirlərini
tədqiqatçılara açdıqca, onun başdan‑başa Azərbaycan türkünün qədim abidəsi
olması inkaredilməz olur. 
Məlumdur ki, hər hansı bir ərazinin toponimlərinin öyrənilməsi, həmin
yerin tarixinin, coğrafiyasının və etnoqrafiyasının tədqiqi ilə ilə sıx bağlıdır. Bu
toponimlərdə  ən qədim zamanlardan
həmin ərazidə yaşamış xalqların dilinə
məxsus yer adları, onun yayılma arealı,
xalqın təşəkkülündə iştirak etmiş qədim
tayfaların siyasi və etnik sərhədlərinin
müəyyənləşdirilməsi qalmışdır. Bu ba‑
xımdan Gəmiqaya və onun ətraf ərazi‑
lərində olan toponimlər  əsasən Azər‑
baycan‑türk mənşəli adlardan ibarətdir.
Gəmiqaya ətrafından bu zirvəyə uzanan
27
27
28
28


40
yolların keçdiyi ərazilər maraqlıdır. Biz
buraya həm də  Zəngəzur mahalının
(indiki Qafan rayonunun) Gığı  dərə‑
sindən uzanan köç yollarını da daxil
etmişik. Yol boyu bütün biçənəklər, çay‑
lar, bulaqlar, yollar, qaya adları və s. ol‑
duğu kimi göstərilib.
Bu yollardan biri Nəsirvaz kəndin‑
dən Gəmiqayanın Qaranquş yaylağına
doğru uzanır. Biz bunu şərti olaraq birinci yol adlandırırıq. Bu yol göstərilən
ərazilərdən keçir: ‑  Nəsirvaz, Zərnabad çayı, Bədəl demisi (sahəsi),  Şamlar,
Narzan bulağı, Şorlar (qırmızı sulu yer), Göllər, Kəngərli düzü, Dik yurd, Qa‑
ranquş yaylağı. Burada göstərilən iki toponim üzərində dayanmaq istəyirəm.
Onlardan birincisi Kəngərli düzüdür. Məlum olduğu kimi, Kəngərli tayfasının
adına e.ə.III minilliyə aid şumer mənbələrində «Kinqir» şəklində rast gəlinir.
Bu qədim, igid və döyüşkən türk tayfası Azərbaycanın ən qədim sakinlərindəndir.
Qaranquş yaylağının da adı  həmçinin qədim  şumer‑«Bilqamıs» dastanı  və
Nuh əfsanəsi ilə bağlı olub, çox qədim tarixə malikdir. 
Göstərilən yollardan ikincisi də Nəsirvaz kəndindən başlayır və göstərilən
ərazilərdən keçərək, Qapıcıq keçidində başa çatır:  ‑ Çeşmə başı, Daş başı,
Şırlan çayı, Qəzər yurdu, Qazan köç, Camışölən, Nəbi yurdu, Dava daşı,
Novruz güneyi, Qaranquş yaylağı, Qız‑gəlin çuxuru, Qapıcıq keçidi. Bu yolun
bir ucu sərhədin o tərəfində olan bizim torpaqlarda – Siskapar, Çanqıllı, Haça
daşda başa çatır. Bu yolda yerləşən Nəbi yurdu Nuh – Nəbi (peyğəmbər) anla‑
mındadır.
Nəsirvazdan  şimala, Göygölədək uzanan üçüncü yol: ‑ Gülüm‑gülüm
dağı, Ələngəz, Eşşək meydanı, Qəhrəman
çuxuru, Təvəkkəl, Gözcük (bu adda göl
də var. Ola bilsin ki, bu «Gölcük»dür,
yəni kiçik göl), Qartal oturan, Gölün
daş  və Göy‑göllə başa çatır.  Ələngəz
Əlincə qalasının adında öz əksini tapır.
Hər iki ad bir kökdən olub, bir məna
daşıyır.
Nəsirvazdan Qazangölə uzanan
dör düncü  yoldakı yer adları bunlardır:
29
29
30
30


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə