Ias 1 mubs av doc



Yüklə 300,59 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix14.09.2018
ölçüsü300,59 Kb.
#68245
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

  



Cəmi xərclər 

 

 



(X) 

Mənfəət 


 

 



 

92 


İkinci  təhlil  metodu  –  xərclərin  funksiyası  metodu  və  ya  satışın  maya  dəyəri  metodu  аdlаnır. Burada  xərclər 

funksiyasına müvafiq оlаrаq satışın maya dəyəri, kоmmеrsiyа xərcləri və inzibatı xərclər kimi təsnifləşdirilir Bu 

metoda uyğun olaraq,  müəssisə  ən azı  satışın  maya dəyərini sair xərclərdən  ayrı  açıqlayır. Bu  metod  vasitəsilə 

istifadəçilərə  məsrəflərin  xarakteri  metoduna  görə  təsnifləşdirilməsindən  daha  münasib  informasiyanı  təqdim 

etmək  olar,  lakin  xərclərin  funksiyalarına  görə  bölüşdürülməsi  ixtiyari  bölüşdürülməsini  və  beləliklə, 

mülahizələrin  irəli  sürülməsini  tələb  edə  bilər.  Aşağıda  məsrəflərin  funksiyası  metoduna  nümunə  təqdim 

edilmişdir: 

Gəlir 


Satışın maya dəyəri 

(X) 

Ümumi mənfəət 



X  

Sair əməliyyat gəliri 

Bölüşdürmə xərcləri 



(X) 

İnzibati xərclər 

(X) 

Sair xərclər 



(X) 

Mənfəət 


 

93 



Xərcləri  funksiyаsınа  görə  təsnifləşdirən  müəssisələr  xərclərin  хаrаktеri  barədə  əlavə  infоrmаsiyаnı,  o 

cümlədən, аmоrtizаsiyа xərcləri və işçi heyətinin saxlanılması üzrə xərcləri аçıqlаmаlıdır.     

94 


Xərclərin xarakteri metodu ilə xərclərin funksiyası metodu arasında təhlil metodunun seçilməsi tarixi və istehsal 

sahəsi  faktorlarından,  həmçinin  müəssisənin  xarakterindən  asılıdır.  Hər  iki  metod  satış  həcminin  və  ya 

müəssisənin istehsal  həcminin dəyişməsi  ilə birlikdə  dəyişə  biləcəyi  ehtimal olunan  xərclərin  əks  etdirilməsini 

təmin  edir.  Hər  iki  təqdimat  metodu  müxtəlif  müəssisələr  üzrə  müəyyən  üstünlüklərə  malik  olduğu  üçün 

standarta  uyğun  olaraq,  rəhbərlik  daha  etibarlı  və  əhəmiyyətli  metodu  seçməlidir.  Lakin,  xərclərin  xarakteri 

haqqında  informasiya  gələcək  pul  vəsaitlərinin  hərəkətinin  proqnozlaşdırılması  üçün  əhəmiyyətli  olduğu  üçün, 

xərclərin  funksiyası  üzrə  təsnifləşdirilməsi  zamanı  əlavə  açıqlama  tələb  olunur.  Standartın  93-cü  maddəsində 

“işçilər üçün faydalar” anlayışı 



“İşçilərin mükafatlandırılması  ”

 adlı 


19 №-li MUBS-dakı

 mənanı daşıyır. 



95 

Müəssisə  maliyyə  nəticələri  hаqqındа  hеsаbаtdа,  kapitalda  dəyişikliklər  haqqında  hesabatda  və  ya 

qeydlərdə  dövr  ərzində  səhmdarlara  edilən  ödənişlər  kimi  tanınmış  dividendlərin  və  bu  dividendlərin 

ödənildiyi hər bir səhmin məbləğini аçıqlаmаlıdır. 

Kapitalda d

ə

yi

ş

iklikl

ə

r haqq

ı

nda hesabat 

96 

Müəssisə kapitalda dəyişikliklər haqqında hesabatda aşağıda qeyd olunanları açıqlamalıdır:  

(a) 

hesabat dövrünün mənfəət və ya zərərini; 

PDF created with pdfFactory trial version 

www.pdffactory.com



 

 

  



(b) 

digər  Standartlar  və  ya  Şərhlər  ilə  tələb  olunduğu  kimi,  birbaşa  kapitalda  tanınmış  hesabat 

dövrünün mənfəət və zərərinin hər bir maddəsini və bu maddələrin cəmini;    

(c) 

əsas  müəssisənin  səhmdarlarına  və  ya  azlığın  payına  aid  olan  yekun  məbləğləri  ayrıca  təqdim 

etməklə,  hesabat  dövrünün  gəlir  və  xərclərinin  cəmini  ((a)  və  (b)  bəndlərinin  cəmi  kimi 

hesablanmış); və 

(ç) 

kapitalın  hər  bir  komponenti  üzrə  8  №-li  MUBS-a  uyğun  olaraq  tanınmış  uçot  siyasətlərində 

dəyişikliklərin və səhvlərin düzəldilməsinin nəticələri. 

Yalnız  bu  maddələri  daxil  edən  kapitalda  dəyişikliklər  haqqında  hesabat  tanınmış  gəlir  və  xərclərin 

hesabatı adlandırılmalıdır.  

97 

Müəssisə  kapitalda  dəyişikliklər  haqqında  hesabatda  və  ya  qeydlərdə  həmçinin  aşağıda  qeyd  olunanları 

açıqlamalıdır: 

(a) 

onlara edilən bölüşdürmələri ayrıca açıqlamaqla, səhmdar statusu çərçivəsində fəaliyyət göstərən 

səhmdarlarla əməliyyatların məbləğləri;   

(b) 

hesabat  dövrünün  əvvəlinə  və  hesabat  tarixinə  olan  bölüşdürülməmiş  mənfəətin  qalığı  (yığılmış 

mənfəət və ya zərər) və dövr ərzində dəyişikliklər; və   

(c) 

hər  bir  dəyişikliyi  ayrıca  açıqlamaqla,  hesabat  dövrünün  əvvəlində  və  sonunda  qoyulmuş 

kapitalın və kapital ehtiyatlarının hər bir sinfi üzrə balans dəyərlərinin tutuşdurulması. 

98 


İki hesabat  tarixi  arasında  müəssisənin  kapitalında baş  verən dəyişikliklər dövr  ərzində onun  xalis  aktivlərinin 

artımı  və  ya  azalmasını  əks  etdirir.  Səhmdar  statusu  çərçivəsində  fəaliyyət  göstərən  səhmdarlarla  əməliyyatlar 

(kapital qoyuluşları, müəssisənin öz kapital alətlərinin yenidən alınması və dividendlər kimi) nəticəsində yaranan 

dəyişikliklər və belə əməliyyatlarla birbaşa əlaqəli olan əməliyyatların məbləğləri istisna olmaqla, hesabat dövrü 

ərzində kapitalda ümumi dəyişiklik bu dövr ərzində müəssisənin əməliyyatları nəticəsində yaranmış mənfəət və 

zərər (gəlir və xərc maddələrinin mənfəət və zərərdə və ya birbaşa kapitalda dəyişiklik kimi tanınmasından asılı 

olmayaraq) daxil olmaqla, gəlir və xərclərin ümumi məbləğini əks etdirir.  

99 


Digər  Standart  və  ya  Şərhin  fərqli  tələb  irəli  sürdüyü  hallar  istisna  olmaqla,  bu  Standart  hesabat  dövründə 

tanınmış  bütün gəlir  və xərc maddələrinin mənfəət  və  ya  zərərdə əks  etdirilməsini  tələb edir. Digər Standartlar 

bəzi mənfəət və zərərlərin (yenidən qiymətləndirmə nəticəsində dəyərin artımı və ya azalması, məzənnə fərqləri, 

satış üçün mövcud olan maliyyə aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində yaranan mənfəət və ya zərər 

və cari vergi və təxirə salınmış vergi məbləğləri kimi) birbaşa kapitalda tanınmasını tələb edir. İki hesabat tarixi 

arasında müəssisənin maliyyə  vəziyyətində baş  vermiş dəyişikliklərin qiymətləndirilməsi zamanı bütün gəlir  və 

xərc  maddələrinin  nəzərə  alınması  vacib  olduğuna  görə,  bu  Standart,  müəssisənin  gəlir  və  xərclərinin  yekun 

məbləğlərini,  o  cümlədən  birbaşa  kapitalda  tanınan  məbləğləri  əks  etdirən  kapitalda  dəyişikliklər  haqqında 

hesabatın təqdim edilməsini tələb edir.   

100 


Digər  Standart  və  ya  Şərhdəki  keçid  müddəalarında  fərqli  tələb  irəli  sürdüyü  hallar  istisna  olmaqla,  8  №-li 

MUBS,  bunun  mümkün  olduğu  dərəcədə  uçot  siyasətində  dəyişiklik  üzrə  retrospektiv  düzəlişlərin  edilməsini 

tələb edir.  Bundan əlavə,  8  №-li MUBS,  bunun  mümkün  olduğu dərəcədə buraxılmış səhvlər  üzrə  retrospektiv 

düzəlişlərin  edilməsini  tələb  edir.  Standart  və  ya  Şərhin  retrospektiv  düzəlişin  kapitalın  digər  komponentinə 

tətbiq  edilməsini  tələb  etdiyi  hallar  istisna  olmaqla,  retrospektiv  düzəlişlər  və  yenidən  təqdim  edilmə 

bölüşdürülməmiş  mənfəətin  qalığına  tətbiq  edilir.  Bu  Standartın  96-cı  maddəsinin  (ç)  bəndi  kapitalda 

dəyişikliklər  haqqında  hesabatda  uçot  siyasətlərinin  dəyişdirilməsi  və  səhvlərin  düzəldilməsi  nəticəsində 

kapitalın hər bir komponentinə edilən ümumi düzəlişlərin ayrıca  açıqlanmasını tələb edir. Bu düzəlişlər təqdim 

olunan hər keçmiş dövr və hesabat dövrünün əvvəli üçün açıqlanmalıdır.   

101 


Bu Standartın 96 və 97-ci maddələrin tələbləri müxtəlif yollarla  yerinə  yetirilə bilər. Məsələn, kapitalın hər bir 

elementinin hesabat  dövrünün  əvvəlinə  və  sonuna  olan qalıqları  sütun  formatında  tutuşdurula  bilər.  Alternativ 

metod, kapitalda dəyişikliklər haqqında hesabatda yalnız 96-cı maddədə açıqlanmış maddələrin təqdim ediləsidir. 

Bu yanaşmaya uyğun olaraq, 97-ci maddədə açıqlanmış maddələr qeydlərdə əks olunur.  



Pul vəsaitlərinin hərəkəti haqqında hesabat 

102 


Pul vəsaitlərinin hərəkəti haqqında informasiya maliyyə hesabatlarının istifadəçilərinə müəssisənin pul vəsaitləri 

və  onların  ekvivalentlərini  yaratmaq  imkanının  və  müəssisənin  bu  pul  vəsaitlərinin hərəkətinə  olan  tələbatının 

qiymətləndirilməsi üçün əsası təmin edir. 

“Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”

 adlı 

7 №-li MUBS

 pul 

vəsaitlərinin hərəkəti haqqında hesabatın təqdim edilməsinə dair tələbləri və onunla bağlı açıqlamaları təyin edir.   



PDF created with pdfFactory trial version 

www.pdffactory.com




Yüklə 300,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə