Ia9 -fesil-1: 9 qxd



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə29/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   29

3. 
İNFORMASİYA
cəmiyyəti
117
Dördüncü mərhələdə (XX əsrin 70-ci illəri) mikroprosessor texnologiyası
ixtira olundu və fərdi kompüterlər meydana çıxdı.
İnformasiyanın elektrik və mexaniki va sitə ləri keçmişdə qaldı. Onları elek-
tron vasitələr əvəz etdi. Bu vasitələr maşın və cihazları daha kiçik ölçüdə istehsal
etməyə və proqramla idarə olunan qurğular yaratmağa im kan verdi. Dördüncü
inqilabın baş verməsinin əsas səbəbi ötən əsrin 40-cı illərində elektron hesabla-
ma maşınlarının yaranması oldu.
Dördüncü informasiya inqilabı bəşəriyyə 
tin sənaye cəmiyyətindən infor-
masiya  cəmiy yə tinə keçməsinə təkan verdi. Bu, bir vaxt bə 
şəriy 
yətin aqrar
cəmiyyətdən sənaye cəmiy yətinə keçidinə bənzəyirdi.
İnformasiya cəmiyyətinin bəzi xarakterik cəhətləri:
1. İnformasiyanın həcmi artdıqca onun ema 
lı və saxlanması  üçün insan
xüsusi texniki va sitə lərdən istifadə etməli olacaqdır.
İnformasiya cəmiyyətində insan və kollektivlər hər hansı bir qərarı qəbul
edər kən müəyyən informasiya toplamalı, onu emal və təhlil etməlidir. İn -
for ma siyanın həcmi o dərəcədə artmışdır ki, insan özü onu emal etməyə
qadir deyil. O, bu işə xüsusi texniki vasitələri cəlb edir.
2. Kompüterlərdən istifadə qaçılmaz olacaqdır. İnformasiya cəmiyyətində
kompüterlərdən istifadə olunması labüddür. Bu, etibatlı informasiya
mənbə lərindən istifadə etməyə imkan verir, faydasız işi azaldır, optimal
qərarların qəbul olunmasını sürətləndirir və informasiyanın emalını
avtomatlaşdırır.
3. Cəmiyyətin hərəkətverici qüvvəsi informasiya məhsulunun istehsalı ola caq   dır.
XX əsrin ikinci yarısında insanların müəyyən bir qisminin maddi məhsul
istehsalından informasiya sahəsinə keçməsi baş verdi. Bilavasitə maddi sər -
vətlər istehsal etməyən əhalinin yeni sosial  təbəqəsi yarandı. Bu insanlar
(müəllimlər, bank işçiləri, proqramçılar və s.) informasiyanı emal etməklə
İnformasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, orada cəmiyyət üzvlərinin ək səriy yəti
in for masiyanın istehsalı, saxlanılması, emalı və onun istifadəsilə məşğul olur. 


118
məşğul olurdular. Yeni cəmiyyətdə isə maddi nemətlər daha çox «infor-
masiya tutumlu» olacaq. Onun dəyəri isə innovasiyalardan, dizayn həl-
lərindən, marketinq keyfiy yə tindən asılı olacaq.
4. İnformasiya cəmiyyətində istehsal olunacaq məhsul bilik və intellekt ola-
caqdır ki, bu da ümumiyyətlə, əqli əməyin payını artıracaqdır. İntellektual
əməklə bağlı sənət sahələrini seçən insanların sayı artacaqdır. 
5. Dəyərlər dəyişərək, yeni həyat tərzi formalaşacaq, asudə vaxtda məş ğu liy -
yətlər dəyişəcəkdir.
Artıq indi kompüter oyunları insanın boş vaxtının əsas hissəsini tutur. Bu
oyun 
 
lar uzaq məsafədə yerləşən bir neçə oyunçunu özündə birləşdirən
şəbəkə sisteminə transformasiya olunur. İnternetdə vaxt keçirənlərin sayı
artır. Onlar tədris saytlarına və virtual muzeylərə səyahət edirlər, lazımi
ədəbiyyatı tapıb oxuyurlar və s. İnternetdə gap xidmətləri [chat] və ICQ xid-
məti istifadəçilər tərəfindən çox bəyənilir. Bu xidmətlər vasitəsilə uzaq
məsafələrdə olan insanlar real zaman rejimində bir-birlərilə əlaqə saxlayırlar.
6. Kompüter texnikası, kompüter şəbəkələri, informasiya texnologiyaları  in ki -
şaf edəcək.
İnternet şəbəkəsi ayda 10-15% artacaq və onun istifadəçilərinin sayı yüz
mil-yonlarla ölçüləcək. Özündə müxtəlif qurğuların funksiyalarını cəm-
ləşdirən (kompüter, televizor, radio, telefon və s.) müasir multimedia sistem-
lərinin istifadəsi informasiya texnologiyalarının universallaşmasına gətirib
çıxaracaqdır. İnformasiyanı saxlayan qurğular isə bapbalaca – ovucun içində
yerləşən ölçüdə olacaq. Bu qurğular daxilində həcmi bir neçə ensiklope-
diyaya bərabər olan şəxsi universal soraqçalar da yerləşdiriləcəkdir. Bu
qurğuları şəbəkəyə qoşub operativ informasiya, məsələn, hava haqqında,
yollardakı tıxaclar barədə məlumatlar almaq  mümkün olacaqdır.
7. Evlərdə cürbəcür elektron cihazlar və kompüterləşdirilmiş qurğular olacaqdır.
Mənzillər naqillər sisteminin əvəzinə bir cərəyan və bir də informasiya
kabeli ilə təchiz olunacaqdır. İnformasiya kabeli rabitə, televiziya kanal-
larını və İnternetə çıxışı özündə birləşdirəcəkdir. Xüsusi elektron blok bütün
məişət avadanlıqlarına və yaşayış sistemlərinə nəzarət edəcək, binalar “ağıl-
lı” olacaqdır. “Ağıllı binalar”la yanaşı “ağıllı avtomobil”lər də yaranacaqdır.
Onlarda avtomobilin texniki hissəsinə cavab verən kompüterdən başqa,
şəhər informasiya xidmətlərinə qoşulan sistem də işləyəcək. Belə avtomobil
“ağıllı ev”lə əlaqədə olacaq və hətta evi idarə də edə bilə cək.
8. Enerji və maddi məhsullar istehsalını maşınlar təmin edəcək, insan isə, əsas
etibarilə, informasiyanın emalı ilə məşğul olacaq. İstehsalatda insanların
sayı azalacaq, onların yerini robotlar və manipulyatorlar tutacaqdır.


119
9. Təhsil sahəsində fasiləsiz təhsil sistemi yaradılacaq. İnsanlar zamanla ayaq  -
laşmaq üçün, sənəti dəyişmək və cəmiyyətdə layiqli yer tutmaq üçün ömrü
boyu oxumaq imkanı qazanacaqlar.
10. Uşaqlar kompüter proqramları və telekommunikasiyalar vasitəsilə evdə
təhsil ala biləcəklər. Bununla əlaqədar tədris prosesində təlimin formaları
də-yişəcək və təlimin tərbiyəvi aspektlərilə bağlı problemlər yarana
biləcəkdir.
11. İnformasiya xidmətləri bazarı yaradılaraq inkişaf etdiriləcək. İnforma siya
məhsul və xidmət növünə çeviriləcək. Bu məhsulu adi əmtəə kimi alıb-sat-
maq mümkün olacaqdır. 
Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçmək üçün informasiya
böhranı şəraiti əmələ gəlməli idi. Bu şərait XX əsrdə yarandı. İnsanın üzərinə sel
kimi gələn böyük həcmdə informasiya axınında istiqamət götürmək qeyri-
mümkün oldu. Artıq və lazımsız  olan çoxlu miqdarda informasiya yarandı. İn -
for masiya cəmiyyətinə keçid isə müxtəlif sahələrdə informasiyanın ötürülməsi və
onun emalı üçün müasir vasitələrdən istifadə edilməsi ilə başlandı. Bu proses
infor masiyalaşdırma adlanır.
Cəmiyyətin informasiyalaşdırma prosesi sənaye cəmiyyətinin informasiya
cəmiyətinə keçməsini təmin edir.
Cəmiyyətin informasiyalaşdırılması prosesi cəmiyyətin hər bir üzvünə öz
tələbatına uyğun informasiya almaq imkanı verir. 
Son dövrlərə kimi «informasiyalaşdırma» sözü əvəzinə «kompüterləşdirmə»
sözündən istifadə olunurdu. Lakin «kompüterləşdirmə» sözünün mənası kom-
püter texnikasının inkişafı və tətbiqi deməkdir. Cəmiyyətin informasiyalaşdırıl-
ması isə kompüterləş dirməyə nisbətən daha geniş anlayışdır. Belə ki, bu gün
texniki vasitələr deyil, sosial-texniki prosesin məqsəd və mahiyyəti daha önəm-
lidir. Kompüterləşdirmə isə informasiyalaşdırma prosesinin bir hissəsidir, onun
texniki bazasıdır. 
İnformasiya mədəniyyəti. 
İnsan mədəniyyəti 
• bilik, bacarıq və peşəkar vərdişlər ilə;
• intellektual, estetik və mənəvi inkişaf səviyyəsinə görə;
• insanlarla ünsiyyətin forma və üsulları ilə müəyyən olunur.
İnsanın şəxsi mədəniyyəti
• əqli inkişaf səviyyəsinə görə;
• peşəkarlıq və yaradıcılıq fəaliyyətinin xarakterinə görə müəyyən olunur. 
3. 
İNFORMASİYA
cəmiyyəti


120
Bu o deməkdir ki, insan nə qədər öz zehni qabiliyyətlərini inkişaf etdirirsə, nə
qədər düşünür, fikirləşirsə, bir o qədər öz şəxsi mədəni səviyyəsini yüksəltmiş
olur. Ona görə də elm və incəsənətlə məşğul olan insanın mədəni səviyyəsi daha
yüksək olmalıdır. İnformasiya cəmiyyətinə keçərkən insanın ümumi mə 
-
dəniyyətinə daha bir kateqoriya əlavə olunur – informasiya  mə dəniy yəti.
İnsanın informasiya mədəniyyəti dedikdə aşağıdakılar başa düşülür: 
– telefondan tutmuş fərdi kompüter və kompüter şəbəkələrinə ki mi müx-
təlif texniki cihazlardan istifadə etmək vərdişlərinə yiyələnməsi;
– informasiya texnologiyalarına yiyələnmək qabiliyyətinin ol ması;
– dövri mətbuat və elektron kommunikasiyalarından informasiya əldə
etmək bacarığının olması;
– informasiyanı aydın şəkildə təqdim etmək və ondan maksimum səmərə
ilə istifadə etmək bacarığının olması;
– informasiyanın emalının müxtəlif üsullarını bilməsi;
– müxtəlif informasiya növlərilə işləmək bacarığının olması.
İnformasiya resursları. Hər bir dövlət, cəmiyyət, şirkət və adi insan özünün
həyat fəaliyyəti üçün zəruri olan resurslara malikdir.
Müasir cəmiyyətdə maddi, xammal, enerji, əmək və maliyyə resursları ilə
yanaşı, informasiya resursları da mövcuddur.
İnformasiya resurslarından başqa, istənilən resurs işləndikcə yox olur.
Məsələn, yanacaq yanıb qurtarır, maliyyə vəsaiti xərclənir və s. İnformasiya
resursu isə «bitib tükənmir», ondan coxlu sayda istifadə etmək mümkündür. 
1. Bəşər tarixində hansı informasiya inqilabları olmuşdur?
2. İnformasiya cəmiyyətini xarakterizə edən cəhətlər hansılardır?
3. Yaşadığımız cəmiyyət informasiya cəmiyyəti adlana bilərmi?
4. İnformasiya mədəniyyəti nədir?
5. İnformasiya resurslarına nə daxildir və onların başqa resurslardan fərqi nədədir?
İnformasiya resurslarına elmi-texniki biliklər, ədəbiyyat və incəsənət əsərləri, icti-
mai-dövlət əhəmiyyətli digər informasiyalar daxildir. 
Resurs müxtəlif vəsaitlərin ehtiyatı, mənbəyi deməkdir.
İnformasiya mədəniyyəti informasiya ilə məqsədyönlü işləmək və onun qəbul edil -
məsi, emalı və ötürülməsi üçün kompüter texnikasından, müasir texniki vasitə və
üsullardan istifadə etmək bacarığıdır.


KOMPÜTER TEXNİKASININ TƏTBİQ SAHƏLƏRİ
İlk elektron hesablama maşınları təxminən 60 il bundan öncə meydana çıxıb.
Ötən dövr ərzində kompüterlərin və onlar üçün proqramların istehsalı texnolo -
giyası böyük inkişaf yolu keçib. Şübhəsiz, kompüterlər bütövlükdə yaşadığımız
cəmiyyəti dəyişdirib. Maliyyə, kargüzarlıq, sənaye, elm, səhiyyə, təhsil və başqa
sahələri bu gün kompüterlərsiz təsəvvür etmək qeyri-mümkündür. İndi infor-
masiyanın emal olunduğu hər yerdə kompüterlərdən istifadə olunur.
Kompüter təhsildə. Yüksək ixtisaslı mütəxəssislərin
hazırlanması uzun və mürəkkəb prosesdir. Orta məktəbdə,
sonra isə ali məktəbdə təhsil insan həya tının önəmli bir
hissəsini təşkil edir. Bununla belə, müasir informasiya
cəmiyyətində biliklər çox sürətlə köhnəlir. Hər hansı pro-
fessional işi yerinə yetirmək bacarığına malik olmaq`üçün
insan öz təhsil dairəsini daim genişləndirməlidir. 
İnformasiya cəmiyyətində «necə»ni bilmək, «nə»yi
bilməkdən daha vacibdir. Buna görə də hazırda orta və ali məktəbin əsas vəzifəsi
mümkün qədər çox bilik vermək deyil, həmin bilikləri müstəqil əldə etmək yollarını
öyrətməkdir. Bu isə təhsildə müasir informasiya və kommunikasiya texnologiyalarından
istifadə etmədən mümkün deyil.
İnformasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin ən
vacib istiqamətlərindən biri kompüterlərin multimedia imkanlarından istifadə
etməkdir. Multimedia vasitələrindən istifadə olunması əyaniliyi gücləndirir,
informasiyanın məntiqi və obrazlı mənimsənilməsi üsullarını birləşdirir ki, bu da
təlim prosesini fəallaşdırır. Multimedia texnologiyalarının interaktivliyi şəxsiyyət
yönümlü təlim modellərini gerçəkləşdirmək üçün geniş imkanlar verir.
İnformasiya və kommunikasiya texnologiyaları distant təhsili təşkil etməyə
imkan verir. Distant təhsildə (məsafədən təhsildə) müəllim və öyrənən məna
baxımından ayrıdırlar və dərs prosesi telekommunikasiya vasitəsilə, başlıca
olaraq İnternet şəbəkəsi vasitəsilə həyata keçirilir. 
Distant təhsil sayəsində bir çox insanlar (iş və ailə qayğıları ilə yüklənmiş
yaşlılar, kənd yerlərində, yaxud kiçik şəhərlərdə yaşayan gənclər) evdə öz təhsil-
lərini artırmaq imkanı əldə edirlər. 
Kompüter elmi tədqiqatlarda. Hazırda bir çox bilik sahə lə  -
rində elmi tədqiqatlar alimlər, mühəndislər və kon 
struk 
-
torlardan ibarət böyük kollektivlər tərəfindən çox mürəkkəb və
bahalı avadanlıq vasitəsilə həyata keçirilir. Elmi araşdırmaların
səmərəliliyi önəmli dərəcədə kompüter texnikasından istifadə
4.2.
121
3. 
İNFORMASİYA
cəmiyyəti


səviy yəsindən asılı olur. Kom pü ter lərdən eksperimentlərin idarə olunmasında,
hesabatların və sənədlərin hazırlanmasında, eksperimentlərin nəticələrinin təh -
lilində və s. istifadə olunur. Nəticədə: 
• tədqiqatların aparılması müddəti bir neçə dəfə qısalır; 
• nəticələrin dəqiqliyi və doğruluğu artır; 
• eksperimentin gedişinə nəzarət güclənir;
• nəzarət edilən parametrlərin sayının artması və verilənlərin daha dəqiq
emalı nə ticəsində eksperimentin keyfiyyəti və in formativliyi yüksəlir;
• eksperimentlərin nəticələri operativ surətdə daha əlverişli formada (mə -
sələn, qra fik) verilir.   
Kompüter səhiyyədə. Müasir cəmiyyətdə kompüterlərin
səhiyyədə rolu günbəgün artır. Həkimlər kompüterlərdən bir
çox məqsədlər üçün istifadə edirlər. Onlardan bir neçəsini sa -
dalayaq:                                 
1. Kompüter texnikasından diaqnozların qoyulmasında, mü ayi -
nələ rin aparılması və profilaktik yoxlamalarda geniş istifadə
olunur.
2. Kompüter şəbəkələrinin köməyilə transplantasiya əmə liyya tını gözləyən
xəstələr üçün donor orqanları haqqında məlumatlar göndərilir.
3. Tibbi verilənlər bankı tibb işçilərinə son elmi və praktik nailiyyətlər haq -
qında məlumatlı olmağa kömək edir.
4. Kompüterlər havanın çirkliliyinin əhali arasında xəstəliklərin yayılması-
na necə təsir etməsini müəyyənləşdirməyə kömək edir.
5. Kompüter texnikasından tibb işçilərinə praktik vərdişlərin aşılanmasında
istifadə edilir. Bu zaman kompüter təcili tibbi yardıma ehtiyacı olan
xəstə rolunda çıxış edir. Öyrənən, kompüterin verdiyi simptomlar əsasın-
da müalicə kursunu müəyyənləşdirməlidir. Səhv olan kimi kompüter bu
barədə xəbərdarlıq edir.
6. Kompüterlərdən epidemiyaların yayılma sürətini göstərən xəritələrin ha -
zırlanması üçün istifadə edilir.
7. Kompüterin  yaddaşında xəstəlik tarixçələri saxlanılır. Bu da həkimlərə ya -
zı işlərinə deyil, xəstələrin özlərinə daha çox vaxt ayırmaq imkanı ve rir.
Kompüter ticarətdə. Supermarketlərin çoxunda hər
malın üzərində barkod – müxtəlif qalınlıqda qara cizgi 
-
lərdən ibarət etiket olur. Ödəmə zamanı barkod skanerdən
(barkod oxucusundan) keçirilir. Bu skanerə bağlı kompüter
barkodu qiymət siyahısında tapır və nəticəni kassa aparatına
göndərir. 
122


123
Barkod oxucusundan istifadə edən mağa zalarda, yaxud an bar larda hər bir mal
haqqında informasiya verilənlər bazasında saxlanılır. 
Ən geniş yayıl mış barkodlar 13 mərtəbəli Avropa kodu  EAN-13 (European
Article Numbering) və ABŞ ilə Kanadada tətbiq olunan UPC  kodudur.
Ölkə və istehsalçının kodlarındakı rəqəm lə rin sayı dəyişə bilər. Bu sistemdə
Azər bay ca nın  kodu  476-dır.
İnformasiyalaşdırmanın ən mühüm istiqa 
mətlə 
rindən biri pul – kredit və
maliy yə  sahələrində  elektron pula keçiddir.
Nağdsız ticarət. Getdikcə daha çox ticarət müəssisələrində Ödənişlər kred-
it kartları vasitəsilə aparılır. Kredit kartı olan alıcının bankdakı hesabından lazım
olan məbləğ avtomatik silinərək, mağa zanın bank hesabına köçürülür.
Nağdsız ticarət sistemi POS (Points of Sale System) aşağıdakı funk siyaları
yerinə yetirir:
• kredit kartlarının verifikasiyası, yəni onların  həqiqiliyinin təsdiqi;
• alıcının hesabından pulun silinməsi;
• pulun satıcının hesabına köçürülməsi. 
EAN-13 kodunun strukturu
1. Ölkənin kodu
2. İstehsalçının kodu
3. Malın kodu
4. Nəzarət rəqəmi
5. Lisenziya əsasında hazırlanmış malın işa rəsi
Barkod mal və onun istehsalçısı haqqında informasiyanı özün  də saxlayır. 
3. 
İNFORMASİYA
cəmiyyəti


Kredit kartlarına məlumatlar maqnit yazısı üsulu ilə vurulur. Kredit kartında
informasiyanı saxlamaq üçün maqnit kartından istifadə olunur. 
Maqnit kartına aşağıdakı informasiyalar yerləşdirilir:
• şəxsi hesabın nömrəsi;
• bankın adı;
• ölkə;
• müştərinin ödəniş qabiliyyətinin kateqoriyası;
• verilmiş kreditin miqdarı və s.
Bankomatlar. Bank avtomatları – bankomatlar (ATM – Automated Teller
Machine), yaxud nağd ödəmə maşınlarının şəbəkəsi, ən geniş şəbəkələrdən
biridir. Dünyadakı minlərlə bankın kompüterləri bir-birinə bağlanır. Bankomatlar
banklar tərəfindən qabaqcadan kredit kartları verilmiş müştəriləri üçün
quraşdırılır. 
Bunun da nəticəsində siz xarici ölkədə olarkən Azərbay canda yerləşən bank
tərəfindən verilmiş kredit kartından istifadə edərək, bankomatdan pul götürə
bilərsiniz. 
Bankomatda iş prinsipi belədir:
1. Müştəri kartını avtomata yerləşdirir və avtomatın kla viş lərindən
istifadə edə rək, öz şifrəsini yığır.
2. Kartın üzərindəki maqnit zolağında hesab sa 
hibinin adı, hesab
nöm  rəsi və onun bağlı olduğu şəbəkə haqqında məlumatlar avto -
mat tərəfindən oxunur.
124


3. Avtomat (daha doğrusu, avtomatdakı kompüter) telefon xətləri va -
sitəsilə minlərlə bankın məlumatının saxlanıldığı mərkəzi kom-
püterə məlumat göndərir.
4. Mərkəzi kompüter hesabı yoxlayır və pulu vermək, yaxud istəyi
rədd etmək haqqında bankomata məlumat göndərir.
Kompüter kənd təsərrüfatında. Kompüteri olan fermer asanca və tez bir
zamanda əkin üçün tələb olunan toxum və gübrələrin miqdarını hesablaya bilər.
Kompüter sistemləri növbəli əkini planlaşdıra, suvarma qrafikini hesablaya, mal-
qaraya yemin verilməsini idarə edə və başqa faydalı işlər görə bilər. 
Kənd təsərrüfatında texnoloji inqilab gözlərimiz önündə baş verir: kompüterlər
və fərdi mikrosensorlar hər bir heyvanın və bitkinin vəziyyətinə nəzarət etməyə
imkan verir. Bu, maddi və insan resurslarına qənaət edir, insanın həyat səviy yə -
sini yaxşılaşdırır.    
1. Təhsildə İKT-nin tətbiqini necə təsəvvür edirsiniz?
2. Distant təhsil nədir?
3. Səhiyyədə kompüterlərdən hansı məqsədlər üçün istifadə olunur?
4. Barkod nədir və onun strukturu necədir? 
5. Bankomatla iş prinsipini izah edin. 
6. Kredit kartı nədir və onun quruluşu necədir?
125
3. 
İNFORMASİYA
cəmiyyəti


PROQRAM
İnformatika – IX sinif
(həftədə 1 saat, cəmi 32 saat)
I  PASCAL PROQRAMLAŞDIRMA DİLİ (21  saat)
Proqram təminatının təsnifatı. Proqramlaşdırma dilləri. Yüksək səviyyəli
dillər. Proqramların hazırlanması. Turbo Pascal redaktoru. Pascal-proq -
ramın ümumi strukturu. Operatorlar. Praktikum. Şərti yoxlayan operator-
lar. Praktikum. Dövr operatorları. Praktikum. Massivlər. Praktikum.
Sətirlərlə iş. Praktikum. Altproqramlar. Fayllar. Praktikum.     
II  ELEKTRON  SƏNƏD (4 saat)
Mətn sənədi və onun obyektləri. Mətn sənədin hazırlanması. Sənədin
redaktəsi. Sənədin formatlanması.
III  CƏDVƏL  PROSESSORU (5 saat)
Cədvəl prosessorunun təyinatı. Elektron cədvəlin obyektləri. Elektron
cədvəl verilənləri. Düsturlar. Diaqramın yaradılması və redaktəsi. Cədvəl
sənədinin formatlanması.
IV  İNFORMASİYA  CƏMİYYƏTİ (2 saat)
Cəmiyyətin informasiyalaşdırılması. Kompüter texnikasının tətbiq
sahələri.
126


M Ü N D Ə R İ C A T
1. 
PASCAL PROQRAMLAŞDIRMA DİLİ
1.1. Proqram təminatının təsnifatı . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 3
1.2. Proqramlaşdırma dilləri  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 6
1.3. Yüksək səviyyəli dillər . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 9
1.4. Proqramların hazırlanması  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 13
1.5. Turbo Pascal redaktoru  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 16
1.6. Proqramın ümumi strukturu . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 20
1.7. Operatorlar  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 26
1.8. If və case seçim operatorları  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 33
1.9. Dövrlər. While, for və repeat operatorları  . . . . . . . . . . . . . . . . . . . 37
1.10. Massivlər  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 41
1.11. Sətirlərlə iş  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 46
1.12. Altproqramlar. Funksiyalar və prosedurlar  . . . . . . . . . . . . . . . . . 51
1.13. Fayllar  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 56
1.14. Praktikum  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 62
2. ELEKTRON  SƏNƏD
2.1. Mətn sənədi və onun obyektləri . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 77
2.2. Mətn sənədinin hazırlanması   . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 82
3. CƏDVƏL PROSESSORU
3.1. Cədvəl prosessorunun təyinatı   . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 89
3.2. Elektron cədvəlin obyektləri  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 93
3.3. Elektron cədvəl verilənləri. Düsturlar  . . . . . . . . . . . . . . . . . . . . . . 97
3.4. Diaqramın yaradılması və redaktəsi  . . . . . . . . . . . . . . . . . . . . . . 103
3.5. Cədvəl sənədinin formatlanması  . . . . . . . . . . . . . . . . . . . . . . . . . 109
4. İNFORMASİYA CƏMİYYƏTİ
4.1. Cəmiyyətin informasiyalaşdırılması  . . . . . . . . . . . . . . . . . . . . . . 115
4.2. Kompüter texnikasının tətbiq sahələri  . . . . . . . . . . . . . . . . . . . . . 121
Proqram  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 126
127


Иnformatika – цmуmtяhsil mяktяblяrinin 9-cu sinfi цчцn dяrslik. 
Исмайыл Cалал оьлу Sadыqov
Рамин  Яли Назим оьлу Мащмудзадя
Nаидя Rизван гызы Иsayeva
Bakы, “Bakыnяшr”, 2008. 128 sяh.
© Dizayn  “Bakыnяшr”, “TM” artgroup, 2008.
Формат 70
×100
1
/
16
. Oфсет kаьызы №1. Физики чап вяряги 8. 
Чапа имзаланмышдыр 29.07.2008. Тираж 155 000. Пulsuz.
128

Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə