Ias 1 mubs av doc



Yüklə 300,59 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix14.09.2018
ölçüsü300,59 Kb.
#68245
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

  



(vii) 

müqavilələrin  şərtləri  və  məbləğləri  daxil  olmaqla,  opsion  müqavilələri  və  səhmlərin 

satışı  üzrə  müqavilələr  əsasında  buraxılması  və  ya  satılması  məqsədilə  saxlanılan 

səhmlər; və 

(b) 

səhm  kapital  çərçivəsində  hər  bir  kapital  ehtiyatının  xüsusiyyətlərinin  və  məqsədinin 

açıqlanması.  

77 

Yoldaşlıq və ya trast  kimi  səhm  kapitalı  olmayan müəssisə  hesabat dövrü ərzində iştirak payının hər bir 

kateqoriyası  üzrə  dəyişiklikləri  və  hər  bir  kateqoriya  üzrə  hüquqlar,  imtiyazlar  və  məhdudiyyətləri 

göstərməklə, 76-cı maddənin (a) bəndində tələb olunanlara uyğun olan informasiyanı açıqlamalıdır.    

Maliyy

ə

 n

ə

tic

ə

l

ə

ri haqq

ı

nda hesabat 

D

ö

vr 

ü

zr

ə

 m

ə

nf

əə

t v

ə

 ya z

ə

r

ə



78 

Standart  və  ya  Şərhlərdə  digər  tələbin  göstərildiyi  hal  istisna  olmaqla,  hesabat  dövrü  ərzində  tanınmış 

bütün gəlir və xərc maddələri mənfəət və zərər haqqında hesabatda əks olunmalıdır.  

79 


Adətən, hesabat dövrü ərzində tanınmış bütün gəlir və xərc maddələri mənfəət və zərər haqqında hesabatda 

əks olunur. Əlavə olaraq, bura uçot qiymətləndirmələrində dəyişikliklərin nəticələri də daxil edilir. Lakin, bəzi 

hallarda xüsusi maddələr cari hesabat dövrünün mənfəət və zərər haqqında hesabatından çıxarılır. 8 №-li MUBS-

da iki belə hal açıqlanır: səhvlərin düzəldilməsi və uçot siyasətinin dəyişdirilməsinin nəticələri.      

80 

Digər Standartlar 



Konseptual Əsaslarda

 açıqlanmış gəlir və xərc anlayılşarına uyğun olsa da, adətən mənfəət və 

zərər haqqında hesabatdan çıxarılan gəlir və xərc maddələrini əhatə edir. (Nümunə kimi yenidən qiymətləndirmə 

üzrə əldə olunan gəliri (16 №-li MUBS), xarici fəaliyyətin maliyyə hesabatlarının çevrilməsindən yaranan xüsusi 

mənfəət  və  zərəri  (21  №-li  MUBS)  və  satış üçün  mövcud  olan  maliyyə aktivlərinin  (39 №-li  MUBS)  yenidən 

qiymətləndirilməsi nəticəsində əldə olunan mənfəət və zərəri göstərmək olar).  



Maliyy

ə

 n

ə

tic

ə

l

ə

ri haqq

ı

nda hesabatda t

ə

qdim edilm

ə

li olan informasiya 

81 

Maliyyə nəticələri hаqqındа hеsаbаtа ən аzı аşаğıdаkı məbləğləri əks etdirən  mаddələr dахil еdilməlidir: 

(a) 

əsas gəlir; 

(b) 

mаliyyə xərcləri; 

(c) 

iştirak payı  metodu ilə  uçota alınmış birgə  və asılı müəssisələrinin  mənfəət  və  ya  zərərində  əsas 

müəssisənin payı; 

(ç) 

vеrgi xərcləri; 

(d) 

(i)  dayandırılmış  fəaliyyətlər  üzrə  vergidən  sonrakı  mənfəət  və  ya  zərər  və  (ii)  satış  xərcləri 

çıxılmaqla  ədalətli  dəyər  ilə  ölçülmə   və  aktivlərin  və  ya dayandırılmış fəaliyyətləri  təşkil  edən 

xaric olunan qrupların xaric olması üzrə tanınmış vergidən sonrakı mənfəət və ya zərərin cəmini 

əks etdirən məbləğlər; və          

(e) 

mənfəət və yа zərər. 

82 

Aşağıda  qeyd  olunmuş  maddələr  hesabat  dövrü  üzrə  mənfəət  və  zərərin  bölüşdürülməsi  kimi  maliyyə 

nəticələri haqqında hesabatda açıqlanmalıdır:  

(a) 

azlığın payına aid edilən mənfəət və ya zərər; və   

(b) 

əsas müəssisənin səhmdarlarına aid edilən mənfəət və ya zərər. 

83 

Əlavə  mаddələr,  bаşlıqlаr  və  yarımmаddələr  maliyyə  nəticələri  hаqqındа  hеsаbаtа  yalnız  bu  cür 

təqdimatın müəssisənin fəaliyyətinin maliyyə nəticələrinin anlaşılması üçün zəruri olduqda daxil edilirlər. 

84 


Müəssisənin  müxtəlif  fəaliyyətlərinin,  əməliyyatlarının  və  digər  hadisələrin  nəticələri  tezliyinə,  mənfəət  və  ya 

zərər  yaratmaq  imkanlarına  və  qabaqcadan  ehtimal  edilmə  mümkünlüyünə  görə  fərqləndiyi  üçün,  maliyyə 

nəticələrinin  komponentlərinin  açıqlanması  müəssisənin  əldə  etdiyi  maliyyə  nəticələrinin  anlaşıla  bilməsi  və 

gələcək  nəticələrin qabaqcadan  müəyyən  olunmasına  yardım  edir.  Fəaliyyətin  nəticələrinin  izah  edilməsi  üçün 

tələb olunduqda maliyyə  nəticələri haqqında hesabata əlavə  maddələr daxil  edilə,  maddələrin  adları  və  onların 

yerləşmə  qaydası  dəyişdirilə  bilər.  Nəzərə  alınmalı  olan  amillərə  gəlir  və  xərclərin  müxtəlif  komponentlərinin 

PDF created with pdfFactory trial version 

www.pdffactory.com




 

 

  



əhəmiyyətliliyi, xüsusiyyətləri və funksiyaları daxildir. Məsələn, maliyyə institutu onun əməliyyatlarını düzgün 

əks  etdirmək  məqsədilə maddələrin açıqlanmasını dəyişə bilər. Gəlir  və xərc  maddələri yalnız 32-ci  maddənin 

tələbləri yerinə yetirildikdə qarşılıqlı əvəzləşdirə bilərlər.  

85 

Müəssisə  maliyyə  nəticələri  haqqında  hesabatda  və  ya  qeydlərdə  mənfəət  və  ya  zərər  maddələrini 

fövqəladə maddələr olaraq təqdim edə bilməz.  

Maliyy

ə

 n

ə

tic

ə

l

ə

ri haqq

ı

nda hesabatda v

ə

 ya qeydl

ə

rd

ə

 t

ə

qdim edilm

ə

li 

olan informasiya 

86 

Gəlir və xərc maddələri əhəmiyyətli olduqda, onların xüsusiyyətləri və məbləğləri ayrıca açıqlanmalıdır.  

87 


Aşağıda qeyd olunan şərtlər gəlir və xərc maddələrinin ayrıca açıqlanmasına səbəb ola bilər:  

(a) 


mal-material ehtiyatlarının mümkün xalis satış dəyərinədək və ya torpaq, tikili və avadanlıqların bərpa 

edilə bilən dəyərinədək silinməsi, həmçinin silinmiş məbləğlərin bərpa olunması;    

(b) 

müəssisənin  aktivlərinin  restrukturizasiyası  və  restrukturizasiya  xərcləri  üzrə  hər  hansı 



qiymətləndirilmiş öhdəliklərin ləğv edilməsi; 

(c) 


torpaq, tikili və avadanlıqların xaric olması; 

(ç) 


investisiyaların xaric olması; 

(d) 


dayandırılmış fəaliyyətlər; 

(e) 


məhkəmə təhqiqatlarının nəticələri; və 

(ə) 


qiymətləndirilmiş öhdəliklərin digər ləğv edilməsi. 

88 

Мüəssisə, daha etibarlı və uyğun məlumat təqdim edəcək üsulu tətbiq еdərək, хərclərin funksiyаsı və ya 

хаrаktеrinə görə təsnifаtı əsasında təhlilini təqdim еtməlidir. 

89 


Müəssisələrin maliyyə nəticələri haqqında hesabatda standartın 88-ci maddəsində qeyd olunan təhlillərin təqdim 

edilməsi təşviq edilir.  

90 

Хərc  mаddələri  maliyyə  nəticələrinin  tezliyi,  mənfəət  və  ya  zərər  yaratmaq  potensialı  və  proqnozlaşdırılması 



mümkünlüyünə görə bir-birindən fərqlənən komponentləri əks etdirmək üçün yarımmaddələrə bölünür. Bu təhlil 

mövcud olan iki üsuldan biri ilə təqdim еdilir.  

91 

Birinci  təhlil  metodu  –  xərclərin  хаrаktеri  metodu  аdlаnır.  Хərclər  maliyyə  nəticələri  hаqqındа  hеsаbаtdа 



хаrаktеrinə  (məsələn,  tikili  və  avadanlıqların  аmоrtizаsiyаsı,  istifadə  edilmiş  mаtеriаlların  dəyəri,  nəqliyyat 

xərcləri,  əmək haqqı və  məvacib,  rеklаm  xərcləri)  görə birləşdirilir  və  müəssisənin   müxtəlif  funksiyaları  üzrə 

bölüşdürülmür.  Xərclər  funksiyaları  üzrə  təsnifləşdirilmədiyi  üçün  bu  metodu  tətbiq  etmək  asandır.  Aşağıda 

xərclərin хаrаktеri metoduna görə təsnifləşdirilməsi üzrə nümunə təqdim edilmişdir: 

Gəlir 

  



Sair gəlir 

  



Bitirilməmiş istehsalat və hazır məhsul ehtiyatlarında dəyişikliklər  

X  


 

İstifadə edilmiş xammal və materiallar 

X  

İşçi heyətinə çəkilən xərclər 



X  

Amortizasiya xərcləri 

X  

Sair xərclər 



 

PDF created with pdfFactory trial version 



www.pdffactory.com


Yüklə 300,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə