И как уже было сказано, исследователи обычно страну этих саков Сакасену иденфицируют с Шакашен – названием области в Албании, и локализуют ее с Гянджой в Азербайджане, впоследствии это имя было распространено и на Урарту



Yüklə 354,14 Kb.
səhifə6/6
tarix17.09.2017
ölçüsü354,14 Kb.
növüYazı
1   2   3   4   5   6

Residiv gözləntisi

Residivlərin qaçılmaz olduğunu yadda saxlamaq lazımdır! Bir neçə gün davam edən əla əhval-ruhiyyədən və həyacanın yoxluğundan sonra günlərin birində yuxudan yenidən geriyə döndüyünüz hissi ilə oyana bilərsiniz. Əsası odur ki, ruhdan düşməyin və yadda saxlayın ki, belə olması normaldır. Bundan sonra vəziyyətiniz yaxşılaşmaqda davam edəcək. Ola bilsin ki, gələcəkdə daha bir necə residiv baş versin, onlar da yeni tərəqqi ilə əvəz olunacaqlar. Yadda saxlayın: Əgər siz müvəqqəti pisləşməyə görə kədərlənməsəniz, yaxşılaşma tendensiyası dəyişməz olaraq qalacaq.

Həyacan pozuqluğu kimi xoşagəlməz halın öhdəsindən gəlmək əsil qəhrəmanlıqdır. Sizin qürur duymaq üçün əsasınınz var. Siz artıq qurban deyilsiniz, çünki başınıza gələn hər şeyə dözdünüz, üstəlik də bütün olanlara rəğmən, yaşamağa və fəaliyyət göstərməyə davam etdiniz və qalib gəldiniz.

Öz üzərində nəzarəti itirmə

Geniş yayalmış qorxulardan biri də çaxnaşma zamanı öz üzərində nəzarəti itirmə əndişəsidir. Bundan ən çox kütlə önündə biabır olmaqdan qorxanlar əziyyət çəkirlər. Qorxu hissi insanlar arasında olmanın yaratdığı isterik hala qədər yüksələ və hətta yaxın bir adamını öldürmək affektinə qədər gətirib çıxara bilər.

Sakit olun, bunlar sadəcə reallıqla heç bir əlaqəsi olmayan qorxulu fikirlərdir. Siz öz üzərinizdə nəzarəti itirməyəcək və bu işi görməyəcəksiniz. Əminəm ki, ictimai yerlərdə şiddətli hücuma məruz qaldığınızda bunu ətrafdakı adamlardan heç biri görmür. Bəzən elə məqamlar da olur ki, ayağa qalxmaq və hansısa ciddi tədbirdən qaçmaq istəyirsiniz, amma bunu etmirsiniz. Hətta ətrafdakıların gözündə təəcüb yaratsanız da belə, bunda qorxulu bir şey yoxdur. Bir saat sonra bunu artıq heç kəs xatırlamayacaq, çünki hərənin özünün qalaq-qalaq problem və əndişəsi var, bunlar onları daha çox narahat edir. Həyat əbədi deyil ki, onu hər keçici xoşagəlməz vəziyyətlərin dərdini çəkməyə xərcləyəsən.

Gerçəklik hissinin itirilməsi və fərdiyyətsizləşmə

Həyacan pozuqluğundan əziyyət çəkən bəzi insanlara çaxnaşma zamanı elə gəlir ki, sanki, dünyaya kənardan baxırlar. Onlar, sanki, real həyatdan ayrılır və hər şey onlara diafilm kimi görünür. Bu kimi hisslər insanı beynində nə isə nasazlıq yarandığı barədə düşünməyə məcbur edir.

Fərdiyyətsizləşməyin geniş yayaılmış formalarından biri hər hansı bir şəxslə söhbət zamanı təcridedilmişlik hissidir. Bu isə o qədər aydın ola bilər ki, uzun müddət insanı narahat edər və bütün fikri-zikri bu barədə olar. Hərçənd ki, fərdiyyətsizləşmədə qorxulu heç nə yoxdur. O, daimi gərginlik və həyacan nəticəsində yaranır. Sizin orqanizmdə çox sayda stres yaradan kimyəvi maddə toplanır. Bu maddə informasiyanın beyinə ötürülməsinə mane olur.

Bu hal həyacana həsr olunmuş kitablarda kifayət qədər nadir hallarda təsvir edilir. Amma əmin olun, həyacanlılıq səviyyəniz aşağı düşdükcə, fərdiyyətsizləşmə də mütləq keçib gedəcək. Bu simptoma çox zaman bədəndəki gərginliyin insanı öz fikirlərinə qərq olmağa məcbur etməsi səbəb olur. İnsanda, ağır psixi və nervopotoloji xəstəliklərin yarandığı barədə zəhlətökən fikirlər yaranır. Amma əmin ola bilərsiniz, fərdiyyətsizləşmə sağlamlığınıza heç bir ziyan vurmayacaq.

Fərdiyyətsizləşmədən qurtulmağın ən yaxşı yolu onu qəbul etmək və onun yaxın zamanda keçəcəyinə inanmaqdır. Onu hiss etdiyiniz an özünüzü boş tutun, onu müşahidə edin və qətiyyən qorxmayın. Fərdiyyətsiləşmənin sakit qəbulu sizi ondan tez bir zamanda xilas edər. Çünki o, sizin narahatçılıq və gərginliyinizin məhsuludur. Yaşamağa davam edin, sevinin, bu xoşagəlməz hisslərdən qorxmayın və onlar sizi narahat etməyə son qoyar.

Depressiya

Həyacan hissinin davamlılığı insanın həyatında xoşagələn şeylərdən biri hesab edilə bilməz. O, əzginliyə və gələcək, eləcə də həyacanın yaratdığı məhdudiyyətlər barədə fikirlərin səbəb olduğu depressiyaya gətirib çıxara bilər. Bu zaman insan özünü əzilmiş və əl-qolu bağlanmış kimi hiss edir. Amma öz həyacanınız və gərginliyiniz üzərində qələbə çalmağa başlayan kimi bu, depressiyanın da yoxa çıxmasına və sizdə normal həyat barədə ümidlərin yaranmasına səbəb olacaq.



Tənəffüsün çətinləşməsi

Narahat adamların çaxnaşma zamanı tez-tez keçirdikləri hisslərdən biri də tənəffüsün çətinləşməsidir. Onlara elə gəlir ki, sinələri sıxılır, oksigen çatışmır, boğula bilərlər.

Əslində isə bu sinə boşluğu və boğaz əzələlərindəki gərginlikdən qaynaqlanır ki, bu da sıxılma barədə yalançı təsəvvür oyadır. Zəngin təxəyyül isə onu boğulma kimi təqdim edir. Bir sıra hallarda tətik rolunda həyacandan yaranan yüngül başgicəllənmə çıxış edir. Bunun nəticəsində adamda oksigen çatışmamazlığı təsəvvürü ortaya çıxır.

Amma bu qorxunun heç bir əsası yoxdur. Hətta siz bütün ili boğulma təhlükəsi altında keşirsəniz belə, bu boğulmağa gətirib çıxarmayacaq. Həmin dövrdə sizə lazım olan qədər oksigen çatacaq, lakin həyatınızı mənasız şəkildə keçirəcəksiniz. Odur ki, gərginliyinizə bu cür emosional yanaşmaqdan əl çəkin, yadda saxlayın: o sizə heç bir ziyan vurmaq iqtidarında deyil. Bu hisslərin var olmasına imkan verin və bir müddət sonra onlar yoxa çıxacaqlar.



Zəiflik, başgicəllənmə

Çaxnaşma zamanı bir çoxları başgicəllənmə, ayaqlarda zəiflik hiss edirlər. Bu hisslər qorxu yaradır, adama elə gəlir ki, huşunu itirə bilər. Özü də küçədə tək olduğu şəraitdə.

Bu xoşagəlməz hisslər hiperventilyasiya nəticəsində ortaya çıxır. Qorxu və çaxnaşma zamanı həmişəkindən daha tez-tez nəfəs aldığınızı yadınıza salın. Bu, izafi dərəcədə oksigenin qəbulu deməkdir. Başgicəllənməyə səbəb olan da odur. Bundan sonra bir necə xoşagəlməz hadisəni yada salmaq kifayətdir ki, gicəllənmə güclənsin. Odur ki, növbəti bənzər hadisələr zamanı siz yenidən eyni hissləri keçirirsiniz.

Amma huşun itirilməsi ehtimalı olduqca azdır. Axı, insan huşunu aşağı təzyiq zamanı itirir. Bədən şaquli olanda, qanın başa axması daha da asanlaşır. Təbiət orqanizmi mükəmməl yaratmışdır. Bununla belə, çaxnaşma zamanı təzyiq yüksəlir, odur ki, huşun itirilməsi istisna edilir.

Çaxnaşma zamanı, qana adrenalin ifrazı baş verdikdə, bütün orqanizm səfərbər olunur və sizin üçün təhlükə olduğunu düşündüyü üçün hazır vəziyyətə gəlir. Bu vəziyyətdə olarkən, o sizə huşunuzu itirməyə imkan verməz.

Əgər siz nə vaxtsa, huşsuz halda yerə sərilmişsinizsə və indi də eyni şeyin təkrar olacağından qorxursunuzsa, həmin hadisənin bütün detallarını yada salmağa çalışın. Bu, həyacanla heç bir əlaqəsi olmayan çox sayda səbəbdən baş verə bilərdi. Ola bilsin ki, həmin gün yemək yeməmişdiniz, özünüzü pis hiss edirdiniz, yorulmuşdunuz. Bu özündəngetmənin ən yayğın səbəbləridir, həqiqətdə isə onların sayı daha çoxdur.

Əgər bu bilgilər sizə problemdən xilas olmaq üçün yenə də yetərli olmasa, o zaman yaxşı tanıdığınız yolla getmək lazımdır: otura biləcəyiniz bir yer tapın, yuxarıda deyilən məlumatları yada salın, ürəyinizdə özünüzə deyin ki, əgər huşsuzluq qapımı çalmağa qərar veribsə, qoy bunu elə indicə etsin, onu qəbul edin və bədəninizə özündən getməyə imkan verin. Yadda saxlayın, heç kəs öz arzusu ilə özündən gedə bilməz, odur ki, qorxu tez bir zamanda buxarlanıb yox olacaq. Axı, siz artıq onu öz narahatçılığınız ilə bəsləmirsiniz, onun burada görəcəyi daha heç bir iş yoxdur.

Boğulma hissi

Çaxnaşma və həyacan zamanı bəzi insanlar boğaz nahiyyəsində sıxılma hiss edirlər. Bu, boğaz nahiyəsindəki əzələlərin gərginliyidir. Əlbəttə ki, xoşagəlməz hissdir, amma tam təhlükəsizdir. O, keçirilən hiss və emosiyaların çoxluğundan qaynaqlanır. Məsələn, toyda və ya yas mərasimində bir çoxlarının boğazında, sanki, qəhər yaranır. Lakin o zaman ki, insan emosiyalarını tökür (gülür, ağlayır, hisslərini dilinə gətirir) bu hiss onu tərk edir. Hər gün, heç olmasa, bir neçə dəqiqəliyə sevdiyiniz mahnını və ya radionu səsləndirin və oxuyun. Vaxtınız olarsa, bunu daha uzun müddət də etmək olar. Siz ona nə qədər az diqqət yetirsəniz, o da bir o qədər tez sizi tərk edər.

Əgər sizi bu və ya digər xəstəlik barədə düşüncələr tərk etmirsə, həkimə gedin, müayinədən keçin. Bu, axmaq fikirləri başdan mümkün qədər tez atmağın ən yaxşı yoludur.

Ürək bulantısı

Həyacan həzm prosesinə birbaşa təsir edir. Bu, daxildəki yüngül qıcqırtıdan kəskin ağrıya qədər müxtəlif cür təzahür edə bilər. Bu hal əksər hallarda həyacanı daha da artıra, qusma və ya hər hanşı başqa xəstəlik barədə narahatçılıq yarada bilər.

Siz bu xoşagəlməz hissləri qəbul etməli və onlara mövcudiyyətlərini sürdürməyə imkan verməlisiniz. Onları mənfi qiymətləndirməyin, sadəcə olmalarına imkan verin. Bu, nəticəsini verərcək, çünki həmin an sizin qarın boşluğu əzələləriniz işə düşür, siz hisslərinizə müqavimət göstərmirsiniz və bədən özünü daha azad hiss edir.

Ürək tutması

Adam evdə tək olanda ürəyi barədə narahatçılıq keçirməsi tipik hallardandır. Gözlənilmədən o, içəridən, sanki, kiminsə onun ürəyinə bıcaq vurduğunu hiss edir. Ardınca sol əlində iynə batırmalarını xatırladan narahatlıq yaranır. Başa dərhal belə bir fikir gəlir: ürək tutması baş verib. Onun evdə tək olması, yaxında kömək edə biləcək birinin olmaması onun əndişəsini daha da artırır. Adam təcili yardım çağırır və xəstəxanaya aparılır. Çoxsaylı analizlər ürəyin qaydasında olduğunu göstərir. Həkimlər bunun adi bir narahatçılıq olduğunu söyləyirlər, fəqət ağla onların nəyi isə gözdən qaçırdıqları, gizlətdikləri barədə fikirlər gəlir.

Həqiqətdə ürək xəstəliyinin simptomları çaxnaşmanın təzahürlərindən nəzərəçarpacaq dərəcədə fərqlənir. Birinci halda tənginəfəslik və sinədə, əksər hallardasa sağ tərəfdə və kürəyin alt tərəfində ağrı yaranır. Özü də onlar fiziki ağırlığa proporsional olur, yəni ağırlıq nə qədər çoxdursa, simptomlar da bir o qədər çoxdur. Siz dayanırsınız, dincəlirsiniz və simptomlar keçib gedir. Çaxnaşma ilə isə məsələ başqa cürdür.

Həyacan zamanı ürəyin heç bir gözlə görünməyən səbəbdən tez-tez döyünməyə başladığı kiçik periodlar olur. Hisslərin gərgin olduğu vəziyyətlərdə bunlar ürək tutması qorxusunun yaranması səbəbindən həyacana səbəb ola bilər. Nə qədər çox həyacanlanırsınızsa, ürək də bir o qədər daha tez-tez döyünür.

Ürək döyüntülərindən qətiyyən qoxmaq lazım deyildir. Buna səbəb yorğunluq və ya içdiyiniz kofe də ola bilər. İstənilən halda, əgər siz tibbi müayinədən keçmişsinizsə və o da heç nə aşkarlamayıbsa, sakit olun, heç bir təhlükə yoxdur. Ürək çox güclü əzələdir və onun üçün sizin yüksək nəbziniz tamamilə qorxusuzdur. Beyninizdə yaranan təsəvvürlərin yol açdığı fikirləri başınızdan atın. Ürək yüksək nəbzdən nə partlaya, nə də dayana bilər. Nəbziniz gün ərzində yüksək ola bilər, amma bu üəyinizə heç bir ziyan vurmayacaq.

Ürək döyüntüsünün buraxılmış impulsları (ekstrasistoliya)

Növbədənkənar ürək çatışmazlığı tibbdə ekstrasistola adlanır. Bu, bir qayda olaraq, mütamadi çatışmazlıqlar arasında əlavə vuruşdur. Növbədənkənar ürək çatışmazlığından sonra fasilə yaranır. Bu cür vuruşlar təhlükəsizdir. Sakit olmaq üçün siz otura bilərsiniz, amma hərəkət etsəniz də bu, qətiyyən heç bir təhlükə yaratmayacaq. Önəmli olan odur ki, həmin an siz var gücünüzlə, qorxu içində evə tələsməyəsiniz. Çünki yayınmaq arzusu probleminizi daha da dərinləşdirər.

Bizim ürəyimiz saat mexanizmi deyil və ona bəzən ritmdən yayınmalar, tezləşmələr, ləngimələr xasdır. Sizin həyacanınız ürəyinizin işini yoxlamağa məcbur edir və əgər siz hansısa qüsur hiss edirsinizsə, bu çaxnaşmaya səbəb olur. Yadda saxlayın, ürəyiniz sizin nəzarətiniz olmadan da düz işləməkdə davam edəcək və elə sizin ondan ötrü narahat olmanız onu daha tez döyünməyə məcbur edir. Hətta ən sağlam adamlar belə vaxtaşırı nəbzin yüksəlməsinin və ekstrasistolanın şahidi olurlar. Ürəyinizin dərdini çəkməkdən əl çəkin, o sizsiz də öz işini yaxşı bilir.

Əgər bunu etməyə gücünüz çatmırsa, aşağıdakı məsləhətlərə əməl edin:

-Etibar etdiyiniz klinikada tam müayinədən keçin. Nəticələri alanda onlara inanın, çünki müasir texnika heç bir ciddi xəstəliyi gözdən qaçırmaz. Hər şey qaydasındadırsa, sakit olun və ürəyinizi bir də narahat etməyin. O sizsiz də nə etmək lazım olduğunu yaxşı bilir.

-Ürəyinizə istədiyi sürətlə döyünməyə imkan verin. İnsan orqanizmi mükəmməldir, hər bir orqan vaxtın istənilən kəsimində necə işləmək lazım olduğunu yaxşı bilir. Bu işə qarışmayın, unymayın ki, onlar sizin məhvinizə deyil, həyatınızın xilas olunmasına xidmət edirlər. Ürək heç vaxt öz imkanından daha tez döyünməyəcək və siz bunu nə qədər tez anlasanız, probleminizdən də bir o qədər tez qurtularsınız.



Baş ağrısı

Həyacan və stress çox zaman özü ilə birlikdə baş ağrısı da gətirir. Bunun səbəbi baş, boğaz və bel əzələlərindəki gərginlikdir. Baş ağrısından xilas olmaq üçün həyacanı azaltmaq lazımdır. Təmiz havada idmanla məşğul olmaq yaxşı kömək edər.

İsti vanna və ya boyun və kürəklərin masajı baş ağrısını yaxşı aparır.

Tualet fobiyası

Bu çox geniş mövzudur. Onunla həyacanlı adamların çox sayda fobiyası bağlıdır. Ən yayğın problem tualetə vaxtında çata bilməmək qorxusudur. Bu hal insanların gözündə biabır olmaq qorxusuyla birbaşa bağlıdır. Axı, insan tək olanda bu baş vermir. Qorxu insanları sidik kisəsində və ya bağırsaqlarda problem olduğunu düşünməyə məcbur edir. Çox zaman bu əndişələrin heç bir əsası olmur və məsələ sırf psixika ilə bağlıdır.

Problemdən qurtulmanın ssenarisini konkret bir misalla təsvir edək: Siz ticarət mərkəzinə daxil oldunuz və birdən tualetə getmək istəyə biləcəyiniz fikri sizi narahat etməyə başladı. Bu fikri boğmağa çalışmayın. Sizə sadəcə oturmaq və özünüzə demək lazımdır ki, siz bu fikirdən qorxmursunuz və öz bədəninizin imkanlarından əminsiniz. Bir müddət öz bədəninizə əminlik hissi ilə oturmaqda davam edin. Həyacan azaldıqdan sonra tualetə tərəf gedin. Tualetə çatanda görəcəksiniz ki, sizin ora girmək ehtiyacınız yoxdur.

Həyacanın azalmasına rəğmən, tualetə tərəf hərəkət etməklə siz bədəninizə olan güvəni artırmış olursunuz. Fəqət hər dəfə arzu yarandığında tualetə daxil olmaqla isə qorxunuzu daha da artırırsınız. Bu metodu ds sınaqdan keçirin, amma bilin ki, nəticənin olması üçün bir qədər vaxta ehtiyac var.


Nəticə
Kitabda artıq qeyd edildiyi kimi, həyacan sizin iradənizi möhkəmləndirəcək. Həyacana qalib gəldikdən sonra siz başqa, daha güclü və cəsarətli adama çevriləcəksiniz. Həyacan sizi duelə çağırır, sizə qətiyyətli bir şəxs olmağa şans verir, bu, hər kəsə qismət olmur. Özünüzün həyacan pozuqluğunuza cəza və ya uğursuzluq kimi deyil, əvvəlkinə nisbətən daha yaxşı və uğurlu olmaq imkanı kimi baxın. Problemə məhz belə yanaşma sizə onu dəf etməyə və əvvəlkindən daha yaxşı olmağa imkan verəcək.

Həyacandan xilas olmaq yolunda ilk addım artıq atılmışdır – siz kitabı artıq oxumusunuz. İndi FƏALİYYƏTƏ KEÇİN, bütün məsləhətləri əməldə tətbiq edin. Çünki sizdə həyacanın varlığını sübut edən dəlil yoxdur. Eləcə də, ondan xilas olmaq imkanına sahib olmayan insan yoxdur. İndi hər şey sizdən asılıdır. FƏAL OLUN!


Dostları ilə paylaş:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə