İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
  1   2   3   4   5   6   7   8   9   ...   168


 
1
İbrahim Bayramov 
 
 
 
 
 
 
 
 
 
QƏRBİ AZƏRBAYCANIN  
TÜRK MƏNŞƏLİ  
TOPONİMLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – “Elm” - 2002


 
2
MÜNDƏRİCAT 
 
Həyatın torpaq yaddaşı (akademik Budaq Budaqov) 
Giriş 
Qərbi Azərbaycanın türk mənşəli toponimləri:
 
A
 | 
B
 | 
V
 | 
Q
 | 
D
 | 
E
 | 
Ə
 | 
Z
 | 
İ
 | 
Y
 | 
K
 | 
G
 | 
L
 | 
M
 | 
N
 | 
O
 | 
Ö
 | 
P
 | 
R
 | 
S
 | 
T
 | 
U
 | 
Ü
 | 
F
 | 
X
 | 
H
 | 
Ç
 | 
C
 | 
Ş
  
Nəticə 
İstifadə edilmiş ədəbiyyat 
a) Azərbaycan dilində 
b) Rus dilində 
c) Türk dillərində 
ç) Erməni dilində 
D) Avropa dillərində 
E) İnternet səhifəsi 
Ə) Xəritələr  
Əsərdə istifadə olunmuş ixtisarlar 
  


 
3
HƏYATIN TORPAQ YADDAŞI 
 
Ümumtürk dünyasının tərkibinə daxil olan Azərbaycan xalqı öz tarixini yaşamış, taleyinin 
sahibi olmuş, bütün zamanlarda başqa xalqlara, o cümlədən ermənilərə öz xeyirxahlığını, 
humanistliyini nümayiş etdirmişdir. Lakin həmişə onlardan xəyanət görmüşdür. Hiylədən, xəbislikdən, 
xəyanətdən uzaq olan saf təbiətli Azərbaycan xalqının sadəlövhlüyü, sözə inamı daima onu hiyləgər 
məkrliyinin qurbanı etmişdir. 
Tarixi dəlillər göstərir ki, daima etibar etdiyimiz erməni qonşularımız son iki əsr  ərzində 
«Böyük Ermənistan» deyə car çəkmiş, vətənləri olmaya-olmaya tarix boyu özlərinə  vətən axtarmış, 
vətən tapdıqdan sonra isə «Böyük Ermənistan», «türksüz Ermənistan» uğrunda mübarizə aparmışlar. 
Böyük mütəfəkkir Cəlaləddin Ruminin - «ya olduğun kimi görün və yaxud da göründüyün 
kimi ol» müdrik kəlamı erməni xalqının qatı millətçiləri üçün yad olmuş və onlar göründükləri kimi 
olmağa çalışmamışlar. Onlar üzdə xeyirxah, arxada isə düşmən kimi özlərini aparmış  və  təmasda 
olduqları xalqların başını tumarlamış, arxadan isə onlara zəhərli xəncər yarası vurmuşdular. Erməni 
qaniçənləri çox asanlıqla kütləni öz arxasınca aparmış və yeri gəldikdə qonşu xalqlara qarşı xəyanət 
niyyətlərini həyata keçirmişlər. Ona görə də ermənilər dünyanın hansı millətləri ilə birgə yaşamışlarsa, 
həmin millətlər onların xain əməllərinə qarşı mübarizə aparmış və erməniləri öz millətlərinin gözündən 
salmışlar. 
Erməni millətinin Vətəni olmadığından onlar Yer kürəsinin bütün dövlətlərini özlərinə  vətən 
seçmişlər. Buna ikinci səbəb ermənilərin - «vor değ hats, endeğel qats» (çörək harada varsa, orada da 
yaşa) atalar sözünün olmasıdır. Pərpətöyün toxumu kimi dünyanın hər yerinə  səpələnmiş ermənilər 
təşkilatlanaraq onların hansı qitədə olmasından asılı olmayaraq «Bizim vətən» - deyə haray çəkmişlər. 
Son üç əsrdə ermənilər təşkilatlanaraq birinci özlərinə paytaxt, ikincisi vətən yaratmışlar, 
üçüncüsü isə tapdıqları  vətənin  ərazisini genişləndirməyə - «Böyük Ermənistan» yaratmağa 
çalışmışlar. Rusiya ermənilərin bu məkirli siyasətini həyata keçirmək üçün XVII əsrdən başlayaraq 
ermənilərə dayaq olmuş, istək və arzularını  həyata keçirməyə çalışmışdır. Rusiya öz növbəsində 
Qafqazda öz təsir dairəsini genişləndirmək və potensial düşməni olan Türkiyəyə qarşı uğurlu mübarizə 
aparmaq üçün ermənilərin satqınlığından, hiyləsindən və qul olmaqlarından məharətlə istifadə 
etmişdir. 
Təbiətən yırtıcı olan erməni ekstremistləri müsəlmanlara «türklərə, azərbaycanlılara qarşı 
amansız olmuş, kütləvi qırğınlar törətmiş və geniş miqyasda terrorla məşğul olmuşlar. 
Vaxtaşırı erməni təcavüzünə, məruz qalan, genosidə  uğrayan Azərbaycan xalqı erməni 
qırğınına laqeyd qalmış, faktiki olaraq onlarla hesablaşmış  və vaxt ötdükcə erməni canilərin 
nişangahına çevrilmişlər. 
Son iki əsr  ərzində ermənilər azərbaycanlıları öz doğma vətənindən mərhələ-mərhələ 
deportasiya etmiş, soyqırımına məruz qoymuş və nəhayət - 1988-ci ildə «türksüz (azərbaycanlılarsız) 
Ermənistan» yaratmışdır. 
Təəssüf ki, tarixin bütün mərhələlərində azərbaycanlılar erməni soyqırımına biganə qalmış və 
heç zaman ciddi və təsirli tədbir görməmişlər. 
Erməni eksponsiyasıları 1988-ci ildə son həddə çatdıqlarından 260 mindən artıq azərbaycanlını 
sonuncu dəfə Ermənistandan deportasiya etdikdə Azərbaycan xalq bir nəfər kimi ayağa qalxaraq 
böyük qeyrətlə onları Azərbaycan  ərazisindən (Dağlıq Qarabağdan başqa) çıxardı. Bu, Azərbaycan 
xalqının erməni millətinin məkirli niyyətinə ilk, həm də tutarlı cavabı idi. 
Erməni milləti qədim Oğuz elini - azərbaycanlıların ata-baba yurdunu tutduqdan sonra oradan 
sivilizasiyalı xalqa yad olan toponimik genosid həyata keçirdi. 
Əslində bu toponimik genosid 1930 - cu illərdən başlayaraq 1992-cı illərə  qədər tam həyata 
keçirilmişdi. Qatı erməni millətçiləri tarixi coğrafiyada və  rəsmi dövlət sənədlərində  əksini tapmış 
Qərbi Azərbaycanda olan minlərcə Azərbaycan mənşəlitoponimlərin sonuna çıxmışlar. Bu toponimləri 
dəyişdirib erməniləşdirdilər. Onlar Azərbaycan mənşəli toponimləri müasir sənədlərdən silmişlər. 
Lakin tarixin yaddaşına balta vura bilməmişlər. 1998-cı ildə B.Ə.Budaqov və Q.Ə.Qeybullayevin 
«Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti»nin(1998) işıq üzü görməsi ermənilərin 
toponimik genosidinə açıq zərbə endirmişdir. 
Müəlliflər haqqında danışılan lüğətdə Ermənistanda «ölümə» məhkum olunmuş coğrafi adları 
həyata gətirmiş, onların dəyişilmə tarixini göstərmiş, köhnə adları bərpa etmiş, uydurma toponimlərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə