«Dövlət və Din».-2010.-№2(16).S.110-113.
I PYOTRUN «VƏSİYYƏTNAMƏ»SİNDƏ
DİNİ MƏSƏLƏLƏRƏ MÜNASİBƏT
TURAL ƏLİYEV,
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin Aran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi
Rusiyanın dövlətçilik tarixində mühüm mövqeyilə seçilən I Pyotrun məşhur «Vəsiyyətnamə»si maraqlı sənəd
kimi diqqəti cəlb edir.
«Vəsiyyətnamə»də maraq doğuran əsas cəhətlərdən biri də dövlət başçısı kimi I Pyotrun dini məsələlərə
münasibətidir.
Ümumilikdə, 12 bənddən ibarət olan «Vəsiyyətnamə»nin 9-cu bəndi həcmcə ən böyük olmaqla əsas hissəsi
«məxfi qalsın» qrifilə verilib. Məhz bu bənddə I Pyotrun dinə olan mənfi münasibəti açıqlanır və dinin dövlət
işlərinə qarışmasını qadağan edir. Sənəddə deyilir: «Din xadimlərimizin bu günədək dövlət işlərinə müdaxilə etməsi
Rusiyanın tərəqqisinə mane olmuşdur. Mən öz səlahiyyətindən istifadə edərək onları dövlət işlərindən
kənarlaşdırdım. İndi onlar geniş şəkildə əl-qol aça bilmirlər. Bunu böyük zəhmət bahasına etdim».
«Vəsiyyətnamə»də diqqəti cəlb edən məqamlardan biri də İslama, sünni və şiə məzhəblərinə qarşı məkrli
münasibətdir. I Pyotr İslam məzhəblərinə millətlərarası münaqişələr törətməyin ən kəsərli vasitəsi, hərbi
silah-sursatın alternativi kimi önəm vermişdir. Rusiyanı dünyanın ən qüdrətli dövləti kimi görmək istəyən I Pyotr
onun sərhədlərini Hindistandan Avropayadək genişləndirməyi, İstanbulun da paytaxt olmasını arzulayaraq
məqsədini bu cür açıqlayır: «Bu məqsədi həyata keçirmək üçün həmişə Türkiyə ilə İran arasında fitnə-fəsad
törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və
basılmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə qarşıdurmaları yaxşı vasitədir».
İran və Türkiyə arasında qarşıdurma yaratmağı planlaşdıran I Pyotr bu ölkələri Avropa ilə təmasdan uzaq
tutmağı vəsiyyət edərək bildirirdi ki, «Bu ölkələrin müsəlmanlarının öz hüquqlarını tanımaları bizə böyük zərbə
olar. Həm Türkiyə, həm də İranın din xadimlərini ələ almaq və onlar vasitəsilə sünni-şiə qarşıdurmalarını
qızışdırmaq lazımdır».
Göründüyü kimi, I Pyotr dindən siyasi məqsədlərlə bəhrələnməyə çağırır, bir dinin iki məzhəbi arasındakı
ziddiyyətdən məharətlə istifadə edərək İslamı sıxışdırıb Xristianlığı yaymağı vəsiyyət edir. I Pyotr bu haqda deyir:
«İslam əqidəsini Asiyadan uzaqlaşdırmaq, Xristianlığın təbliğini isə orada sürətləndirmək lazımdır.»
Hələ 1916-cı ildə «Dirilik» jurnalında nəşr olunmuş «Vəsiyyətnamə»nin tərcüməsi oxucuların xahişilə
«Aydınlıq» qəzetinin 31 dekabr 1991-ci il sayında təkrar çap edilmişdir.
1725-ci ildə yazılmış bu sənəd 13 il sonra, yəni 1738-ci ildə elan edilmişdir.
Maraqlıdır ki, «Vəsiyyətnamə»də «Qafqaz xətti» anlamında yalnız Gürcüstan və İranın adı çəkilir, ancaq
Azərbaycanın adına rast gəlmirik. «Vəsiyyətnamə»də oxuyuruq: «Gürcüstan «Qafqaz xətti»nin, yəni İranın şah
damarıdır».
Fikrimizcə, İran dedikdə Azərbaycan da nəzərdə tutulurdu. О vaxtkı Rusiya üçün «Azərbaycan» adlı coğrafi
məkan mövcud olsa da, «Azərbаусаn» adlı dövlət yox idi. Azərbaycan İranın tərkib hissəsi kimi qəbul edilirdi. Ona
görə də I Pyotr «məxfi qalsın» qrifi altında vəsiyyət edirdi ki, «...siz vaxtı boş vermədən Gürcüstanı və Qafqazı zəbt
edib İranın daxili hakimlərini özünüzə xadim və müti ediniz».
I Pyotrun hələ sağlığında müxtəlif dövlət adamlarına tapşırıqları da «Vəsiyyətnamə» ilə səsləşir.
1723-cü il iyul ayının 21-də rus general-mayoru Matyuşkin Bakı xanına təslim olmaq barədə ultimatum
vermişdir. Rədd cavabı alan general 5 gün gecə-gündüz Bakını atəşə tutduqdan sonra iyulun 26-da şəhəri işğal
etmişdir.
I Pyotr general-mayor Matyuşkinə tapşırıq vermişdi ki, müsəlmanları Azərbaycan torpaqlarından köçürüb,
əvəzində, orada rusları, erməniləri, yaxud digər xristian xalqlarından olanları yerləşdirsin. O, özünün İstanbuldakı
səfiri Rumyantsevə isə tapşırmışdı ki, Osmanlı Türkiyəsi də etiraz etməzsə, ruslar tərəfindən zəbt edilmiş ərazilərdə
yaşayan müsəlmanlar bu ölkəyə köçə bilərlər. Bu məqsədə nail olmaq üçün türkləri hər vasitə ilə razı salmaq
lazımdır.
Yəqin ki, I Pyotr az müddət sonra vəfat etməsəydi, onun bu mənfur planı da baş tutacaqdı.
Tarixin gedişini diqqətlə izlədikdə məlum olur ki, I Pyotr ölsə də, onun gələcək nəsillərə «Vəsiyyətnamə»si
Rusiyanın sonrakı rəhbərləri üçün də istiqamətverici sənəd olmuşdur.
1775-ci ildə Quba xanı Fətəli xan II Yekaterinanın Dərbəndə göndərdiyi rus çinovnikləri Qaraqozov və
Batıryevə bildirmişdi ki, Rusiya dövləti Azərbaycanın daxili işlərinə qarışmamalıdır. 1775-ci ilin əvvəlində II
Yekaterina bir qrup rus generalmı sarayına dəvət edərək, Cənubi Qafqazı müsəlmanların hakimiyyətindən «xilas
etmək» üçün xüsusi plan hazırlatdırmışdı.
1796-cı ildə Azərbaycana yürüş edərək 30 min nəfərlik ordu ilə Dərbənddən keçib Quba, Bakı, Salyan və
Şamaxını işğal edən rus generalı B.Zubov hakimiyyətdən tapşırıq almışdı ki, Muğanı ələ keçirdikdən sonra orada
qala tikdirsin və adını «Yekaterinanın ürəyi» qoysun. Bundan əlavə, orada iki min gənc rus əsgəri məskunlaşdırsın,
erməni və gürcü qızları ilə evləndirib onlara xüsusi torpaq sahələri ayırsın, silahla təmin etsin.
Araşdırmalar sübut edir ki, tarixin sonrakı dönəmlərində Çar Rusiyası işğalçılıq yolu ilə ərazilərinin
genişləndirilməsi siyasətini davam etdirmiş, bu zaman milli və dini amilləri önə çəkmiş, Qafqazda əsas hədəf kimi
azərbaycanlıları seçmişdir.
XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarını işğal edən rus qoşunları onlara qarşı müqavimət göstərənləri
aradan qaldırmış, «Hərbi dairə» adlanan və çar zabitləri tərəfindən idarə olunan vahidlər yaratmışdı. Qafqazın о
vaxtkı baş komandanı P.D.Sisianovun təklifilə Gəncə xanlığının ərazisi I Aleksandrın arvadının şərəfinə
«Yelizavetpol dairəsi» adlandırılmışdı. P.D. Sisianov çarın bu barədəki Fərmanını 1804-cü il martın 2-də Gəncənin
Cümə məscidində oxumuşdu.
Çar hökuməti 14 may 1805-ci il tarixli Kürəkçay müqaviləsini pozaraq 1822-ci ildə Qarabağ xanlığını ləğv
edib onu imperiyanın sıravi əyalətinə çevirmişdi...
«Allahları qorxu yaratmışdır!» - deyən Lenin mələk cildinə girərək milli, dini ayrı-seçkilik yaradırdı.
Vicdan azadlığını qətiyyətlə boğan sovet cəmiyyəti nəinki insanlara azadlıq bəxş etmişdi, əksinə, rejim ilk
günlərdən ağıl və düşüncənin mənfur qatilinə çevrilmişdi.
Qurduqları cəmiyyətin puçluğunu dərk edən sovet liderləri tarixi həqiqətlərə kölgə salmaqla özlərini
«sığortalamaq» üçün 37-ci ilin repressiya maşınını işə saldılar. 37-ci ilin cəlladları «panislamizm», «pantürkizm»
damğası ilə təkcə ziyalılarımızı, onların inamlarını məhv etmədilər, mənəvi xəzinəmiz olan ədəbiyyatımız da qurban
getdi...
Bütün bu faciələr silsiləsini törədənlər I Pyotrun «Vəsiyyətnamə»silə təlimatlanmış despotlar idilər...
ƏDƏBİYYAT
1. «Aydınlıq» qəzeti, xüsusi buraxılış. 31 dekabr 1991, sayı 46.
2. Основы научного атеизма. Москва, «Высшая школа», 1975.
3. История и теория атеизма. Москва, Издательство «Мысль», 1974.
РЕЗЮМЕ
Отношение к религиозным вопросам в «Завещании» Петра I
В статье исследовано отношение к религиям, верующим, религиозным течениям в «Завещании»
знаменитого государственного деятеля Российского государства Петра I.
Одной из интересных сторон статьи является анализ отношения Петра I к Исламу, в том числе его
основным течениям суннизму и шиизму. Автор также анализировал враждебное отношение Петра I к
Исламу и использование течений с целью политической борьбы. Сказано, что некоторые идеи «Завещания»
использованы после Петра I как политическая платформа царской России.
SUMMARY
Attitude on religious issues in IPetrus «Testament»
In the article I Petrus's attitude to religions, believers, religious sects have been investigated in his
«Testament» taking important place in the statehood history of the Russian state.
One of sides (peculiarities) rousing interest in this article is analysis of I Petrus's attitude to Islam religion,
to basic sects of the Islam being Sunnite and Shiitism. In the article, analysis of his spiteful attitude and use to
Islam religion as (like) means of (the) political fight from sects pulled front, attention has been directed to usage as
(like) political platform in the next politics of the Russia from ideas of the famous «Testament».