Ias 1 mubs av doc



Yüklə 300,59 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix14.09.2018
ölçüsü300,59 Kb.
#68245
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

  



hesabat tarixindən sonra ən azı on iki ay  müddətinə uzatmaq kimi  şərtsiz hüquqa malik olmadığı üçün öhdəlik 

qısamüddətli kimi təsnifləşdirilir. 

66 

Lakin borc  verən, müəssisə üçün hesabat tarixindən ən azı on iki ay sonra bitəcək  və borcun qaytarılması üzrə 



ödənişlərin edilməyəcəyi və ödənişlərin həyata keçirilməməsinə görə faizlərin hesablanmayacağı güzəştli müddət 

müəyyən etdikdə, öhdəlik uzunmüddətli kimi təsnifləşdirilir.  

67 

Qısamüddətli  öhdəliklər  kimi  təsnifləşdirilən  kreditlərə  gəldikdə, hesabat  tarixi  ilə  maliyyə  hesabatlarının  dərc 



olunmaq  üçün  təsdiq  edildiyi  tarix  arasında  aşağıda  qeyd  olunmuş  hallar  yarandıqda,  belə  hallar 

“Balans 

hesabatı  tarixindən  sonrakı hadisələr”

  adlı 


10  №-li  MUBS-a 

uyğun  olaraq, düzəliş  tələb  etməyən hallar  kimi 

açıqlanır:  

(a) 


uzunmüddətli yenidən maliyyələşdirmə; 

(b) 


uzunmüddətli kredit sazişlərinin şərtlərinin pozulmasının aradan qaldırılması; və  

(c) 


hesabat  tarixindən  ən  azı  on  iki  ay  sonra  bitən  uzunmüddətli  kredit  sazişi  üzrə  pozuntuların  aradan 

qaldırılması üçün kredit verən tərəfindən güzəştli dövrün müəyyən edilməsi.      



Balans hesabat

ı

nda t

ə

qdim edilm

ə

li olan informasiya 

68 

Balans hesabatına ən аzı аşаğıdakıları əks еtdirən mаddələr (onların 68A maddəsinə uyğun olaraq təqdim 

edilmədiyi dərəcədə) dахil еdilməlidir: 

(a) 

torpaq, tikili və avadanlıqlar; 

(b) 

investisiya əmlakı 

(c) 

qеyri-mаddi аktivlər; 

(ç) 

mаliyyə аktivləri ((d), (ə) və (f) bəndlərində göstərilmiş aktivlər istisna edilməklə); 

(d) 

iştirаk pаyı mеtodu ilə uçota аlınmış investisiyаlаr; 

(е) 

bioloji aktivlər;  

(ə) 

mal-material еhtiyаtlаrı; 

(f) 

ticarət və digər debitor borclаrı; 

(g) 

pul vəsaitləri və оnlаrın еkvivаlеntləri; 

(ğ) 

ticarət və digər kreditоr borcları; 

(h) 

qiymətləndirilmiş öhdəliklər;  

(x) 

mаliyyə öhdəlikləri ((ğ) və (h) bəndlərində göstərilmiş öhdəliklər istisna edilməklə); 

(ı) 

“Mənfəət  vergisi”  adlı  12  №-li  MUBS-da  müəyyənləşdirildiyi  kimi,  cari  vergi  üzrə  aktiv  və 

öhdəliklər; 

(i) 

  “Mənfəət  vergisi”  adlı  12  №-li  MUBS-da  müəyyənləşdirildiyi  kimi,  təxirə  salınmış  vergi 

öhdəlikləri və təxirə salınmış vergi aktivləri ; 

(j)  

səhmdar kapitalında azlıqların pаyı; və 

(k) 

 əsas müəssisə kapital sahiblərinə aid olan buraxılmış səhmdar kаpitаlı və kapital ehtiyatları. 

 68A 

Balans hesabatına həmçinin аşаğıdakıları əks еtdirən mаddələr də daxil edilməlidir:  

(a) 

“Satış  üçün  saxlanılan  uzunmüddətli  aktivlər  və  dayandırılmış  fəaliyyətlər”  adlı  5  №-li  MHBS-a 

uyğun  olaraq,  satış  üçün  saxlanılan  kimi  təsnifləşdirilən  aktivlərin  və  ya  satış  üçün  saxlanılan 

kimi təsnifləşdirilən qruplara daxil edilən aktivlərin cəmi; və   

(b) 

5  №-li  MHBS-a  uyğun  olaraq,  satış  üçün  saxlanılan  kimi  təsnifləşdirilən  qruplara  daxil  edilən 

öhdəliklər. 

69 

Əlаvə mаddələr, bаşlıqlar və аyrı-аyrı mаddələr üzrə yеkun məbləğlər bаlаns hesabatındа yalnız o zаmаn 

əks еtdirilir ki, bu cür təqdimеtmə müəssisənin mаliyyə vəziyyətinin düzgün anlaşılması üçün zəruridir. 

70 

Müəssisə  balans  hesabatında  qısamüddətli  və  uzunmüddətli  aktiv  və  öhdəlikləri  ayrı  təqdim  etdikdə, 

təxirə salınmış vergi aktivlərini (öhdəliklərini) qısamüddətli aktivlər (öhdəliklər) kimi təsnifləşdirmir.  

PDF created with pdfFactory trial version 

www.pdffactory.com



 

 

  



71 

Bu Standart maddələrin təqdim edilməsi qaydasını və formasını müəyyən etmir. Bu Standartın 68-ci maddəsində 

sadəcə  olaraq  xüsusiyyətləri  və  funksiyalarına  görə  əhəmiyyətli  dərəcədə  fərqlənən  və  bu  səbəbdən  balans 

hesabatında ayrıca təqdim edilməli olan maddələr açıqlanır. Bundan əlavə:   

(a) 

sətir maddələri, maddənin və ya birləşdirilmiş oxşar maddələrin məbləği, xüsusiyyətləri və funksiyaları 



müəssisənin  maliyyə  vəziyyətinin  anlaşıla  bilməsi  üçün  ayrıca  təqdimata  ehtiyac  olduqda,  ayrı-ayrı 

təqdim edilir; və 

(b) 

müəssisə, onun maliyyə  vəziyyətin anlaşıla bilməsi üçün tələb olunduqda, istifadə  edilən açıqlamaları 



və  maddələrin  göstərilməsi  və  ya  oxşar  maddələrin  birləşdirilməsi  qaydasını  müəssisənin  və  onun 

əməliyyatlarının  xüsusiyyətlərinə  uyğun  olaraq  dəyişə  bilər.  Məsələn,  maliyyə  institutu,  onun 

əməliyyatlarına  uyğun  gələn  informasiyanı  təmin  etmək  üçün  yuxarıda  qeyd  olunan  açıqlamalara 

dəyişiklik edə bilər.  

72 

Əlаvə mаddələrin аyrıca təqdim еdilməsi hаqqındа qərаr аşаğıdаkı amillərin qiymətləndirilməsinə əsаslanır: 



(а)  

аktivlərin xüsusiyyətləri və likvidlik dərəcəsi; 

(b)  

aktivlərin müəssisənin fəaliyyəti çərçivəsində funksiyаlаrı;  



(c)  

öhdəliklərin həcmi, xüsusiyyətləri və müddəti. 

73 

Müxtəlif  aktiv sinifləri  üzrə  fərqli ölçülmə    əsaslarının  istifadə olunması,  onların mahiyyəti  və  ya  funksiyаsınа 



görə  bir-birindən  fərqli  olduğunu  və  beləliklə  maliyyə  hesabatlarında  ayrı-ayrı  maddələr  kimi  təqdim  edilməli 

olduğunu göstərir. Məsələn, torpaq, tikili və avadanlığın müxtəlif sinifləri 



“Torpaq, tikili və avadanlıqlar”

 adlı 


16 №-li MUBS-a

 uyğun olaraq, ilkin dəyəri və ya yenidən qiymətləndirilmiş dəyəri ilə uçota alına bilər.  



Balans hesabatında və ya qeydlərdə təqdim edilməli olan informasiya 

74 

Müəssisə  hər  bir  təqdim  edilən  maddəni  balans  hesabatında  və  ya  onun  qeydlərində  müəssisənin 

əməliyyаtlаrınа müvаfiq оlаrаq yarımsiniflərə bölməlidir. 

75 


Yarımsiniflərin təfərrüatları MHBS-ın tələblərindən və göstərilən maddələrin xarakterindən, funksiyasından və 

onların  məbləğindən  asılıdır.  Bu  Standartın  72-ci  maddəsində  açıqlanmış  amillər  yarımsiniflərə  bölünmənin 

əsasını müəyyənləşdirmək üçün də istifadə edilir. Bu açıqlamalar hər ayrı maddə üçün fərqlənir. Məsələn:  

(a) 


torpaq, tikili və avadanlıq maddələri 16 №-li MUBS-a uyğun olaraq, siniflərə; 

(b) 


debitor  borcları  müştərilərdən,  əlaqəli  tərəflərdən  alınacaq  məbləğlərə,  əvvəlcədən  ödəmələrə  və  sair 

məbləğlərə; 

(c) 

“Mal-material  Ehtiyatları”

  adlı 


2  №-li  MUBS-

a  uyğun  olaraq,  mal-material  ehtiyatları  mallar, 

istehsalat tədarükü, materiallar, bitirilməmiş istehsalat və hazır məhsul kimi yarımsiniflərə; 

(ç) 


qiymətləndirilmiş öhdəliklər işçilərə ödənişlər üzrə öhdəliklərə və hər hansı digər maddələrə; və 

(d) 


səhm  kapitalı  və  kapital  ehtiyatları  ödənilmiş  kapital,  emissiya  gəliri  və  ehtiyatlar  kimi  müxtəlif 

siniflərə bölünür.  



76 

Müəssisə aşağıda qeyd olunmuş informasiyanı balans hesabatında və ya qeydlərdə açıqlamalıdır:  

(a) 

səhm kapitalının hər bir sinfi üçün: 

(i) 

buraxılacaq səhmlərin sayını; 

(ii) 

buraxıldıqdan sonra tam ödənilmiş və tam ödənilməmiş səhmlərin sayı;    

(iii) 

səhmin  nominal  dəyərini  və  ya  səhmlərin  nominal  dəyərə  malik  olmadığının 

açıqlanması;  

(iv) 

hesabat  dövrünün  əvvəlində  və  sonunda  dövriyyədə  olan  səhmlərin  sayının 

tutuşdurulması;     

(v) 

müvafiq  sinfə  aid  hüquqlar,  imtiyazlar  və  məhdudiyyətlər,  həmçinin  dividendlərin 

bölüşdürülməsi və kapitalın geri qaytarılmasına dair məhdudiyyətlər;   

(vi) 

müəssisənin  həmin  müəssisə,  onun  törəmə  və  ya asılı  müəssisələri tərəfindən saxlanılan 

səhmləri;   

PDF created with pdfFactory trial version 

www.pdffactory.com



Yüklə 300,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə