I şah ismayilin hakiMİYYƏTİ



Yüklə 76,99 Kb.

tarix04.08.2018
ölçüsü76,99 Kb.


ic

ti

m



a



y

a



e



lm



p

o

p



u

ly

a



r

0 3


£

Tarix

I  ŞAH  İSMAYILIN  HAKİMİYYƏTİ 

DÖVRÜNDƏ AZƏRBAYCAN  SƏFƏVİLƏR 

DÖVLƏTİNİN XARİCİ  SİYASƏTİ  İNGİLİSDİLLİ 

TARİXŞÜNASLIQDA

Ə H M Ə D   Q U L İY E V

Tarix üzrə fəlsəfə doktoru

Milli dövlətçiliyimizin təntənəsi sayılan Səfəvilər dövlətinin 

tarixi Vətən tarixşünaslığında geniş şəkildə tədqiq olunsa da, bu 

dövlətin tarixinin bir sıra məsələlərinin, o cümlədən I Şah İsmayılın 

hakimiyyəti dövründə Səfəvilər dövlətinin xarici siyasətinin əcnəbi

xüsusilə ingilisdilli tarixşünaslıqda öyrənilmə səviyyəsi lazımi şəkildə 

araşdırılmamışdır.

Ümumiyyətlə, I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvilər 

dövlətinin tarixinin müxtəlif məsələləri Vətən tarixşünaslığında

O.Ə.Əfəndiyev[ 1; 2], Y.M. Mahmudov[3], Ş.F.Fərzəliyev[4], 

S.Aşurbəyli[5], Ş.K.Məmmədovafö], S.A.Məmmədov[7], 

Z.H.Bayramov[8], X.S.Qasımov[9], T.Fl.Nəcəfli[10]  R.Ə.Ağayev[l 1], 

N.S.Musalı[12], T.R.Cəfiyev[13], D.M.Əzimli[14], M.Z.Ağalarov 

[15], M.A.Seyfəddini[16] və digərlərinin əsərlərində araşdırılmışdır.

Görkəmli səfəvişünas O.Ə.Əfəndiyev Azərbaycan Səfəvilər 

dövlətinin meydana gəlməsinə və bu dövlətin XVI əsr tarixinə həsr

etdiyi  iki monoqrafiyasında[l; 2] Y.M. Mahmudov Ağqoyunlu və 

Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələrini təqdiq edərkən 

XVI yüzilliyin əvvəllərində Səfəvilər dövlətinin Avropa ölkələri ilə 

diplomatik münasibətlərinin tədqiqinə xüsusi fəsil ayırmışdır[3].

Ş.F.Fərzəlibəyli “Azərbaycan və Osmanlı İmperiyası” (XV-XVI 

əsrlər) adlı əsərində I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvilər 

dövlətinin Osmanlı İmperiyası ilə münasibətlərini geniş şəkildə tədqiq 

etmişdir[4].

R.Ə. Ağayev “Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin 

qarşılıqlı münasibətləri(XV-XVl əsrlər) adlı monoqrafiyasmdaf 11 ]

I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvi-Şeybani qarşılıqlı 

münasibətlərinin tədqiqinə geniş yer ayırmışdır.

N.S.Musalının I Şah İsmayılın hakimiyyəti (“Tarix-i Aləmara- 

yi Şah İsmayıl” əsəri əsasında) adlı monoqrafiyası[12]  Səfəvilər 

dövlərtinin yaranması və I Şah İsmayılın hakimiyyəti dövrünün 

araşdırılması üzrə dəyərli tədqiqat əsəridir.

I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvilər dövlətinin xarici 

siyasətinin tarixşünaslığı da Vətən tarixşünaslığında tədqiqat obyektinə 

çevrilməyə başlamışdır. T.H.Nəcəfli “Şah İsmayılın Sultan II 

Bəyazidlə qarşılıqlı münasibətlərinin müasir Türkiyə tarixşünaslığında 

əksi” adlı məqaləsində Səfəvi-Osmanlı qarşılıqlı əlaqələrinin müasir 

Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsini araşdırmışdırflO].

Ümumiyyətlə, ingilisdilli tarixşünaslıqda Səfəvilər dövlətinin 

tarixi Kanada tarixçisi Rocer Seyvori tərəfindən kompleks şəkildə 

araşdırılmışdır.  Seyvori yazdığı “İran Səfəvilərin hakimiyyəti altında” 

adlı əsərində [17] və bir sıra məqalələrində [18;  19; 20] XVI əsrin I 

rübündə Səfəvilər dövlətinin xarici siyasət məsələlərinin də tədqiqinə 

yer ayırmış, bu araşdırmaların nəticəsində elmi dövriyyəyə yeni faktlar 

gətirmişdir.

I Şah İsmayılın hakimiyyəti dövründə Səfəvilər dövlətinin xarici 

siyasəti ilə bağlı V.Minorskinin də araşdırmalarını xüsusilə qeyd 

etmək lazımdır. Onun Mərkəzi Asiya Kral Cəmiyyətinin jurnalında 

dərc olunmuş “Yaxm Şərq  13,  15 və 17-ci əsrlərdə Qərb siyasətində” 

[21]  məqaləsini buna misal göstərmək olar.

A.H.Morton “Şah İsmayılın ilk illəri Əfzəl əl-Təvarix və digər 

əsərlərdə” adlı məqaləsində bizi maraqlandıran mövzu ilə bağlı 

məsələlərə toxunmuşdur[22].

Endryü Nyumanın 2006-cı ildə nəşr olunmuş “Səfəvi İranı” adlı 

əsərində mövzumuzun araşdırılması baxımından maraqlı mülahizələrə 

rast gəlinir[23].

Ümumiləşdirilmiş əsərlər içərisində, “İranın Kembric tarixi”nin 

6-cı cildində Səfəvilər dövlətinin tarixinin müxtəlif məsələlərinə 

dair araşdırmalar yer almışdır. Həmin cildin H.R.Röemer tərəfindən 

yazılmış “Səfəvi dövrü” adlı fəsli[24] və L.Lokartın müəllifi olduğu 

“1350-1736-cı illərdə İranın Avropa ölkələri ilə əlaqələri” [25] adlı 

fəsli Səfəvilər dövlətinin tarixinin müxtəlif məsələlələri ilə bərabər,

Yanvar - Fevral  2018  № 01  (43)



xarici siyasəti də tədqiq olunmuşdur.

Səfəvilər dövlətinin yaranması ilə təxminən eyni vaxtda Orta 

Asiyada Şeybanilər dövlətinin yüksəlişi müşahidə olunurdu.  1500- 

1504-cü illərdə Orta Asiyanı ələ keçirmiş Şeybani xan Xorasan 

Teymurilərini təhdid etməyə başladı [12,182]. Şeybanilərə qarşı 

müttəfiq axtarmaq zərurəti hiss edən Xorasanın Teymuri hökmdarı 

Sultan Hüseyn Bayqara Səfəvilər dövlətinə üz tutmalı oldu.

H.R.Röemer göstərir ki, Bayqaranm ölümündən sonra (911/1506) 

Xorasanda hərc-mərclik yarandı. Taxt-taca varislik üstündə 

Bayqaranm iki oğlu arasında yaranmış mübarizə nəticəsində  1507-ci 

ildə Herat Şeybanilər tərəfindən ələ keçirildi[24,217]. Bu hadisədən 

sonra Şah İsmayıla sığınan Bayqaranm oğlu və varisi Bədiüzzamanın 

xahişi ilə Şah İsmayıl şərqdə əməliyyatlara başladı[24,217].  1510- 

cu ildə Şah İsmayılın Mərv yaxınlığındakı döyüşdə özbək hökmdarı 

Məhəmməd Şeybani xanı məğlub etməsi nəticəsində Xorasan vilayəti 

və Ceyhun çayına qədər uzanan torpaqlar qızılbaşların tabeçiliyi altına 

keçdi  [2, 55].

Seyvori qeyd edir ki, 21  dekabr 1510-cu ildə Şah İsmayıl Sultan 

Bayqaranm keçmiş paytaxtı Herata daxil oldu və onun mhuna hörmət 

əlaməti olaraq fatihə oxudu. [19, 79; 26,160].

R.Ağayev qeyd edir ki, Mərv döyüşündə Şeybaniləri məğlub edən 

Şah İsmayıl Teymurilərin son nümayəndələrindən olan Zahirəddin 

Babımın şəxsində Şeybanilərə qarşı yeni müttəfiq əldə etdi[l 1,105].

H.R.Röemer qeyd edir ki, Məhəmməd Şeybani xanın 

məğlubiyyəti şeybanilərin səfəvilər üzərinə olan təhlükəsini aradan 

qaldırmadı.  Mərv döyüşündən 2 il sonra çoxsaylı şeybani ordusu 

Xorasandakı səfəvi qoşunları üzərinə hücum etdi[24,217].

Nəcm-i Saninin başçılığı ilə Xorasana göndərilən səfəvi qoşunu 

12 noyabr 1512-ci ildə baş vermiş həlledici döyüşdə məğlubiyyətə 

uğradı[24,217]. Beləliklə, 1513-cü ilin əvvəlində Xorasan yemdən 

özbəklərin əlinə keçdi. H.R.Röemer qeyd edir ki,  1513-cü ilin 

baharında Xorasana gələn Şah İsmayıl heç bir müqavimətə rast 

gəlmədən Xorasanı özbəklərdən geri aldı[24,217].

Səfəvilər dövlətinin xarici siyasətinin mühüm məsələsi qərb 

qonşusu qüdrətli Osmanlı imperiyası ilə münasibətlərin qurulması idi. 

Kiçik Asiya şiələrinin Osmanlı sultanı və vilayət hakimləri tərəfindən 

təqib edilməsi Şah İsmayılın diqqətindən yayınmadı. O, şiəiliyin 

daha da genişləndirilməsi üçün hətta Kiçik Asiya şiələrinin İran və 

Azərbaycana köçürülməsinə cəhd etdi. Lakin bu xüsusda onun II 

Bayazidə yazdığı h. 908 (m.  1502/03)-ci il tarixli məktubuna sultan 

tərəfindən heç bir cavab verilmədi. [4,65].

Səfəvilərlə Osmanlılar arasında münasibətlər Şah İsmayılın 

913/1507-ci ildə Osmanlıların təsir dairəsində olan Zülqədəroğlu 

Əlaüddövləyə qarşı hərbi yürüşü səbəbilə pisləşdi[24,220]. Səfəvi- 

Osmanlı münasibətlərini gərginləşdirən digər qüvvələr də mövcud 

idi.  Sultan Bəyazidin oğlu, Trabzon valisi Səlim Səfəvilərə qarşı sərt 

siyasətin tərəfdan idi[12,233]. Anadolu şiələrinin Osmanlı hakimləri 

tərəfindən sıxışdınlması onlann tez-tez üsyan etmələrinə səbəb olurdu. 

1511 -ci ildə Antalya və onun ətraflarında başlanmış böyük üsyana 

təkəli Qarabıyıkoğlu başçılıq edirdi. Bu üsyan mənbələrdə Şahqulu 

Baba Təkəli üsyanı kimi məşhurdur[3,147].

C.Valş göstərir ki, Anadolu şiələrinin üsyanlan onlann Osmanlı 

imperiyası hərbi aristokratiyası şəraitində tuta bilmələri qeyri-mümkün 

olan mənsəblərə sahib olduqlan və qızılbaş ordusunda fəal rol 

oynadıqlan Səfəvi ərazilərinə olan köçləri xarakterində idi  [27,207].

M.Kunt göstərir ki, "1510-cu ilin sonuna doğru Osmanlı hökuməti 

Anadolunu itirmək təhlükəsi içərisində idi”[2 8 ,195].  Belə bir 

vəziyyətdə sərkərdələrinin təzyiqi ilə Sultan Bəyazid oğlu Səlimin

xeyrinə taxt-tacdan əl çəkdi və 7 Səfər 918/24 aprel  1512-ci ildə Səlim 

hakimiyyətə gəldi[24,222].

H.R.Röemer qeyd edir ki, qardaşlan üzərində hakimiyyət uğranda 

mübarizədən qalib çıxan Səlim Anadolu qızılbaşlarına divan tutulması 

haqqında göstəriş verdi[24,222]. Anadolu qızılbaşları  ilə Səfəvilər 

arasında əlaqələri kəsmək və imperiyasının şərqində öz hakimiyyətini 

möhkəmlətmək məqsədilə,  1514-cü il martın 20-də Sultan Səlim 

Səfəvi dövlətinə qarşı səfərə çıxdı. 23 avqust  1514-cü ildə Çaldıran 

düzündə baş vermiş döyüş nəticəsində səfəvilər məğlubiyyətə 

uğradıldı[23,21; 24,224]

Maykl C. MakKaffri qeyd edir ki, “osmanlılar üçün bu yürüşün 

mühüm nəticələri müəyyən müddətə səfəvilərin Anadoludakı rolunun 

zəiflədilməsi, Diyarbəkrin ələ keçirilməsi və Zülqədəroğullan 

hakimliyinin Osmanlı imperiyasının ərazisinə qatılması idi”[ 29,658].

Səfəvilər dövlətinin meydana gəlməsi və güclənməsi digər 

qonşuları olan Misir Məmlüklərini də narahat edirdi. İslam dünyasında 

birinciliyi saxlamaq üçün Misir sultanları eyni dərəcədə həm 

Osmanlı İmperiyasının, həm də Səfəvilər dövlətinin qüvvətlənməsini 

istəmirdilər. Buna görə də, Məmlük sultanı Əşrəf Qansu Quri 

Səfəvi -  Osmanlı münasibətlərində müşahidəçi mövqe tutdu[3,154]. 

Venesiya səyyahı C.Anciolellonun verdiyi məlumatlara görə, Çaldıran 

vuruşmasından sonra,  1514-cü ilin dekabrında Səfəvilərlə Məmlüklər 

arasında Osmanlılara qarşı hərbi ittifaq yaradılsa da, tezliklə Qansu 

Qurinin müttəfiqlik şərtərinə etinasızlığı ucbatından bu koalisiya 

pozuldu[30,  121-122].

V.V.Klifford isə qeyd edir ki, ilkin strateji danışıqlara baxmayaraq, 

Məmlük-Səfəvi diplomatiyası son nəticədə hər iki dövlətin üstünlük 

əldə etmək uğranda cəhdləri səbəbindən uğursuzluğa uğradı[31,

274].  1516-cı ilin avqustun 24-də - Çaldıran vuruşmasından düz iki 

il sonra Hələbin şimalında baş vermiş Mərcdabik (“Dabik düzü”) 

vuruşmasında Misir sultanı Əşrəf Qansu Qurinin ordusu darmadağın 

edildi [32, 308; 3,156].  1517-ci ilin aprelində Qahirənin alınması ilə 

Məmlük sultanlığının ərazisi Osmanlı imperiyasına qatıldı.

I Şah İsmayıl Cənubi Qafqaz ölkələrində, xüsusilə də Gürcüstanda 

öz mövqelərini möhkəmləndirmək üçün ciddi tədbirlər gördü. 

Gürcüstan XVI əsrin əvvəlində bir-birilə düşmənçilik edən bir sıra 

müstəqil çarlıqlara parçalanmışdı.  [2, 64]. Gürcülər Səfəvilərə bac- 

xərac ödəsələr də, imkan yarandıqda tabesizlik nümayiş etdirirdilər. 

1516-21  -  ci İlərdə Div Sultan Rumlunun başçılıq etdiyi qızılbaşların 

yürüşləri nəticəsində Gürcüstanın ərazisinin əksəriyyəti Səfəvilər 

dövlətinə tabe edildi.

Səfəvi dövlətinin meydana gəlməsi Qərbi Avropa dövlətləri 

içərisində daha tez Papalıq və Venetsiyanın diqqətini cəlb edirdi. 

1502-1503-cü illərdə Venetsiya senatında Kipli Nikolo Priulinin, 

Konstantino Laskarinin və Moriati di Erzeram adlı elçilərin səfəvilər 

barədə hesabatları dinlənildi [3,142]. Əvvəlki dövlərdə olduğu kimi, 

Şah İsmayılın Çaldıran döyüşü ərəfəsində də Venesiya Respublikasını 

Osmanlı imperiyasına qarşı qaldırmaq planı baş tutmadı. Şərq 

siyasətinə gəldikdə isə, Venesiya Respublikası bu zaman Səfəvi 

dövlətinin əli ilə Osmanlı imperiyasının zəiflədilməsinə çalışırdı[3, 

148].

Şah İsmayıl Çaldıran döyüşü ərəfəsində Osmanlı imperiyasına 



qarşı Portuqaliya ilə də hərbi ittifaq bağlamağa və İran körfəzi 

vasitəsilə bu dövlətdən odlu silahlar, artilleriya mütəxəssisləri almağa 

cəhd göstərdi.  1507-ci ilin oktyabrında Alfonsu d’Albukerkenin 

başçılıq etdiyi Portuqaliya donanması Hörmüzə hücum etdi.

A.T.Vilson qeyd edir ki, H.913 (1507)-cü ildə, Hörmüzün 

Portuqaliya tərəfindən işğal olunmasından sonra bağlanılan sülh




ic

ti

m



a



si

y

a



si

e



lm



p

o

p



u

ly

a



ju

rn



a

l



I

Urgench

Arzinjan

Merv

'Ntshabur

Tehran

Baghdad

'İsfahan

Safavid  Empire 

1501-1736  (AD)

müqaviləsinə görə, Hörmüz padşahı Portuqaliya kralına 5 min sekvin 

məbləğində təzminat və həmçinin hər il  15 min sekvin məbləğində 

xərac ödəməli idi [33,116]. Bu zaman illik xəracı almaq üçün I Şah 

İsmayıl tərəfindən göndərilmiş elçi gəlmişdi. L.Lokart qeyd edir ki, 

Portuqaliya kontr-admiralı Albukerke Şah İsmayıla cavab olaraq onun 

elçisinin yanma bir qədər top mərmisi, tüfəng və bant göndərdi [25, 

380].


Portuqaliyalılar Hörmüzdə  1508-ci ilədək qala bildilər. 

Hörmüzlülərin üsyanı təhlükəsi ilə üzləşən Albukerke oranı tərk etdi. 

Lakin Portuqaliya admiralı Səfəvi dövlətinin çətin vəziyyətindən İran 

körfəzində möhkəmlənmək üçün istifadə etdi.  Şah İsmayılla danışıqlar 

aparmaq üçün göndərilmiş Portuqaliya səfirləri Rui Qomez (1509) və 

Miquel Ferreyranın (1513) səfərləri heç bir real nəticə vermədi.

Portuqaliya admiralı Səfəvilərin Çaldırandakı məğlubiyyətindən 

istifadə edərək,  1515-ci ilin fevralında qüvvətli hərbi-dəniz 

qüvvələrinin başında yenidən Hörmüzə hücum etdi. Bu dəfə Hörmüz 

qəti olaraq Portuqaliya müstəmləkə imperiyasının tərkibinə qatıldı 

[23,21]. Hörmüzün alınmasından sonra orada Sah İsmayılın elçisi 

ilə aparılan danışıqlar nəticəsində hər iki dövlət arasında müqavilə 

imzalandı.

A.T.Vilson qeyd edir ki, həmin müqaviləyə görə, Səfəvilər 

Hörmüzün əmirini Portuqaliya taxt-tacının vassalı kimi tanıdılar, 

bunun əvəzində portuqaliyalılar səfəvilərə Bəhreyn adalarını Ərəb 

sülaləsi olan Cəbridlərdən almağa kömək etnəli, Osmanlılara qarşı 

ittifaqa girməli və Səfəvi hökumətinə Məkrandakı Bəluçi tayfasının 

üsyanını yatırmağa yardım etməli idilər[33,121; 25,381].

Y.M.Mahmudov qeyd edir ki, Çaldıran döyüşündən sonra 

Səfəvi dövlətinin Portuqaliya ilə yaxınlaşması, müvafiq olaraq,

Səfəvi-Venesiya münasibətlərinin zəifləməsinə səbə oldu. Venesiya 

Respublikası XVI əsrin əvvəllərindən başlayaraq həmin əsrin 30-cu

illərinin sonuna qədər Osmanlı imperiyasına qarşı hər hansı hərbi- 

siyasi qruplaşmada iştirak etmədi[3,  163].

Seyvori qeyd edir ki, Çaldıran döyüşündən sonra Şah İsmayıl 

iki cəbhədə Osmanlı İmperiyasına qarşı müharibəyə başlamaq üçün 

Qərbi Avropa dövlətləri ilə müttəfiqlik qurmaqda daha maraqlı idi[20, 

186]. O, bu dövrdə Rodos səlibçi dövləti ilə də əlaqələri genişləndirdi. 

0 , 1515-ci il, oktyabrın  1-i tarixli məktubunda Rodos İoannçılar 

ordeninin başçısını onu qərbdən Osmanlı İmperiyasına qarşı 

müharibəyə başlamağa çağırdı[3,163].

H.921-22/M.1516-cı ildə Şah İsmayıl Macarıstanın kralı II 

Luisin elçisi, maroni keşişi olan Frater Peteri qəbul etdi[20,187]. Bu 

zaman Almaniya kralı V Karlın elçisi də Səfəvi sarayına gəlmişdi. 

1523-cü ilin avqustunda Şah İsmayıl Almaniya kralı V Karla məktub 

göndərdi[3,165]. L.Lokart qeyd edir ki, latın dilində yazlımış bu 

məktubda Şah İsmayıl Avropa dövlətlərinin öz güclərini osmanlılara 

qarşı mübarizə məqsədilə birləşdirmək əvəzinə öz aralarında münaqişə 

etmələrindən təəccübləndiyini bildirmişdi[25, 382;  1,  140-142].

Lakin Şah İsmayılın gözlədiyinin əksinə olaraq, Almaniya 

imperatoru ona tezliklə, həm də konkret cavab vermədi. Çünki bu 

zaman Almaniya imperiyası ilə Fransa arasında İtaliyanı ələ keçirmək 

uğrunda uzun sürən müharibələr (1494-1559) davam etməkdə idi. 

L.Lokart qeyd edir ki, V Karl yalnız  1525-ci ilin avqustun 25-də Şah 

İsmayılın məktubuna cavab yazdı. Məktubda Almaniya imperiyasının 

da Osmanlı İmperiyasına qarşı birgə mübarizəyə qoşulacağı qeyd 

olunurdu[l,  142].

Beləliklə, öz sələfi Ağaqoyunlular kimi, I  Şah İsmayılın 

hakimiyyəti dövründə Səfəvilər dövlətinin xarici siyasətinin əsas 

məsələsi Osmanlı İmperiyasının qüdrətinin zəiflədilməsi təşkil 

edirdi.  Bu məqsədlə, səfəvilərin Qərbi Avropa dövlətləri ilə Osmanlı 

İmperiyasına qarşı vahid cəbhədə birləşmək cəhdləri baş tutmadı.

Yanvar - Fevral  2018  № 01  (43)




GEOSTRATEGIYA

ƏDƏBİYYAT



1.  Эфендиев О.А.  Образование Азербайджанского государства 

Сефевидов в начале XVI века. Баку: Изд-во АН  Азерб.  ССР,  1961.

2.  Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti.  Bakı, ’’Şərq- 

Qərb",2007.

3.  Mahmudov Y.M. Azərbaycan diplomatiyası: Ağqoyunlu və Səfəvi 

dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV-  XVIIyüzilliklər). Bakı: 

Azərbaycan diplomatiyası,  1996.

4. Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV-XV1 

əsrlər).  Bakı,  1995.

5. Aşurbəyli S.B.  Şirvanşahlar dövləti.  Bakı: Azərnəşr,  1997..

6.  Məmmədova Ş.K.  «Xiilasət ət-təvarix» Azərbaycan tarixinin 

mənbəyi kimi.  Bakı: Elm,  1991.

7.  Məmmədov S.A. Azərbaycan X V -  XVIII əsrin birinci yarısında. 

Bakı,  1981.

8. Bayramlı Z.H. Azərbaycan Səfəvilər dövlətinin quruluşu və idarə 

sistemi.  Bakı: ADPU nəşriyyatı, 2006.

9.  Qasımov X.S.  Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı, 

Aspoliqraf,  2008.

10. Nəcəfli T.H.  “Şah İsmayılın Sultan II Bəyazidlə qarşılıqlı 

münasibətlərinin müasir Türkiyə tarixşünaslığında əksi”//AMEA-nın 

Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası) Bakı,  2007, №  8, s. 33-53.

11. Ağayev R.Ə. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı 

münasibətləri (XV-XVI əsrlər).  Bakı, Kür,  2004.

12.  Musalı N.S. I  Şah İsmayılın hakimiyyəti ( “Tarix-i Aləmara-yi Şah 

İsmayıl” əsəri əsasında).  Bakı:  “Elm və təhsil”, 2011.

13.  Cəfiyev T.R. Azərbaycan feodal dövlətləri XV-XVI əsrin I 

rübündə (Xoca Sədəddin Əfəndinin  “Tacüt-təvarix ” əsəri əsasında).

Tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş 

dissertasiyanın avtoreferatı. Bakı: Mars-print,  2007.

14.  Əzimli D. M. Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət 

əlaqələri və  Türkiyə (XV əsrin II yarısı -  XVII əsrin I  yarısı).  Tarix üzrə 

fəlsəfə doktoru almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. 

Bakı: A ME A  TİKM,  2010

15. Ağalarov M.Z. XVI əsrdə Azərbaycan Səfəvilər dövlətinin 

beynəlxalq münasibətlər sistemində yeri və rolu// ".Renessans” (rüblük 

elmi-kütləvi jurnal), №  3-4, Bakı,  2008, s. 115-118.

16.  Сейфеддини M.А., Байрамов РФ. Денежное обращение 

и монетное дело в Азербайджане XVI-XIX век /  Нумизматика 

Азербайджана в 5 m. m .V Баку: Элм,  2000,

17.  Savory R.M. Iran under the Safavids.  Cambridge:  Cambridge 

University Press,  1980.

18.  Savory R.M.  The principal offices o f  the Safawid State during the 

reign o f Ismail I  (907-30/1501-24) / / BSOAS,  1960,  vol. XXIII, p.91-105

19.  Savory R. M.  The consolidation o f Safawid power in Persia / /  Der 

Islam,  1965,  band41,p.71-94

20. Savory R.M.  “İsmail I   ”.  Encylopaedia o f Islam. Vol. 10,  ed.  by E. 

Van Donzel, B. Lewis,  and Ch.  Pellat. Leiden,  Brill,  1997. pp.  186-187.

21.  V.  Minorsky.  "The Middle East in  Western politics in the  13th,  15 

th and 17th centuries",JRCASXXVII (1940),  427-61.

22.  Morton, A.,  ‘The Early Years o f Shah Ismail in theAfzal al- 

Tavarikh and Elsewhere ’,  in Melville,  ed., Safavid Persia,  27-51. 

Melville,  C., ed., Safavid Persia,  The History and Politics o f an Islamic 

Society, London/New  York,  1996.

23. A.J.Newman.  Safavid Iran. Rebirth o f  a Persian Empire.London- 

New York 2006.

24. Roemer, Hans R. ”The Safavid Period”,  The Cambridge History 

o f Iran,  Vol.6,  ed. Peter Jackson and Laurence Lockhart,  2006.

25. Laurence Lockhart.  “European contacts with Persia,  1350- 

1736" The Cambridge History o f Iran,  Vol. 6,  ed. Peter Jackson and 

Laurence Lockhart,  2006.

26. Percy Sykes, A History o f Persia,  Vol-II, London: Routledge &

Kegan Paul,  1969.

27.  Walsh J.R.  The historiography o f Ottoman-Safavid relations in 

the sixteenth and seventeenth centuries /  Historians o f the Middle East. 

Edit,  by Bernard Lewis and PM.  Holt. London,  Oxford University Press, 

1962, p.197-211

28. Kunt Metin.  Ottomans and Safavids.  Chapter Ten.  States, 

Statescraft,  and Societies,  1500-1800. pp.  191-206. A  Companion to the 

History o f the Middle East. Edited by Youssef M.  Choueiri Blackwell 

Publishing L td ,  Oxford,  2005.

29.  Michael J.  McCaffrey,  “Cälderän”, Encyclopaedia Iranica 

(Elr),  V,p.  656-658.

30. Discourse o f Messer Giovan Battista Ramusio on the writings o f 

Giovan Mario Angiolello,  etc. / A narrative o f  Italian travels in Persia, 

in the fifteenth and sixteenth centuries,  vol.49.  Translated and edited by 

Charles Grey.  Hakluyt Society, London:  1873, p.  67-138.

31.  W.W.Clifford.  “Some Observations on the Course o f Mamluk- 

Safavi Relations (1502-1516/908-922) ”: I&II, Der Islam  70 no.2 

(1994):272-74.

32.  Wan Kamal Mujani.  The Expenses o f Mamluk Army during the 

Burji Period Advances in Natural and Applied Sciences,  6(3): 303-309, 

2012

.

33.  Wilson A.  The Persian Gulf. An historical sketch from the earliest 

times to the beginning o f the 20th century.  Oxford: Clarendon,  1928.

Açar sözlər: Səfəvilər,  Osmanlı imperiyası,  tarixşünaslıq, 1 Şah İsmayıl,

I  Sultan Səlim.

Ключевые слова'.Сефевиды,  Османская империя,  историография, 

Шах Исмаил I,  Султан  Селим I.

Key Words: Safavids,  Ottoman Empire,  historiography, Shah Ismail I, 

Sultan Selim I.

Ahmad Guliyev

The foreign relations of Azerbaijani Safavid state during the reign of 

Shah Ismail I  in  English-speaking historiography 

SUMMARY

There are still remain interesting and important problems connected 

with the history of Safavid state. This article aims to evaluate the level 

of study of the foreign relations of Azerbaijani Safavid state during the 

reign of Shah Ismail in English-speaking historiagraphy.

Still there appeared valuable contribution by English speaking 

historians to the Safavid history. Before all, V.Minorsky’s 

groundbreaking works must be mentioned. Among his many other works 

on Safavid history, his translation of Tadhkirat al - muluk, as well as 

several articles on Safavid history should be emphasized. R Savory’s 

monograph on the history of Safavid state deservs special attention. In 

his study, Savory studied the Safavid history based on primary sources 

of that period and he was able to shed light on some obscure parts of 

Safavid period.



Ахмед Кулиев

Внешняя  политика государства Сефевидов  в периоде 

правления  Шаха Исмаила I  в англоязычной историографии 

РЕЗЮМЕ

В данной статье анализируются степень исследований 

внешнего политики государства Сефевидов в периоде правления 

Шаха Исмаила I в англоязычной историографии. Прежде 

всего, следует назвать исследовательские работы Владимира 

Минорского, автора перевода «Тазкират ал мулук» и и ряд статей 

об истории Сефевидов. Большой интерес для нас представляет 

фундаментальная монография Р. Сейвори, в которой автор 

на основе первоисточников исследуется история государства 

Сефевидов.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə