Ia9 -fesil-1: 9 qxd


PROQRAMLARIN HAZIRLANMASI



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə4/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   29

PROQRAMLARIN HAZIRLANMASI 
Proqramlaşdırma nəzəriyyəsi ilə praktik proqramlaşdırma paralel inkişaf
etmişdir. İnkişafın ilk mərhələsində informasiya emalının riyazi nəzəriyyəsi  hazır-
lanmış və elə həmin dövrdə də proqramların düzgünlüyünü yoxlayan vasitələr və
səmərəli translyatorların yaradılması prinsipləri işlənib hazırlanmışdır.
O zamanlar proqramçılara çox yüksək ixtisaslı işçilər kimi baxılırdı. Bu, nadir
peşələrdən idi, proqramların istehsalı isə hələ kütləvi xarakter daşımırdı. 
Kompüterlərin sonrakı inkişafı və yayılması ağırlıq mərkəzini tətbiqi sahəyə keçirdi.
Proqramçıların, eləcə də proqramların sayı artaraq, milyonlarla hesablanmağa başladı.
Bununla belə, ixtisaslı proqramçıları müəyyənləşdirən bilik səviy yəsi aşağı düşdü. 
Getdikcə mürəkkəb proqramların hazırlanmasında daha çox orta səviyyəli
proqramçılar iştirak etməyə başladı.       
Kiçik və orta həcmli proqramların hazırlanması. Kiçik və orta həcm-
li (bir neçə min sətirlik) hər hansı bir proqram ayrı-ayrı proqramçılar tərəfindən
yaradıla bilər. Onların yaradılması adətən iki mərhələdə baş verir: 
Birinci mərhələ təhlil (analiz) mərhələsidir. Bu mərhələdə proqramın təyinatı
ay dınlaşdırılır, alqoritm düşünülüb tapılır, verilənlərin strukturu müəyyənləş dirilir,
proqram obyektləri qeyd olunur və onlar arasındakı qarşılıqlı əlaqələr aş kar edilir.
İkinci mərhələ kodlaşdırmadır. Bu mərhələdə alqoritm hər hansı proqram-
laşdırma dilində yazılır. Kiçik proqramlar üçün bu, maksimal əmək tələb edən
əsas mərhələdir. Testləmə və sazlama çox da böyük zəhmət tələb etmir. Belə layi -
hələrin bir proqramçı tərəfindən icrası yarım ilədək çəkə bilər.
Böyük proqramların hazırlanması. Böyük proqramların həcmi milyon-
larla sətrə çatır. Onların hazırlanmasına onlarla, bəzən isə yüzlərlə proqramçı bir
neçə il birgə əmək sərf edir. Belə proqramların hazırlanması bir neçə ardıcıl mər -
hələdən ibarətdir.
Birinci mərhələdə layihəyə olan tələblər təhlil olunur. Bu, layihənin uğurla
so na çatmasını müəyyənləşdirən ən önəmli mərhələdir. İri layihələrin uğursuz -
Proqramların hazırlanma mərhələləri:
1. Məsələnin qoyuluşu və təhlili.
2. Texniki tapşırığın hazırlanması.
3. Layihələndirmə və kodlaşdırma.
4. Testləmə və sazlama.
5. Tətbiq edilmə.
6. Müşayiət.
1.4.
1.
PASCAL
proqramlaşdırma dili
13


luğu çox zaman bu mərhələdə bura xılmış səhvlərlə bağlı olur. Tələblərin təhlili
gedişində proqramın təyinatı dəqiqləşdirilir, giriş və çıxış verilənləri aydın-
laşdırılır. Tələb olunan resurslar və layihənin dəyəri qiymətləndirilir.
Növbəti mərhələ proqramın spesifikasiyalarının hazırlanmasıdır. Bu mər hə -
lədə proqramçılar üçün texniki tapşırıqlar formalaşdırılır, iş sənədləri hazırlanır
və işin təqvim planı qurulur.
Sonra proqramın layihələşdirilməsi və kodlaşdırılması işləri başlanır. Böyük
layi hələrdə buna əsas mərhələ kimi baxılmır. 
Kodlaşdırma sona çatdıqda (bəzən isə daha öncədən), proqramın testlənməsi
və sazlanması başlanır. Testləmə mərhələsində proqramın düzgünlüyü, onun işi -
nin səmərəliliyi, korrekt olmayan hərəkətlərə və texniki nasazlıqlara dözümlüyü,
kri 
tik rejimlərdə işləmə etibarlılığı yoxlanılır. Müəyyən olunmuş nasazlıqlar
proq  ramçılar tərəfindən dərhal aradan qaldırılır. 
İnterpretatorlar. Kompilyatorlar 
Yüksək səviyyəli dildə yazılmış proqramın kompüterin mərkəzi prosessoru tərəfindən
başa düşülüb icra olunması üçün o, maşın koduna çevrilməlidir. Bu çevrilmə müxtəlif
yollarla aparıla bilər: 
Birinci yol ilkin proqramın hər bir sətrini maşın koduna çevirən (translyasiya edən,
ing.  translate) proqramı başlatmaqdır. Bu proqram bir sətri çevirir və onu yerinə
yetiril 
mək üçün mərkəzi prosessora verir, yalnız bundan sonra növbəti sətrin
çevrilməsinə keçir. Belə proqrama interpretator (ing. interpreter) deyilir. 
Bu proqramı iki müxtəlif dilli şəxsin ünsiyyətinə kömək edən tərcüməçi ilə müqayisə
etmək olar. Birinci şəxs nəsə deyir, tərcüməçi onun dediklərini tərcümə edir. İkinci
şəxs cavab verir və onun cavabı birinci şəxsə tərcümə olunur. Bu proses bütün dialoq
müddətində davam edir.
Bu yanaşmanın üstünlüyü onun istifadəçi üçün sadəliyindədir. Proqram yazılıb-
başladıldıqdan dərhal sonra  kompüterin hər dəfə nə etdiyini görmək olur. Əgər proq -
ramda nəyisə dəyişmək lazımdırsa, bu dəyişiklik edilir və proqram yenidən
translyasiya olunur. Ancaq bu yolun bir çatışmazlığı var: proqram tam hazır olduqdan
sonra da, hər dəfə icra olunmazdan qabaq onun hər bir sətri təzədən maşın koduna
çevrilir və nəticədə proqramın ümumi icra müddəti uzanır. 
Başqa bir müqayisə aparaq. Bu kitabı Azərbaycan dilində yazıb sonradan rus dilinə
çevirmək üçün naşir tərcüməçi tutur və kitabı bütövlükdə rus dilinə tərcümə etdirir.
Translyatorun başqa növü olan kompilyator da (ing. “compile

– “tərtib etmək”, “yığ-
maq”) belə işləyir: proqram yüksək səviyyəli dildə tam yazıldıqdan sonra kompilya-
tor onu oxuyur, proqramı maşın koduna çevirir və ayrı bir faylda saxlayır. Sonradan
ilkin koddan asılı olmayaraq, bu fayl istənilən dəfə çalışdırıla bilər. Bu zaman,
aydındır ki, yenidən translyasiyaya lüzum qalmır.  
14


Əgər proqram konkret sifarişçinin tələbləri nəzərə alınmaqla yazılmışsa,
adətən, proqramın tətbiq edilmə mərhələsinə zərurət yaranır. Bu mərhələdə
avadanlıq köklənir, əvvəllər istifadə olunmuş proqramlardan verilənlər yeni proq -
rama keçirilir, proqramla işləyəcək heyət təlim keçir.
Proqramla işin son mərhələsi müşayiətdir. Bu mərhələdə istifadəçilərə məs-
ləhətlər verilir, istismar müddətində aşkar olunan xətalar düzəldilir, sifarişçinin
istəyinə (xahişinə) görə proqramlarda çox da böyük olmayan dəyişikliklər edilir. 
1. Böyük proqramların hazırlanması mərhələləri hansılardır?
2. Translyatorun vəzifəsi nədir?
3. Kompilyatorla interpretatorun fərqi nədə  dir?
1.
PASCAL
proqramlaşdırma dili
15


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə