И как уже было сказано, исследователи обычно страну этих саков Сакасену иденфицируют с Шакашен – названием области в Албании, и локализуют ее с Гянджой в Азербайджане, впоследствии это имя было распространено и на Урарту



Yüklə 354,14 Kb.
səhifə1/6
tarix17.09.2017
ölçüsü354,14 Kb.
#551
növüYazı
  1   2   3   4   5   6

Müəllif: Pavel Fedorenko

Tərcümə: Bəxtiyar Tuncay


ÇAXNAŞMASIZ VƏ HƏYACANSIZ XOŞBƏXT HƏYAT
Salam!

Müxtəlif qorxu və DXS simptomlarına məruz qalmanızın səbəbi sizə maraqlıdırmı?



Əminəm ki, Hə.

Belə olan halda bu yazını diqqətlə oxuyun.

Ehtiyaclarımızı ödəmək üçün uşaqlıqda biz müəyyən həyat strategiyaları formalaşdırırıq. Bu bizim dünyagörüşümüz, yəni əqidə və düşüncələrimizdir.



Böyüdükcə uşaqlıq strategiyalarının «işləmədiyi» gerçəklikliyi ilə üzləşirik. Yəni köhnə davranış modellərindən istifadə edərərk yetkinlik dövrü həyatının ehtiyaclarını ödəməyə çalışırıq. Bunu əksər hallarda gerçəkləşdirmək mümkün olmur və bu səbəbdən də ehtiyaclarımızın çoxu qarşılanmamış qalır.

Arzuların həyata keçirilməsinə yönəlik səylər gerçəkliklə mütamadi olaraq ziddiyyərlərə gətirib çıxarır. Bizim «istəyirəm»lərimiz «baş tutdu»lara çevrilmir. Bunun səbəbi kimi uyğunlaşdırılmamış davranış yox, «dardüşüncəlik» çıxış edir.

Biz gerçəkliyi və insanları öz gözləntilərimizə uyğunlaşdırmağa, özümüzü deyil, başqalarını dəyişməyə çalışaraq, daim eyni davranış modellərinə müraciət edirik.

Beynimiz təhrif edilmiş düşüncə və davranışların yaratdığı mütəmadi gərginlikdən qorunmağa çalışaraq, nevroz formasında müdafiə sistemi qurur və diqqətimizi real həyatdan xəyali (xəstə) həyata yönləndirir. Bundan sonra həyatımız, praktiki olaraq, bütünlüklə «xəstəlik»lə «mübarizə»yə fokuslanır. Özü də, bu halda real həyat kənarda qalır.

Gərginlik və həyacan həmişə bədinin «içində» qala bilmir və simtomlar şəklində xaricə çıxır.

Simptomları 3 növə bölmək olar:

  1. Cismani = DXS – bir çox fizioloji təzahürlər: taxikardiya, başgicəllənmə, təzyiq artmaları, MBT ilə problemlər və s.

  2. Emosional – fobiyalar, sırtıqlıq, əsəbilik, ağlağanlıq, əhval-ruhiyyədəki qeyri-sabitlik və s.

  3. Davranışda – çəkingənlik və ənənələr.

Simptomların sayı çox ola bilər. Onların hər biri ilə mübarizə aparmağın mənası yoxdur. Səbəbi, yəni dünyagörüşü dəyişmək vacibdir.

Bu zaman, ilk mərhələ kimi biz, həyacana münasibətdə yeni vərdişlər formalaşdırmaqla, həyacanın səviyyəsinin azaldılması üzərində işləyirik. Həyacanın səviyyəsi «dözümlülük» səviyyəsinə (simptomatikanın nəzərəçarpacaq dərəcədə azalması və «əziyyətverici» olmaması) düşdükdən sonra biz düşüncələr üzərində işləyirik.

Tədricən, addımbaaddım «baxçanı alaq otlarından təmizləyir» və bunu yeni davranış formaları ilə möhkəmləndiririk.

Nəticədə həyat strategiyaları daha adaptə olunmuş hala gəlir. Gerçəkliklə ziddiyyətlərin miqdarı aşağı düşür, gərginlik azalır, həyacan və simptomlar aradan qalxır.

PS. Əsas fikir – simptomlarla mübarizə mənasızdır.

PSS. Şiddətli hücum və агорaфобия xüsusi simptomlardır və bu halda iş alqoritmi bir qədər fərqlənir. Biz öncə çaxnaşma hissi keçirməməyi öyrənir, paralel olaraq həyacanın səviyyəsini endirmək üzərində işləyə-işləyə, addım-addım çəkingənliyi aradan götürürük.



ŞH həyatımızda məhdudiyyətlər yaratmadıqdan sonra düşüncələr üzərində işləməyə başlayırıq.

Ön söz
İstisnasız olaraq istənilən adam «Çaxnaşmasız həyat» proqramının köməyi ilə həyacan üzərində qələbə çala bilər. Bunu əminliklə söyləmək olar. Çünki gözlərim önündə həyacan və şiddətli hücumdan özlərini ümidsiz hesab edən çox sayda insan xilas olmuşdur. Əminliyimin bir səbəbi də odur ki, bu insanların bir çoxu həyatlarının bir çox ilini onlara bu problemdən qurtulmağa yardımçı ola biləcək həkim, həb və digər vasitələrin axtarışına sərf etmişlər. Onlar xilas olduqları üçün təşəkkür dolu elektron məktublar göndərir və bu xəstəlikdən qurtula bilmək üçün «dərman» axtarışlarına sərf etdikləri illərin təəssüfünü çəkirlər.

Əgər siz şiddətli hücum və ya güclü hyacan hissi keçirmişsinizsə, çox güman ki, yerin ayaqların altından qaçması hissi də sizə tanışdır. Siz hər gün izaholunmaz həyacan və təhlükə hissi keçirirsiniz və bu hal sizə təəccüblü və qorxulu görünür. «Çaxnaşmasız həyat» proqramı sizə asan yolla normal həyata dönməyə, sakitlik və təhlükəsizlik hissini qaytarmağa kömək edəcək. Sizdən tələb olunan yeganə şey bütün tövsiyyələri əməldə həyata keçirməkdir. Bundan sonra siz sözügedən problemi həmişəlik unudacaqsınız.

Bu kitabda təqdim olunan məlumatlar unikaldır. Burada siz eyni mövzuda olan bütün kitablarda rastlanan, geniş istifadə olunan sadə üsullarla tanış olacaqsınız. Əlbəttə, bu, innovasiya məhsulu, həyacan və şiddətli hücumdan qurtulmağın yeni metodu deyil. O, Viktor Frankl, Pol Vatslavik, C. Nardone, M. L. Pokras və s. kimi bu sahədə tanınmış peşəkarların əsərlərinə əsaslanır. Bu alimlər bu yanaşmanın yeganə düzgün və təsirli yanaşma olduğu fikrində həmrəy olmuşlar.

Sözügedən metod tərəfimizdən öz üzərimizdə sınaqdan keçirilib. Mən özüm də «şiddətli hücumların sınağı»ndan keçmişəm. Amma o, həyacan və şiddətli hücumdan xilas olmaqda yardım etdiyi yüzlərlə insanın müsbət rəyi olmadan bu qədər təsirli olmazdı.

Ən əsası odur ki, kitabda təkcə şəxsən özümün istifadə etdiyim yox, həm də həyacanla bağlı problemlərini həll etmiş, əyani şəkildə üzləşdiyim yüzlərlə insanın istifadə etdiyi alət təsvir olunur. Onların yanaşması da bu kitabda təsvir olunan prinsipə əsaslanmışdır. Təhlil süzgəcindən keçirdiyim, söhbət zamanı sorğu-sual etdiyim uğurlu insanlar sözügedən metodika əsasında hərəkət etmişlər. Kimlərsə intuitiv yolla, kimlərsə isə bütün çətinliklərdən keçdikdən sonra bunun ən təsirli üsul olduğu qənaətinə gəlib.

Əgər siz də eyni cür hərəkət etsəniz, müəyyən müddətdən sonra nəticəni görəcəksiniz. Amma elə fikirləşməyin ki, bu kitabı oxuduqdan və bəzi hərəkətləri ötəri icra etdikdən sonra birdən-birə hər şey alınacaq. Bu kimi oxucuları dərhal xəyal qırıqlığına uğratmaq istəyirəm: bu olmayacaq. Çox və vicdanla işləmək lazım gələcək.

Bu quru çıxarışlar üzərində dərindən düşünün, üstəlik də onları bir neçə dəfə oxumaq lazımdır. Burada əsas məqamlar diqqətə çatdırılır. İlk baxışdan onlar, olduqca sadə görünə bilərlər, amma bütün dahiyanəlik də elə onların sadəliyindədir. İşin çətinliyi bu sadəlik səviyyəsinə qədər yüksələ, onların necə işlədiyini dərk edə bilməkdədir.

Odur ki, əgər yazılanlar sizə həddən artıq sadə görünərsə, həqiqət naminə deyim ki, kitabı bir neçə dəfə oxumağı məsləhət görürəm. Hər hansı bir iş görəndə düşüncələrinizə nəzarət edin və kitabda deyilənləri yada salın.

O vaxt siz buradakıların həyata nə qədər yaxın olduğuna və bunun nə qədər təsirli alqoritm olduğuna şəxsi təcrübənizdə əmin olacaqsınız. Əgər ona əməl etsəniz sizdə çox şey alınacaq. Əlbəttə, heç bir zəmanət yoxdur, amma müsbət nəticələr ehtimalı çox yüksək olacaq.
Müəllifdən
Bu kitabın bütün dərinliyini və mahiyyətini, eləcə də, onu nədən qələmə almaq haqqına sahib olduğumu başa düşməyiniz üçün sizə öz tarixçəmi danışım.

Həyatımın böyük hissəsi boyu mən həyacan pozuqluğunun təsirinə məruz qalmışam. Daha dəqiq desək, bu, aqorafobiya ilə müşaiyət olunan şiddətli pozuqluq, zəhlətökən hal, sosiofobiyanın təzahür etməsi və ipoxondriya idi. Və bütün bunlar müxtəlif DXS simptomlarıyla müşaiyət olunurdu.

Bəlkə də təəccüblü görünə bilər, amma indi mən xəstəliyimi hansısa bir «vergi» kimi qəbul edirəm. Bəli, məhz «vergi». Uzun, əzablı illərdən sonra nə isə etmək məcburiyyətində idim. Özüm özümə məxsus olmadığımın və həyatın dözülməz olduğunun tam fərqinə vardığımda, qarşıya qoyulmuş suallara cavab axtarmağa məcbur oldum.

Problemimin həllini və kömək axtararkən qəribə bir şey tapdım. Elə bir şey ki, ağlıma belə gələ bilməzdi.

Mən özümə inam əldə etdim anladım ki, onun mənbəyi elə özüməm. Taleyin sənə hansı ağır sınaq və məhrumiyyətlər hazırlamasından asılı olmayaraq, öz qayğına məhz özünün qala biləcəyini anlamaq çox gözəl hissdir.

Şiddət və aqorafobiya ilə mübarizədən və onlardan qurtulduqdan sonra içimdə öz kəşflərimlə bölüşmək, mən çəkdiyim əzabları çəkən şəxslərə yardımçı olmaq istəyi doğdu.

Uzatmayacağam, sədəcə qeyd edim ki, bu müddət ərzində müxtəlif müayinə və həblərə 200 000 rubldan artıq pul xərclənmişdir, valideyinlərim analizlərin qalaqlanmış nəticələrini bu günə qədər saxlayırlar. Həmin dövrdə mən davamlı olaraq DXS və ŞH mövzulu forumlarda iştirak edirdim və mənə elə gəlirdi ki, bu mənə yüngüllük gətirir, amma mən çox səhv edirdim, bu iştirak problemimi daha da mürəkkəbləşdirir və xroniki hala gətirirdi.

Forumlar, sosial şəbəkələrdəki qruplar, tibbi mövzulu saytlar dostuma çevrilmişdilər! Düşünürəm ki, bütün bunlar sizə də tanışdır. Məhz forumlardan öyrəndim ki, DXS və ŞH sırf psixoloji problemdir və onlardan qurtulmaq üçün psixoterapevtə müraciət etmək lazımdır.



Bundan sonra mənim bu sahənin mütəxəssislərini ziyarət sərgüzəştlərim başladı. Bütün bu müddət ərzində onların sayı altı nəfər olub. Çox sayda pul xərclənsə də, hər şey xəyal qırıqlığı və dərdimə çarənin olmaması barədə fikirlərin yaranması ilə nəticələndi.

Əgər ilk başda əhval-ruhiyyəm yaxşı olaraq qalmaqda davam edirdisə, tədricən depressiyalar dərinləşdi. Bunun səbəbi normal insanlar kimi yaşaya bilməməm və özümə daim məhdudiyyətlər qoymam idi. Bir çox yerlərə getməyə və idmanla məşğul olmağa ara vermiş, siqaret və alkoqoldan imtina etmişdim.

«Axı, niyə başıma bunlar gəlməliydi?» «Axı, günahım nədədir?» kimi suallar qüssə və kədərimi daha da artırırdı. Sosial şəbəkələrdə tanışlarımın fotolarına baxır, onların xoşbəxt simalarını görür və daha çox qəmə qərq olurdum. Belə təəssürat yaranırdı ki, uğursuzluq yalnız mənim taleyimə yazılıb.

Mən indi anlamağa başlamışam ki, sosial şəbəkələr insanın əsəbinə çox təsir edir. Əgər biz sinif və kurs yoldaşlarımızla nadir hallarda görüşür və onların həyatı, vəziyyəti və yaşayış səviyyəsi haqqında gec-gec məlumat ala bilirdiksə, maksimum isə kiminsə yeni maşın aldığını görüb, qısa bir müddətdə həsəd hissinə qapılırdıqsa, bundan sonra da hər şey unudulub gedirdisə, indi tanışlarımızın və həmyaşıdlarımızın fotolarını hər gün görürük. Onların haradasa əyləndiyinin, ulduzlarla şəkil çəkdirdiyinin, qızların böyük buketlərlə, oğlanların isə dəbdəbəli maşınlarla şəkillərinin şahidi oluruq. Və məsələnin ən gülməli tərəfi isə budur ki, bu cür fotolara baxarkən ağlımıza belə gəlmir ki, qızlar çiçəyi özləri də almış, oğlanlar isə özgəsinin avtomobilinin yanında şəkil çəkdirmiş ola bilərdilər. Türkiyəyə getmək üçün biletə pulu isə, özlərini hər şeydən məhrum etməklə, iki ilə də toplaya bilərdilər. Bütün bünlar barədə düşünmürük.

Əvəzində bizə elə gəlir ki, hamı bizdən daha yaxşı yaşayır. Amma bu bir illüziyadır və bunu hər biriniz bilməli və unutmamalısınız. Yadda saxlayın: Heç kəs yuxudan yenicə duran haldaki şəklini, işdən sərxoş gələn və dava-dalaş salan ərinin fotolarını nümayiş etdirməz, göz yaşları, inciklik və üzüntülü anları da görə bilməzsiniz. İnsanlar öz həyatlarının yalnız xoşbəxt anlarını göstərir və öz həyatlarının yalnız fasadını nümayiş etdirirlər.

Bunu yadda saxlayın, bu, depressiya və həyacanın səviyyəsini aşağı salmağa kömək edər.

Nə isə, mövzudan bir qədər kənara çıxdım. Tarixçəmə qayıdım. Qalaq-qalaq pul xərclədikdən və mənə yüz faiz sağalma vəd edən çox sayda terapevti ziyarət etdikdən sonra, ən son nəticədə özümü ağır formalı şiddətli hücum və aqorafobiya diaqnozu ilə böhranlı vəziyyətlər klinikasında gördüm. Küçəyə, hətta evin kəndarına belə çıxacaq halda deyildim. Dərhal şiddət baş verir və təzyiqim 160-180-ə qalxır və əzabverici ölüm qorxusu yaranırdı.

Məni kəskin fazadan dərmanların köməkliyi ilə iki-üç həftəyə çıxara bildilər. Şəxsi həyatım və hansı istiqamətdə hərəkət etməli olduğum barədə düşünməyə vaxt əldə etmişdim. Və qəraraımı verdim, mənə özümdən başqa kimsə kömək etmək iqtidarında deyil.

Xəstəxanadan çıxan kimi işə başladım. Çox sayda kitab oxudum, qeydlər etdim, filmlərə baxdım, seminarlara getdim. Qərblilərin bu problemə yanaşmalarını öyrəndim. Nəticədə mən şiddət və aqorafobiya üzərində qələbə çalmağı bacardım.

Mən özümə və praktikanın sübut etdiyi kimi, daha bir çox adama kömək etmiş olan yanaşma tərzi işləyib hazırladım. Insanlar onu müzakirə etməyə, bölüşməyə başladılar və o, böyük şöhrət qazandı. İndi sizin əlinizə onunla şəxsən tanış olmaq kimi müstəsna bir fürsət düşüb.

Sizi yormaq və qiymətli vaxtınızı almaq istəmirəm. Ardını oxuyun və yaxın zamanlarda şiddət və aqorafobiyadan necə xilas olmağın, xoşbəxt və sağlam həyata dönməyin yollarını öyrənin.

Hörmətlə Pavel Fedorenko.
Giriş
İnsanlar şiddətli hücuma məruz qalır və bundan sonra onlarda ümumi narahatçılıq yaranır. Amma müxtəlif insanlarda ssenari fərqli şəkildə baş verir. Bəzilərini şiddətli hücüm təqib edir, amma onlar davamlı narahatçılıq hissi keçirmirlər. Digərlərinin isə şiddətli hücum barədə anlayışı belə yoxdur, bununla belə, bütün sutka ərzində həyacan keçirirlər.

Çox zaman elə olur ki, şiddətli hücumlar silsiləsi nəticəsində həyacana təkcə cismani təzahürlər səbəb olmur. Məkan, şərait, qoxu, situasiya, keçmiş təşvişlə assosaiya şiddətli hücumlar silsiləsinə səbəb ola bilir. Onları situasiya ilə bağlı şiddətli hücumlar adlandırırlar.

Dostları ilə birlikdə kinoda olan birisində birdən-birə şiddətli hücum baş verir. O yorulub. Ətraf hay-küylü, hər tərəf insan kütləsi ilə dolu idi və bu şiddətli hücuma gətirib çıxardı. Bir neçə gün sonra o teatra gedir və buradakı şərait ona birinci dəfə şiddətli hücumun baş verdiyi şəraiti xatırladır. Bu onda eyni anda həm də cismani təzahür edən həyacan yaradır və bütün bunlar birlikdə təşvişə səbəb olur. Beləcə, qorxu və narahatçılıqların çərçivəsi qapanır. Qorxu və həyacan başlayır.

Şiddətli hücumlardan əziyyət çəkən insanlar adətən bənzər sözlər söyləyirlər:

- Mən içəridən dərhal çıxmaq imkanına sahib olmadığım yerlərdə qala bilmirəm. Çıxışı görə bilmirəmsə, ürəyim çırpınmağa başlayır.

- Dükana tək getməməyə çalışıram, çünki kassaya yaxınlaşdığım anda dəhşətli qorxu hissi keçirir və oradan təcili qaçmaq istəyirəm.

- Mən insanlarla yalnız təkbətək olduğumuzda ünsiyyət qura bilirəm. Adamların sayı çox olanda otaqdan çıxmaq istəyirəm.

«Çaxnaşmasız həyat» Proqramı sizə şiddətli hücumlarla mübarizə aparmağı, onlardan qorxmamağı öyrədəcək və insanı üzən daimi təşviş hissənə necə qalib gəlmək lazım olduğunu göstərəcək. Bunun üçün bir neçə məqamı mənimsəmək lazımdır.

Həyacan pozuqluqları heç kimə rəhm etmir, amma daha çox aşağıdakı adamlarda təzahür edir:

- yüksək və aydın təxəyyülü olanlar,

- təhlilə meyllilər,

- yüksək intellektlilər,

- özünənəzarət hissi güclü olanlar (və ya nadir hallarda həmin hissə sahib olmayanlar). Bu əslində yaxşı keyfiyyətdir, amma kitabı oxuyarkən biləcəksiniz ki, bəzən insanla acı zarafat da edə və problemi inanılmaz səviyyədə artıra bilər.

İnsan öz daxili səsini daha çox dinləməyə, keçirmiş olduğu hisslərin güclü olduğunu sanmağa başlayır. Narahatlıq və həyacan həndəsi silsilə ilə artır.

İnsan özünü günahlandırmağa başlayır: Başqaları bu və ya digər işi görəndə mən görmədim, bu səbəbdən də xəstələndim. Özünə əzab verməyə başlayır, buraxılmış səhvlərin düzəldilməsinə cəhd göstərir. Artıq fikri-zikri yalnız problemə yönəlib.

Axı, nə etməli?

Yaxın adamlarla və ümumiyyətlə hamı ilə şəxsi problemləri müzakirə etməkdən bütünlüklə imtina etməli! Bütün forumlardan çıxmalı və müxtəlif tibb saytlarına daxil olmalara birdəfəlik son qoymalı.

Artıq sizin əlinizdə şiddətli hücumlardan və aqorafobiyadan xilas olmaq üçün rəhbər var. Diqqətlə oxuyun, kitabı öyrəndikcə qeydlər edin və ən əsası isə, dərhal FƏALİYYƏTƏ keçin. Yalnız əldə edilmiş məlumatların əyani şəkildə tətbiqi yaxşı nəticələrə gətirib çıxacaracaq.

Şiddətli hücum və psixi pozuqluq!

Nə həyacan pozuqluğu, nə təşviş pozuqluğu, nə də zəhlətökən hal qətiyyən o demək deyil ki, ağlınızı itərəcəksiniz. Bu, psixi xəstəlik deyil!!! Həyacan özü-özlüyündə davranışla bağlı olan problemdir. Ondan müəyyən məlumatlara sahib olmaqla qurtulmaq olar.

Bunu başa düşmək çox önəmlidir. Çünki çoxlarına elə gəlir ki, ağıllarını itirəcək və hansısa ağılsız bir iş görəcəklər. Bu, təşviş və həyacandan xilas olmağa yardımçı olmur, əksinə bütün həyacanlar, təşviş doğuran fikirlər və narahatçılıqlar əsəb sisteminin həssaslığından qaynaqlanır.

Qeyd etmək lazımdır ki, həyacan və narahatçılıq kişiliyin olmamasına dəlalət etmir. Əksinə bu pozuqluğa məruz qalan adamlar çox vaxt cəsarətli addımlar atırlar. Hər gün onları narahatçılıq təqib edir, bununla belə, onlar hər uğursuzluqdan sonra özlərini ələ alırlar. Üstəlik də onlar daxillərində əksər insanların üzləşmədiyi ağır yük «daşıyırlar».

Doğma və yaxın adamlar isə bu narahatçılığın nə qədər güclü olduğunun fərqində belə deyillər. Mən praktikamda cəsarət tələb edən peşələrin sahibləri – hərbçilər, polislər, yanğınsöndürənlər və s. görmüşəm. Bu adamları qorxaqlıqda günahlandırmaq olduqca çətindir. Fəqət onların hamısının bir ciddi problemi vardı – yüksək narahatçılıq hissi.

Narahatçılıqlarla tanış olmayan adi insanların mağazaya getmənin və yaxud şəhərdən kənara çıxmanın sözün əsl mənasında qəhrəmanlıq ola biləcəyini dərk etməsi mümkün deyil. Amma həyacandan əzab çəkən birisinə bu əsl qəhrəmanlıq təsiri bağışlaya bilər.

Sizi sevindirmək istəyirəm. Bu qəhrəmanlıq mükafatsız qalmayacaq. Həyacan və təşviş kimi problemlərlə bircə dəfə üzləşmiş insan onlarla gündəlik mübarizəsində özündə çox böyük daxili güc tapmalı olur. Adi insanlarda bu güc olmur. İstədiyiniz qədər qəhrəmanlıq göstərsəniz də, daxilinizlə mübarizə aparmalı olmursunuz, bu üzdən də daxili güc əldə etmirsiniz.

Bu pozuqluq sizlər üçün indi olduğunuzdan daha böyük ola bilmək şansı yaradır. Bu barədə mənim proqramımdan bilgi alacaqsınız.

Onu da xüsusi qeyd etmək lazımdır ki, şiddətli hücumlar heç bir ziyana səbəb olmayacaqlar, onlar sizin sağlamlığınız üçün təhlükə törətmirlər. Dəhşət zamanı qaçmaq istəyi ibtidai əcdadlarımızdan bizə qalan mirasdır. O bizi, xəyali olsa da, təhlükədən qoruyur. Bu ziyan gətirə bilməz. İnsan orqanizmi elə qurulub ki, o bizə ziyan gətirmək üçün deyil, bizi var gücü ilə təhlükələrdən qorumaq üçün çalışır. Odur ki, sakit olun. Beləliklə, yadda saxlayın:

- Həyacan pozuqluğu ruhi xəstəlik deyil.

- Bu, qorxaqlıq deyil, əksinədir.

- Şiddətli hücumlar sizə ziyan vura bilməz. ŞH sizin düşməniniz deyil. Bu, bədəninizin göndərdiyi siqnalların səhv qəbuludur. Bütün şiddətli hücumlarınızı yada salın. Axı, özünüzü azacıq itirsəniz də, onlardan həmişə sağ-salamat çıxmısınız. Siz hələ də sağsınız. Hərçənd ki, hər dəfəsində ölümə hazırlaşırdınız.

Proqramın tam əvvəlində sizdə hər şeyin qaydasında olduğunu bilməniz vacibdir! Vəziyyətiniz müəyyən dəyişikliklər üçün uyğundur. Sizi qorxudan şeylər əsassız hisslərdən başqa bir şey deyildir. Bu kitabı sona qədər oxuduqdan sonra onu əməlli-başlı dəyərləndirməyi bacaracaqsınız. Gerçək bir yüngüllük əldə edəcəksiniz və bu yüngüllük həmişə sizinlə olacaq!

Təqdim olunan proqram bütün dünyada minlərlə insana həyacan pozuqlularından xilas olmağa yardım etmişdir. Onun əsasında 25/6 və «Sunami» texnikaları durur. Bu, narahatçılıqlardan qurtulmaq üzrə əsas vasitədir. Metodun əsasını iki komponent təşkil edir: təşvişin yox olmasına gətirib çıxaran 25 saniyəlik cəsarət və ardınca həyacanı azaldan «6 dəqiqəlik məhəbbət».

Həyacan pozuqluğunun əsasında nə durur?

Həyacan pozuqluğunun əsasında nəyin durduğu və onun müalicə üsulları barədə mübahisələr bugünə qədər səngimək bilmir. Mütəxəssislərin bir qisminin fikrincə, səbəb üzvidir və o, dərmanların köməkliyi ilə aradan aparaıla biləcək «kimyəvi disbalans»dır. Digər mütəxəssislərsə hesab edirlər ki, səbəb daxili ziddiyyətlərlə bağlıdır. Mən bir çox həyacan pozuqluqları ilə işləməli olmuşam. Əksər hallarda həyacan pozuqluqlarının əsasında xəyali həyacan fonunda baş verən fiziki və psixoloji yorğunluq durur.



Kimyəvi disbalans

Uzun müddət mütəxəssislər «kimyəvi disbalans» terminindən istifadə ediblər və depressiya və həyacanları dərmanların köməkliyi ilə sağaltmağın vacibliyini bununla əsaslandırıblar. Onlar dərmanların köməkliyi ilə neyrotransmitterləri «işə salır» və onları normal vəziyyətinə qaytarırdılar.

Adətən iki növ dərman tövsiyyə edilir: trankvilizatorlar və antidepressantlar. Problem aradan qalxana qədər sakitləşdiricilər təyin edirlər. Amma «kimyəvi disbalans» nəzəriyyəsinin doğruluğu hələ sübuta yetirilməmişdir. Heç kəs bu sahədə tədqiqat aparmamış və onun əsaslı olduğunu isbat etməmişdir.

İnsan beyni özündə çox sirləri qoruyan və hələ də tam öyrənilməmiş bir orqandır. Alimlər həyacan pozuqluqlarının səbəblərini üzə çıxarmaqdan ötrü hələ çox tədqiqatlar aparmalı olacaqlar. Bununla belə, dəqiq sübutun olmaması bir çox alimlərə «kimyəvi disbalans» nəzəriyyəsi istiqamətində hərəkət etməyə mane olmur.

Mənə tam aydındır, bu nəzəriyyə təkmillikdən uzaqdır. Bunu sübut edə bilmək üçün dəlil də gətirə bilərəm. Hər gün həyatını təhlükəyə ataraq, insanları xilas edən və işdə stress vəziyyətində olan yanğınsöndürən həyacanın heç bir simptomu ilə üzləşmir. Amma bərbərxanaya gedəndə o həyacan və təşviş hissi keçirir. Çünki istədiyi an durub məkanı tərk edə bilmədiyi şəraitlə qarşılaşır. Aydın məsələdir ki, bu davranışın səbəbi kimi kimyəvi disbalans çıxış etmir. Bu, sadəcə yaranmış situasiyaya reaksiyadır.

Belə görünür ki, insanlarda çaxnaşma tutması təşviş hissi yaradan bu bə ya digər səbəbdən müəyyən situasiyalarda baş verir. Məsələn, qatar stansiyalar arasında, tuneldə gözlənilmədən durduqda, çaxnaşmadan əzab çəkən adam həyacanlanmağa başlaya bilər.

Həyacan tədricən arta və çaxnaşmaya keçə bilər. Buna vəziyyətin dəyərləndirilməsi səbəb olur: qatardan çıxmaq imkanı yoxdur, perronda basabasdır, bu da çaxnaşmaya gətirib çıxarır. Qatar bir neçə dəqiqədən sonra hərəkətinə davam edir və çaxnaşma, sanki, yoxa çıxır. Bu, çaxnaşma və həyacanın kimyəvi disbalansdan deyil, insanların beynində yaranan qorxulu fikirlərdən doğduğunu göstərən çoxsaylı sübutlardan biridir.

Hesab edirəm ki, bu nəzəriyyənin lobbiçiliyini sakitləşdirici dərman istehsalçıları edirlər. Ciddi ruhi xəstəliklərin səbəbinin kimyəvi disbalans olduğunu ehtimal etmək olar. Amma bunu həyacan pozuqluları barədə demək olmaz. Bununla belə, mən həyacanla mübarizə məqsədilə dərman qəbulunun əleyhinə deyiləm. Onlar təkbaşına mübarizə apara bilməyənlərə yaxşıca kömək edə və ilk dövrlərdə «qoltuq ağacı» rolunda çıxış edə bilərlər.

Kimyəvi disbalansı hormonal dəyişikliklərlə səhv salmamaq lazımdır. Həyacan həqiqətən də CMS zamanı qadınlarda baş verən hormonal dəyişikliklərlə bağlı ola bilər.

Fiziki, psixi və emosional zəifləmə

Əldən düşmə zamanı həyacanın artma prosesini V. Frankl və P. Vatslavik kimi mütəxəssislər çox yaxşı təsvir etmişlər. Adı çəkilən sahələrdə zəifləmə insanın cismini və şüurunu «əsəb xəstəliklərinə» qarşı həssas edir. İndisə «zəifləmə» termini altında nə başa düşüldüyünü anlatmaq lazımdır.

Fiziki zəifləməyə düzgün olmayan qidalanmanı, psixoaktiv maddələrdən sui-istifadəni və cismani dəyişiklikləri aid etmək olar. Psixi zəfləmə davamlı stress və narahatçılığın nəticəsidir. Emosional zəifləmə yaxın adamın itirilməsi və ya nigahın pozulması ilə bağlı ola bilər.

Yüksək həssaslıq halı insanın hər hansı bir daxili (ürəkdöyünmə) və ya xarici (hay-küy) həssaslığından qaynaqlanan əsəbilik halıdır. İnsanın başı zaman keçdikcə özünə və hisslərinə daha çox qarışır, onda cismani və ya ruhi problemlərin baş qaldırdığı barədə narahatlıq doğuran fikirlər yaranır. Bu həyacanın artmasına gətirib çıxarır.

Yüksək həssaslıqla bağlı olan qorxu və çaşqınlıq zamanla həyacan pozuqluğuna çevrilir. Bu hal bir neçə həftədən bir neçə ilə qədər davam edə bilər. Bu, insana həmin müddət ərzində edilən yardımdan asılıdır. Çaxnaşma vəziyyətində ətraf aləm insana qeyri-sinxron təsir bağışlamağa başlayır. Düşüncələrin axış istiqaməti dəyişir, onlar bir mövzudan digərinə sıçrayır və bu o qədər sürətlə baş verir ki, diqqəti konkret bir şeyin üzərində cəmləmək mümkün olmur. Qorxu hissi səhər yuxudan ayılar-ayılmaz hakim kəsilir və mağazaya getmək və ya birisi ilə kəlmə kəsmək kimi ən adi şeylər çətin bir sınağa çevrilir.

Daim çaxnaşmada olan insanlar çox asanlıqla fobiyaya tutula bilirlər. Uzunluğu kilometrlərlə uzanan tıxaca düşən maşında olan belə adam rahatsızlıq keçirməyə başlayır, onu tələyə, çıxılmaz vəziyyətə düşdüyü barədə fikirlər qorxudur, narahat edir. Bu çaxnaşma zamanla avtomobillə getməkdən, daha sonrasa, evdən çölə çıxmaqdan qorxmaya (aqorafobiya) qədər inkişaf edə bilər.

Həyacan hissi yüksək olan insanlar, digərlərindən fərqli olaraq, həyacanın cismani simtomlarının hansısa bir xəstəliyin nəticəsi hesab edirlər. Ürək döyüntülərinin artmasını infarktın, ürək xəstəliyinin, sinədəki sıxıntıları isə ağ ciyərdə yaranmış problemin əlaməti kimi qəbul edirlər. Bu cür yanaşma təkcə həyacana deyil, çaxnaşmaya da səbəb ola bilər.

Şiddətli hücum, həyacan və narahatçılıq üçün daha bir tətik rolunu daxili və xarici ziddiyyətlər oynaya bilər. Bu, dava-dalaşın, üzücü insindentin, diqqətsizliyin və başqa səbəblərin nəticəsi ola bilər. İnsan çox zaman narahatçılığın səbəbini bilir. Çünki onunla psixi və emosional səviyyələrdə mübarizə aparır. Bu, alkoqol və narkotik maddələrin qəbulunun nəticəsi də ola bilər.



Yüklə 354,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə