Ia9 -fesil-1: 9 qxd


PROQRAMIN ÜMUMİ STRUKTURU



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə6/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   29

PROQRAMIN ÜMUMİ STRUKTURU
Pascal dilində yazılmış istənilən proqram iki hissədən – verilənlərin təsviri
bölümündən və proqramın gövdəsindən ibarət olur.
Proqramın mətnində verilənlərin təsviri proqramın gövdəsindən əvvəl gəlir.
Bu da dilin əsas qaydasından qaynaqlanır.
Verilənlər  operatorlar vasitəsilə emal olunur. Operatorlar barəsində növbəti
dərsimizdə daha ətraflı danışacağıq.
Proqramın gövdəsi 
begin
sözü ilə başlanır və operatorlar yığınından ibarət olur.
Ona görə də bu hissəyə operatorlar bölümü də deyilir. Bu bölüm 
end
açar sözü ilə
bitir (sonda nöqtə qoyulur). Pascal dilində proqram aşağıdakı şəkildə olur:
program <  proqramın  adı  >;
<  dəyişənlərin  təsviri  >
begin
<  operatorlar  >
end.
Proqram istənilən cür sətirlərə bölünə bilər – bununla onun mənası dəyişmir
(təkcə sözlərin sətirdən-sətrə keçirilməsinə icazə verilmir). Buna görə də çalış-
maq lazımdır ki, proqramlar mümkün qədər anlaşıqlı yazılsın.
Şərhlər. Proqram yazarkən siz nə etməli olduğunuzu bilirsiniz. Ancaq müəy -
yən müddətdən sonra həmin proqrama qayıtmalı olsanız, qəribə olsa da, görə cək -
siniz ki, çox şeyi unutmusunuz. Buna görə də həm özünüzün xatırlamanız, həm
də başqalarının sizin proqramı anlaması üçün proqramın müəyyən yerlərinə
şərhlər vermək yaxşı olardı.
BLAISE PASCAL
BEGIN
(* 1623 – 1662 *)
END.
Adından da göründüyü kimi, şərhlər proqramın mətnini oxuyan şəxs üçün
qeyddir. Şərhlərdən proqramın nə məqsədlə yaradıldığı, onun yaradıcısı haqqın-
Proqramda rast gəlinən istənilən obyekt qabaqcadan təsvir olunmalıdır!
1.6.
20


da məlumatı, proqramın son dəyişdirilmə tarixini, proqramdakı dəyişənlərin,
funksiyaların təyinatını və s.  göstərmək üçün istifadə edilə bilər.
Pascal dilində şərhlər 
(*

*)
simvollarının,  yaxud 
{

}
fi qurlu  mö tə -
rizələrin arasında yazılır. Proqram maşın koduna çevrilərkən bu simvollar arasın-
da yazılanlar nəzərə alınmır. 
program Words
{
Proqramçı:  Alpay  Calallı     
Proqramın  yaradılma  tarixi:  13.05.2008
Bu  proqram  mətndə  olan  sözlərin  sayını 
he  sablayır. 
}   
program  Comments;
(*  şərhlərin  tətbiqinə  aid  sadə  proqram  *)
var
a  :  Integer;
begin (*  başlanğıc  *)
a:=  1;
WriteLn(‘Bunların  hamısı  çap  olunacaq,  a=’,  a)
{  bu  şərhlərin  heç  birinə  lüzum  yoxdur  }
end.
İdentifikatorlar.  Proqramlaşdırma dillərində müxtəlif obyektləri, məsələn,
dəyişənləri, konstantları, funksiyaları və s. adlandırmaq üçün identifikatorlardan
istifadə olunur. İdentifikatorlar hərf, rəqəm və bəzi xüsusi simvollardan ibarət
olur. İdentifikatorların müxtəlif proqramlaşdırma dillərində yazılış qaydaları
fərqli olsa da, onların əsas prinsipləri bunlardır:
1. İdentifikator hərf və rəqəmlərdən ibarət ola bilər. O yalnız hərflə başlanma -
lıdır.
Şərhlər həmişə mötərizədə “ulduzlar”, yaxud fiqurlu mötərizələr arasında yerləşdirilir: 
(*...*) 
{…}
1.
PASCAL
proqramlaşdırma dili
21


2. İdentifikatorda boşluq simvolu və durğu işarələri ola bilməz. Bəzi xüsusi
işarələrə, məsələn, “
_
”, yaxud “
$

işarələrinə icazə verilir.
3. Bütün proqramlaşdırma dillərində dilin operatorlarını yazmaq üçün açar
sözlər mövcuddur. İdentifikator heç bir açar sözlə üst-üstə düşməməlidir. 
4. İdentifikator həm kiçik, həm də baş hərflərlə yazıla bilər. Yalnız hərf lərinin
böyük-kiçikliyi ilə bir-birindən fərqlənən identifikatorlara  müxtəlif proq -
ramlaşdırma dillərində müxtəlif cür yanaşma var. Məsələn, 
Bir

bir
iden -
tifikatorları BASIC və Pascal dillərində eyni, C dilində isə fərqli hesab
olunur.
Mümkün identifikatorlara örnək olaraq bunları göstərmək olar: 
i
a
t0123456789
NoClass
Aşağıdakı identifikatorlardan istifadə etmək olmaz:
1stPlace
– rəqəmlə başlandığına görə; 
one  and  one
– boşluq simvolları olduğuna görə;
yes(no)
– mötərizələr olduğuna görə.
İdentifikatorlar iki qrupa ayrılır: 
1) standart identifikatorlar; 
2) istifadəçinin təyin etdiyi identifikatorlar. 
Yuxarıda verilmiş identifikatorlar ikinci qrupa aiddir. Standart identifikatorlara
misal olaraq dilin öz prosedurlarını –
ReadLn, WriteLn, Real
və s. gös tərmək olar.
Dəyişənlər. Standart tiplər. Yuxarıda qeyd olunduğu kimi, Pascal proq -
ramında verilənlərin təsvirində məqsəd kompilyatora bütün identifikartorların
adları və hər bir identifikatordan necə istifadə olunacağı haqqında  məlumat ver-
məkdir. Bundan başqa, bu bölüm proqramın istifadə edəcəyi hər bir yaddaş
xanasında hansı veri lənlərin yerləşəcəyini kompilyatora bildirir.
Yaddaşda hər hansı qiymətin göstərilməsi həmin qiymətin tipindən asılı olur.
Standart Pascal dilində verilənlərin qabaqcadan təyin olunmuş dörd tipi vardır:
Integer
(tam ədədlər üçün), 
Real
(həqiqi ədədlər üçün), 
Boolean
(məntiqi
kəmiyyətlər üçün) və 
Char
(ayrıca simvollar üçün). Turbo Pascalda simvollar
22


ardıcıllığı ilə işləməyə imkan verən daha bir verilənlər tipi (
string
) vardır ki, onun
haqqında ayrıca dərsdə danışılacaq. Hər bir tip üçün verilənlərin ala biləcəyi
qiymətlər üzərində aparıla bilən əməliyyatlar çoxluğu vardır. 
Integer.  Riyaziyyatda tam ədədlər müsbət, yaxud mənfi ola bilər.
Pascal proq ramında verilənlərin tam olduğunu göstərmək, ədədləri təqdim
etmək üçün Integer tipi nəzərdə tutulmuşdur. Bu tipə aid dəyişən 32768 və
32767 intervalında qiymət ala bilər. Proqramlarda qiyməti qabaqcadan
müəyyən olunmuş 
MaxInt
konstantından istifadə etmək olar
(MaxInt = 32767)

Integer
tipinə aid qiymətlərə örnək olaraq  
-1050, 425,15, -25 və s.
göstərmək olar. 
Tam ədədləri ekrana çıxarmaq, üzərində müxtəlif hesab əməlləri (topla-
ma, çıxma, vurma və bölmə) aparmaq, eləcə də onları müqayisə etmək olar. 
Real. Hər bir həqiqi ədəd nöqtə (vergül) ilə ayrılmış tam və kəsr
hissədən ibarət olur. Pascal dilində verilənlərin həqiqi olduğunu göstərmək
üçün 
Real
tipi nəzərdə tutulub. Bu tipə aid qiymət həmişə rəqəmlə
başlanıb, rəqəmlə bitməlidir. Buna görə də -25 kəsrini və 64 tam ədədini
Real
tipinə aid etmək üçün onlar uyğun olaraq -0.25 və  64.0 kimi
göstərilməlidir.
Həqiqi ədədləri oxuyub ekrana çıxarmaq, üzərində müxtəlif hesab
əməlləri (toplama, çıxma, vurma və bölmə) aparmaq, eləcə də onları
müqayisə etmək olar. 
Char. Bu tipə aid qiymətlər ayrıca simvollar – hərflər, rəqəmlər, yaxud
xüsusi işarələr ola bilər. 
Char
tipli qiymət bir simvoldan ibarət olur və
apostrof alınır:
‘A’,  ‘z’,  ‘1’,  ‘:’,  ‘”’,  ‘  ’
Burada sonuncudan əvvəlki qiymət “ (dırnaq)  işarəsi, sonuncu isə
boşluq simvoludur.
Char
tipli qiymətlər üzərində hesab əməllərini yerinə yetirmək olmaz.
Başqa sözlə, Pascal dilində ‘3’+‘5’ əməli yolverilməzdir. Biz simvolları yal-
nız müqayisə edə, oxuya və ekrana çıxara bilərik.
Boolean. Başqa tip verilənlərdən fərqli olaraq
Boolean
tipli dəyişən
yalnız iki  qiymət ala bilər: True (doğru) və False (yalan). Proqramlarda bu
tipli dəyişənlərdən müəyyən qərar qəbul etmək lazım gəldikdə istifadə
etmək olar. 
Boolean
tipli qiymətləri ekrana çıxarmaq olar, ancaq belə
1.
PASCAL
proqramlaşdırma dili
23


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə