İ N F O R M A T İ K A
____________________________________________________________ 389
edən marşrutlaşdırma protokollarından;
Kompüterin unikal nömrəsini və ya adını aydınlaşdıran, şəbəkə ünvanını
dəstəkləyən protokollardan;
Bütün mümkün şəbəkə xidmətlərinə daxil olmanı təşkil edən tətbiqi
protokollardan;
Uyğun marşrutlar haqqında şəbəkəyə lazımı məlumatı, şəbəkənin
vəziyyəti haqqında informasiyanı verən, həmçinin lokal şəbəkələr üçün
məlumatları işlədən şlüz protokollarından;
Kliyentin şəbəkədə rahat işləməsini təmin edən və yuxarıda göstərilən
protokollara aid olmayan digər protokollardan.
QEYD
: 1973-cü ildə DARPA-nın İnformasiya Departamentinin direktoru
Robert Elliot (Bob) Kan və amerika alimi Vinton Qrey Serf Pentaqonun Elmi
Tədqiqatları İdarəsi (Defense Advanced Research Projects Agency) DARPA-da
işləyərkən informasiyanın paketlər vasitəsi ilə uzaq məsafələrə ötürülməsi üçün
protokol kəşf edirlər və onu sonralar TCP/IP protokolu adlandırırlar.
Robert Elliot (Bob) Kan Vinton Qrey Serf
Əslində TCP/IP iki müxtəlif protokoldan ibarətdir:
TCP
(Transmission Control Protocol – Verilənlərin Ötürülməsinə Nəzarət
Protokolu) İnternet vasitəsilə göndəriləcək informasiyanın kiçik paketlərdə hansı
şəkildə bölünməsini təyin edir.
Qovluqlarda yerləşdirilən xüsusi hazırlanmış kompüterlər İnternet vasitəsilə
informasiyanı hərəkət etdirmək üçün
IP
-dən istifadə edirlər. Bu zaman kiçik
informasiya paketlərində kompüterlərin IP ünvanları göstərilir ki, bunun da
köməyi ilə informasiya müəyyən olunmuş ünvana çatdırılır. Hər bir paketdə 4
İ N F O R M A T İ K A
____________________________________________________________
390
Kbaytdan artıq olmayan informasiya ötürülür. Marşrutizatorların köməyi ilə
İnternetin ayrı-ayrı hissələri bir-biri ilə əlaqə yaradır. Marşrutizatorlar paketlərin
haraya göndərilməsi haqda qərar qəbul edirlər. Yerli altstansiya onu digər
altstansiyaya göndərir. Bu əməliyyat xəbərin ünvana çatmasına qədər davam
edir. Səbəkələr arası IP (İnternet Protokol) protokolu ünvanlaşdırmağa
“cavabdeh”dir və şəbəkədə paketlərin hərəkətini təyin edir.
IP-ünvan bir-biri ilə nöqtələrlə ayrılmış 4 baytdan (və ya 32 bitdən)
ibarətdir. Məsələn, Macintosh firmasının fərdi kompüterləri 198.70.150.9 IP
ünvanına malikdir.
İNTERNETDƏ RESURSLARIN ÜNVANLAŞDIRILMASI
Ümumdünya şəbəkəsi olan İnternetdə hər bir kompüter (əslində,
kompüterin şəbəkə adapteri) eyni zamanda 3 ünvan alır: birincisi,
adapterin
zavod nömrəsidir
, ikincisi,
IP ünvanın kodudur
, üçüncüsü,
domen
ünvanıdır
ki, bütün bunlar da istifadəçi interfeysi üçün nəzərdə tutulmuşdur.
IP-ünvanı 4 baytlıq ölçüyə malikdir və 3 hissədən ibarətdir: IP –ünvanın
ranqı, lokal şəbəkənin nömrəsi və şəbəkə daxilindəki kompüterin nömrəsi. IP –
ünvanın ranqı bu tipdən olan şəbəkələrin sayını və maksimal ölçüsünü təyin edir.
Şəbəkənin nömrəsi qeydiyyat zamanı verilir. Şəbəkənin nömrəsini şəbəkənin
sahibi olan təşkilat verir. Şəbəkə daxilində kompüterin nömrələnməsi isə şəbəkə
inzibatçısının səlahiyyətindədir.
Ünvanların domen təşkilatı
DNS
(
Domain
Name
System
) iyerarxik
quruluşludur. Yuxarı səviyyənin bir neçə domeni vardır ki, bunların da hər birinə
müəyyən ad verilir
.
Növbəti səviyyə domeni yuxarı səviyyə domeninə yeni ad
əlavə etməklə yaradılır. Domen adları sistemi İnternet xidmətləri içərisində
mərkəzi yerlərdən birini tutur.
İnternet məlumatları sərbəst ötürməyi həyata keçirməklə stansiya ünvanına
xüsusi tələb qoyur. Tələb əsasən ondan ibarətdir ki, ünvan formatlı olmaqla
informasiyanın avtomatik işləməsinə imkan yaratsın. Bu cəhətdən hər bir
kompüter üçün ünvan müəyyən edilmişdir:
rəqəm
və
domen
unvanı. Ünvanların
hər ikisindən bərabər səviyyədə istifadə etmək mümkündür.
Rəqəm ünvanı kompüterlərdə işləmək üçün, domen unvanı isə istifadəçilərin
daha yaxşı başa düşməsi üçün yararlı hesab edilir (serverin kompüterlər
toplusuna və onlara qoşulmuş işçi stansiyalara domen deyilir).
Rəqəm ünvanı uzunluğu 32 bit olub, hər biri 8 bitdən ibarət olan 4 blokdan
ibarətdir. Bunları da onluq sayda qeyd etmək olar. Ünvan kompüterin
identifikasiyası üçün zəruri informasiyanı tam saxlamaq qabiliyyətinə malikdir. İki
blok şəbəkə ünvanını, digər iki blok isə bu şəbəkənin daxilində kompüterlərin
ünvanını müəyyən edir. Ünvanlar arasında sərhədi təyin etmək üçün müəyyən
edilmiş qayda fəaliyyət göstərir. Buna görə də IP üç komponenti özündə
birləşdirir:
Şəbəkə ünvanı;