И как уже было сказано, исследователи обычно страну этих саков Сакасену иденфицируют с Шакашен – названием области в Албании, и локализуют ее с Гянджой в Азербайджане, впоследствии это имя было распространено и на Урарту


Həyacan pozuqluğudan necə xilas olmalı



Yüklə 354,14 Kb.
səhifə2/6
tarix17.09.2017
ölçüsü354,14 Kb.
#551
növüYazı
1   2   3   4   5   6

Həyacan pozuqluğudan necə xilas olmalı

Qurtulma insana həyacanla bağlı hisslərə yeni yanaşmanın vərdiş etdirilməsi hesabına baş verir. O, hisslərindən qoxmamağa və bütün «simtomlara» sakit reaksiya verməyə başlayan kimi çaxnaşma və həyacanların dövriyyəsi pozulur və təbii sakitlik halı geri qayıdır.



«Çaxnaşmasız həyat»ın köməkliyi ilə siz həyacanla mübarizənin 25/6 texnikası adlanan sadə və əməli metodu ilə tanış olacaqsınız. Şiddətli hücum, 25 saniyə çəkən və həyacanın səviyyəsini normal səviyyəyə qədər endirməyə yardımçı olan cəsarət və 6 dəqiqəlik «məhəbbət məşqləri» yolu ilə neytrallaşdırılır.

Sözügedən texnika qorxunu aradan aparır və orqanizmə nisbətən qısa müddətdə özü özünü tənzimləməyə imkan verir. Həyacan pozuqluqları sağalmaz deyillər. Bu kitabı əlinizə alanadək, ola bilsin ki, özünüzü yer üzündə bu problemə mübtəla olan yeganə insan hesab edirdiniz. Axı, ətrafdaklar sizi anlamaqda çətinlik çəkirlər, çünki həyacan pozuqluğunun nə olduğunu bilmirlər. Onlar sizə kömək etməyə çalışır və ürəkdən özünüzü ələ almağı, bütün bunları başınızdan atmağı və s. məsləhət görürlər. Amma həyacan pozuqluğu olanlar üçün bu məsləhətlərin bir o qədər də önəmi yoxdur.

Bundan başqa, onu da qeyd etmək istərdim ki, özünüzə «həyacan pozuqluğu» diaqnozu qoymamışdan öncə tibbi müayinədən keçmək və sizin simptomlarınızın real əsası olmadığına əmin olmaq lazımdır.

25/6 texnikası

Texnikanın bilavasitə özü barədə söhbətə keçməzdən öncə, siz şiddətli hücumun mexanizmini dərk etməlisiniz. Bu sizə onun tətbiqi üçün geniş imkanlar verəcək.

Yadda saxlayın, həyacan xoşagəlməz hiss olsa da, bu sizin sağlamlığınız üçün qətiyyən təhlükəli deyil! Bu, real və ya xəyali təşviş yaradan hansısa situasiyanın öncədən sezilməsindən qaynaqlanan qorxu halıdır. O, insanın istənilən yaşda hiss etdiyi ən geniş yayılmış emosiyalardan biridir. Özü də bu halda, çaxnaşmaya tutulmanı öz üzərində hiss etməyənlər bu zaman necə bir dəhşət hissinin keçirildiyini anlaya bilməzlər.

Ətrafların üyüşməsi, nəfəs almanın çətinləşməsi, nəbzin artması – bütün bunlar insanın çaxnaşma zamanı keçirdiklərinin tam siyahısı deyil. İnsanlar bunu hiss edib, səbəbini bilməyəndə onlara elə gəlir ki, bu, şiddətli qorxu yaradan hansısa ciddi bir xəstəliyin əlamətləridir.



Qaç və ya mübarizə apar

Yəqin ki, çoxlarınız «qaç və ya mübarizə apar» reaksiyası haqqında eşitmisiniz. Bu, həyacan təhlükə və ya təhdidə qarşı reaksiyadır. Bu reaksiyanın belə adlandırılmasının səbəbi odur ki, onun fəaliyyəti təhlükə ilə mabarizəyə və ya da ondan qaçmağa (xilas olmağa) yönəlmişdir.

Deməli, həyacanın məqsədi insanı təhlükədən qorumaqdır. Bu həyati önəm daşıyan funksiya hər gün təhlükələrlə üzləşməli və xilas olmaq üçün hücuma keçmək və ya qaçmaq barədə ildırım sürətli qərarlar qəbul etməli olan ulu babalarımızın həyatını xilas etmişdir.

Bu funksiya bu gün də önəmini itirməmişdir. O bizi sürətlə üzərimizə gələn avtomobilin qarşısından və ya başımıza düşmək üzrə olan əşyadan yayınmağa, kənara sıçramağa məcbur etməklə xilas etmiş olur. Bu mexanizmin qaçmaq və mübarizədən başqa üçüncü elementi də var, bu, gecikən reaksiyadır. Həmin anda insan qorxudan yerində donub qalır. Bunu öz üzərində sınaqdan keçirən insanların sözlərinə görə, onlar həyacan onları tərk edənə qədər yerlərindən tərpənə bilmirdilər.



Şiddətli hücumların fiziki təzahürləri

Təhlükə yarananda beyin əsəb sisteminə müəyyən siqnallar göndərir. O, orqanizmin mübarizə vəziyyətinə gətirilməsinə, və ya da əksinə, sakitləşməsinə və boşalmasına cavabdehdir. Bu funksiyaların həyata keçməsini vegetativ əsəb sistemi (VƏS) təmin edir. O iki hissədən ibarətdir: simpatik əsəb sistemi və parasimpatik əsəb sistemi.

Nümunə üçün onları maşının qaz vermək və əyləmək üçün nəzərdə tutulmuş pedalları kimi təsəvvür etmək olar. Müəyyən anlarda siz yalnız bir pedala basa bilirsiniz. Orqanizmimizdəki qaz pedalı rolunu simpatik əsəb sistemi oynayır, bizi maraqlandıran da məhz odur. O, orqanizmi səfərbər edir, hissləri gücləndirir və bizi mübarizəyə və ya qaçışa hazırlayır. Parasimpatik əsəb sistemi isə bu prosesləri dayandırır və orqanizmin müvazinətini bərpa edir.

İşə simpatik əsəb sistemi düşəndə, o böyrəküstü vəzləri adrenalindən azad edir ki, bu da simptomların (nəbzin, tənəffüsün sürətlənməsi və s. ) artmasına gətirib çıxarır. Əgər tutma artıq başlayıbsa, onu saxlamaq asan deyil. Bir müddət keçdikdən sonra, həyacan hissi «məzələnməyə» və siz onun cismani təzahürlərini hiss etməyə başlayanda parasimpatik əsəb sistemi işə düşür. Elə o da sizi sakitləşdirir və mütəvazi hala qaytarır. Onun fəaliyyəti hər birimizə yaxşı tanışdır, hamımız əmin-amanlıq və rahatlıq hissini çox sevirik.

Yadda saxlayın, çaxnaşma daim davam edə bilməz. Parasimpatik əsəb sistemi lazım olduğu anda, bizdən asılı olmayaraq, işə düşür. Çaxnaşma müəyyən maksimima çatır və həmin andan etibarən düşməyə başlayır. Odur ki, həyacanın davamlı olacağından qorxmayın. Bu, mümükün deyil!!! Hətta siz qoxulu bir şey barədə düşünməklə onun davam etməsinə səy etsəniz belə, orqanizmininz heç bir təhlükənin olmadığını anlayacaq və çaxnaşma azalmağa başlayacaq. İnsan orqanizmi inanılmaz dərəcədə «ağıllı»dır. Onun sizi qorumaq və sakitləşdirmək üçün bir çox üsulu vardır. Onun sizi qoruduğuna qətiyyən şübhə etməyin, çünki elədir.

İnanmaq çətindir? Nəfəsinizi uzun müddət saxlamağa çalışın. Bacardığınız qədər uzun müddət. İradəniz nə qədər güclü olursa-olsun, orqanizm sizə güc gələcək və sizi nəfəs almağa məcbur edəcək. Eyni şey şiddətli hücumlar zamanı da baş verir. Özünüzü şiddətli hücumdan öləcəyinizə nə qədər inandırmağa çalışsanız da, bu baş verməyəcək. Heç bir adam bundan hələ ölməyib.

Şiddətli hücumlar orqanizminiz üçün həyati təhlükə törədə biləcək təhlükə deyil. O bunu özünün icra edilə bilən vəzifəsi hesab edir. Çaxnaşma yaradan sadəcə sizin baş verənlər barədə yetərincə məlumata sahib olmayan beyninizdir.

Burada çaxnaşmanın təhlükəli olmadığını təsdiq edən bir misal çəkmək yerinə düşər. Mən praktikamda 20 və daha çox illər şiddətli hücumdan əziyyət çəkən adamlarla çox rastlaşmışam. Onlardan ən diqqətə layiqi 40 illik çaxnaşma təcrübəsinə sahib olan 66 yaşlı qadın idi. Siz bir düşünün! Qadın 40 ildir ki, şiddətli hücumlara məruz qalır və onun bütün «gözəllikləri» ilə - inanımaz yüksək nəbz və 200-i keçən təzyiqlə üzləşməli olur.

Və bu 40 il ərzində ona heç nə olmayıb, üstəlik də tibbi müayinələrin nəticələrinə görə, onun orqanizmi, o cümlədən ürək-damar sistemi 66 yaş üçün çox yaxşı vəziyyətdədir. Bu bir daha sübut edir ki, çaxnaşma orqanizm üçün təhlükə törətmir, hətta müyyən qədər xeyirdir də. Belə ki, bu zaman damarlar əməlli-başlı məşq edir. Elə çıxır ki, ürək və damarlar məşq edirlər. Doğrudur, bu məşqin heç də xoşagələn olmadığını da xüsusi qeyd etmək lazımdır. Onu, əlbəttə ki, idmanla əvəz etmək daha yaxşı olardı!

Ürək-damar simptomları

Simpatik əsəb sistemi işə düşdüyündə oksigenin bütün nayihələrə yaxşı daxil olması üçün qanın bədəndəki dövranı sürətlənir. Axı, o bizə təhlükə olduğunu və ən yaxın zamanda fəaliyyətə keçmək lazım olduğunu «düşünür». Bu zaman qan bu rejimdə az əhəmiyyətli olduğu nahiyələrdən çəkilir və həyati önəm daşıyan nahiyələrə yönəlir. Əl və ayaq barmaqlarında qan azalır ki, yaralanma vaxtı insan az qan itirsin. Şiddətli hücum zamanı siz bədəninizin məhz həmin hissələrinin üyüşdüyünü hiss edirsiniz. Qan daha çox ayaq əzələlərinə və bisipslərə axır. Çünki döyüşmək və ya qaçmaq üçün onlardan istifadə etmək lazım gələcək. Bu isə ətraflarda zəifliyin hiss olunmasına səbəb olur. Bir çoxları arabir sancmaları yaxında ürək tutması, infarkt və s. kimi halların baş verəcəyinin siqnalı kimi qəbul edirlər. Amma həkimə getmək yetər ki, ürəyin qaydasında olduğuna əmin olasan və özünə əzab verməyəsən.



Tənəffüs simtomları

Şiddətli hücumun ən çox əndişə yaradan təzahürlərindən biri boğulmaq qorxusudur. Həyacan pozuqluğundan əziyyət çəkən bir çox insan boğulma, sinə nahiyəsində sıxıntı və boğazda yumaqlanma hiss edir. Nə baş verdiyini bilməyəndə bu, sözsüz ki, qorxu yaradır. Adama elə gəlir ki, nəfəsalma istənilən an dayana bilər.

Bu ona görə baş verir ki, çaxnaşma zamanı insan daha tez və dərindən nəfəs almağa başlayır. Axı, orqanizmin gözlədiyi ciddi yükə tab gətirmək üçün bizə çoxlu oksigen lazımdır. Tənəffüslə bağlı bütün xoşagəlməz hisslər də məhz buradan qaynaqlanır.

Mənimlə eyni şey baş verəndə, tənəffüsə orqanizmimin nəzarət etməsinə etibar etmir və nəfəsin hər dəfə alınıb və buraxılmasına özüm nəzarət etməyə çalışırdım. Nəticədə orqanizmim lazım olduğundan daha az oksigen qəbul edir və həyacan güclənirdi. Mənə bu işdə aşağıda təsvir edəcəyim texnika kömək etdi. Onun sayəsində mən nəfəsimə nəzarət etməkdən əl çəkdim, bunu görməkdə orqanizmimə etibar etdim.

Tənəffüsün sürətlənməsinin yan təsirlərindən biri də başa qanın axmasının zəifləməsidir. Bu, qətiyyən təhlükəli deyil, amma başgicəllənmə, reallıq hissinin itirilməsi, gözlərin dumanlanması və s. kimi insanı qorxudan bəzi xoşagəlməz simptomlara səbəb ola bilər.

Şiddətli hücumların digər təzahürləri

Yuxarıda sadalananlardan başqa, sizdə simpatik əsəb sisteminin fəallaşdığını göstərən digər əlamətlər də var: məkanda daha yaxşı orentasiya edə bilmək üçün göz bəbəbklərinin genişlənməsi (bu səbəbdən gözlərin dumanlanması və «qığılcımlar» baş verir), tüpürcək ifrazının azalması (ağızda quruluq bundan qaynaqlanır). Həzmin fəallığı azalır ki, bu da ürəkbulanmaya və mədədəki digər problemlərə səbəb olur. Əzələlər gərilir. Axı biz ya döyüşməli, ya da qaçmalı olacağıq. Bu səbəbdən əzələlərimizdə gərginlik və titrəmə, eləcə də əllərimizdə tərləmə hiss edirik.

Deyilənləri ümumiləşdirsək, simpatik əsəb sisteminin işə düşməsinin orqanizmi fəaliyyətə səfərbər etdiyini, maddələr mabadiləsinin fəallaşdığını söyləyə bilərik. Bu səbəbdən də həyacan və çaxnaşma zamanı biz hərarətin artdığını hiss edir, qızarır və tərləyirik. Buna çox böyük enerji sərf edilir və simptomlar keçdikdən sonra adamlar özünü yorulmuş hiss edirlər.

Adrenalin haqqında əfsanə

Hazırda şiddətli hücum və DXS haqda çox sayda məlumat mövcuddur. Bu məlumatlar çox vaxt ziddiyyətli və əsassız olurlar. Belə olmasaydı, hər şey çox yaxşı olardı.

Çox vaxt adrenalini qorxu hormonu adlandırırlar və məhz onun şiddətli hücumun yaranma səbəblərindən biri olduğunu iddia edirlər. Belə fikirləri eşidən adamlar adrenalindən və onun qandakı miqdarını artıra biləcək hər şeydən ehtiyatlanmağa başlayırlar. Belələri tədricən kofe, tünd çay, alkoqol içməkdən, bəzən isə hətta cinsi əlaqədən imtina edirlər. İmtina isə qorxu mexanizmini daha da möhkəmləndirir, insan hər şeydən qorxmağa başlayır və özünü «tərəvəzə» çevirir.

Gəlin, adrenalin barədə əfsanələri darmadağın edək və bu hormonun insan həyatındakı gerçək rolunu öyrənək. Tibb və biologiya elminin dərinliklərinə baş vurmayacağam. Adrenalinin əsas funksiyası orqanizmi səfərbər etməkdir. Bəli, məhz budur. Adrenalin insanı fəaliyyətə sövq etmək üçün lazımdır. Çox güman ki, təəccüb edəcəksiniz, amma adrenalinin qana ifrazı həmişə, insan dincələndə də, avtomobildə gedərkən də, pillələrlə qalxarkən də və hətta cinsi əlaqə zamanı da baş verir. Özü də cinsi əlaqə zamanı daha çox miqdarda adrenalin ayrılır. İndi gəl, həm qorx, həm də sekslə məşğul ol!

Adrenalinin tibbi baxımdan çox önəmli funksiyasını da qeyd etmək lazımdır. Təxirəsalınmaz hallarda, ürək dayanması və qan təzyiqinin aşağı düşməsi zamanı xəstələrin qanına müəyyən miqdarda adrenalin daxil edirlər. O, bütün əzələlərin, o cümlədən ürək əzələlərinin fəallığını təmin edir və xəstə özünə gəlir. Beləcə adrenalin insanın həyatını xilas edir.

Odur ki, yadda saxlayın, növbəti dəfə çaxnaşma hssi keçirdikdə və başınıza ölə biləcəyiniz barədə fikirlər gəldikdə, onları dərhal başınızdan atın. Çünki orqanizminizdə sizi istənilən halda xilas edə biləcək ideal bir vasitə var. Və təcili yardım çağırmağa da ehtiyac yoxdur.



Psixi təzahürlər

«Qaç və ya mübarizə et» funksiyası fəallaşanda insan ətrafda müxtəlif potensial təhlükələr axtarmağa başlayır. O, əsəbi hal alır, diqqətini bir əşyada və ya işdə cəmləyə bilmir. Çünki onun ağlı ətraf aləmin surətini çıxarır və təhlükə axtarır.

Çaxnaşma yarananda insanların əksəriyyəti ən asan yolu seçirlər, onlarda qorxu yaradan məkanı tərk edirlər. Amma məkanın tərk edilməsi səbəbləri ətrafdaklar tərəfindən anlaşılmırsa, həyacan hissi daha da artır.

Burada belə bir sual doğur, ətrafda heç bir təhlükə olmaya-olmaya, simpatik əsəb sistemi nədən işə düşür? Bunun səbəbi orqanizmin fiziki, emosional və psixi cəhtdən yuxarıda təsvir edilən qaydada zəifləməsindədir. Həyacan vəziyyətinə gətirən də məhz budur.

«Qaç və ya mübarizə et» reaksiyası nə üçün heç bir görünən təhlükə olmadığı halda işə düşür?

Yuxarıda qeyd edildiyi kimi, çaxnaşma və həyacanın səbəbi kimi həyacan-mental xarakterli həyacan halının ortaya çıxmasına gətirib çıxaran zəiflik çıxış edir.

- Fiziki zəiflik hər şeydən daha çox yorğunluqdan və yetərincə istirahət etməməkdən qaynaqlanır. Bunun səbəbi zəif qidalanma və psixikaya təsir edən maddələrin qəbulu da ola bilər.

- Psixi zəiflik adətən davamlı narahatçılıq hissindən və ya gərgin zehni əməkdən sonra yaranır.

- Emosional zəiflik adətən qəlb məsələlərində uğursuzluqların nəticəsində yarnır. Bu, boşanma, yaxın adamlarla konflikt və ya onların itirilməsi də ola bilər.

Çətinlik ondadır ki, bəzən bütün bu komponentlər üst-üstə düşür və belə olanda, bu, insana həyacan hissindən qurtulmağa mane olur və onun həssaslığını artırır. Bu halda ən kiçik şey onun vəziyyətinə mənfi təsir göstərə, onu depressiya halına sala bilər.

Hətta nəqliyyatda kənar şəxs tərəfindən qeyri-ixtiyari kiçik itələmə belə güclü əsəbiləşməyə səbəb ola bilər. Şübhəsiz ki, bu kitabı oxuyanların bir çoxu özlərini gördülər.

Beləliklə, yüksək həssaslığa sahib olan adamlar xoşagəlməz hisslərlə tez-tez üzləşərlər. Onlardan ən çox rast gəlinəni bunlardır:

- Titrəmə, əllərdəki gərginlik;

- Nəbzin artması;

- Güclü tərləmə;

- Tənəffüsün çətinləşməsi, boğulma;

- Sinə nahiyəsində sıxıntılar;

- Ürəkbulanma;

- Ayaqlarda zəiflik, başgicəllənmə, gözlərdə «qığılcımlar»;

- Gerçəklik hissinin və özünün itirilməsi;

- Öz üzərində nəzarəti itirmə və dəli olmaq qorxusu;

-Qıcolma və ətrafların üyüşməsi.

Yuxarıda sadlanan simptomlar, əgər gözəçarpan heç bir səbəb olmadan meydana gələrsə, xüsusən birinci dəfə güclü həyacan yarada bilər. Bu halda müayinədən keçmək və həmin hissləri yaradan ciddi xəstəliyin olmadığına əmin olmaq vacibdir.

Əgər bu kitabı oxuyursunuzsa, deməli, siz şiddətli hücumun dəhşəti ilə tanışsınız. Axı, biz ona görə qorxuruq ki, bədənimizin nəzarətdən çıxdığını zənn edir və bununla mübarizə aparmağa çalışırıq. Amma sınaqdan çıxardığımız bütün metodlar nəticə verməyəndə, özümüzü anlaşılmayan və təşviş yaradan nə isə qorxulu bir şeylə, eləcə də, bədənimizdəki təəccüb doğuran hisslər və qorxulu fikirlərlə təkbətək qaldığımızı düşünürük.

İndisə çaxnaşmaya tutulmanı önləmək üçün tətbiq edəcəyiniz metod haqqında danışmaq lazımdır. 25 saniyəlik cəsarət intervalına əsaslanan bu unikal metodun əvvəllər sınaqdan keçirdikləriniz ilə heç bir ümumi cəhəti yoxdur. Amma ilk öncə onun iş mexanizmini başa düşə bilməyiniz üçün texnikanın əsaslarını izah edim. Onu bu şəkildə praktikada tətbiq etmək və yaxşı nəticə almaq asan olar.

Çaxnaşmayla mübarizənin ümumi qəbul edilmiş metodlarının təsiri azdır. Sizə şiddətli hücumu üzərinizdə qələbə çalmaq istəyən və mübarizə aparılması gərəkən təhlükəli xarici düşmən kimi təqdim edirlər. Amma gerçəklik budur ki, heç bir xarici düşmən yoxdur, çaxnaşma sağlamlıq üçün təhlükə törətmir, orqanizm üçün təhlükəli deyil. Onun sizi daimi çaxnaşmaya, həyacana və köməksiz vəziyyətə sürükləmək kimi məqsədi də yoxdur. Bu, orqanizmin aydın ifadə olunan cismani hisslərə normal, sağlam reaksiyasıdır.

Amma çaxnaşmasız həyata aparan yol haradadır, axı? Bəlkə, o, həyacanın artması ilə daimi mübarizədən keçir? Bəlkə, insan təslim olmalı, əllərini aşağı salmalı və çaxnaşma içində keçən həyatı qaçılmaz hesab etməlidir. Mən bu suala cavabı təbiətdən tapdım. Axı, biz onun tərkib hissəsiyik və sözsüz ki, eynən heyvanlar və digər canlılar kimi onun qanunlarına tabeyik. Odur ki, təbiət bizə çox şey öyrədə bilər, yetər ki, bunu istəyək. Diqqət edin Onun əks fəaliyyətlə necə bir qarşılıqlı əlaqədə olduğuna diqqət edin. Bərk külək əsəndə ağaclar onun şiddətindən əyilir. Su qarşısına daş şəklində çıxan keçilməz maneədən rəvan şəkildə yan axır. Təbiətdə hər şey olanları olduğu kimi qəbul edərək, bir-biri ilə həmahəng şəkildə yaşayır. Baxın, çaxnaşma problemini həll edən, arzusunda olduğumuz açar budur.

Çoxəsrlik «qaç və ya mübarizə et» instinkti bizi yaxınlaşmaqda olan çaxnaşma ilə ya mübarizə aparmağa, ya da «təhlükəli» yerdən qaçaraq, bu yolla çaxnaşmadan kənarda qalmağa sövq edir. Bu, daxili qarşıdurmaya səbəb olur. Biz səfərbərlik edir, bu «təhlükə» ilə mübarizə aparmağa cəhd göstərir, çaxnaşmanın «alovlanmasına» imkan verməməyə malışırıq, amma bu, sonda daxili gərginliyin artmasına, qorxu və həyacana gətirib çıxarır.

Beynimizdə həmin mübarizədə uğrayacağımız «məğlubiyyət» barədə əndişəli fikirlər dolaşır. Ağlımızı itirmək qorxusu yaranır, sakitləşdirici texnikalar, həblər işə düşür. Bəziləri xilası spirtli içkilərdə görür. Bəzən, özümüzdə güc tapırıq və qorxu keçib gedir. Bəzi hallarda isə, çaxnaşma güc gəlir, emosiyalarımıza hakim kəsilir, bizi əzir və məğlubiyyətə məcbur edir. İnsan özünü əzilmiş və qorxmuş hiss edir.

Bundan sonra o, davamlı olaraq, növbəti dəfə bu dəhşətli hissi yenidən bir də nə zaman keçirəcəyi, bu hissin onu harada yaxalayacağı barədə düşünür.

Biz yaxınlaşmaqda olan şiddətli hücumun boğulma, nəbzin artması və s. kimi simptomlarını hiss etməyə başlayanda, onun alovlanmasına yol verməmək ümidi ilə özümüzə və hisslərimizə nəzarət etməyə başlayırıq. Çaxnaşmadan əzab çəkənlərin əksəriyyəti öz üzərində nəzarəti itirməkdən qorxur, var gücü ilə bədəndə yaranan bütün xoşagəlməz hissləri boğmağa çalışır və bu yolla onların həyacan yaradan hala keçməsinə mane olurlar.

Çaxnaşma məqamında öncələr analoji vəziyyətlərdən dəfələrlə sağ-salamat qurtardığınız bütün hadisələri yada salın. Onun sizə vurduğu yegənə ziyan güclü yorğunluğa gətirib çıxarması olub. Beləcə, siz şiddətli hücuma səbəb olan ən önəmli faktordan – onun sizin orqanizminə vura biləcəyi ziyan barədə qorxudan qurtulmuş olacaqsınız.

Məhz bu həmin hücumlardan xilas olmağa kömək edən ilk addım olacaq. Onun mahiyyətini çaxnaşmaya qarşı deyil, çaxnaşma ilə iş təşkil edir. Siz şiddətli hücum zamanı yaranan dəhşəti heyrət hissinə çevirməlisiniz. Yəqin ki, indi bu sizə təəccüblü görünəcək, amma bir müddət sonra hər şeyi öz üzərinizdə sınaqdan keçirəcəksiniz.

Hər hansı bir attraksionda, məsələn, Amerika təpəciklərində əylənərkən keçirdiyiniz hissləri yadınıza salın. Axı, onlar şiddətli hücumun doğurduğu hisslərə çox bənzəyir, ürək tez-tez döyünür, ruh donur, ovuclar tərləyir. Bununla belə, attraksion çaxnaşmaya səbəb olmur, çünki biz cismani təzahürlərin səbəbini bilirik. Sizə qorxunu sevincə çevirməyə kömək edəcək fənn məhz budur.

İndi, çaxnaşmanın yaxınlaşmaqda olduğunu biləndə buna görə narahat olmayacaq, mümkün qədər çox əylənmələri üçün öz emosiya və hisslərinizə azadlıq verəcəksiniz. Onlara qarşı mübarizə aparmaqdansa, mövcud olmalarına imkan verirn və qorxu hissi tədricən sönüb gedəcək. Bu andan etibarən yaxınlaşmaqda olan çaxnaşmanın doğurduğu hisslər adi hisslərə çevriləcək və bundan artıq bir şey olmayacaq. Axı, bunlar adi ehtiraslar zamnı da ortaya çıxan hisslərdən biridir.

Fizioloji səviyyədə həyacan və sevinc bir-birlərinə çox bənzəyir. Hər iki halda əsəb sistemi vəcdə gəlir. Fərq yalnız ondadır ki, həyatınızı məhdudlaşdıran həyacandan fərqli olaraq, sevinc hissi insan üçün daha rahatdır və mükəmməl həyat tərzi sürməyə və ətraf aləmlə qarşılıqlı əlaqədə olmağa imkan verir.

İnsanların çoxu çaxnaşmanın yaxınlaşdığını hiss etdikdə, ciddi səhvə yol verirlər. Onlar əsəb sisteminin vəcdə gəlməsindən qaynaqlanan cismani hissləri durdurmağa cəhd edirlər. Amma məsələ bundadır ki, bu proses işə düşdükdə onu saxlamaq elə də asan deyil. Bunun üçün zamana ehtiyac var. Əsəb sistemini elektrik açarı ilə söndürmək mümkün deyil. Ən yaxşı yol həyacandan ehtirasa keçid ola bilər. Belə «çevrilmə» vasitəsilə siz qorxu faktorunu aradan apara və bir müddətdən sonra sakit vəziyyətə qayıda bilərsiniz. Haqqında danışacağımız texnikanın mahiyyətini də məhz bu təşkil edir.

25 saniyə cəsarət – bu, texnikanın sadəcə birinci hissəsidir.

25/6. O, həyacanı dayandırır və sizin keçirdiyiniz hisslərə münasibətinizi dəyişir. O üç sadə addımdam ibarətdir:

- Müşahidə.

-Qəbuletmə.

- «Sunami» - daha çoxun tələb edilməsi və saxlanılması.

Bundan sonra siz bu üç addımın istənilən yerdə 25 saniyəyə necə sığışdırılacağını dəqiqliklə biləcəksiniz. Daha sonra biz ümumi narahatçılığı azaltmağa kömək edən 6 dəqiqlək məşqi gözdən keçirəcəyik.
Çaxnaşma ilə iş metodları
1-ci addım – Müşahidə

Şiddətli hücumun yaxınlaşmaqda olduğunu hiss etdiyinizdə qorxunu müşahidə etmək lazımdır. Həmin an içinizdə yaranan hisslərə diqqət edin. Diqqətinizi onların üzərində cəmləşdirin. Şiddətli hücumu zərərsizləşdirmək və onu təkrar-təkrar işə salan mexanizmi sındırmaq üçün şiddətli hücumun mahiyyətini dərk etmək lazımdır.

Çaxnaşmadan öncə baş verən və sizə tanış olan simptomları müşahidə edin. Bəzilərində bu, boğulma, bəzilərində isə nəbzin artmasıdır. Variantlar çoxdur. Çaxnaşmanın yaxınlaşmasının ilk əlamətlərini müşahidə etməkdə olduğunuz vaxt onu yeni şəkildə qəbul etməyə qarar vermək vaxtıdır. Əvvəllər etdiyiniz kimi ona qarşı çıxmaq və simtomları zəiflətməyə çalışmaq lazım deyil. İndi siz daha ağıllı hərəkət edəcəksiniz.

2-ci addım – Qəbuletmə

Qorxuya qarşı cəsarətli addım atmağın vaxtı yetişib. Siz qorxunu qəbul etməlisiniz. Onu əziz qonaq kimi qarşılayın və xəyalən qucaqlayın. Yadda saxlayın, şiddətli hücum sizə heç bir zərər vurmayacaq, odur ki, onu cisminizə və beyninizə qonaqpərvərliklə dəvət edin. Axı, siz onunla çoxdan tanışsınız, o köhnə dostunuzdur. Onu səmimi qəlblə qəbul edin, axı, yaxından müşahidə edə bilmək üçün sizin onunla daha yaxından tanış olmanız lazımdır. Əvvəl-əvvəl bu, çətin olacaq, hətta həyacan hissi keçirəcəksiniz. Çünki əvvəllər buna bənzər bir iş görməmisiniz. Siz əvvəllər sizə həmişə xoşagəlməz emosiyalar bəxş etmiş birini evə dəvət edirsiniz. Amma həyacanı çox səmimiyyətlə qəbul etmək, heç bir vəchlə ona qalib gəlməyə cəhd etməmək lazımdır. Bütün xarakterinizi ortaya qoyun və çəkilməyin, qorxunun necə artdığını müşahidə edin.

Şiddətli hücumlardan əziyyət çəkən adamların əksəriyyəti obrazlı təfəkkürə sahib olurlar. Belələri daha inandırıcı olsun deyə, həyacana, istəklərindən asılı olaraq, müəyyən xəyali obraz düşünüb tapa bilərlər.

Qoy, qorxu sizi başdan ayağa əhatə etsin. Onun cisminizdə doğurduğu bütün hissləri duyun. İndi siz onları uzaqlaşdırmaq, şiddətli hücumu dayandırmaq istəmirsiniz, siz onların tam hakim olmalarına imkan verirsiniz və qorxursunuz. İndi sizin emosiyalarınız əvvəlki kimi həyacana qarşı yönəlmir, əksinə onunla eyni məcrada axır. Bu ona səbəb olur ki, daxilinizdəki ziddiyyətlər önəmli dərəcədə azalır. Çaxnaşmanın yaratdığı hər bir hissi ləpədöyəndə uzanıb sahili döyəcləyən hər bir dalğanı müşahidə etdiyiniz kimi tam duymağa çalışın. Bu qorxu ilə birlikdə həm də maraq yaradacaq.

Şiddətli hücum tezliklə sizi başdan-ayağa əhətə edəcək və iradənizə təzyiq gödtərməyə başlayacaq. Həmin an siz yenidən onunla mübarizə aparmaq və ya geri çəkilərək təhlükəsiz bir yerdə gizlənmək istəyəcəksiniz. Bu, çox önəmli an olacaq, çünki daha qeyri-adi bir addım atmaq lazım gələcək. İndi, artıq dözə bilmədiyinizi, təslimiyyətə hazır olduğunuzu düşündüyünüz an, daha çox şey tələb etmək lazımdır!

3-cü addım – «Sunami», biz əlavə pay istəyirik

Siz bütün səmimiyyətinizlə bu əlavəni istəməlisiniz. Ondan sahib olduğu bütün gücü ilə sizi vurmasını tələb edin ki, o sizin onun bütün şiddətini öz üzərinizdə sınaqdan çıxarmaq istədiyinizdə qəraralı olduğunuzu başa düşsün. Bu sizə qorxmamağa, bunun əvəzində attraksiona minərkən keçirdiyiniz vəcd hissinə bənzər hiss keçirməyə kömək edəcək. Siz ondan daha çox təsirlənmək istəyirsiniz. Bu sizin qorxuya qarşı deyil, onunla eyni istiqamətdə hərəkət etdiyiniz məqamdır. Bu daxili ziddiyyətə, qorxu ilə daxili qarşıdurmaya son qoyacaq. Siz qorxudan qaçmadığınız, ona müqavimət göstərmədiyiniz, onunla üz-üzə gəldiyiniz üçün artıq qurban deyilsiniz. İndi qorxu şiddətli hücuma çevrilmək üçün möhkəm bünövrəyə sahib deyil.

Əgər nəbzinizin artdığını hiss edir və ürək çatışmazlığından ehtiyat edirsinizsə, indiyə qədər heç bir ŞH-un sizin üçün pis qurtarmadığını və bundan sonra da qurtarmayacağını xatırlayın. Yada salın ki, ürəyin bir neçə həftə ərzində dəqiqədə 200 dəfə döyünə biləcəyi sübut olunmuşdur. Ürək bu qədər möhkəmlik ehtiyatına sahibdir.

Odur ki, səmimi qəlbdən nəbzinizin göylərə qədər qalxmasını xahiş edin ki, bu sizi tam «örtə» bilsin. Qoy, çaxnaşma nəyə qadir olduğunu tam qüvvəsi ilə göstərsin. Bütün xoşagəlməz hisslər də eyni qaydada.

Daha çoxun tələb edilməsi sizin çaxnaşmaların olmadığı normal həyata qaytaracaq dönüş nöqtəsidir. Bu o tələbdir ki, çaxnaşma onu təmin etmək gücündə deyil. Siz ona müqavimət göstərmirsiniz, müqavimət isə onun üçün yanacaqdır. Məhz bu halda onun gerçək siması üzə çıxır, onun arxasında heç nəyin olmadığı, sadəcə bir ilğım olduğu aşkarlanır. O sizin qorxmağınıza səbəb olacaq heç bir vasitəyə sahib deyil. Bu sərhəddi keçdikdən sonra özünüz heç bir təhlükənin olmadığının şahidi olacaqsınız.

Ola bilsin ki, bəziləri üçün çaxnaşmadan əlavə payı aqressiv formada istəmək daha təsirli ola bilər. Ayaqlarınızı yerə döyəcləyin, yumruğunuzu stolun üstünə çırpın və sanki, hüququnuz olan bir şeyi sizə vermirlərmiş kimi tələb edin. Var gücünüzlə tələb edin. Əlbəttə, bu zaman keçirdiyiniz hisslər xoşagələn adlandırılmaqdan çox uzaq olacaq, amma bunun əksini də sizə heç kəs vəd etməyib. Amma bu sizi daha çox şey tələb etməkdən əl çəkməyə məcbur etməməlidir. Siz onun qabil olduğu istənilən səviyyədə həyacanı üzərinizdə sınaqdan keçirmək istədiyinizə əmin olmalısınız. Axı, qorxulu bir şeyin olmadığını bilirsiniz.

İnanın bu tələblə siz qorxunu dalana sıxışdırırsınız. O sizin tələbinizlə nə etmək lazım olduğunu bilməyəcək və geri çəkilməkdən başqa əlacı qalmayacaq. Axı, qorxu hissi qorxudan qidalanır, siz isə artıq qorxmursunuz, əksinə, daha çox şey tələb edirsiniz! Yadınıza salın, siz çaxnaşmanın sizə hakim olacağından nə qədər çox narahat olurdunuzsa, o sizi bir o qədər çox və şiddətlə əhatə edirdi. Amma indi, siz ondan qorxmadıqda, o heç peyda da ola bilməyəcək.

Qorxu tədricən geri çəkilməyə başlayacaq, lakin siz boşalmamalısınız. Onun elə-belə çıxıb getməsinə imkan verməyin, axı, siz qonaqpərvərsiniz, odur ki, onu mümkün qədər çox saxlamağa çalışın. Onun qalmasını və şoularına davam etməsini tələb edin. O özü çıxıb getdiyində isə, ona yaxşı yol arzulayın. Siz onun düşmən olmadığını bilirsiniz, bu səbəbdən istədiyi vaxt yenidən gəlməsini təklif edin. Bu sizə qorxunun yenidən qayıda biləcəyi barədə aralıqsız fikirlərdən qurtulmağa kömək edəcək.

Bu texnika düzgün icra edilərsə, siz nəticəni dərhal hiss edəcəksiniz. Sinənizdə zəif istilik yaranacaq və siz sakit halın yenidən necə geri döndüyünü görəcəksiniz. Bu, əsəb sisteminin parasimpatik hissəsinin işə düşdüyü demək olacaq. Əsəb sistemi, bütün baş verənləri sizin qorxunun bir tərəfindən girərək, əvvəllər uçurum olduğunu zənn etdiyiniz o biri hissəsinə qədəm qoymanız kimi qəbul edir. Budur, siz risk etdiniz və orada qorxulu heç nəyin olmadığını başa düşdünüz. Bu sadəcə cisminizdə baş verən və tərəfinizdən düzgün şərh edilməyən hisslər toplusunun yaratdığı illüziya idi.

Qorxu vaxtaşırı yanınıza qayıtmağa və sizə hakim olmağa çalışacaq. Narahat olmayın və onun qarşısında geri çəkilməyin. Bu, sadəcə həyacanlı halın rəvan şəkildə azalması prosesidir. Onu sadəcə müşahidə edin, sizə gətirdiyi hissləri gözdən keçirin və onunla sülh yolu ilə vidalaşın. Yerinizdə qalın, bilin ki, o özü ilə nə gətirirsə-gətirsin, siz ona qalib gələcəksiniz, odur ki, mübarizə aparmayın.

Çox güman ki, ilk dövrlərdə sizin üçün qorxudan daha çox şey tələb etmək çətin olacaq, çünki bütün bunların öhdəsindən gələ biləcəyinizə inanmayacaqsınız. Şiddətli hücumlar sizin özünüzə olan inamınızı qırmışdır. Amma əsas məsələ odur ki, birinci dəfə alınmasa, təslim olmayasınız. Təkrar-təkrar cəhd edin. Bu praktikadan nə qədər çox istifadə etsəniz, o qədər çox tərəqqi əldə edəcəksiniz. Əsas məsələ təslim olmamaqdır. Yadda saxlayın, təslim olsanız yaxşı olmayacaqsınız. Qorxu üzərində daha rəvan və keyfiyyətli iş üçün «Sunami» texnikasından rahat şəraitdə 2-3 həftə istifadə etməyi məsləhət görürəm.Bu haqda aşağıda daha ətraflı söhbət açılacaq.

Dərhal nəticə əldə edilmədikdə, bundan imtina etməmək çox vacibdir. Özünüzü işə davam etməyə məcbur edin və bu texnikanı nə qədər tez-tez tətbiq etsəz, tərəqqi bir o qədər tez əldə ediləcək. O hər dəfəsində daha təsirli olacaq. Tezliklə elə bir məqam gəlib çatacaq ki, çaxnaşmanı səmimi sevinc hissi ilə qarşılayacaqsınız. Və nəhayət, anlayacaqsınız ki, onda təhlükəli və qorxulu heç nə yoxdur.

Çaxnaşmanın qorxulu olmadığını və heç bir ziyan vermədiyini hər dəfə yada salın. Inanın, əgər sizdə, azacıq da olsa, hələ xoşagəlməz hisslər qalıbsa, onlar bir daha heç vaxt çaxnaşmaya çevrilməyəcəklər. Bütün bunları daha dərindən başa düşmək üçün növbəti misalı gözdən keçirək.

Siz qatara daxil oldunuz, kupeni tapdınız, öz yerinizi tutdunuz. Gün çox ağır keçib, siz bərk yorulmusunuz və dərhal uzanıb yatmaq istəyirsiniz. Budur, həsrətlə gözlənilən fit səsi və qatar yola düşür. Başınıza qorxulu fikirlər gəlir: «Birdən şiddətli hücum baş versə, mən nə edərəm? Axı, qatarı tərk edə bilməyəcəyəm». Və əlbəttə ki, o başlayır. Sinəniz sıxılır, nəbziniz sürətlə vurur. Yaxında sizə kömək edəcək, sakitləşdirəcək birisi də yoxdur. ŞH-un ilk təzahürləri başlayır…

Nəbz yüksələndə vəcdə gəlirsiniz. Güman ki, sizə insanı sakitləşdirməyə xidmət edən bəzi tənəffüs texnikaları məlumdur, onları tətbiq edirsiniz. Amma bu texnikaların bir önəmli əskikliyi var: onlar tez nəticə vermir və şiddətli hücum zamanı nəzərə çarpmırlar. Beləliklə, bu, kömək etmədi. Növbəti addım, yəqin ki, o olacaq ki, ayağa qalxacaq, kupedə və ya dəhlizdə gəzişməyə başlayacaqsınız. Bu an siz nisbətən daha az sıxıntı hissi keçirəcəksiniz. Başqalarının sizin bu halınızı görməməsi üçün ya tambura, ya da tualetə keçəcəksiniz. Amma budur, sıxıntı hissi qayıdır, çünki düşünürsünüz: «Yerimə qayıtmalıyam. Birdən insanlar halımın özümdə olmadığını görsələr, necə?» Bu an siz, ehtimal ki, adətən sakitləşməyə kömək edən ya sakitləşdirici dərman, ya da nə isə başqa bir şey çıxaracaqsınız. Bunun köməyi olmasa, stop-kranı çəkmək və qatardan atılmaq lazım gələcək. Amma bütün bunlar çaxnaşmanı gücləndirəcək, onun sizin üzərinizdəki hakimiyyətini artıracaq və gələcəkdə ona qalib gəlmənizi çətinləşdirəcəkdir.

İndi isə, gəlin, sizin daha ağıllı və daha doğru hərəkət edəcəyiniz situasiyanı nəzərdən keçirək. Beləliklə, qatar hərəkətə başladı, başınıza qorxulu fikirlər gəldi. Siz isə onlardan dəhşətə gəlmək əvəzinə, onları maraqla müşahidə edirsiniz. Axı, bu, sizə qətiyyən təhlükəli olmadığını bildiyiniz «qonağınızı» yaxından tanımağa kömək edir.

Əlbəttə, qorxu hissi keçirəcəyiniz istisna edilmir. Amma bu dəfə geri çəkilməyəcək, təslim olmayacaq, əksinə, ona qarşı gedəcəksiniz. Siz artıq ŞH – un satadart hisslərinə: nəbzin sürətlənməsinə, üzdən nəfəs almağa diqqət yetirirsiniz. Siz onları tam gücü ilə hiss etmək istəyir və cisminizinn 100 faizi ilə qəbul edirsiniz. Adəti üzrə ayağa qalxmaq, gəzişmək və sakitləşdirici içmək istəyirsiniz. Amma yox, siz artıq qərar vermisiniz, bütün bunlar baş verməyəcək. Ətrafdakıların çoxu sizin bu halınızın fərqində olmayacaq. Odur ki, başqa otaqda tənhalığa çəkilməyi unudun və onların haqqınızda nə düşünəcəkləri barədə narahat olmayın.

Çaxnaşma başlayır və siz bu situasiyada baş qaldıran bütün ənənəvi hissləri keçirirsiniz. Özünüzdən razısınız, çaxnaşmanın tam mərkəzindəsiniz və hətta onu atlatmaq üçün ilk addımı da hələ atmamısınız. Çaxnaşma güclənir, var gücü ilə təzyiq göstərir, sizi özünüzdən çıxarmağa çalışır ki, nəhayət, ondan qurtulmaq üçün bütün vasitələrinizi işə salasınız. Beyninizdə qurtulma variantları – qalxıb getmək, dərman içmək və ya da ondan daha çox təzyiq etməsini xahiş etmək bir-birini əvəz edir.

Siz əlbəttə ki, əlavə pay istəyir və çaxnaşmanın bütün tərəflərini hiss etmək üçün ondan var gücü ilə üzərinizə yeriməsini tələb edirsiniz. Bir-iki saniyə sonra çaxnaşma güclənir. Siz bütün gücünüzü toplayır və daha çoxunu istəyirsiniz, amma nəinki əlavə pay almır, əksinə çaxnaşmanın zəiflədiyini və onun yaratdığı hisslərin əvvəlki qədər xoşagəməz olmadığını hiss edirsiniz. Nəbzin döyüntüsü əvvəlki kimi yüksək deyil, nəfəs almaq asanlaşıb və dərinləşib. Yeni narahatedici fikirlər yaranır, amma onlar nəzərəçarpacaq dərəcədə zəifdirlər və həyacan, göz görə-görə, əriyir. Və qısa müddət sonra bütünlüklə itib gedir.

Həmin andan sonra siz özünüzü daha əmin hiss edəcək və çaxnaşma qarşısında geri çəkilməyəcək, onu, bütün şiddətini hiss etmənizə rəğmən, üz-üzə qarşılayacaq və hər dəfəsində qələbə çalacaqsınız.

Siz zərbədən sonra «ayaqda qalmısınız» və onun məğlub olmaqdan başqa çarəsi yoxdur, çünki başqa bir şey təklif edə bilmir. Siz tab gətirdiniz, amma qeyd etmək lazımdır ki, qarşıdurma aqressiv formada deyildi. Siz müşahidəçi idiniz, məcara axtarırdınız. Şiddətin nəyə qabil olduğunu bilmək, öyrənmək istəyirdiniz. Bu, bir növ, oyun idi və siz öz-özünüzlə oynayırdınız. Bundan sonra qatarda rahat səyahət edə bilərsiniz, çünki artıq bilirsiniz ki, çaxnaşma baş versə belə, siz onun öhdəsindən gəlməyi bacaraqcasınız.

Bu metod çaxnaşma ilə mübarizə sahəsində mövcud olan bütün qəbul edilmiş metodlardan fərqlənir. Amma bu, yeni yanaşma deyil. Qədimdə həmin metoddan həyatın müxtəlif sahələrində istifadə edilib. Məsələn, qədim Yaponiyada onu müdafiə məqsədli döyüş sənətində tətbiq edərdilər. Tələbələrə öyrədirdilər ki, düşmən hücüma keçəndə cavab olaraq, hücuma keçməmək lazımdır. Onun hərəkətlərini müşahidə etmək və kənara çəkilmək məqsədəuyğundur. Hücum əllə dəf edilir və nəticədə rəqibin müdafiə olunana tətbiq etdiyi bütün enerji onun öznə qarşı çevrilir və o yerə sərilir. Bir neçə belə sərilişdən sonra rəqib geri çəkilir.

Şiddətli hücum bizim öz şəxsi istehsalımızın məhsuludur. Ona qarşı çıxmaq və müqavimət göstərməklə biz əslində özümüzə qarşı çıxırıq. Bununla belə, bitərəfliyə riayət etmək, sadəcə müşahidəçi olmaq yetərsiz də ola bilər. Odur ki, bu mübarizəyə daha bir element daxil etməyə ehtiyac var. Bu, qarşı hərəkət elementidir. Yaranan cismani hisslərlə həmahəng olan hərəkətlər etmək vacibdir.

Beləliklə, üç addım barədə aldığımız məlumatları ümumiləşdirək:



Yüklə 354,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə