Ia9 -fesil-1: 9 qxd



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə5/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   29

16
TURBO PASCAL REDAKTORU
Pascal (“Paskal” kimi oxunur) proqramı hazırda Turbo Pascal təki tanınır və
is ti fadə olunur. Bu bölümdə Pascal dilini praktik olaraq Borland International
şirkətinin hazırladığı TURBO PASCAL 7.0 vasitəsilə öyrənəcəyik. Turbo Pascalın
həm MS-DOS, həm də Windows versiyaları vardır. 
Turbo Pascalın baş ladıl ması. Turbo Pascal proqram məhsulu inteq rasiya
olunmuş mühitdir. Bu o deməkdir ki, siz Turbo Pascal mühitini tərk etmə dən pro-
qramı yarada, redaktə, kompilyasiya edə və çalışdıra bilərsiniz. 
Turbo Pascal proqramını başlatmaq üçün proqramın quraşdırıldığı qovluqda
(adətən,  \BP\BIN altqovluğunda)  turbo.exe, yaxud bp.exe proqramlarından
birini çalışdırmaq lazımdır. Başlatmadan dərhal sonra ekranda şəkildə gördü -
yünüz pəncərə açılır.
Niklaus Emil Virt  (1934)
Pascal proqramlaşdırma dili 1971-ci ildə isveçrəli fizik
Niklaus Virt [Nicklaus Wirth] tərəfindən yaradılıb, fransız
riyaziy 
yatçısı və filosofu Blez Paskalın şərəfinə
adlandırılıb. Bu dil ən geniş yayılmış proqramlaşdırma dil-
lərindən biridir. Başqa dillərdən proqramların aydın və
məntiqi yazılma imkanlarına görə seçilir ki, bu da onu həm
yeni başlayanlar, həm də təcrübəli proqramçılar üçün
əlverişli edir. 
Niklaus Virt MODULA və OBERON dillərinin də
yaradıcısıdır.
1.5.


17
Pəncərənin yuxarısında proqramın baş menyusu (File, Edit, Search və s.)
yerləşir. Menyunun hər hansı bəndini seçmək üçün, sadəcə, siçanın göstəricisini
həmin bəndin üzərinə aparıb, sol düyməni çıqqıldatmaq kifayətdir. Əgər siz
klaviatura ilə işləməyi xoşlayırsınızsa,   klavişini basılı saxlayıb, menyu
bəndinin adında seçdirilmiş hərfə uyğun klavişi basmaqla da həmin bəndi seçmiş
olursunuz. Məsələn, File bəndini seçmək üçün  klavişlər  kombinasi ya -
sını basmaq lazımdır.
Yeni proqramın yaradılması. Pascal dilində yeni proqram yaratmaq üçün
öncə  File menyusunda  New bəndini seçməklə boş pəncərə açmaq lazımdır.
Nəticədə NONAME00.PAS adında boş fayl yaradılacaq. Sonradan yenə fayllar
yaradılarkən onlara avtomatik olaraq NONAME01.PAS, NONAME02.PAS və s.
adlar veri ləcək. Bir şeyi unutmayın ki, yaradılan bu fayllar kompüterin operativ
yadda şında saxlanılır. Sonradan onları diskə yazmaq gərəkdir.   
Turbo Pascal redaktoru proqramın mətnini yazmaq və onu redaktə etmək
üçün kifayət qədər im kanlara malikdir. Proqramın mətni, adi mətn redaktorunda
olduğu kimi, klaviaturadan daxil edilir. Bu zaman proqramın əsas mətni sarı,
Pascal dilinin elementləri olan açar sözlər isə ağ rənglə işıqlanır (menyunun
Options Environment Colors  bəndi vasi  tə si lə uyğun dialoq boksunu açıb,
bu rəngləri dəyişə də bilərsiniz). Açar sözlərin bu cür seçdirilməsi proqramın
mətninin daxil edilməsi mərhələsində bir sıra səhvləri aradan qaldırmağa imkan
verir.
Proqramın mətnini yığıb sona çatdırdıqdan sonra onu diskdə saxlamaq la -
zımdır.  Bunu yalnız işin sonunda deyil, proqramın yaradılması prosesində et mək
məsləhət görülür. Proqramı saxlamaq üçün baş menyudan  File Save bəndini
1.
PASCAL
proqramlaşdırma dili


seçmək, yaxud  klavişini basmaq lazımdır. Bu zaman ekranda Save File
As dialoq boksu açılacaq ki, orada faylın saxlanılacağı yer və faylın adı
göstərilməlidir. Susqunluqla təklif olunan NONAME00.PAS, NONAME01.PAS
və s. kimi adları proqramın mahiyyətinə uyğun gələn daha anlaşıqlı adlarla əvəz -
ləmək məsləhətdir (məsələn,  HELLO.PAS kimi). 
Proqramın kompilyasiyası və başladılması. Proqramın mətninin yığıl-
masını sona çatdırdıqdan sonra onu kompilyasiya etmək lazımdır. Bunun üçün
menyunun Compile bəndi nəzərdə tutulub. O, seçildikdə redaktor pəncərəsində-
ki proqram kompilyasiya olunmağa başlayır. Əgər proqramın mətnində səhv
aşkarlanarsa, bu barədə uyğun məlumat çıxacaq. Bu zaman kursor kompilyasiya
prosesinin kəsildiyi yeri göstərəcək. Səhvi tapıb düzəltdikdən sonra yenidən
Compile bəndini seçmək lazımdır. Proqramın mətnində səhv yoxdursa, ekrana 
Compile  successful:  Press  any  key
(Kompilyasiya uğurla keçdi: ixtiyari klavişi basın) 
məlumatı çıxır. İstənilən klavişi bassanız, redaktor pəncərəsinə dönəcəksiniz.
18


İndi kompilyasiya olunmuş proqramı başlatmaq üçün menyuda Run bəndini
seçmək lazımdır. Bu zaman ani olaraq istifadəçi ekranı görünəcək.
Bu ekrana rahat baxmaq üçün  klavişlər kombinasiyasından istifadə
etmək olar. Açılan istifadəçi ekranı hər hansı klavişi basanadək gözünüzün
qabağında olacaq.
Mövcud proqramın açılması. Diskdə saxlanmış faylı redaktor pəncərə sinə
yükləmək üçün Open a File dialoq boksu ekrana çağırılmalıdır. Bunun üçün File
menyusunun  Open bəndini seçmək, yaxud  klavişini basmaq lazımdır.
Göstərilən dialoq boksu açıldıqdan sonra sizdən ya lazım olan faylın adını Name
sahəsinə yazmaq, ya da həmin faylın adını Files siyahısından seçmək tələb olunur.  
Turbo Pascaldan çıxış. Turbo Pascal mühitindən çıxıb əməliyyat sistemi
mühitinə qayıtmaq üçün File menyusunun Exit bəndi nəzərdə tutulub. Bu bənd
seçilərkən redaktor pəncərəsində saxlanmamış fayl qalarsa, sistem sizə həmin faylı
diskdə saxlamaq imkanı verəcək. Bunun üçün ekrana xüsusi dialoq boksu çıxacaq.
İndi  klavişini bassanız, Turbo Pascaldan çıxış zamanı saxlanmamış fayl
da saxlanacaq.
1. İnteqrasiya olunmuş mühit nə deməkdir?
2. Proqramda olan səhvləri necə müəyyən etmək lazımdır?
3. Turbo Pascal mühitində proqram icra olunmaq üçün necə başladılır? 
4. Yerinə yetirilmədən sonra proqramın nəticələrinə necə baxmaq olar?
1.
PASCAL
proqramlaşdırma dili
19


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə