49. Aşağıda da açıqca görüləcəyi üzrə, digər urallı və altaylı qövmlərin (fin-uqorlar, monqollar və s.) kültür dəyərləri və aparılan qarşılaşdırmalarda bozqır kültürünün təməldə türk olduğu və inkişaf boyunca da türk toplumunun xarakterini mühafizə etdiyi ortaya çıxmaqdadır50. Xüsusi qeyd etmək lazımdır ki, bozqırlarda yaşamanın zəruri qıldığı (araşdırıcıları yanıldan) bəzi iqtisadi fəaliyyətlər dışında gerçəkdə köçəriliklə bir ilgisi olmayan türk bozqır kültürünün dəyərlərindən çoxu (dövlət quruculuğu, ordu təşkilatı, dini tolerantlıq, yayğın ədalət, universal ülküçülük və s.) aşağıda görüləcəyi kimi, dərəcə-dərəcə bütün tarixi türk dövlət və toplumlarında, türk təsirində qalmış millətlərdə və nəhayət, bütün dünyada əsrlərcə yaşamağa davam etmişdir.
Dostları ilə paylaş: |