Ia9 -fesil-1: 9 qxd



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə1/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   29


İsmayıl Sadıqov 
Ramin Mahmudzadə
Naidə İsayeva
Ümumtəhsil 
məktəblərinin
9-cu sinfi üçün dərslik
Azərbaycan Respublikası 
Təhsil Nazirliyinin 
09.06.2008-ci il tarixli  
712 №-li əmri ilə 
təsdiq edilmisdir.


Elmi redaktor: Расим Ялигулийев, АМЕА-нын мцхбир цзвц, т.е.д., профессор
Rяyчilяr: Ялякбяр Ялийев, т.е.д., профессор 
Hяyat Axundova, Bakы шяhяri, 164 №-li orta mяktяbin mцялlimi
Valid M
əhərrəmov, Bakı şəhəri, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin müəllimi
S
əmihə Rüstəmova, Bakы шяhяri, 258 №-li orta mяktяbin mцялlimi
İnformatika – ümumtяhsil mяktяblяrinin 9-cu sinfi цчцn dяrslik. 
И.C.Sadыqov, Р.Я.Мащмудзадя, N.R.Иsayeva. Bakы, “Bakыnяшr”, 2008, 128 sяh.
ISBN-978-9952-430-08-8
© Azяrbaycan Respublikasы Tяhsil Nazirliyi. 2008
© “Bakыnяшr”. 2008
© Dizayn, “Bakыnяшr”, “MTM” artgroup. 2008 


1
PASCAL 
PROQRAMLAŞDIRMA 
DİLİ
PROQRAM TƏMİNATININ TƏSNİFATI
Kompüterin hər hansı bir işi yerinə yetirməsi üçün aparat təminatı ilə yanaşı,
ona göstərişlər toplusu, yəni proqramlar lazımdır. Klaviaturada kla vişin basıl-
masına, siçanın hərəkətinə, başqa kompüterdən informasiyanın alınmasına və
digər hərəkətlərə kompüterin necə reaksiya verməsini məhz proqramlar müəyyən
edir. Ekrana gö 
rün 
tünün çıxarılmasını, sənədin printerdə çap olunması üçün
hazırlanmasını, kom 
 
püterdə musiqinin səsləndirilməsini proqramlar həyata
keçirir. 
Kompüterin proqram təminatı [software]  kompüter sisteminin ayrılmaz bir
hissəsi olub, kompüterin texniki  təminatının məntiqi davamını təşkil edir. 
Kompüterin konkret tətbiq sahəsi onun proqram təminatı ilə müəyyən olunur.
Kompüterin özlüyündə heç bir “bacarığı” yoxdur. Bütün “bacarıqlar” kompüter-
də icra olunan proqramlarda cəmləşdirilib.
Müasir kompüterlərin proqram təminatı oyun proqramlarından tutmuş elmi
proqramlara kimi milyonlarla proqramdan ibarətdir.
Kompüterdə olan bütün proqramları şərti olaraq üç sinfə ayırmaq olar: sistem
proqramları, tətbiqi proqramlar, proqramlaşdırma alətləri.
Sistem proqramları. Sistem proqramları kompüterin resurslarını – mərkəzi
prosessoru, yaddaşı, giriş-çıxış qurğularını idarə etmək üçündür. Onlar bütün isti-
Tətbiqi proqramlar
Proqramlaşdırma alətləri
PROQRAM TƏMİNATI
Sistem proqramları
1.1.


fadəçilər üçün nəzərdə tutulmuş proqramlardır. Kompüterin sistem proqramları
elə hazırlanır ki, tətbiqi proqramlar səmərəli işləyə bilsin. 
Sistem proqramları arasında əməliyyat sistemləri xüsusi yer tutur, sistem
proq ram təminatının əsasını əməliyyat sistemi təşkil edir. O, fərdi kompüterlərin
vacib elementlərindən biridir. Əməliyyat sistemi kompüter yandırıldıqda işə
düşən, kompüterin bütün hissələrinin tam bir vəhdət halında işləməsini təmin
edən və informasiyanı idarə edə bilən proqramlar sistemidir. 
Əməliyyat sisteminin köməyilə:
• kompüterlə istifadəçi arasında dialoq yaranır;
• operativ və daimi yaddaş qurğuları işə salınır;
• kompüter idarə olunur;
• istənilən proqram yerinə yetirilməyə başlayır və s.
Vaxtilə IBM PC tipli kompüterlərdə əsasən Microsoft firmasının hazırladığı
MS-DOS əməliyyat sistemindən istifadə olunurdu. Bu əməliyyat sistemində
işləyən istifadəçi yalnız konkret bir məsələni həll edə bilərdi. 
Hazırda fərdi kompüterlərdə çoxtapşırıqlı əməliyyat sistemlərindən  istifadə olunur
– fərdi kompüterlərin yaddaşında eyni zamanda bir neçə proqram və məsələlər olur ki,
mikroprosessor kompüterin resurslarını onların arasında bölüşdürür. Belə əməliyyat
sistemlərinə misal olaraq OS/2, MacOS, UNIX, Linux, Windows  XP, Windows Vista
və  digər əməliyyat sistemlərini misal gös tər mək olar.
Sistem proqramlarının  digər vacib hissəsini  xidməti proqramlar – utilitlər
(lat. “utilitas” – xeyir, fayda) təşkil edir. Onlar əməliyyat sistemini tamamlayır və
onun imkanlarını artırır, həmçinin, müstəqil  olaraq bir çox vacib məsələləri də
həll edir. Utilitlərin bəzi növləri bunlardır:
• interfeys proqramları;
• antivirus proqramları;
• arxivləşdirmə proqramları;
• proqram örtükləri;
• kompüter qurğularının iş qabiliyyətini yoxlayan proqramlar;
• qurğuların işini idarə edən proqramlar (drayverlər) və s.
4


1.
PASCAL
proqramlaşdırma dili
Tətbiqi proqramlar. İnsan fəaliyyətinin müxtəlif sahələrinə aid məsələləri
həll etmək üçün nəzərdə tutulan proqram təminatına tətbiqi proqramlar deyilir.
İndiki zamanda fərdi kompüterlər üçün yüz minlərlə tətbiqi proqramlar
işlənib hazırlanmışdır. Onlardan ən çox istifadə olunanlar bunlardır:
• mətn redaktorları (prosessorları);
• cədvəl verilənlərinin emalı proqramları – elektron cədvəllər;
• nəşriyyat sistemləri;
• verilənlər bazasının idarə olunması sistemləri;
• təqdimatların hazırlanması proqramları;
• qrafik redaktorlar;
• verilənlərin statistik təhlili proqramları;
• kompüter oyunları, öyrədici proqramlar və s.
Proqramlaşdırma alətləri. Bu sinfə aid olan proqramlar sistem və tətbiqi
proqram təminatını yaratmaq üçün nəzərdə tutulmuşdur. 
Proqram təminatının hazırlanması üçün Basic, C++, Pascal və b. proqramlaşdır-
ma dillərindən istifadə olunur. Dünyanın bir çox təhsil müəssisələrində uşaqlara pro-
qramlaşdırmanın əsaslarını öyrətmək üçün LOGO dilindən istifadə olunur.
1. Proqram təminatı neçə sinfə ayrılır və onlar hansılardır?
2. Sistem proqramlarının vəzifəsi nədir?
3. Əməliyyat sistemi nədir?
4. Tətbiqi proqramlar nə üçündür?
5. Proqramlaşdırma alətləri dedikdə nə nəzərdə tu tulur?
5


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə