İbrahimova Şəhla Mais qızı



Yüklə 126,04 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü126,04 Kb.
#32578


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

 

UOT 94 «04/15» 

FORMASİYALARARASI FƏRQ.  

İBTİDAİ İCMA FORMASİYASI  ( I BÖLMƏ)  

 

İ.C.ƏMİROV  



Bakı Dövlət Universiteti 

israilamirov@mail.ru 

 

Formasiyalararası fərq, ibtidai icma dövrü məqaləsi icma dövründən bəhs edir. İnsanın 

əmələ gəlməsi, sürü halında yaşayış tərzləri, qəbilə və tayfa münasibətləri araşdırılmış və təhlil 

edilmişdir. 

 

Açar sözl

ər: insan, qəbilə, varlıq 

 

İnsanın  əmələ  gəlməsi,  sürü  nəzəriyyəsi: İnsanın əmələ gəlməsi, həm 

d

ə ilk formasiyanın, ibtidai icma dövrünün başlanğıcı hesab olunur. 



İnsanın  əmələ  gəlməsi ilə  əlaqədar isə  müxtəlif dinlərdə  çoxsaylı  rəva-

y

ətlər, o cümlədən təkallahlı  dinlərdə  Adəm və  Həvva  haqqında  bilgilər də 



mövcuddur. T

əbii ki, insanlıq bir kişi və bir qadının birliyindən başlanır. Bu 

m

ənada, dini nəzəriyyənin yaradıcıları haqlı hesab oluna bilərlər. 



Dig

ər nəzəriyyələr isə  elmi  yanaşmalardı ki, bunlara da qədim dövr və 

feodalizm dövründ

ə  yaşamış  bilgi  insanlarının  fikirləri  daxildir.  Bunların  sı-

rasına  Lukretsi,  Eneida  və  qədim dövr müəlliflərinin elmi nəzəriyyələri ilə 

yanaşı  inkişaf  etmiş,  feodalizm dövründə  yaşamış,  Darvinizm nəzəriyyəsi də 

ön

əm daşıyır. Qədim dövr müəlliflərinin elmi nəzəriyyələrinin reallıqla uyğun-



laşmadığını  nəzərə  alsaq,  elm  insanlarının  ən çox üzərində  dayandıqları  ya-

naşma  Darvinizm  nəzəriyyəsi  hesab  olunmaqdadır.  Bu  nəzəriyyədə  göstərilir 

ki, insanın əmələ gəlməsi insanabənzər canlılardan yaranıb, mərhələli şəkildə 

inkişaf edib. 

İnsanların  ibtidai  icma  dövrünün  ilk  mərhələsində  şüursuz  varlıqlar 

olaraq mövcudluğunu nəzərə alsaq, bu  nəzəriyyənin də doğruluğu qənaətbəxş 

hesab oluna bil

ər. Ancaq müasir inkişaf edən  dünyanın tələbləri buna imkan 

verir  ki,  insanın  yaranma  ardıcıllığını  düzgün  şəkildə  müəyyənlişdirmək 

mümkün olsun. 

Bununla 

əlaqədar bir məsələni  xüsusi  vurğulamaq  lazımdır  ki,  əksər 

planetl

ər Günəşdən  ayrıldıqdan  sonra,  Günəş  ətrafında  nizamsız  şəkildə dövr 



104 


etmişlər. Bu hərəkətlər sistemində ilk başlanğıc “qaz”-ın hidrogen və oksigenin 

meydana g

əlməsi və onların birləşməsi nəticəsində yer planetinə yağışın yağ-

ması  ilk  mərhələdir.  Burada  bir  amili  xüsusi  vurğulamaq  lazımdır  ki,  bütün 

canlıların yaranış yeri su hesab olunmalıdır. 

Dig


ər mərhələdə isə su mühitində  4 ünsürün suyun, oksigenin, torpağın 

v

ə günəşin təsiri nəticəsində təkhüceyrəli və çoxhüceyrəli varlıqların yaranması 



dövrüdür.  Başqa  şəkildə  desək  insanların  və  digər  canlıların  yaranması  eyni 

amill


ərin təsiri nəticəsndə baş verib. Eyni məxəzdən yəni tək hüceyrəli və çox 

hüceyr


əlilərin inkişafı nəticəsində yaranmış və bu varlıqlardan insanın, o cüm-

l

ədən, digər canlıların hübrələri (spermatozidləri) ayrılmışdır. Bundan sonrakı 



inkişaf dövrü də eyni şəkildə suda davam etmiş, oxşar canlıların, erkək və dişi 

növl


əri  yaranmışdır.  Tək hüceyrəli və  çox hüceyrəlilərdən  ayrılan  digər can-

lıların hübrələrində də həmin proses baş vermişdir. 

Burada bir m

əsələni xususi vurğulamaq lazımdır ki, hazırda Yer plane-

tind

ə mövcud olan suda və quruda yaşayan canlıların həm daxili, həm də xarici 



orqanları  eyni  olmaqla  yanaşı,  davranış  tərzləri, qidalanma tərzləri,  yaşamaq 

t

ərzləri,  növ  artırma  tərzləri və  digər amilləri də  oxşar  şəkildədir. Bu amil 



canlılar arasında sinif anlayışının nisbi xarakterli olmasının göstəricisidir. 

İnsan  qövmü  də  bu  canlıların  tərkib hissəsi olaraq, çoxhüceyrəlilərdən,  

yeni növ olaraq ayrılmışdı. Su şəraitində insan hübrələri sürülər şəklində, inki-

şaf etmiş, böyümüş, bununla yanaşı, cinsi və irqi xüsusiyyətləri yaranmışdır. 

Bununla b

ərabər,  çoxhüceyrəlilərdən  ayrılan  digər  canlılar  da,  insan 

hüceyr

ələri ilə  birlikdə  bərabər  şəkildə  inkişaf  etmişdir.  Yəqin ki, iqlimin 



t

əsirləri nəticəsində, müəyyən  qrup  canlılar  su  mühitində  yaşamalarını  sona 

çatdırmış və quru ərazilərində yaşamağa başlamışlar.  

İnsanların  su  mühitindən  quruya  çıxmaları  da,  digər canlılarla  birlikdə 

sürü  şəklində  baş  vermişdir.  Bunun  nəticəsində  planetin müxtəlif istiqamət-

l

ərində, yeni növ olan, insan sürüləri və digər canlı sürüləri meydana gəlmişdir.  



Torpaq mühitin

ə  çıxdıqdan  sonra  isə  insan sürülərini digər  canlılardan 

f

ərqləndirən  əsas  amil  şüurun  meydana  gəlməsi ilə  yaranmışdır.  Ancaq  buna 



q

ədər insan sürüləri digər canlılardan o qədər də fərqlənməmişlər.  

F.Engels bununla 

əlaqədar öz əsərində bəşəriyyətin inkişafının üç başlıca 

dövrd

ən – vəhşilik, barbarlıq, və sivilzasiyadan ibarət olduğunu yazmışdır (1, 21).  



İnsan sürülərinin şüurlarının inkişafında isə başlıca amil, digər canlılarla 

münasib


ətlərdə ovçuluq və yığıcılıq vərdişlərinin inkişaf etməsi səbəb olmuş-

dur.  


Bunun n

əticəsində  instiktiv olaraq, digər  canlılarda  olduğu  kimi  (balıq 

sürül

ərində,  quş  sürülərində  və  digər  canlı  sürülərində  olduğu  kimi),  insan 



sürül

ərinin birliyi meydana çıxmış, birgə yaşayış meydana gəlmişdir. Meydana 

g

ələn bu birliklər ilk icmalar idi. Bu eyni zamanda təkamül  prosesinin  baş-



lanğıcı, insan qövmünün ilk formasiyaya daxil olması idi. 

Perşiç A.İ. əsərində  göstərir ki, xronoloji sərhədlərin meydana gəlməsi, 

insanların digər canlılardan ayrılması nəticəsində mümkün olmuşdur (4, 60). 

105 



İnsan sürüsü icmasının birliyini şərtləndirən amillər isə ondan ibarət idi 

ki,  icmanın  birliyinin  əsasını  birgə  qidalanmaq, birgə  qorunmaq və  digər 

f

əaliyyətlərin tənzimlənməsi üçün  gərəkli idi. 



İnsan sürüləri icması. İnsan sürüləri cəmiyyəti, şüurun inkişaf etmədiyi 

icmalar idi. İnsan sürüləri icması xaotik davranış qaydalarının mövcud olduğu 

c

əmiyyət idi. Hərəkətləri  əsasən,  instiktiv  şüur  əsasında  idarə  olunurdu. Nitq 



qabiliyy

ətinin primitiv forması mövcud idi. Konkret yaşayış məskənləri möv-

cud  deyildi.  Çoxsaylı  insan  sürüləri  icmaları,  demək olar ki, yer planetinin 

müxt


əlif istiqamətlərində eyni formada yaşam fəaliyyətlərində idilər. 

İnsan  sürüləri  icması  yığıcılıq  və  ovçuluq məşğuliyyətləri ilə  əlaqədar 

olaraq tez-tez yerl

ərini dəyişirdilər. Bununla bərabər, insan icmalarında müx-

t

əlif səbəblərdən ayrılmalar baş verirdi. 



Bu ayrılmalar əsasən sürülərin artması və yerdəyişməsi nəticəsində, iqlim 

şərtlərinin təsirləri nəticəsində,  eyni  arealda  yaşayan  sürülərin  qida  axtarışı 

n

əticəsində, eynicinsli sürülərin meydana gəlməsi nəticəsində, digər canlılarla 



yeni münasib

ətlərin  meydana  çıxması  nəticəsində, daha əlverişli  coğrafi  əra-

zil

ərdə  məskunlaşmaq  baxımından,  daxili  münaqişələrin  baş  verməsi nəticə-



sind

ə, yeni münasibətlərin meydana çıxması nəticəsində, insan sürüləri icma-

sının  ov  etmə xarakteri  baxımından,  insan  sürüləri  icmasında  hegemoniyanın 

yaranması baxımından, qida çatışmazlığı ucbatından baş verirdi.  

Bunun n

əticəsində insan dəstələri arasında qonşu sürülər icmasının əsas-



ları  yaranır,  ilk  qəbilələr meydana gəlirdi.  İlk  qəbilələrin meydana gəlməsi 

promiskuet 

nigahların mövcudluğu ilə əlaqədar idi.   

Yeni insan icmalarının meydana gəlməsi, daha çox yem və qida şərtləri 

t

ələbinin meydana çıxmasını şərtləndirirdi. Buna görə instiktiv də olsa, insan 



icması,  digər  canlılarda  olduğu  kimi,  bir  yerdə  yaşamağa,  ov etməyə  və  qo-

runmağa məcbur idilər. 

Bunun  n

əticəsində  eyni  arealda  yaşayan  müxtəlif  insan  dəstələrinin 

dav

ranış tərzlərinə uyğun olaraq, səsləri  yaranırdı. Digər canlılar eyni ahəngli 



t

ək səslər  çıxardıqları  halda,  insanların  müxtəlif səsləri  çıxarma  qabiliy-

y

ətlərinin olması, onların nitqinin inkişafını şərtləndirən əsas amil idi. 



Yer planetinin f

ərqli  bölgələrində mövcud olan insan icmaları daxilində 

d

ə,  davranış  tərzlərinə  uyğun  olaraq,  müxtəlif  şəkildə,  primitiv  nitq  inkişaf 



edirdi. Bu t

əkamül prosesi, zaman müddəti daxilində baş verirdi. 

İnsan  sürüləri  icması  və  digər  canlılar  arasındakı  münasibətlər “volf” 

qanunlarına əsaslanırdı. Demək olar ki, hər tərəfdə yırtıcıların mövcud olduğu 

c

əmiyyətdə insan icmasının ov etməsi və qorunması mübarizə xarakteri daşı-



yırdı.  Başqa şəkildə ibtidai icma formasiyasının ilk mərhələsində bu münasi-

b

ətlər yaşamaq uğrunda mübarizə səciyyəsi daşıyır, insanlar  volf qanunlarına 



əsasən ya yem olur, ya da yem əldə edirdilər. Bu amil canlılar arasında təbiət 

qanunlarının  meydana  çıxmasını  şərtləndirir,  hegemoniyanın  yaranmasında 

əsas amilə çevrilirdi.  

Sürü  icmasında  fərdlər  arasında  sosial  bərabərlik demək olar ki, yox 

106 



s

əviyyəsində idi. Bu məsələ məhz sürü icmasının xarakterindən irəli gəlirdi.  

Dem

ək olar ki, ibtidai icma dövrünün ilk mərhələsində  insan sürü-



l

ərindəki fərdlər müdafiəsiz idilər və hər hansı canlılar tərəfindən hücum baş 

verdikd

ə təkbaşına qorunmağa  məcbur idilər.  



M

əhz bu amil digər canlılarda olduğu kimi, insan dəstələrinin də instiktiv 

şəkildə  birləşməsini  şərtləndirirdi. Bunun nəticəsində  baş  verən hücumlardan 

icma üzvl

əri birgə qorunur, birgə yaşayışın üstünlükləri icma üzvlərinin birləş-

m

əsini şərtləndirirdi. 



İnsan  icmasının  nümayəndələri,  hər  hansı  fərdləri öldükdə, digər  canlı-

larda olduğu kimi öz növlərini yemirdilər. 

Lakin Yer planetinin müxt

əlif istiqamətlərində “kanibalizm”-ə yol verən 

icmalar q

ədim dövrdən başlayaraq müasir günlərə qədər mövcud olmuşlar. 

Bu halların daha geniş yayıldığı bölgələr Şm Amerika, Avstraliya və pla-

netin müxt

əlif istiqamətlərində yaşayan xalqlar içərisində, daha geniş yayılmış, 

XX 


əsrə qədər mövcud olmuşdur. 

Bir  sıra  insan  dəstələrində  isə  vəfat edən fərdlər  basdırılmırdı  və  digər 

canlılar tərəfindən qida olaraq yeyilirdi.  

Bu ad


ət qədim dövrdən  başlayaraq,  müasir  günlərimizə  qədər müxtəlif 

xalqlarda ad

ət olaraq mövcutluğunu davam etdirməkdədir. 

Misal üçün Hindistanda Z

ərdüşt dininə mənsub olan xalqlar həmin adətin 

əlamətlərini indi də davam etdirməkdədirlər. 

Ancaq bununla yanaşı, antropoloji insan sürüləri, digər canlıları ovlayır, 

bunun n


əticəsində ilk təsərrüfat forması mənimsəməsinin əsası qoyulurdu. 

Bununla b

ərabər, insan sürüləri icması fərqli vərdişlərin inkişafında yeni 

m

ərhələyə daxil olurdular ki, bunun nəticəsində müxtəlif  məhsullarla qidala-



nan insan d

əstələri meydana gəlirdi. 

İqlim şərtlərinin və digər təhlükələrin təsiri nəticəsində, uzaq məsafələrə 

h

ərəkət edə  bilməyən insan sürüləri  icması,  qapalı  ərazilərdə  mağaralarda 



m

əskunlaşmağa  başlayırdılar.  Bu  munasibətlər sistemi paleolit dövrünün ilk 

m

ərhələsində baş verirdi. 



Bununla  yanaşı  insan  şüurunun  və  qabiliyyətlərinin  inkişafı  nəticəsində 

yeni  bacarıqlı insan dəstələri- Neandertallar formalaşırdı (5, 43). 

Bu proses planetin h

ər yerində eyni şəkildə deyil, fərqli amillərin təsiri 

n

əticəsində  müxtəlif  şəraitdə  inkişaf  edirdi.  Bunun  nəticəsində  müxtəlif  əra-



zil

ərdə  iqtisadi amillərin təsiri nəticəsində  daha  ağıllı  insan  dəstələri “Homo 

Sapiens”-l

ər inkişaf edirdi.  



Q

əbilə, tayfa icması.  İbtidai icma formasiyasının yeni mərhələsi qəbilə 

v

ə  tayfaların  yaranması  oldu.  Demək olar ki, planetdə  ekvatorial iqlim qur-



şağının mövcudluğu, Yer kürəsinin müxtəlif istiqamətlərində, qəbilə, tayfa mü-

nasib


ətlərinin eyni vaxtda yaranmasını şərtləndirmişdir. Ekvatorial iqlim qurşa-

ğının davam etməsi nəticəsində, insanlar daha aktiv şəkildə ovçuluqla, yığıcı-

lıqla və digər əmək sahələri ilə məşğul olmuşlar. 

Az

ərbaycan arxeoloqlarının əldə etdikləri arxeoloji qazıntı məmulatlarına 



107 


əsasən, üst paleolit mədəniyyətinə  keçid, qədim  insanların  həyat tərzində, 

f

əaliyyət münasibətlərində dəyişikliklərə səbəb olmuşdur (3, 53)



İnsan  icmalarında  əmək münasibətləri ilə  yanaşı  ovçuluq  və  yığıcılığın 

inkişaf etməsi, nəticəsində insanların şüurları inkişaf etmiş, “Homo-Sapiens”lə-

rin meydana g

əlməsi ilə  digər canlılardan, fərqlənməyə başlamışlar. 

Bunun n

əticəsində  insanlar digər  canlılarla  münasibətdə  “qida zənci-



rind

ə” daha üstün mövqeyə sahib olmuşlar. 

Üst paleolit dövründ

ə  yaşayan  insanların,  Qafqaz  maralı,  dağ  keçisi, 

cüyür, ceyran v

ə digər canlıları ovlaması barədə arxeoloji məlumatlar mövcud-

dur (3, 11). 

Bununla  yanaşı,  qida  əlavəsinin  yaranması  ilə  əlaqədar,  ilk  canlıların 

insanlar t

ərəfindən təsərrüfat münasibətlərinə  cəlb edilməsi də  meydana gəl-

mişdir. Təsərrüfat münasibətlərinə cəlb edilən canlılar, planetin müxtəlif istiqa-

m

ətlərində  yaşayan  insan  icmalarında  fərqli və  oxşar  şəkildə  baş  vermişdir. 



Dem

ək olar ki, müxtəlif icmalar yaşadıqları regiona uyğun olaraq, digər can-

lıları təsərrüfat münasibətlərinə cəlb etmişlər. Dünya xalqları da daxil olmaqla, 

Az

ərbaycan ərazisində  mezolit dövründə başlayan bu dövr həm də köçəri və 



yarımköçəri həyatın başlanğıcı hesab olunmalıdır. (Köçərilik ni-zamsız  hərə-

k

ət, yarımköçərilik marşrut üzrə hərəkətdir). 



Bu  canlılar  içərisində  davar, mal-qara və  digər təsərrüfat  heyvanları 

üstünlük t

əşkil etmişdir. 

M

ənimsəmə təsərrüfatı adlandırılan bu münasibətlər sistemi, Azərbaycan 



ərazisində e.ə. XII- e.ə VIII minilliklərdə mövcud olmaqla, paleolit və mezolit 

dövrl


ərini əhatə etməkdədir. Ox və kamanın ixtira edilməsi, heyvanların daha 

uzaq m


əsafədən  ovlanmasına  imkan  yaratmış,  bununla  bərabər ibtidai hey-

vandarlığın  və  ibtidai  əkinçiliyin  əsası  qoyulmuşdur.  Yığıcılıqdan  əkinçilik, 

ovçuluqdan is

ə maldarlıq yaranmışdır. 

Dem

ək olar ki, insan sürüsü icmasının vahid arealda yaşaması, qəbilə və 



tayfa münasib

ətlərinin  yaranmasına  şərait  yaratmışdı.  Qəbilə,  tayfa  icması 

vahid arealda yaşayan, insanların icmasından ayrılan qan qohumlarının birliyi 

idi. 


Bu dövrd

ə, planetin müxtəlif  istiqamətlərində düzənlik, çöllük, meşəlik, 

dağlıq, dəniz ətraflarında, çay və göl ətraflarında, ümumiyyətlə, açıq ərazilərdə 

m

əskunlaşan insan icmaları ilə yanaşı iqlim təhlükələrinin və digər faktorların 



t

əsiri nəticəsində  mağaralarda, kahalarda, o cümlədən, digər sığınacaqlarda ya-

şayan qəbilə və tayfa birlikləri də mövcud idi.  

Q

əbilə, tayfa münasibətlərinin inkişafı, insan birlikləri arasında, həm də 



qonşuluq icmalarının yeni mərhələyə daxil olmasına şərait yaratmışdı. Qonşu 

icmalarla  yanaşı,  həm də  yanaşı  yaşayan    qəbilə, tayfa birlikləri meydana 

g

əlmişdir.  Bunun  nəticəsində  qəbilə  və  tayfalardan, yeni qəbilə  və  tayfalar 



yaranmışdır. 

Bununla yanaşı, müxtəlif təsərrüfat növləri ilə məşğul olan regional qə-

bil

ə, tayfa icmaları münasibətləri inkişaf etmişdir. Bunun nəticəsində ilk qəbilə, 



108 


tayfa k

əndləri meydana gəlmişdir. 

Eyni 

zamanda  qonşu  qəbilələrlə  məhsul mübadiləsi  üçün  şərait yaran-



mışdır.  

H.H


əvilov  əsərində  göstərir ki, qəbilə  icmalarının  müxtəlif  ərazilərdə 

yerl


əşməsi, həm də yeni mühitə uyğun münasibətlərin inkişafına şərait yarat-

mışdı (7, 5).  

B

əzi hallarda bu qəbilələr ictimai - iqtisadi mənafeləri naminə ittifaqlarda 



birl

əşirdilər. H.Həvilov nümunə  olaraq irokezlərin  liqası,  kriklərin konfede-

rasiyasını misal göstərir (7, 6). 

Türk xalqlarında bu münasibətlər qəbilələrin daxildən böyüyərək tayfa-

lara çevrilm

əsi ilə şərtlənmişdir. Yəni ibtidai icma formasiyasının qəbilə birliyi 

dövründ

ə qəbilələr tayfalarla yanaşı şəkildə inkişaf etmişdir.  



Bu münasib

ətlər sistemini, əksər  dünya  xalqları  kimi,  müəyyən türk 

tayfaları da inkişaf etmiş feodalizm dövrünə qədər daşımışlar. Nümunə olaraq, 

vurğulamaq  lazımdır  ki,  Baharlı,  Bayandurlu,  Səfəroğulları,  Məntəşəoğulları, 

Aydınoğulları  türk  tayfalarının  birliyini  əks etdirən nümunələrdəndir. Türk 

xalqları ana bətnini qarın adlandırdıqlarına görə, qardaş (qarını-adaş) ifadəsi bir 

an

anın övladları kimi başa düşülür. Məhz buradan da  qızlar və oğlanlar oğlu 



dey

ə adlandırılmış, oğulları ifadəsi tayfa birliyi mənasını əks etdirmişdir) Ərəb 

q

əbilələri də  daxil olmaqla bu icma münasibətləri digər  xalqlarda  da  oxşar 



şəkildə inkişaf etmişdir. 

İbtidai  icma  dövrünün  mezolit  mərhələsində  yaranan qəbilə  və  tayfa 

k

əndləri  adsız  ərazilər  idi.  Sonrakı  dönəmlərdə  həmin  ərazilər  tayfalar,  şəxs 



adları və coğrafi  bölgələrin  adlarına uyğun olaraq adlandırılmışdır. 

H.H


əvilov  əsərində, göstərir ki, hər bir qəbilənin,  tayfanın,  ərazisi, 

m

əişəti, mədəniyyət ümumiliyi, dili mövcud idi (7,  5).    



K.İ.Kozlova  əsərində  qeyd edir ki, qəbilə, tayfa kəndlərində  təsərrüfat 

f

əaliyyəti, ümumi əmək münasibətlərinə  əsaslanırdı.  İnsanlar  icma  daxilində 



birg

ə  çalışır,  bir ocaq ətrafında  birləşirdilər (8, 8). Qəbilə  icması  dövründə 

insanlar h

əm də ocaq əldə etməyi öyrənmişdilər . 

Mezolit dövründ

ə  mövcud olan qəbilə, tayfa kəndləri  ağac  budaqların-

dan, qamışdan, otdan tikilmiş  evlər idi. Məhz  bunun  nəticəsidir ki, dünya ar-

xeo


loqları,  qəbilə, tayfa kəndlərinə  aid  çox  az  sayda  arxeoloji  qazıntı  mate-

rialları əldə etmişlər. 

Burada bir amili xüsusi 

vurğulamaq  lazımdır  ki,  ibtidai  icma  formasi-

yasında,  yaranan  dövlətlərin  forma  quruluşu  da  icma  münasibətlərinin ma-

hiyy


ətinə əsaslanırdı.  

Paleolit, mezolit, neolit dövrünü 

əhatə  edən  ana  xaqanlığının  mövcud 

olduğu qəbilə, tayfa icması dövrü, həm də qəbilə, tayfa kəndlərində ümumi əm-

lak, ümumi 

əmək və ümumi təsərrüfata əsaslanırdı. Əkinçiliyin və maldarlığın 

əsas təsərrüfat sahəsi olduğu bu dövr, həm də ümumi qəbilə, tayfa qanunlarının 

mövcud olduğu dönəm hesab olunmaqdadır. 

Burada bir amili d

ə  xüsusi  vurğulamaq  lazımdır  ki,  insanlar  əsas qida 

109 



m

əhsullarını əkinçilik və heyvandarlıq məhsullarından əldə etdiklərinə görə bu 

sah

ə,  icma dövründən  başlayaraq,  əksər formasiyalar dövründə  əsas məşğu-



liyy

ət sahəsi olmuşdur.  

Kozlov K.İ. əsərində göstərir ki, insanların başlıca əmək məşğuliyyətləri 

olan 


əkinçilik və maldarlığın meydana gəlməsi, müxtəlif təsərrüfat sahələrinin 

inkişafına təkan olmuşdur (8,13). 

Misal üçün Az

ərbaycan ərazisində balıqçılığın icma dövründə yaranması 

il

ə əlaqədar məlumatlar mövcuddur (2, 7). 



Bundan  başqa,  üst paleolit və  mezolit dövründə  ibtidai  əkinçilik və 

heyvandarlığın  meydana  gəlməsi, nəticəsində, ibtidai incəsənət,  daş  işləmə, 

ağac işləmə sahələrində müəyyən uğurlar əldə edilmiş, ölü basdırma mərasimi 

meydana g

əlmiş, axirət dünyasına inam yaranmışdı.  

Bununla  yanaşı,  ətraf aləmin təsiri, digər  canlılarla  münasibət, o cüm-

l

ədən,  əmək fəaliyyətləri nəticəsində, qəbilə  və  tayfa dinləri olan, totemizm, 



animizm, fetişizm yaranmışdı. 

Bu inam forması Yer kürəsinin müxtəlif istiqamətlərində yaşayan qəbilə, 

tayfalar iç

ərisində  fərqli  şəkildə  təzahür  etmişdir.  Misal  üçün,  Uzaq  Şərq,  

Avropa,  Asiya v

ə Afrika eləcə də, Amerika xalqlarında da animizm, totemizm, 

fetişizm kimi qəbilə dinləri mövcud olmuşdur. Ərəb xalqları bu dövrü cahiliy-

y

ə dönəm adlandırırlar.  



Heyvandarlıqla məşğul olan bəzi türk tayfaları isə qəbilə və tayfa icması 

dövründ


ə, animizmlə yanaşı,  Qurd toteminə inanmışlar.  

B

əzi yarımköçəri heyvandarlıqla məşğul olan, türk tayfaları isə X əsrdə 



d

ə totemizmə inanırdılar. Oğuznamə əsərində bəhs olunan Dədə Qorqud  adı, 

şəxs olaraq totem kahinidir və Qurdu qoruyan mənasındadır. 

İbtidai icma dövründə müxtəlif xalqların həyatında qəbilə, tayfa dinləri-

nin meydana g

əlməsi, həm də  yeni mərasim və  ritualların  yaranmasını  şərt-

l

əndirdi ki, bunun nəticəsində xalq oyunlarının, ov mərasimlərinin və dini qa-



nunların əsası qoyuldu. Neolit dövründə bu münasibətlərin inkişafı nəticəsində 

Yer  planetind

ə  mövcud olan qəbilə  və  tayfalar içərisində  ibtidai dinlər  geniş 

şəkildə yayılmışdı. 

Neolit dövrü ibtidai icma dövrünün yeni m

ərhələsi olmaqla, əksər dünya 

xalqları  tarixində  qəbilələrin,  tayfaların  yarımköçəri və  köçəri həyat tərzinə 

başlaması,  bununla  yanaşı,  insan qövmünün yeni ərazilərdə  məskunlaşması 

dövrü hesab oluna bil

ər. 


Arxeoloji m

əlumatlara əsasən, e.ə.VIII minillikdə Cənubi Azərbaycanda 

Urmiya gölü 

ətrafında qazma evlər aşkarlanmışdır (3, 149) . 

Misal üçün e.

ə.VIII- e.ə.VII minillikdə, Uzaq Şərq və Cənub-Şərqi Asiya 

xalqlarının qamış evlərdə yaşamaları haqqında arxeoloji məlumatlar mövcud-

dur. 


Göyüşov R.B., Martınov A.İ. öz əsərində, mezolit dövründə Qara dəniz 

ətrafında əkinçiliklə məşğul olan türk tayfaları haqqında məlumatlar vermək-

d

ədir (9, 145-146).  



110 


Bunun n

əticəsində  mezolit dövründən  başlayan  istehsal  münasibətləri 

neolit dövründ

ə yeni mərhələyə daxil oldu. 

 

İcma münasibətləri. Mezolit dövrünün sonu, Neolit dövrünün əvvəllə-

rind


ə  ibtidai  icma  quruluşunun  dağılması  sürətləndi. Qəbilə  və  tayfalar yeni 

inkişaf dövrünə, icma münasibətlərinə daxil oldular.  

İcma,  qəbilə  və  tayfaların  birlik  formasında  yeni  yaşayış  tərzləri idi. 

Afrika, Asiya, Amerika, Avstraliya v

ə Avrasiya ərazilərində Neolit və Eneolit 

dövründ


ə  başlayan  bu  münasibətlər,  inkişaf  etmiş  feodalizm  dövrünə  qədər 

davam  etmişdir.  Bu  amilin  inkişaf  etməsinə  qəbilə  və  tayfaların  təsərrüfat 

münasib

ətlərində, əmək vərdişlərində baş verən təkamülün mühüm təsiri oldu. 



Dem

ək olar ki, planetin müxtəlif istiqamətlərində mövcud olan, fərqli qəbilə və 

tayfaların  istehsal  münasibətlərini  inkişaf  etdirməsi bu prosesin daha da 

f

əallaşmasını şərtləndirdi. 



İnsanların Neolit və Eneolit dövründə əkinçilik, daşişləmə, metalişləmə 

ağacişləmə, dulusçuluq sahələrində  əldə  etdikləri yeniliklər,  bununla  yanaşı, 

t

əsərrüfat münasibətlərinə  cəlb edilən  yeni  növ  canlıların  inkişaf  etdirilməsi, 



q

əbilə  və  tayfaların  yeni  yaşayış  tərzinə  keçmələrini  şərtləndirdi. Tayfa və 

q

əbilələr daxilində  əmək  bölgüsü  baş  verdi.  Əkinçiliyin  inkişafı  ilə  yanaşı, 



köç

əri və yarımköçəri heyvandarlıq üçün də zəmin yarandı. 

Ail

ə  icmalarının  yaranması,  təsərrüfat və  əmək vərdişlərinin təkamülü, 



bununla yanaşı, iqlim şərtlərində baş verən dəyişikliklər icma münasibətlərinin 

inkişafının sürətlənməsinə səbəb oldu. 

Neolitin sonu, Eneolit dövründ

ə  köçəri,  yarımköçəri ailə  icmalarının 

m

əskunlaşması prosesi başlandı. Əksər dünya xalqlarında, qəbilə, tayfa icma-



ları  daxilində  qoşa  nigahlı  ailələr  yarandı.  Bunun  nəticəsində  nəsli-icma qu-

ruluşu matriarxat zəiflədi.  

Dem

ək olar ki, müxtəlif tayfalarda Neolit və Eneolit dövrünü əhatə edən 



bu prosesl

ər yeni münasibətlərin icma formasiyasının inkişafına şərait yaratdı. 

Yer planetind

ə müxtəlif qrup adları ilə şərti adlandırılmış tayfalar, çay, 

göl, d

əniz, dağ, çöl, meşə şəraitində məskunlaşmağa başladılar (misal üçün türk 



xalqlarında peçeneqlər-piçənək ərazisində yaşayanlar, polovets-sak - qıpçaqlar-

çöl 


ərazisində  yaşayanlar,  kaspilər-  xəzərlər, dəniz  ətrafında  yaşayan  və  s. 

adlarla  adlandırılan  tayfalar  ümümi,  adları  Oğuz    tayfaları  deyə  bilinmək-

d

ədir). Bunlar ilk oturaqlaşmış tayfalar idi.  



İradə Avşarova və Qənirə Pirquliyeva əsərlərində göstərirlər ki, Azərbaycan 

Res


publikasında  Firuz  düşərgəsində  Neolit, Eneolit dövrlərinə  aid,  oturaqlaşmış 

tayfalara m

əxsus gil qablar, muncuqlar aşkarlanmışdır (6, 66). Həmçinin eneolit 

dövrün


ə aid Tovuzçay, Şəmkirçay, Şomutəpə, Töyrəttəpə, Əliköməktəpə arxeoloji 

düşərgələri, oturaqlaşmış insan məskənləri hesab olunmaqdadır (6, 73-74). 

Neolit v

ə  Eneolit dövründə  oturaqlaşmış  tayfaların  mədəniyyətinə  aid 

Mesopotamiya, Ural, Q

ərbi  Avropa,  Afrika,  Amerika,  Uzaq  Şərq  xalqlarında 

da nümun

ələr  aşkarlanmışdır.  R.B.Göyüşov,  A.İ.Martınov  əsərlərində  Uzaq 

Şərq, Sibir, Ural arxeoloji düşərgələrində Neolit və Eneolit dövrünə aid, otu-

111 



raqlaşmış  tayfalara məxsus, maddi mədəniyyət nümunələrinin  aşkarlandığın-

dan b


əhs edirlər (9, 83).  

H.A.H


əvilov  əsərində  e.ə. VI-IV minillikdə  Misir ərazisində  oturaqlaşmış 

tayfalara m

əxsus, əkinçilik mədəniyyətinin mövcudluğunu qeyd etmişdir (7,  239). 

Oturaqlaşmış həyata keçən ilk insanlar qazma evlərdə, alaçıqlarda, qamışdan 

v

ə ağac budaqlarından hazırlanmış sığınacaqlarda məskunlaşmışdılar. Bunlar ilk 



icma k

əndləri idi. Bu qəbilə, tayfa icması əsasən, ibtidai əkinçilik, heyvandarlıq, 

yığıcılıq, bağçılıq və ibtidai sənətkarlığı inkişaf etdirməyə başladılar. 

Az

ərbaycan  arxeologiyası  əsərində, Neolitin sonu, Eneolit dövründə, 



Urmiya gölü hövz

əsi, Həsənli, Firuz, Yanıqtəpə, Şimali Azərbaycanda Kültə-

p

ə,  Damcılı,  Daşaltı  və  digər  ərazilərdə  oturaqlaşmış  həyata  keçən tayfalar 



haqqında düşərgə məlumatları əldə edilmişdir (3, 149-169). 

Bununla b

ərabər,  Neolit  dövründə  müxtəlif qrup köçəri və  yarımköçəri 

tayfalar 

heyvandarlığı  əsas təsərrüfat sahəsi  olaraq,  inkişaf  etdirməyə  başla-

dılar.  Alaçıqlarda, yurtalarda məskunlaşan  bu  tayfaların  əsas məşğuliyyət sa-

h

əsi heyvandarlıq, yığıcılıq,  ovçuluq idi. 



R.B.

Göyüşov və A.İ.Martınov əsərlərində Qərbi Sibir mədəniyyəti haq-

qında məlumat verərkən ovçuluq, yığıcılıq və sənətkarlıqla məşğul olan köçəri 

v

ə  yarımköçəri qəbilə  və  tayfalar  haqqında  bəhs etməkdədirlər  (9, 75). 



əlliflər yenə öz əsərlərində Baykalətrafı, Yakutiya, Xakasiya, Qərbi Avropa 

s

ərhədlərinə qədər, geniş arealda fəaliyyət göstərən, Neolit və Eneolit dövrünə 



aid, köç

əri və  yarımköçəri təsərrüfat sahəsi ilə  məşğul  olan  türk  xalqlarının 

m

ədəniyyət nümunələrinin aşkarlanmasından bəhs etməkdədirlər (9, 75-77). 



Amerika, M

ərkəzi Afrika, Avstraliya,  o cümlədən,  Avrasiya qitəsində 

mövcud olan q

əbilə və tayfalar da, Neolit və Eneolit dövrlərindən başlayaraq, 

erk

ən və  inkişaf  etmiş  feodalizm  dövrünə  qədər, köçəri və  yarımköçəri hey-



vandarlıq məşğuliyyətlərini davam etdirmişlər. 

Dem


ək olar ki, Neolit dövrünün sonu, Eneolit  dövründə  məskunlaşan 

otu


raqlaşmış  və  köçəri,  yarımköçəri  icmaların  təsərrüfat münasibətləri,  oxşar 

şəkildə inkişaf edirdi. 

Oturaqlaşmış əhali heyvandarlıq, əkinçilik, sənətkarlıq, ovçuluq, yığıcılıq 

t

əsərrüfatlarını  yaşadıqları  bölgəyə  uyğun  olaraq  dağ,  çöl,  dəniz, göl, çay, 



ç

əmən, meşə ərazilərinə uyğun olaraq inkişaf etdirməyə başladılar. 

İlk oturaqlaşmış kənd icmalarında məskunlaşan qəbilə, tayfalar qonşuluq 

şəklində  birləşmişdilər.  İcmanın  ümumi  torpaqları  ilə  bərabər, hər ailənin 

ayrıca təsərrüfatı mal-qarası, əmək alətləri, əkin payı mövcud idi. 

Y

əni icma daxilində xüsusi mülkiyyət yaransa da, bazar təsərrüfatı möv-



cud deyildi. İstehsal olunan məhsullar, insanların şəxsi tələbatlarını qarşılamaq 

üçün idi. Alış-veriş məhsul mübadiləsi ilə həyata keçirilirdi. Oturaqlaşmış tayfa 

v

ə  qəbilələr daxilində  maliyyə, ticarət, vergi münasibətləri mövcud deyildi. 



Bununla yanaşı, qəbilə və tayfalar qorunmazlıq şəraitində yaşayırdılar. 

İlkin  vaxtlarda  çoxşaxəli qəbilələrin  çoxluğu  nəticəsində  tayfa icmala-

rında  idarəçilik demək  olar  ki,  mövcud  deyildi.  İcma  nümayəndələri  yaşayış 

112 



t

ərzlərini qəbilə, tayfa dinlərinə əsaslanaraq tənzimləyirdilər. 

İcma qanunları primitiv formada inkişaf edirdi. Qəbilə və tayfalar daxi-

lind


ə mühüm məsələlər ailə icmalarının rəhbərləri tərəfindən həll olunurdu ki, 

bu amil t

ədricən  ağsaqqallar  şurasının  meydana  çıxmasına  şərait yaratmışdı. 

Türk xalqlarında ağsaqqallar şurası, əfqanlarda cirgə, ərəblərdə şeyxlər, Roma-

da senat, xalq tribunu, Yunanıstanda konsul adlandırılan bu idarəetmə forma-

sının əsası icma dövründə meydana gəldi (hazırda parlamentli dövlətlər, məhz 

ağsaqqallar şurası birliyinə əsaslanır). Demək olar ki, planetin müxtəlif istiqa-

m

ətlərində bu proseslər oxşar şəkildə inkişaf edirdi. 



SSRİ  arxeologiyası  əsərində, məlumat verilir ki, bəzi qəbilə, tayfalarda 

ail


ə  icmalarının  rəhbərləri, bəzilərində  tayfa  başçıları  mövcud  idi. Qəbilə  və 

tayfa başçıları, qan qohumlarının birliyi və ya qan qohumları şurası tərəfindən 

seçilirdi. Q

əbilə, tayfa kəndləri dövlətin ilk rüşeymləri idi. Qəbilə, tayfa baş-

çılarının funksiyası, təsərrüfata rəhbərlik etmək, nəsillərarası ixtilafları həll et-

m

ək, hərbi işə rəhbərlik etməkdən ibarət idi. Nəsli şura – nəslin tam bərabər-



hüquqlu  üzvl

ərinin yığıncağı idi. Qəbilə, tayfa şurası isə nəsil ağsaqqallarının 

yığıncağı idi (9, 69). 

Köç


əri,  yarımköçəri qəbilə, tayfalarda da eyni vəziyyət hökm sürürdü. 

Ancaq  Eneolit  dövründ

ə çox mühüm hadisə qəbilə və tayfalar daxilində qoşa 

nigahlı  ailə  icmalarının  inkişafı,  təsərrüfat münasibətlərinə, həm də  qonşuluq 

münasib

ətlərinə  təsirsiz  ötüşmədi. Bunun nəticəsində, həm də  mülkədarlıq 



formasiyasına keçid baş verdi. 

Türk  xalqları  tarixi”  əsərində  göstərilir ki, Qərbi Türküstan ərazisində 



yaşayan tayfalar,  e.ə. VI minillikdən başlayaraq  heyvandarlıqla məşğul olur-

dular. Aşqabad yaxınlığındakı Ceytun arxeoloji məskəni və  Anau mədəni dü-

şərgəsi bu qəbildəndir. Tədqiqatçılara görə, e.ə  VI- IV minillikləri əhatə edən 

Ceytun v


ə  Anau arxeoloji mədəniyyətləri maldar tayfalara məxsus nümunə-

l

ərdir (10, 7-8). 



İcma  şəklində  yaşayan,  köçəri,  yarımköçəri  əhalinin təsərrüfat münasi-

b

ətləri də qəbilə, tayfa qaydalarına əsaslanırdı. Başlıca məşğuliyyət sahəsi olan 



heyvandarlıqla  yanaşı,  yığıcılıq,  ovçuluq,  sənətkarlıq  da  inkişaf  edirdi.  Tayfa 

v

ə  qəbilə  daxilində  ümumi  əmək mövcud idi. Vergi, ticarət, maliyyə  mü-



nasib

ətləri inkişaf etməmişdi. Tayfa və qəbilələr mülkədar funksiyasına malik 

olsalar da qorunmazlıq şəraitində fəaliyyət göstərirdilər. Məhz bu amil qəbilə 

v

ə tayfalar daxilində hərb işinin inkişafını vacib edirdi. 



Bununla b

ərabər, istehsal olunan məhsullar, bazarlama üçün deyil, insan-

ların şəxsi tələbatlarını ödəmək üçün idi. Qəbilə və tayfalar daxilində alış-veriş 

m

əhsul mübadiləsi ilə həyata keçirilirdi. İqlim şərtlərinin təsiri, natural təsərrü-



fatın daha  geniş ərazidə mövcudluğu və digər amillərin təsiri nəticəsində, bu 

münasib


ətlər zəif şəkildə inkişaf edirdi. 

Tayfa v


ə  qəbilələr ailə  icması  xarakterində  fəaliyyət göstərirdilər. Pla-

netin müxt

əlif istiqamətlərində  bu formada fəaliyyət göstərən tayfa, qəbilə 

icmasının böyük təsərrüfatı, həm də ayrı-ayrı ailələrin xırda təsərrüfatları şək-

113 



lind

ə bölünürdü. Ancaq daha böyük qəbilə və tayfalarda yaşamağın üstünlüyü 

q

əbilə və tayfa ittifaqlarının yaranmasını şərtləndirdi. Qəbilə ittifaqlarının bir-



l

əşməsi nəticəsində  xalq,  tayfa  ittifaqlarının  birləşməsi nəticəsində  millət 

yaranırdı (Millət bir neçə xalqın birlik formasıdır). 

H.H


əvilov əsərində göstərir ki, icma dövründə qəbilə və tayfaların ittifaq 

şəklində  birləşməsi zərurətdən irəli gəlirdi. Demək olar ki, qəbilə  və  tayfa 

ittifaqları sinfi cəmiyyətə keçid dövründə yaranmışdı (7, 69). 

Eneolit dövründ

ən  başlayaraq,  qarət müharibələri, qəbilə-tayfa dinləri 

uğrunda  başlayan  qarşıdurmalar  və  qız  qaçırma  hallarının  başlanması  nəticə-

sind

ə  tayfa ittifaqlarının yaranması prosesi daha da sürətləndi. 



 

ƏDƏBİYYAT 

1.

 



Ail

ənin xüsusi mülkiyyətin və dövlətin mənşəyi. Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1971.  

2.

 

Az



ərbaycan etnoqrafiyası. I cild.  Bakı: Şərq-Qərb, 2007.  

3.

 



Az

ərbaycan arxeologiyası daş dövrü.  6 cilddə, I cild. Bakı: Şərq-Qərb, 2008.          

4.

 

Першич А.И.  История первобытного обшества.  М.: Наука, 1982 



5.

 

История первобытного общества. М.: Наука, 1974. 



6.

 

İradə Avşarova, Qənirə Pirquliyeva. Qafqaz arxeologiyası. Bakı: 2010. 



7.

 

H.H



əvilov Dünya xalqlarının etnoqrafiyası. Bakı: Bakı Universiteti nəşriyyatı,1999.  

8.

 



Козлова К.И. История первобытного обшества основы этнографии. М.: 1978.   

9.

 



Göyüşov R.B., Martınov A.İ. SSRİ arxeologiyası. Bakı: Maarif, 1990. 

10.


 

 

Türk xalqları tarixi. Metodik vəsait. I hissə. Bakı: BDU, 1994.  



   

РАЗЛИЧИЯ ФОРМАЦИИ. ПЕРВОБЫТНООБЩИННЫЙ СТРОЙ  

И ЕГО ФОРМАЦИИ (Глава 1) 

 

И.Дж.АМИРОВ 

 

РЕЗЮМЕ 

 

Исследуемая  статья  посвящена  различии  формации  человеческого  общества  на-



чиная  от  первобытного  строя,  заканчивая  межплеменными  союзами.  Дается  научный 

анализ различия этих формаций по классификации племенного союза и их отношения, 

также условия жизни от стадии первобытного общества до племенного союза. 

 

Ключевые слова: человек, газ, племя, существо 

 

FORMATION DIVERSITIES. PREHISTORIC FORMATION. Chapter I. 

 

I.J.AMIROVA 

 

SUMMARY 

 

The present article is dedicated to the diversity between formations of humanity begin-



ning from prehistoric times to community tribes. There is provided analysis of formations and 

their classification from prehistoric times to tribe community. 

 

Key words: formation, community, prehistoric time, tribes, human being 

 

114 



Yüklə 126,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə