70
Toponim Azərbaycan dilində «bitkisiz, otsuz, meşəsiz, çılpaq» mənasında işlənən boz (9,
s.299; 178, s.38-39) və türk dilində «kənd» mənasında işlənən göy sözlərinin birləşməsindən əmələ
gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Markahovit
qoyulmuşdur.
Boznəli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu
ərazisində kənd. Qafqazın 5 verstlik xəritəsində Bozlu formasında qeyd edilmişdir (348, s.41).Boznəli
Bozlu formasının təhrif edilmiş formasıdır. XIX əsrin əvvəllərində ləğv edilmişdir.
Toponim bəydili türk tayfalarından olan bozlu etnonimindən (238, s.289) əmələ gəlmişdir.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Boyaqçı - İrəvan şəhərində məhəllə. İrəvanda yaşayan azərbaycanlılara aid boyaqçı nəsil adı
əsasında formalaşmış patronimik toponimdir. Quruluşca sadə toponimdir.
Bora dağı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunun Yuxarı
Kilsə kəndində dağ. Oronim Azərbaycan dilində «sırsıra» mənasında işlənən bora sözü ilə (253, s.121)
dağ oroterminin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir.
Borçalı arxı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana
(Noemberyan) rayonunda arx. Tona çayından çəkilmişdir.
Hidronim Borçalı türk etnonimi (142, s.82; 287, s.54) ilə arx sözü əsasında yaranan
etnohidronimdir. Quruluşca mürəkkəb hidronimdir.
Bostan tala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray
(İcevan) rayonu ərazisində, Yuxarı Ağdan ərazisində yerləşən qışlaq. 1926-cı ildə burada 12 nəfər
azərbaycanlı yaşamışdır (85, s.78). XX əsrin 30 - cu illərində ləğv edilmişdir.
Toponim türk mənşəli bostan etnonimi ilə (286, s.61) «meşə sahəsində açıqlıq» mənasında
işlənən tala sözünün birləşməsindən əmələ gəlmişdir.
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Böyük Ağa - İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu
ərazisində kənd. Qanlı Ağalı kəndinin yaxınlığında yerləşmişdir. Z.Qorqodyanın əsərində kəndin adı
xatırlanır və göstərilir ki, kənd ləğv edilmişdir (415, s. XVII).
Toponim Azərbaycan dilində «hörmətli, nufuzlu» mənasında işlənən böyük sözü ilə şəxs adı
bildirən Ağa sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb
toponimdir.
Böyük Ayrım - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan)
rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, İrəvan-Tiflis dəmiryolunun sol tərəfində
yerləşir.
Kənddə 1886-cı ildə 171, 1897-ci ildə 223, 1908-ci ildə 390, 1914 - cü ildə 381 nəfər
azərbaycanlı yaşamışdır (415, 67, 98-99). 1918-20-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən
qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan
azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 454, 1926-cı ildə 282,
1931-ci ildə 391 (415, s.7, 99), 1939 - cu ildə 530 nəfər, 1959 - cu ildə 550 nəfər, 1970-ci ildə 815
nəfər (427, s.244) yalnız azərbaycanlı yaşamışdır. Müxtəlif illərdə (1873, 1886, 1908, 1897, 1922,
1926, 1931) əhalinin siyahıya alınmalarda göstərilir ki, kəndə yalnız azərbaycanlılar yaşamışdır (415,
s.67, 98-99). Halbuki bu tarixi fakt saxtalaşdırılaraq «Ermənistan və ətraf vilayətlərin toponimlər
lüğəti»ndə həmin illərdə kənddə yaşayan azərbaycanlılar erməni kimi göstərilir (427, s.244). 1950-ci
ildə Şnoğ meyvəçilik sovxozu ilə birləşdirilmişdir. 1988-ci ilin noyabr ayında kənddə yaşayan
azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən böyük sözü ilə oğuzların
eymur (eymir, imir) tayfa adının (238, s.324; 178, s.204) fonetik variantı olan ayrım etnoniminin
əsasında əmələ gəlmişdir. M.Vəlili (Baharlı) ayrım tayfasını səlcu'qların bir qolu hesab edir (245,
s.43). Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Böyük Arıxvəli - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd.
Rayon mərkəzindən 10 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.128),
Qafqazın 5 verstlik xəritəsində (348, s.19) qeyd edilmişdir.
Toponim tayfa (arıx) və şəxs (Vəli) adlarından törəmişdir (35, s.160). «Arıxlar tayfasından olan
Vəliyə mənsub yaşayış yeri» deməkdir. Toponimin əvvəlindəki «böyük»fərqləndirici əlamət bildirir ki,
71
bu da Azərbaycan toponimiyası üçün xarakterikdir. Arıx etnonimi mənbələrdə arıxlı formasında öz
əksini tapır (142, s.39). Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Medz Mantaş qoyulmuşdur.
Böyük Armudlu - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad
(Oktemberyan) rayonunda kənd. Burada ermənilərdən başqa 1831-ci ildə 129 nəfər (386, s.579-580),
1922-ci ildə 52 nəfər (415, s.138-139) azərbaycanlı yaşamışdır. 1930 - cu ildə azərbaycanlılar kənddən
çıxarılmışdır. İndi ermənilər yaşayır.
Toponim armud sözünə -lu şəkilçisinin artırılması ilə əmələ gəlib «armud olan yer» mənasını
bildirir. Toponim əvvəlindəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Fitotoponimdir. Quruluşca
mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tandzut (Armudlu)
qoyulmuşdur.
Böyük Vedi - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda yaşayış
məntəqəsi şəhər tipli qəsəbə. Vedi rayonunun mərkəzi. Vedibasar çayının yanında yerləşir.
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə (143, s.172), 1728-ci il tarixli «İrəvan
əyalətinin icmal dəftəri»ndə (143, s.51), Qafqazın 5 verstlik xəritəsində (348, s.50) qeyd edilmişdir.
Burada 1831-ci ildə 799, 1873 - cü ildə 1743, 1886-cı ildə 2110, 1897-ci ildə 2792, 1914 - cü
ildə 2672 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.84-85, 154-155). 1918-19 - cu illərdə
azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş və 1918-20-cı illərdə İran və Türkiyədən
köçürülən ermənilər burada yerləşdirilmişdir.
Burada 1922-ci ildə 1504 nəfər azərbaycanlı, 453 erməni, 1926-cı ildə 1545 nəfər azərbaycanlı,
261 erməni, 1931-ci ildə 1254 nəfər azərbaycanlı, 214 erməni yaşamışdır (415, s.85, 155). Sonralar
kəndin əhalisi erməni mənbələrində qarışıq şəkildə göstərilmişdir. 1972-ci ildə burada 5624 nəfər
azərbaycanlı və erməni yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövlət
tərəfindən qırğınlarla qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.
Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində «iki dağ arasında olan uzun çuxur
dərə», «bir çayın axdığı yer, çay yatağı», «çöl, səhra», «sahə», «məkan, yer» mənalarında işlənən vadi
(104, s.83) sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb
toponimdir.
Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək Medz (böyük) Vedi formasında işlədilir.
Böyük Qaraqoyunlu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər
(Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. Kəndin bir adı da
Yellicə olmuşdur (427, s.46). Qafqazın 5 verstlik xəritəsində Yellicə Qaraqoyunlu kimi qeyd
edilmişdir (348, s.92).
Kənddə 1831-ci ildə 379 nəfər, 1873 - cü ildə 408 nəfər, 1886-cı ildə 591 nəfər, 1897-ci ildə
447 nəfər, 1908-ci ildə 505 nəfər, 1914 - cü ildə 655 nəfər, 1916-cı ildə 516 nəfər yalnız azərbaycanlı
yaşamışdır (415, s.26-27, 110-111). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla
qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz
kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 392 nəfər, 1926-cı ildə 374 nəfər, 1931-ci ildə 488
nəfər (415, s.27, 111), 1939 - cu ildə 562, 1959 - cu ildə 746, 1970-ci ildə 1130, 1979 - cu ildə 1407
(427, s.46) nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrında azərbaycanlılar Ermənistan dövləti
tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır.
Toponim qoraqoyunlu türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük» fərqləndirici əlamət
bildirən sözdür. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Əzizli, Ermənistan
prezidentinin 19.l.1991-ci il fərmanı ilə bir daha dəyişdirilib Norabak qoyulmuşdur.
Böyük Qarakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd.
Quqark rayonunun ilk adı.
Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan
tikildiyi üçün Qarakilsə adlanmış və sonra da Qarakilsə toponimə çevrilmişdir. «Böyük» sözü
fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Kirovakan adlandırılmışdır.
Böyük Dəlilər - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda
kənd. Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir (415, s.48). Rayon mərkəzindən 2 km şimal-
Dostları ilə paylaş: |