20
Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Azad qoyulmuşdur.
Ağkilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda
kənd. Rayon mərkəzindən 18 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.5) qeyd
edilmişdir. 1937-ci ilə kimi Leninakan rayonunun inzibati ərazi bölgüsünə daxil idi. Kəndin əsas və
yerli sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1820-25-cı illərdə Türkiyənin Qars və
Basen bölgələrindən köçürülmüşdür (Erməni Sovet Ensiklopediyası, V c., İrəvan, 1980, s.675). 1897-
ci ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır (415, s.40-41). XX əsrin əvvəllərində (1905-1906-cı
illərdə) onlar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Kəndin ərazisindəki ağ rəngdə olan kilsəyə görə oykonim Ağkilsə adlandırılmışdır. Relyeflə
bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kraşen qoyulmuşdur.
Ağkilsə - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd
olmuşdur. Rayon mərkəzindən şərqdə, Siqnax dağının ətəyində, Zimmi dərəsində, Vedi çayının
sahilində yerləşirdi.
1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Ağcakilsə (143, s.172)
formasında, 1728-ci ildə tərtib edilmiş, «İrəvan əyalətinin icmal dəftəri»ndə (s.106) və Qafqazın 5
verstlik xəritəsində (348, s.5) Ağkilsə kimi qeyd edilmişdir.
Kənddə 1873 - cü ildə 111, 1886-cı ildə 152, 1897-ci ildə 165, 1904 - cü ildə 563, 1914 - cü
ildə 574, 1916-cı ildə 259 nəfər azərbaycanlı yaşamışdır (415, 84-85, 154-155). 1918-20-cı illərdə
kəndin əhalisi qırğınlarla tamamilə qovulmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim alban məbədinin adı əsasında, rəng bildirən ağ sözü ilə və kilsə sözünün
birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.
Ağgöl - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunla göl.
«Keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözünə göl coğrafi nomeninin artırılması yolu ilə
düzəlib. Mürəkkəb quruluşlu hidronimdir. Erməni mənbələrində Berandzov (Ağız gölü) formasında
qeyd edilir (85,s.132).
Ağgöl - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonununda göl.
Rayonun Çobankərə kəndində yerləşir. 1940-cı illərdə Çobankərə kəndi ilə Eçmiədzin şəhəri arasında
IV sovxozun salınması ilə bağlı göl qurudularaq ləğv edilmişdir (61, s.59).
Ağgöl - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun
Çobankərə Kəndində qoruq. 1939 - cu ildə Çobankərə kəndi ilə Eçmiədzin şəhəri arasında IV
sovxozun yaradılması ilə bağlı qoruq ləğv edilmişdir (61, s.59).
Ağgöl - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda
kənd olmuşdur. Qaradığa kəndindən şimal-qərbdə yerləşmişdir. Kəndin adı ərazidəki eyni adlı göldən
götürülmüşdür. Mürəkkəb quruluşlu hidrotoponimdir.
Ağgöl - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonundakı
göl. Türk dilində «keyfiyyətli, içməyə yararlı saf su» mənasında işlənən ağ sözü ilə göl coğrafi
nomeninin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb hidronimdir.
Ağmanqan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda
dağ. Kəvərdən 20 km cənub-qərbdə yerləşir. Hündürlüyü 3507 metrdir. Oronim ağman türk tayfa
adına (271, s.17) qədim türk dilində «məkan», «yer», «ərazi» mənasında işlənən qan sözünün
qoşulması yolu ilə formalaşmışdır.
Ağörən - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Dəllər çayının sahilində, Zəngi çayının sağ sahilində, Zəncirli dağının ətəyində, Ərzəkənd kəndindən
10 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftər»ində (143, s.80) qeyd edilmişdir.
Erməni mənbələrində Ağverən kimi qeyd edilir (415, s.16).
Kənddə 1831-ci ildə 22 nəfər, 1873 - cü ildə 243 nəfər, 1886-cı ildə 302 nəfər, 1897-ci ildə 307
nəfər, 1908-ci ildə 416 nəfər, 1914 - cü ildə 762 nəfər, 1916-cı ildə 390 nəfər yalnız azərbaycanlı
yaşamışdır (415, s.16-17, 100-101). 1918-ci ildə azərbaycanlılar ermənilər tərafindən qovulmuşlar.
İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda
bilmişlər. Kənddə 1922-ci ildə 64 nəfər, 1926-cı ildə 93 nəfər, 1931-ci ildə 129 nəfər azərbaycanlı
yaşamışdır (415, s.17, 101). 1926-cı ildə bu kənddə ermənilər yerləşdirilmişdir. 1966-cı ildə
azərbaycanlılar zorla Azərbaycana köçürülmüş, kənd ləğv edilərək istirahət zonasına çevrilmişdir.
21
Toponim türk dilində «rəng» mənasında işlənən ağ sözü ilə (torpağın süxurunun rəngini
bildirir) qədim türk dilində «uçulmuş, dağılmış, xaraba» mənasında işlənən örən sözünün (359, 1(2),
s.1219; 407, s.105) birləşməsindən əmələ gəlib, «kiçik xarabalıq yanında olan kənd» mənasını verir.
«Türklər sahib olduqları ölkələrin adlarını dəyişdirmədikləri kimi, qədim zamanlardan qalma
kənd və ya şəhər xarabalıqlarının yaxınlarında yerləşdikləri zaman bu xarabalara örən və ya viran
adlarını vermişlər. Bu adlara ya mənsub olduqları əşirətlərin (tayfaların - İ.B.), oymaq və ya obanın
adını, ya da torpağın rənginə görə ağ, qara, qızıl (kursiv mənimdir - İ.B.) kimi sifətlər əlavə edərək
yeni adlar yaratmışlar» (407, s.105). Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ağpara - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Rayondakı Dərəçiçək kəndinin yaxınlığında, Misxanlı və Əlibəy dağlarının ətəyində yerləşir. «İrəvan
əyalətinin icmal dəftəri»ndə (143, s.116), Qafqazın 5 verstlik xəritəsində (348, s.5) qeyd edilmişdir.
Kənddə 1897-ci ildə 6 nəfər azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1829 - cu ildə Makudan
köçürülmüşdür (427, s.164).
Toponim qədim türk dilində «kiçik, xırda» mənasında işlənən ağ sözü ilə (359 l(1), s.96)
«hissə, torpaq sahəsi» mənasında işlənən para sözünü (339, s.429) birləşməsindən əmələ gəlmişdir.
Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.
Kəndin adı erməniləşdirilərək Ağbyurak qoyulmuşdur.
Ağrıyurd - İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indiki Quqark rayonu ərazisində
qışlaq olmuşdur.
Toponim əyri sözü ilə yurd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Ağrı sözü əyri sözünün
təhrif olunmuş formasıdır. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ağsu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda çay.
«Keyfiyyətli, yararlı» mənasında işlənən ağ sözü ilə «çay» mənasında işlənən su sözünün (339, s.528)
birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb hidronimdir.
Ağsu - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor)
rayonu ərazisində kənd. Burada 1829 - cu ildə 41 nəfər, 1879 - cu ildə 71 nəfər azərbaycanlı
yaşamışdır (85, s.352). XIX əsrin axırlarında kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim «keyfiyyətli, içməyə yararlı» mənasında işlənən ağ sözü ilə (93, s.22) qədim türk
dilində «çay» mənasında işlənən su (əsli sub) sözündən (299, s.512) əmələ gəlmişdir.
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ağsu çayı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda çay.
«Keyfiyyətli» mənası bildirən ağ sözü ilə çay mənasında işlənən su sözünün birləşmələrindən əmələ
gəlmişdir. Quruluşca mürəkkəb hidronimdir.
Ağtala - İrəvan quberniyasının Yeni Bayazid qəzasında,indiki Çəmbərək (Krasnoselo) rayonu
ərazisində kənd. 1926-cı ildə burada 26 nəfər azərbaycanlı yaşamışdır (85, s.85). 30 - cu illərdə indiki
Ermənistan hökumətinin göstərişi ilə kənd ləğv edilmişdir.
Toponim qədim türk dilində «kiçik», «balaca» mənasında işlənən ağ sözü ilə «meşə ortasında
açıqlıq» mənasında işlənən tala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan
mürəkkəb quruluşlu toponimdir.
Ağtəpə - İrəvan quberniyasının Yeni Bayazid qəzasının Çəmbərək nahiyyəsində, indiki
Krasnoselo rayonu ərazisində, Şorça Kəndinin yaxınlığında kənd. 1831-ci ildə burada 129 nəfər, 1926-
cı ildə 16 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.30-31, 114-115). XX əsrin ortalarında
Azərbaycanlılar deportasiya edilmiş və kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Toponim «alçaq, kiçik» mənasında işlənən ağ sözü ilə «alçaq dağ» mənası bildirən təpə
oronimi əsasında yaranmışdır.
Yaşayış məntəqəsi alçaq, kiçik təpədə yerləşdiyi üçün Ağtəpə adlanmışdır. Orotoponimdir.
Quruluşca mürəkkəb toponimdir.
Ağudi - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda
kənd. Rayon mərkəzində 5 km cənub - şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı
formasında qeyd edilmişdir (348, s.6). Kənddə 1831-ci ildə 60 nəfər, 1873 - cü ildə 450 nəfər, 1886-cı
ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914 - cü ildə 1070 nəfər azərbaycanlı
yaşamışdır (415, s.76-77, 146-147). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq
qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən
Dostları ilə paylaş: |