İ N F O R M A T İ K A
____________________________________________________________
134
Taçpad
Masaüstü kompüterlərdə taçpad əvəzinə mausdan istifadə olunur.
Nəzərə almaq lazımdır ki, taçpadın üzərində barmağın hərəkəti zamanı
kursorun yerdəyişməsi mausun üzərindəki sol və sağ düymələrin sıxılmasına
uyğundur. Taçpadın yerinə yetirdiyi funksiya kompüterə yüklənmiş əməliyyat
sistemindən birbaşa asılıdır. Taçpadın üzərində barmağın qısa müddət ərzində
sıxılması mausda sol düymənin sıxılmasına uyğundur.
TREKBOL
Trekbol ilə taçpadin yerinə yetirdiyi funksiya eyni olsa da, trekbol taçpaddan
çox-çox qabaq hazırlanmış və istifadə olunmuşdur. Trekbol üzərində çox da
böyük ölçüyə malik olmayan, fırlana bilən diyircəkdən ibarətdir. Diyircək barmaq
və ya ovuc vasitəsi ilə hərəkət etdirilir. Diyircəyin kənarlarına yerləşdirilmiş
düymələrin funksiyası maus da olan düymələrin funksiyası ilə eynidir.
İ N F O R M A T İ K A
____________________________________________________________ 135
Müxtəlif quruluşa malik trekbollar
İndiki zamanda istehsal olunan müasir kompüter və noutbuk modellərində
trekbollardan deyil, əsasən taşpadlardan istifadə olunur.
MAUS
Əksər istifadəçilərin noutbuklarda quraşdırılmış taçpad və ya trekbollardan
istifadə etmələrinə baxmayaraq bir çox hallarda mauslara daha çox üstünlük
verirlər. İstifadə olunan mauslar noutbuka və ya kompüterə USB portu vasitəsi ilə
qoşulur.
QEYD:
Manipulyatorun maus adını alması onun ziyanvericiyə oxşaması ilə
bağlıdır. İlk dəfə mausun kompüterlə birgə istifadəsi 1963-cü ilə təsadüf edir.
İ N F O R M A T İ K A
____________________________________________________________
136
Stendford Tədqiqat İnstitutunun əməkdaşı Duqlas Engelbart mexaniki hərəkət
edən çeviricinin (datçikin) hərəkətini kabel vasitəsilə kompüterə ötürülməsi
ideyasını irəli sürür və bir il sonra materialı kövrək ağacdan olan mausun
konstruksiyasını hazırlayır.
Mausun iş prinsipi onun masa üzərində və ya onun üçün xüsusi hazırlanmış
xalça üzərində hərəkətə əsaslanır. Hərəkət zamanı mausun daxilində olan
rezistorların müqaviməti hərəkətə uyğun dəyişir və dəyişmə xüsusi naqil vasitəsi
ilə (müasir mauslarda naqildən istifadə olunmur) kompüterə ötürülür. Hərəkətin
ötrülməsi kompüterə yüklənmiş xüsusi proqramla idarə olunur. Proqram (mausun
drayveri) mausun hərəkətinə uyğun olan yerdəyişməni ekrana ötürür və istifadəçi
hərəkəti mausun oxunun hərəkət etməsi ilə izləyə bilir.
Mauslar müxtəlif quruluşda olur: mexaniki, optik və lazer. Mexaniki
mausların iş prinsipi onun daxilində olan diyircəyin səth üzərində hərəkətinə
əsaslanır. Hərəkət zamanı diyircək yerini dəyişdikcə, onun hərəkətini izləyən verici
qurğu hərəkətə uyğun yerdəyişməni kompüterin ekranına ötürür.
Optik mauslarda diyircək olmur. Mausun aşağı hissəsində balaca lampa
yerləşir və mausdan istifadə zamanı işıqlanır. Səth üzərinə düşən işıq səthdə əks
olunur və mausun aşağı hissəsinə quraşdırılmış xüsusi verici vasitəsi ilə tutulur.
Müxtəlif görünüşlü mauslar
Optik mauslar mexaniki mauslara nisbətən istifadəyə çox əlverişlidirlər.
Qeyd etmək lazımdır ki, ilk hazırlanan mauslarda iki düymədən istifadə edilirdi.
Əksər hallarda belə mausları ikidüyməyi adlandırırdılar. Sonrakı dövrdə istehsal
olunan mauslara üçüncü düymə - diyircəkdə (trekbolda) əlavə olundu.
Diyircəkdən düymə kimi də istifadə etmək mümkündür (onu sıxdıqda o, düymə
funksiyasını yerinə yetirir).
Hazırkı dövrdə istifadəçilər əsasən lazer mauslarına üstünlük verirlər.
İ N F O R M A T İ K A
____________________________________________________________ 137
ƏLAVƏ QURĞULAR
Noutbukların imkanlarını genişləndirmək məqsədi ilə istifadəçi əlavə
qurğulardan istifadə etməli olur. Belə qurğuları hesablama texnikasında periferiya
qurğuları adlandırırlar.
PRİNTER
Noutbukla iş zamanı ən çox istifadə olunan periferiya qurğusu printerdir.
Printer və ya çap qurğusu kompüterdə alınmış nəticəni, mətn materiallarını,
təsvirləri, qrafik materialları kağıza köçürmək üçün istifadə olunan əlverişli
periferiya qurğusudur.
Hal-hazırda istifadəçilər ən çox aşağıda göstərilən çap qurğularından istifadə
edirlər:
Matrisalı – çap xüsusi höpdurulmuş lentdən istifadə eməklə həyata keçirilir.
Matrisalı printerdə çap matrisa şəkilində qurulmuş iynələr toplusu vasitəsi ilə
həyat keçirilir. Bu baxımdan da printeri matrisalı printer adlandırırlar.
Matrisalı printer
Şırnaqlı – çap xüsusi hazırlanmış maye rəngin püskürücü qurğu tərəfindən
püskürülməsi ilə yerinə yetirilir. Tələbatdan asılı olaraq rəngli püskürücü
printerlərdən də istifadə olunur.