BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Humanitar elml
ər seriyası
2015
DİLÇİLİK
UOT 81
’
1; 81
’
373;001.4
AZƏRBAYCAN DİLİNDƏ ALINMALARIN MƏNİMSƏNİLMƏ
VƏ TƏTBİQİ MƏSƏLƏLƏRİ
F.A.
ŞİRİYEV
Bakı Dövlət Universiteti
fikrethemkar@mail.ru
M
əqalə alınma sözlərin mənimsənilmə və tətbiqi məsələlərinə həsr edilib. Burada, eks-
tra v
ə intralinqvistik xüsusiyyətlər önə çəkilir, alınmalara münasibətdə utilitarizm, purizm, kse-
nomaniya yollarından bəhs edilir, dil vahidlərinin transliterasiyasının səbəb və tətbiqinə diqqət
yön
əldilir. Dil vahidlərinin kalkasına da münasibət bildirilir.
Açar sözl
ər: simpraktika, fono-semantika, triada, transliterasiya, etimon dil, utilitarizm,
purizm, ksenomaniya, kalka
H
ər hansı bir dilin mükəmməlliyi həmin dilin öz yayılma arealından kə-
nara çıxması ilə yanaşı həm də, digər dillərlə əlaqəsi, yaxın və uzaq dillərdən
sözalması ilə müəyyənləşir. Bu baxımdan Azərbaycan dili geniş yayılmış türk
dill
ərindən biri kimi özünü digər dillərin vahidlərinə münasibətdə açıq dil sis-
temi kimi göst
ərir.
E.Koseriu dili "ergon" (f
əaliyyətin nəticəsi) deyil, "energia" (fəaliyyətin
özü) (1,
153) adlandırarkən həm də onu nəzərdə tuturdu ki, mükəmməl dil (və
dill
ər) digər dillərlə qarşılıqlı münasibətin hərtərəfli fəaliyyət kontekstində sub-
stantiv xarakterini qoruyur –
özü öz mövcudluğunu təmin etməklə zənginləş-
dirir (1, 158). Bu is
ə etnos dilin milli dilə – rəsmiləşmiş dominant dilə çevril-
m
əsidir (2, 21). Qeyd etmək lazımdır ki, bu zaman digər dillərin sözlərinə, on-
ların alınmasına, mənimsənilməsinə və tətbiqinə ehtiyac yaranır. Əgər E.Ko-
seriu dili f
əaliyyətin özü hesab edirsə, A.Luriya dili, yuxarıda göstərilən daxili
ehtiyaca gör
ə, belə xarakterizə edir: "dil simpraktik xarakterlidir, yəni dil insa-
nın praktik fəaliyyətini qeydə alır" (3, 32). Dilin sosial və psixoloji aspektlərini
5
n
əzərə alaraq A.Luriya, üstüörtülü də olsa, dildaxili proseslərdə subyektal amil-
l
ərə də işarə edir. Çünki sözün birbaşa praktik fəaliyyətdən - təcrübədən, özü
d
ə öncə fərdi təcrübədən emansipasiya, yəni predmetlə bilavasitə münasibət
n
əticəsində yaranması (biz bunu şərti olaraq "yaranma" adlandırırıq) danıl-
mazdır. Təmas və münasibət özgə dil vahidləri ilə də ola bilər. Belə vahidlərsə,
etimon dill
ə münasibətdə alınma və keçmə ola bilər. Əgər alınmalar qrupuna
t
əbii-tarixi zərurətdən doğan könüllü sözlər daxildirsə, keçmələrə sosial-siyasi
prosesl
ərin nəticəsində meydana çıxan və etimon dildə ya müəyyən fono-
semantik d
əyişikliyə uğrayaraq öz mövcudluğunu qoruyub saxlayan, ya da
mü
əyyən dövrdən sonra dili tərk edən, məcburi qəbul etdirilən dil vahidləri
daxildir. Az
ərbaycan dilinin timsalında hər iki prosesi – həm dini, həm də
müxt
əlif ictimai-siyasi proseslərin müstəvisində izləmək mümkündür.
M
əqsədimiz diqqəti Azərbaycan dilində olan alınma sözlərin – könüllü,
yaxud m
əcburi adlandırılmasına baxmayaraq, mənimsənilməsi və onların prak-
tik t
ətbiq olunması məsələlərinə yönəltməkdir. Biz ümumxalq danışıq dilini –
alınmaları – milli ədəbi dil triadasını aşağıdakı kimi təsvir edə bilərik:
B
A C
Burada A –
ümumxalq danışıq dili, B – özgə dil vahidləri, alınmalar, C –
milli
ədəbi dili bildirir. Bunlar öz aralarında qarşılıqlı münasibətdədir. Yəni:
A –
ümumxalq danışıq dili digər dillərdən birbaşa söz aldığı kimi, həmin
dill
ərə də söz ötürür. Eyni zamanda danışıq dili digər dillərdən birbaşa aldığı
dil vahidini
ədəbi milli dilə transfer edir. Əlbəttə, bu ötürmələrdə fono – se-
mantik deformasiya – d
əyişmələr istisna deyil.
B – özg
ədil vahidləri milli ümumxalq (etimon) danışıq dilinə keçdiyi
kimi h
əmin milli ədəbi dilə də birbaşa keçə bilir və ikisinin də bazasından
sözalma imkanı əldə edir.
C – milli
ədəbi dil konkret norma və qanunlara malik kateqoriya olsa da,
onun z
ənginləşməsinin bir daxili potensialı canlı danışıq dili, digər mənbəyi
əcnəbi dillərdir.
Bu triadadakı qarşılıqlı münasibətlər bütün hallarda transliterasiya ilə -
ədəbi dildə qrafik forma ilə özünə yaşama hüququ əldə edir.
Alınma və keçmələrin transformasiyası ilə bağlı təsvir etdiyimiz triadada-
kı münasibətlərə dilçilik ədəbiyyatında ötəri də olsa, toxunulmuşdur (4, 5, 6, 7, 8).
Az
ərbaycan dilində alınma söz, termin və leksemlərə münasibətin kon-
kret olaraq üç yolunu göst
ərmək olar:
1. Utilitarizm –
bu, alınma sözlərin qəbulu zamanı onları əvəzləmək üçün
6
dilin lüğət tərkibində tarixən mövcud olmuş, sonradan köhnəlmiş (util) sözlərin
yenid
ən dildə işləklik əldə etməsidir. Bu proses də iki mənbəyə əsaslanır: a)
ümumxalq canlı danışıq dili və b) klassik şifahi və yazılı mənbələrin dili;
Milli ümumxalq canlı danışıq dilinin dövrlər üzrə konkret faktlarını
diaxron baxımdan izləmək və danışıq dilinin inkişaf trayektoriyasını müşahidə
etm
əyin çətin olduğunu, yaxud bir qədər mümkünsüzlüyünü nəzərə alsaq,
orada
əsasən, klassik şifahi və yazılı mənbələrə müraciət yoluna üstünlük veril-
diyini gör
ərik. Unutmamalıyıq ki, M.Kaşqarlının "Divani lügət-it-Türk" sözlü-
yü bu baxımdan ən dəyərli mənbə sayıla bilər, çünki müəllif özü müqəddimədə
göst
ərir ki, lüğətdəki sözləri oğuzların danışıq dilindən toplamışdır (9). Digər
m
ənbələrə müxtəlif dastanlar, "Oğuznamə"lər və XI-XIII əsrdən bəlli olan lü-
ğətlər daxildir (10, 11). Əlbəttə, biz buraya Qədim Türk Yazılı Abidələrini də
əlavə etməliyik (12).
Utilitarizm yolu il
ə bir sıra alınmaların əvəzlənməsi baş vermişdir: ser-
jant-
çavuş, starşina/praporşik-gizir, batalyon-tabor, polk-alay, rota/vzvod-ta-
qım, zalp-yaylım və s., o cümlədən: video-görüntü, pasport-kimlik, hadisə-
olay, müv
əffəqiyyət-uğur, nömrə-say, menyü-öynə, sutka-günlük, probka-
tıxac və s.
Biz daha aydın olsun deyə, hələlik son dövrlərdə Azərbaycan dilində baş
ver
ən utilitarizm prosesinə diqqəti cəlb etdik.
2. Purizm – öt
ən əsrin 30-cu illərində özünü qabarıq şəkildə göstərən bu
proses utilitarizmd
ən fərqlənir. Əgər utilitarizm prosesində alınma sözün həm
d
ə milli dil üçün daha anlaşıqlı digər alınma vahidlə əvəzləməsi yolverilən sa-
yılırdısa – məsələn: deputat-millət vəkili, dizertir-fərari, agent-xəfiyyə, bloka-
da-mühasir
ə, diversiya-təxribat, ekipaj-heyət, evakuasiya-təxliyyə və s. – pu-
rizmd
ə alınma sözlərin yalnız milli dil vahidlərilə əvəzlənməsi nəzərdə tutulur.
Lakin tarixi-siyasi prosesl
ər heç də həmişə purizmə imkan verməmişdir: məs.,
öt
ən əsrin 30-cu illərində dilin bu xarakterinə üstünlük verənlər "millətçi",
"türkçü", "şovinist" adı verilərək cəzalandırılırdılar. Lakin bu prosesi şüurlu və
elmi şəkildə yerinə yetirənlər də var idi. Bunu 1907-ci ildə Ü.Hacıbəyli tərcü-
m
ə lüğətində (14), 1926-cı ildə general Ə.Şıxlı hərbi leksikologiyada (13) et-
mişdirlərsə, müxtəlif şair və yazıçılar öz bədii əsərlərində edir, Azərbaycan di-
lin
ə yeni sözlər gətirirdilər. M.Müşfiq, Ə.Cavad, Y.V.Çəmənzəminli, C.Cab-
barlı, A.İldırım və başqaları öz yaradıcılıqlarında milli mənşəli yeni sözləri
işlədir və kütləviləşdirirdilər.
Purizm,
əsasən yeni sözyaratma prosesi kimi "özləşdirmə" sayılır. Lakin
burada b
əzən tətbiqə elə dil vahidləri təklif edilmışdir ki, sonradan işləklik
qazana bilm
əmişdir. Məsələn, haqqında danışdığımız 30-cu illərdə bilərəkdən
v
ə ya bilməyərəkdən dilə belə sözlər salınırdı: vilka-çatal, dizertir-qaçaq, zo-
na-
qurşaq, kuryer-yükürük, ustav-düzənlik, patrul-baxıçı və s. (13). Ancaq
h
əmin dövrdə alınmaları əvəzləmək üçün elə yeni sözlər də yarandı ki, o illərdə
olmasa da, sonralar onların bəziləri işləklik qazana bildi: doğu, batı, güney,
quzey, sürgün, seçki, k
əski, yaylım, yayım, anlam, sözlük, bölüm, bölgə, gəlir,
7
çıxar və s. Biz buraya son dövrlər işləklik əldə etmiş sözləri də əlavə edə
bil
ərik: bağlantı, görüntü, cizgi, soyqırım, anayasa, yetərsay, sərgiləmək, dəs-
t
əkləmək, tıxac və s.
Əvvəl qeyd etdiyimiz kimi, sözyaratmada, leksemə yanaşmada fərdi amil
purizmd
ə özünü daha çox göstərir.
3. Ksenomaniya –
alınma sözlərə münasibətin ən "demokratik" yolu he-
sab olunur. Bu, özg
ədil vahidlərinin mənimsənilməsi və tətbiqində qəbul edilən
sözün etimon variantına münasibəti müəyyənləşdirir. N.Yuşmanov bu prosesi
milli dilin lüğət tərkibində ksenoleksika adlandırır (16). Ksenomaniyada alın-
ma sözl
ərə münasibət purizmdə olduğu kimi subyektiv amillərə deyil, milli
dilin daxili qanunauyğunluqlarına söykənir. Burada intralinqvistik diqtə, alınan
sözl
ərin fonotərtibatına münasibət özünü göstərir və bu zaman özgədil va-
hidl
əri mənimsənilmə və tətbiqdə iki qrupa bölünür:
a)
əcnəbi dillərdən olduğu kimi alınan, fonotərtibatında heç bir dəyişiklik
baş verməyən sözlər: yar, can, eşq, cənnət, cəhənnəm, dildar, kosmos, opera,
parlament, senat, biznes, kapital, leksika, leksem, Moskva, morfem, sintaqm,
transliterasiya v
ə s. Yuxarıda qeyd edildiyi kimi, bu zaman milli dilin "de-
mokratik" münasib
əti özünü göstərir.
b) alınma sözlərin fonotərtibatında milli dilin intralinqvistik tələbinə görə
mü
əyyən dəyişiklik baş verən sözlər: ketab-kitab, saət-saat, qazeta-qəzet,
poçta-poçt, generalis-
general, maşina-maşın, efreütor-yefreytor və s.
Əlbəttə, biz alınmalara münasibətin kalka yolunu da əlavə edə bilərdik.
Ancaq başqa dillərdən fərqli olaraq Azərbaycan dilində alınmalara münasibətin
utilitarizm v
ə purizm yolu kalkanı, ən azı tərcümə xarakterli olduğuna görə is-
tisna edir. H
əm də kalka prosesində etimon dilin diqtəsi öz üstünlüyünü saxlayır.
ƏDƏBİYYAT
1.
Косериу Э. Синхрония, диахрония и история // Новое в лингвистике, вып. 3, М.: 1963,
с. 143-347.
2. C
əfərov N. Azərbaycan türkcəsinin milliləşməsi tarixi. Bakı: 1995, 207 s.
3.
Лурия А.Р. Язык и сознание. М.: 1979, 186 c.
4. Дешериев Ю.Д. Социальная лингвистика. М.: 1977, 382 с.
5. Исаев М.И. Язык и нации. М.: 1973, 248 с.
6. R
əcəbli Ə. Sosiolinqvistika. Bakı: 2004, 516 s.
7. M
əmmədli N. Alınma terminlər. Bakı: 1996.
8.
Суперанская А.В., Подольская Н.А., Васильева И.В. Общая терминология. М.: 1989.
246
с.
9. Divan-ü-
lüğat-it-Türk (çev. B.Atalay), I-IVc., Ankara: 1939-1941.
10. İbni-Mühenna lüğati. Ankara: 1988, 105 s.
11. Əsirəddin Əbu Həyyan əl-Əndəlusi. Kitabi əl-idrak li-lisan əl-ətrak (çev. Z.Bünyadov).
Bakı: 1992, 115 s.
12. R
əcəbli Ə. Qədim türkcə-azərbaycanca lüğət. Bakı: 2001, 192 s.
13.
Краткий русско-татарский военный словарь. Сост. Али-Ага Шихлинский. Баку: 1926, 268 s.
14. Русско-татарский и татаро-русский словарь... сост. Узеиръ-Бекь Гаджибеков. Баку:
1907,
94 с.
15. Юшманов Н.В. Грамматика иностранных слов. М.: 1933, 42с.
8
ПРИМЕНЕНИЕ ЗАИМСТВОВАННЫХ СЛОВ
И ИХ ПРИСВОЕНИЕ В АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ
Ф.А.ШИРИЕВ
РЕЗЮМЕ
В статье основное внимание уделяется применению заимствованных слов и их
присвоения. Здесь автор также обращает внимание на экстра и интралингвистические
функции, по отношению к приемным словам упоминаются способы утилитаризм, пу-
ризм, ксемания. Внимание направлено на причины реализации транслеритацию язы-
ковых единиц. Так же говорится об отношение кальке языковых единиц.
Ключевые слова: симпрактика, фоно-семантика, транслитерация, этимон язык,
утилитаризм, пуризм, ксемания, калька
APPROPRIATION AND APPLICATION OF LOAN WORDS
IN THE AZERBAIJANI LANGUAGE
F.A.SHIRIYEV
SUMMARY
The presented article focuses on the application of loan words and misappropriation.
Extra and intralingvistic features are put forward, purism and ways of xenomania are dealt with
in relation to Loan words and great attention is directed to the reason and use of transliteration
of language units as well. The attitude towards the language units is also analyzed in the
article.
Key words: sympractice, phonosemantics, transliteration, etymon, purism, xenomania
9
Dostları ilə paylaş: |