Ia9 -fesil-1: 9 qxd



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə3/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   29

9
proqramı Motorolla 6800 prosessorlu kompüterdə işlətmək olmur, proqramı
həmin pro sessor üçün yenidən yazmaq lazım gəlir. Doğ ru dur, bu o qədər də çətin
məsələ olmasa da, hər halda müəyyən işlər görülməlidir.  
1. Maşın dili nədir?
2. Assembler nədir və onun maşın dilindən üstünlüyü nədədir?
3. Assembler dilinin çatışmazlıqları hansılardır? 
4. Proqramın “daşınabilənliyi” nə deməkdir?
YÜKSƏK SƏVİYYƏLİ DİLLƏR
Assembler dili mnemonik olsa da, dövrünün başlıca kompüter istifadəçiləri
olan alimləri qane etmədi, çünki, artıq yuxarıda da qeyd olunduğu kimi, maşın
koduna yaxın olduğuna görə onu öyrənmək çətindir. Bundan başqa, hər proses-
sorun öz assembleri olur və deməli, bir neçə maşında işləyən şəxs bəzən “bir neçə
ayrı-ayrı assembler dilini” bilməlidir. Nəhayət, assembler dilində proqramlaşdır-
maq üçün bütün prosesi ən kiçik detallarınadək təsəvvür etmək, mürəkkəb düs-
turları ayrı-ayrı əməllərin ardıcıllığı şəklində göstərmək lazımdır. Proqramçı isə
beynində daha ümumi kateqoriyalarla işləyir: “düsturu hesablamalı”, “ədədi
ekrana çıxarmalı”, “əməliyyatı 10 dəfə təkrarlamalı” və s.
Belə problemləri aradan qaldırmaq üçün yeni proqramlaşdırma dilinə ehtiyac
vardı. Assembler dilindən fərqli olaraq, həmin dilin yaradılmasından əsas məqsəd
onu maşının anlaması  deyil, onunla işləməyin insan üçün əlverişliyi idi.
Beləliklə, insan (proqramçı) üçün daha anlaşıqlı olan və proqramlaşdırma
prosesini asanlaşdıran yeni dillər yaradılmağa başladı. Proqramlaşdırma dilinin
hər bir yaradıcısı insan-maşın əlaqələri haqqında öz təsəvvürlərini gerçəkləş dir -
di yindən qısa müddət ərzində  yüzlərlə yeni dil meydana çıxdı (1993-cü ilin
hesablamalarına görə, 1950-ci ildən həmin vaxta kimi 1000-dən artıq proqram-
Assemblerdən başqa, qalan proqramlaşdırma dillərinin hər biri yüksək səviyyəli dil
adlan 
dı 
rılır, ancaq bu hələ onların eynisəviyyəli olması demək deyildir. Bir dilin
səviyyəsi baş qasının səviyyəsindən yuxarı, yaxud aşağı ola bilər. “Yüksək səviyyəli
dil” dedikdə onun insan dilinə nə qədər yaxın olması başa düşülür. 
Yəni, məsələn, klaviaturada aşağıdakı cümləni yığmaqla kompüter sizin göstərişinizi
dərhal yerinə yetirir: “Cari il üçün mənfəət və zərəri hesabla, illik hesabatı hazırla və
ondan bir neçə nüsxə çap edib, lazım olan yerlərə göndər”. Əlbəttə, bugünkü proqram-
laşdırma dilləri bu idealdan hələ çox uzaqdır! 
1.3.
1.
PASCAL
proqramlaşdırma dili


laşdırma dili yaradılıb). Təbii, yüksək səviyyəli [high-level] dillər adlandırılan dil-
lərin  az bir qismi öz yerini tapıb inkişaf etdi və möhkəmləndi. Bunun əksinə
olaraq, assembler dili aşağı səviyyəli [low-level] dil hesab olunur, çünki o, maşın
dilinə daha yaxındır və kompüterin qurğuları ilə işləyir.
Yüksək səviyyəli dillərin öz müsbət və mənfi cəhətləri var. Yüksək səviyyəli
dilin assemblerdən başlıca üstünlüyü onun öyrənmək və istifadə üçün çox-çox
asan olmasıdır. Yüksək səviyyəli dildə yazılmış proqram assemblerdəkinə nis-
bətən daha yığcam və anlaşıqlıdır. Onlar, əsasən, daşınabiləndir, yəni müxtəlif
prosessorlu kompüterlərdə eyni cür işləyir. Bu isə o deməkdir ki, proqramı ya -
zarkən onun işləyəcəyi kompüterin arxitekturasının incəliklərini öyrənməyə
ehtiyac qalmır. Əlbəttə, bu halda hər bir prosessorun öz kompilyatoru olmalıdır
və onun yaratdığı icra faylı yalnız həmin prosessor üçün yararlı olacaqdır.
Ən yaxşı proqramlaşdırma dili hansıdır?
Hər bir proqramlaşdırma dilinin öz tərəfdarları və əleyhdarları var. 
İndi dünyada bir neçə min proqramlaşdırma dili mövcuddur. Bəs bu qədər dilin
içərisindən sizə daha münasib dili necə seçməli?
Mühəndislərin, bankirlərin, hərbçilərin qarşısında cürbəcür məsələlər durur. Onlar özləri
üçün müxtəlif proqramlaşdırma dilləri seçirlər. Mühəndislər FORTRAN dilinə üstünlük
verir, bankirlər çox zaman COBOL (“kobol”) dilindən istifadə edir, hərbçilər isə döyüş
əməliyyatlarını planlaşdırmağı və qoşunun idarə olunmasını ADA dilində yazılmış proq -
ramların köməyilə həyata keçirirlər. Süni intellekt sahəsində çalışanlar üçün PROLOG,
yaxud LISP dili daha münasibdir. İnternet üçün proqram yazan proqramçılar, adətən,
JAVA dilinə üstünlük verirlər.
Bu sadaladığımız proqramlaşdırma dillərinin hamısı xüsusi dillərdir. Bu dillərin hər
birində elə operatorlar var ki, onlar vasitəsilə xüsusi məsələləri daha asanlıqla həll
etmək olur. Adətən, həmin dilləri iş prosesində ehtiyac olduqca öyrənirlər, belə ki,
onları “qabaqcadan” öyrənməyin mənası yoxdur.
Xüsusi dillərdən savayı, universal proqramlaşdırma dilləri də mövcuddur. Onların
köməyilə, demək olar ki, istənilən məsələni həll etmək mümkündür. Belə dilləri
“qabaqcadan” öyrənmək olar – onlar hər zaman gərəyiniz ola bilər. Belə dillərin üçü
daha çox populyardır:
• Basic
• Pascal
• C++
10


1.
PASCAL
proqramlaşdırma dili
11
Yüksək səviyyəli dillərin təkamül sxemi


Digər tərəfdən, assemblerdə yazılmış proqram, onun yüksək səviyyəli dildə
yazılmış bənzərindən praktik olaraq həmişə səmərəlidir. Yəni yüksək səviyyəli
dilin kompilyatorunun yaratdığı icra faylı funksional cəhətdən eyni olan assem-
bler proqramından daha çox yer tutur və yavaş işləyir. Doğrudur, son illər mikro-
prosessorların inkişafı nəticəsində  kompilyatorlar daha optimal kodlar ge ne ra -
siya edir.
1. “Yüksək səviyyəli” və “aşağı səviyyəli” proqramlaşdırma dili nə deməkdir?
2. Yüksək səviyyəli dillərdə proqramlaşdırmanın maşın dilində proqramlaşdırma -
dan hansı üstünlükləri var? 
3. Yüksək səviyyəli dillərin müsbət və mənfi cəhətlərini izah edin.
4. Ən yüksək səviyyəli proqramlaşdırma dilini necə təsəvvür edirsiniz?
Yüksək səviyyəli dillərin köməyilə istənilən sahəni proqramlaşdırmaq olar. Ancaq elə
dillər də var ki, onlar xüsusi olaraq müəyyən sahələr üçün nəzərdə tutulub: 
• ALGOL – riyazi məsələlər üçün;
• CHILL – telekommunikasiya sistemləri üçün;
• COBOL – iqtisadi məsələlər üçün;
• FORTRAN – riyazi hesablamalar üçün;
• Java – obyektlərlə iş üçün;
• Linda – verilənlərin paralel emalı üçün;
• PostScript – görüntülərin təsviri üçün
;
• PROLOG – süni intellekt məsələləri üçün.
12


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə