İbrahim bəYİn səyahətnaməSİ



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə1/160
tarix19.07.2018
ölçüsü2,21 Mb.
#56902
  1   2   3   4   5   6   7   8   9   ...   160


 

1

www.kitabxana.net



 

 

Milli Virtual Kitabxananın təqdimatında 

 

 

 

Zeynalabdin Marağayi 

 

 



 

 

 



 

“İBRAHİM BƏYİN SƏYAHƏTNAMƏSİ” 

 

Hər iki kitab 

 

 

Farsca ilk Azərbaycan romanı 

 

 

 

 

 

 

E-kitab N 34 

 

 

 

Ümumi e-redaktor: yazar-kulturoloq Aydın Xan (Əbilov) 

 

 

 

 

YYSQ-nin rəqəmsal elektron nəşri N 34 

 

 

 

 

BİRİNCİ CİLD 

 

 


 

2

İLK SÖZ 

 

  

 



İşıq zehinli bilik sahiblərinə (mənim sözüm də onlaradır) məlumdur ki, bu gün yer üzündə 

millətlərin tərəqqisi, mədəniyyəti, səadəti və xoşbəxtliyinin ilk səbəblərindən biri mətbuatdır. 

Bəli, mətbuat sahibləri qərəzsiz olub, əyri yolla mənfəət əldə etməkdən çəkinsələr, özlərini 

məsxərəbazlıq və yaltaqlıqla   ləkələməyərək mənliklərini qorusalar, vətən məhəbbətini və 

həmvətənlərinə sevgini öz şüarlarına çevirsələr, dövlətə xidməti qarşılarına məqsəd qoyub, 

fikirlərini həmişə ölkənin və millətin həqiqi tərəqqisi və inkişafı yollarını    axtarıb tapmağa 

yönəltsələr, özlərinin heç bir mehriban dostunu yersiz tərifləməsələr, heç bir düşməninə də qərəz 

üzündən iftira söyləməsələr, insanlıq şivəsinə zidd sayılan böhtanı böyük günah hesab etsələr, 

əlbəttə, onların sözləri böyükdən tutmuş kiçiyə qədər hər bir həmvətənə təsir  göstərib,    

işlərimizdəki nöqsanların aradan qaldırılmasına səbəb olacaqdır. Xüsusilə tarixçilər və 

səyahətnamə yazanlar öz gözləri ilə gördükləri və ya inanılmış  adamlardan eşitdiklərindən başqa 

bir söz yazmamalı və bu məsələlərə hər şeydən çox fikir verib diqqət yetirməlidirlər. 

 

  

 



Bu gün hamıya aydındır ki, Qərb millətlərinin tərəqqisinin əsas səbəbi o xoşbəxt ölkələrin 

mətbuatının bərəkətindəndir. Onlar vətənlərindəki bütün nöqsanları, millətin hər hansı sinfinə və 

məmləkətin hər hansı bir sahəsinə aid olmasından asılı olmayaraq, gördükləri kimi yazırlar. Əgər 

eşitmiş olsalar, doğruluğunu yoxlayıb tam arxayınlıq əldə etdikdən sonra eşitdiklərini heç bir 

şəxsi mülahizə və qərəzə yol vermədən mətbuat səhifələrində əfkari-ümumin qarşısına çıxarıb, 

səlahiyyətli dairələri bu nöqsanları aradan qaldırmağa çağırırlar. Məsul məqamlar da mətbuatın 

xəbərdarlığını eşidən kimi bircə dəqiqəni belə fövtə vermədən əvvəlcə o mətləbin doğruluğunu 

yoxlayır, sonra nöqsanı islah etmək vasitələrini təşkil etməklə bərabər onu yazıb göstərənə 

təşəkkürünü bildirir, əgər bir yanlışlıq baş vermiş olsa, bunu xoş dillə qeyd edərək mətbuatın 

səhvini düzəltməyə çalışırlar. Beləliklə demək olar ki, o ölkələrin xoşbəxt əhalisinin həm danışan 

dili, həm görən gözü, həm də eşidən qulağı var. Təəssüflər olsun ki, bədbəxtlik üzündən biz bu 

nemətlərin üçündən də məhrumuq. 

 

  

 



Bu müqəddiməni söyləməkdən məqsədimiz odur ki, hər cür qərəz və mübaliğə ləkəsindən təmiz 

olan və əziz vətənimizin bir sıra nöqsanlarından danışan bu səyahətnamənin üzü bir yerdən bizim 

əlimizə düşdü. Vətənpərvərlik aləmində rəva görmədik ki, bu xəzinə torpaq altında qalsın. Buna 

görə də məhz vətən məhəbbətini və həmvətənləri nəzərə alaraq bu əsərin çap olunması və 

nəşrinin xərcini öz üzərimizə götürdük. Bunu da yəqin bilirik ki, bilikli və insaflı 

həmvətənlərimizdən heç birisi onun bir kəlməsinin belə üstünə barmaq qoyub etiraz 

etməyəcəkdir. Çünki qeyrətli səyyahımızın görüb, öz səyahətnaməsində qeyd etdiklərinə hər kəs 

azca diqqət yetirərsə, vətənimizin o yerlərində bu hadisələrin hər gün və hər saat artıq-əskiksiz 

şahidi ola bilər. 

 

  



 

Deməli, burada heç bir qərəz-mərəz ola bilməz. Bu, yalnız onun üçündür ki, hərgah vətənimizin 

başçıları bu səyahətnamədə yazılanlara insaf gözü ilə baxıb, əcnəbilərin nəzərində dövlət və 

millətin başıaşağılığına, xarlığına və xəcalətinə səbəb olan bu nöqsanları aradan qaldırmaq üçün 

mərdliklə ayağa qalxsınlar. Bəlkə beləliklə axıb getmiş olan su bir daha arxa qayıda, İran abad 

ola, iranlılar keçmişdə olduğu kimi, öz tay-tuşları arasında başıuca olalar. Belə etsələr onlar öz 




 

3

adlarını da əbədiləşdirmiş olarlar. Çünki bu kimi fədakarlıqdan sonra millətin tarixi onların adını 



heç vaxt unutmaz. 

 

  



 

Əbədi yaşayar yaxşı adamlar,  

 

Ölsə də şöhrəti dillərdə qalar. 



 

  

 



Hörmətli oxuculardan təkidlə xahiş edirik ki, bu "Səyahətnamə"ni sonadək  oxumayınca müəllifi 

lənət və nifrətlə yad etməsinlər. Əsəri oxuyub başa vurduqdan sonra onun rəhmət və ya lənətə 

layiq görüləcəyini oxucuların öz insafına tapşırırıq. Allah-taaladan ricamız ancaq budur ki, bütün 

həmvətənlərimizin və dindarlarımızın vicdanını vətən sevgisi duyğuları ilə süsləsin. 

 

  

 



Əlqərəz, bu kimi mətləbləri demək və yazmaq borcumuzdur. 

 

   



 

 

 



 

 

 



 

İBRAHİM BƏYİN SƏYAHƏTNAMƏSİ 

 

  



 

  

 



İbrahim bəyin səyahətnaməsini qələmə almadan əvvəl onun tərcümeyi-halı haqqında müxtəsər 

də olsa məlumat vermək lazımdır ki, oxucular onun səyahəti səbəbləri ilə layiqincə tanış 

olsunlar. 

 

  



 

İbrahim bəy Azərbaycanın böyük tacirlərindən birinin oğludur. Atası əlli il bundan əvvəl ticarət 

məqsədi ilə Misirə gedib, ticarətində baş verən rövnəqə görə, bir çox müsəlman ölkələrinin 

qibtəsinə səbəb olan bu böyük şəhəri özünə məskən seçərək, orada qalır. 

 

  

 



Həmin möhtərəm tacir yaxşı ad qazanmağın, ticarət tərəqqisinin ilk şərti olan əminliyinə və 

dəyanətinə görə az bir müddət içərisində çoxlu sərvət toplayıb, xoşniyyətliliyi və millətə 

xeyirxah olduğuna görə hamının hörmətini qazanır. 

 

  



 


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə