İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə23/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   19   20   21   22   23   24   25   26   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



56 

 

 



Barmaqlardan istifadə etməklə ədədlərin göstərilməsi 


İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  57 

Ən  qədim  say  aləti  abak  olmuşdur.  Abak  təxminən  4-5  min  il  əvvəl  Asiya 

qitəsində  (güman  edilir  ki,  Cində)  düzəldilmiş,  onun  müxtəlif  növləri  isə  uzun 

müddət  Misir,  Vavilion,  Hindistan,  Yaponiya,  Yaxın  Şərqdə  (oradan  Yunanıstana 

və Romaya gətirilmişdir) və Rusiyada yeganə hesablayıcı alət olaraq işlədilmiş və 

nəhayət  müxtəlif  dəyişikliklərə  uğrayaraq, 

çötgə

  adı  ilə  dövrümüzə  qədər  gəlib 

çatmışdır (alətdən uzun müddət ərzində, təxminən keçən əsrin 60-cı illərinə kimi 

bizim  ölkəmizdə  də  istifadə  edilmişdir).  Bu  alətdə  istifadə  olunan  daşları  qədim 

yunanlar  kalkul  adlandırmışlar.  Söz  müxtəlif  xalqların  dilinə  daxil  olmuş, 

hesablama  alətinə  isə  sözə  uyğun  olaraq  kalkulyator  demişlər.  Çində  bu  alət 

suan-pon (hesablama lövhəsi), Yaponiyada isə sorobon adlandırılmışdır. 

 

 



 

Ən qədim say aləti abak 

 

QEYD

:  Qədim  Romada  abak  alətində  istifadə  edilən  daşları  (diyircəkləri) 

bürüncdən,  sümükdən  və  rəngli  şüşədən  hazırlayırdılar.  Alət  üzərində  xüsusi 

hazırlanmış  novlarda  həmin  sümükləri  (daşları)  hərəkət  etdirirdilər.  Romalılar 

alətdəki  həmin  daşları 

calculi 

adlandırırdılar.  Yəqin  ki,  müasir  dövrdə  istifadə 

olunan hesablama alətinə bu baxımdan 

kalkulyator

 adını vermişlər.  

 

Müasir  dövrdə  istifadə  olunan  onluq  say  sistemi  bu  qaydaya  əsaslanaraq 



yaranmışdır. 

Əkinçiliyin,  heyvandarlığın,  sənətkarlığın  və  ticarətin  inkişafı  ilə  əlaqədar 

olaraq  hesablama  aparmağa  olan  tələbat  günü-gündən  artırdı.  Artıq  insanlar 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



58 

yaddaşlarında daha çox məlumat saxlamağa məcbur olurdular. Bunun üçün əvvəl 

qeyd  edildiyi  kimi  xırda  daşlar  və  ağac  parçaları  ilə  hesablamaların  aparılması 

yaramırdı.  Odur  ki,  hesabat  aparmaq  üçün  müəyyən  say  simvolları  tələb 

olunurdu. 

Vavilon  (Babilistan),  Misir,  sonralar  isə  Yunanıstanda  ədədləri  göstərmək 

üçün müəyyən işarələrdən istifadə etməyə başlayırlar. Amma ədədlərin yazılışı o 

qədər də mükəmməl deyildi, onlardan  istifadə edərək  əməliyyat  aparmaq  yalnız 

xüsusi savada malik adamlara nəsib idi. 

 

QEYD

:  İlk  olaraq  rəqəmlərin  onluq  say  sistemində  yazılması  Hindistanda 

baş vermişdir. Bu təxminən bizim eranın beşinci yuzilliyinə təsadüf edir. O dövrdə 

hindli  alim  Ariabxata  astronomiyada  hesabatların  aparılmasına  həsr  etdiyi 

“Ariabxatim”  adlı  elmi  əsərində  onluq  say  sistemi  nəzəriyyəsini  verir  və  ondan 

istifadə  yollarını  şərh  edir.  Təxminən  100  il  sonra  digər  hindli  alim  hesabatların 

aparılmasında onluqlardan və yüzlüklərdən istifadə olunması yollarını izah edir və 

ən əsası “sıfır” anlayışını verir.  

Maraqlıdır  ki,  istifadə  edilən  bütün  rəqəmlər  (1-dən  9-a  kimi)  öz  yazılış 

formalarını dəyişsələr də, dəyişməyən ancaq “sıfır” olmuşdur. 

Ərəblər Hindistanı  zəbt etdikdən  sonra  rəqəmləri öz  ölkələrinə gətirirlər və 

həmin vaxtdan sonra rəqəmlər bütün dünyada ərəb rəqəmləri kimi tanınırlar. Bu 

işdə həlledici rolu böyük özbək alımı Məhəmməd ibn Musa əL-Xorəzmi (IX əsrin 

başlanğıcı) oynayır. Rəqəmlərin yazılış qaydası öncə latın dilində Şərqi Avropaya 

(XII əsr), oradan isə İtaliyaya daxil olur. Avropalılar hesablamaların aparılmasında 

istifadə  etdiyi  rəqəmləri  “ərəb”  rəqəmləri  adlandırırdılar.  İndiki  zamanda  da 

rəqəmlər belə adlandırılır. 

Ərəb  rəqəmlərinin  Avropada  təbliği  italiyalı  riyaziyyatçı  Leonardo 

Fibonaççinin  adı  ilə  bağlıdır.  1202-ci  ildə  alımin  yazdığı  “Abak  haqqında  kitab” 

əsərində  doqquz  hind  işarəsinin  9,8,7,6,5,4,3,2,1 ardıcıllığı ilə  düzüldüyü barədə 

məlumat  verilir  və  qeyd  edilir ki,  ərəbcə 



zephirum

  adlanan  işarənin  köməyi  ilə 

istənilən  sayda  rəqəm  yazmaq  mümkündür.  Alimin  apardığı  təbliğat  avropa 

alımlərinə  (professorlar  heyyətinə)  o  qədər  də  maraqlı  olmur  və  nəticədə  onlar 

hesablama  işlərində  ümumiyyətlə  şübhəli  rəqəm  sayılan  “0”-dan  istifadə 

etməməyi məsləhət görürlər və hesablama işlərini qədimdən qalma antiq sistemin 

köməyi ilə və ya abakdan istifadə etməklə həyata keçirməyə üstünlük verirlər. O 

ərəfədə italiyalı riyaziyyatçı Ceronimo Kardan (1501-1576-cı illər) “0”-dan istifadə 

etmədən kvadrat və kub tənliklərinin həll edilməsini (hesablama son dərəcə çətin 

həyata  keçirilsə  də  belə)  nümayiş  etdirir.  Buna  baxmayaraq,  ərəb  hesablama 

sistemindən  tacirlər  və  bankirlər  hesablama  aparan  zaman  geniş  istifadə  edirlər 

və  bunun  ticarət  etmək  üçün  əvəzsiz  sistem  olduğunu  yüksək  səviyyələrdə 

dəfələrlə  qeyd  edirlər.  Ərəb  hesablama  sisteminin  avropa  elmində  qəti  tətbiq 

olunması XVIII əsrin başlanğıcına təsadüf edir. 

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  59 

 

 

Uzun illər ərzində dəyişikliyə məruz qalmış ərəb rəqəmlərinin yazılışı 



 

  Ərəb dilində “sıfır” sözü boşluğu ifadə edir (sanskrit sözü olan “sunya”da 

həmin mənanı verir). XV əsrdə latın termini “nul” meydana çıxır (nullum – heç bir 

şey,  heç  nə  anlamını  verir)  və  buna  baxmayaraq  “sıfır”  sözü  XVII  əsrə  kimi  öz 

mənasını itirməyir. 

Rusiyada  da  “nul”u  ifadə  etmək  üçün  “sıfır”  sözündən  istifadə  edirdilər. 

1703-cü  ildə  dövrünün  sayılan  alimlərindən  olan  Maqnitski  yazdığı  “Arifmetika” 

əsərində  hesablama  aparmaqdan  ötrü  1,2,3,4,5,6,7,8,9,0  rəqəmlərindən  istifadə 

olunmasndan  söhbət  açırdı,  amma  sonuncu  rəqəmin  heç  bir  məna  kəsb 

etmədiyini də qeyd edirdi. 

Vena  şəhərində  İstanbuldan  gətirilmiş  XV  əsrə  aid  əlyazmada  yunan 

rəqəmlərinin (“sıfır”dan istifadə olunmaqla) işarələri göstərilir. Ərəb traktaktlarının 

latın dilinə çevrilmiş yazılarında isə “0” işarəsi circulus (dairə) adlandırılır.  

Maya  təqvimində  ayın  günlərinin  sayılması  sıfır  ilə  başlayırdı  (onlar  “sıfır”ı 

Axay adlandırırdılar). 

İndiki  zamanda  hamıya  təəcüblü  gələr  ki,  o  dövrdə  avropa  riyaziyyatçıları 

“sıfır”  haqqında  heç  bir  məlumata  malik  deyildilər.  Sıfır  haqqında 

məlumatlandıqda belə onlar bu rəqəmdən istifadə etməməyə çalışırdılar. Avropalı 

alimlərin fikri belə idi – heç bir məna kəsb etməyən rəqəm kimə lazımdır, çünki ilk 

avropa  hesablama  sistemi  sıfır  tələb  etmirdi.  Bununla  yanaşı  o  dövrdə  istifadə 

olunan  mövqesiz  say  sistemində  “sıfır”dan  istifadəyə  ehtiyac  duyulmurdu 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə