İbrahimova Şəhla Mais qızı



Yüklə 87,74 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü87,74 Kb.
#48884


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

KLASSİK ÜSLUBDA YAZAN ŞAİRLƏRİMİZİN ŞEİRLƏRİNDƏ  

NİKBİNLİK ƏNƏNƏSİ, FƏLSƏFİ FİKİRLƏR 

 

Ə.Y.QASIMOV 

Bakı Dövlət Universiteti 

eles@box.az 

 

M

əqalədə  Mustafa  ağa  Arifin,  Kazım  ağa  Salikin,  Padarlı  Abdullanın,  Məlikbanlı 

Qurbanın  və  Baba bəy  Şakirin  həm  klassik  poeziyanın,  həm də  aşıq  poeziyasındakı  fəlsəfi 

fikirl

ərindən bıhs edilir. 

 

Açar  sözl



ər:  klassik  poeziya,  aşıq  poeziyası,  ictimai-fəlsəfi fikirlər,  nikbinlik,  qoşma, 

t

əcnis, bayatı 



 

Özünün nikbin 

şeirləri ilə  Aşıq  şeirinin abu-həvasını  klassik  şeirə 

g

ətirənlərdən biri də Mustafa ağa Arifdir.   



Qeyd etm

ək lazımdır ki, Əbdürrəhman ağa səpkində həmin dövrdə Qazax 

ədəbi mühitində  yazıb  yaradan  şairlərimizdən biri  idi.  Onun  da  “Ağlaram” 

r

ədifli qoşması var. Ancaq Arif ağanı dərdə salan  elindən uzaq düşməsidir: 



Dad ed

ərəm, yetən yoxdur fəryada, 

D

ərdim olur gündən-günə ziyada, 



Ağlaram hər zaman düşəndə yada, 

Bizim Qazax-

Qaramanlar, ağlaram! 

 

Bülbülümü qaçırmışam əlimdən, 



Ayrılmışam gülşənimdən, gülümdən, 

Cüda düşüb ulusumdan, elimdən, 

İtirmişəm dudmanlar, ağlaram! (1, 61)  

 

Şair  bu  qoşmasını  sürgündə  olarkən  yazmışdır.  Əgər  Əbdürrəhman  ağa 



şeirini gözləri  çıxarıldığı  üçün  yazmışsa,  Arif  ağanı  “ağladan”  elindən,  əqrə-

basından uzaq düşməsi olmuşdur. Bu mənada hər iki şeirin mövzusu bir olsa 

da,  ruhu müxt

əlifdir. Ağlayan gözlər zamanın keşməkeşliyindən yaranmışdır. 

Bir v

ətənpərvər  şair  vətənin  azadlığı  üçün  gözlərindən məhrum  olub  ağlayır, 



başqası elindən didərgin edilərək qərib ellərdə əzab-əziyyət çəkməkdən ağlayır. 

Şeirlərin ruhu müxtəlif olsa da, mahiyyətində eyniliklər var. Həmin eyniliyin 

birinci 

əlaməti hər iki şeirin aşıq üslubunda yazılması, ikincisi vətən, el həsrəti, 

35 



v

ətən sevgisi, torpağa bağlılıq və s. 

Onun aşıq üslubunda  yazdığı şeirlərində həm də doğma vətəni Qazağın 

t

əbii gözəllikləri vəsf  olunur.  Şair  əsərlərində  aşıq  ədəbiyyatına  məxsus 



t

əşbehlərdən, istiarələrdən geniş istifadə etmişdir.  

Arif ağanın qardaşı Kazım ağa Salik (1781-1842) də dövrünün istedadlı 

şairlərindən idi. Onun barəsində mənbələrdən oxuyuruq: “XVIII əsrin sonları, 

XIX 

əsrin  birinci  yarısında  yaşayan  Kazım  ağa  Salik  istedadlı  şairlərdən 



biridir. O, Az

ərbaycan  şeirində  klassik poeziya üslubunu, Füzuli ənənələrini, 

h

əm də  Vaqif  ədəbi məktəbini davam və  inkişaf  etdirmişdir”  (25,  57). 



H

əqiqətən də, şairin qoşmalarında Vaqif şeirinin təsiri aydın görünür: 

Ey Leyli, m

ən səni görəndən bəri

M

əcnun olub biyabana düşmüşəm. 



L

əbi-ləlin rəngi getməz fikrimdən, 

Müxt

əsər ki, əcəb qanə düşmüşəm. 



 

M

ən müştağam onun nazü cəncinə, 



Tab eyl

ərəm cəfasına, rəncinə, 

Əl yetirdim yaxasının gəncinə, 

Gör n


ə bağə, nə bostanə düşmüşəm. 

 

Salikdir l



əqəbim, Kazımdır adım, 

Bilirs


ən ki, səndən sənsən muradım. 

Dem


ə nədir bunca ahü fəryadım, 

Bir bülbül

əm gülüstanə düşmüşəm. (2, 62) 

 

Şairin  qoşmalarında  nikbin  əhval-ruhiyyə  var. Nikbinlik isə  aşıq  poe-



ziyasının  başlıca  məziyyətlərindəndir. Sadə  dillə, lakonik ifadələrlə, təbii bo-

yalar yaratmaq h

ər şairə nəsib olmur. Klassik şeirin təsirinə düşən şairlər adə-

t

ən türk dilinə yad ərəb-fars tərkiblərindən istifadə edirlər. Salikin poeziyasında 



bu meyli  görmürük. 

Salik bir klassik idi v

ə  onun fəlsəfi fikri divan ədəbiyyatından  qay-

naqlanırdı.  Ancaq  divan  ədəbiyyatından  qaynaqlanan  fikirlər  aşıq  şeirinin   

üslubu il

ə  cilalanırdı:  

Ay ağalar, məni neyçün qınarsız, 

N

ə müddətdir mən o yarı görmənəm. 



M

ən ha qınayardım eşqə düşəni, 

D

əxi eşq əhlini karı görmənəm. 



 

M

ən kəzmədim o bir şirin candadır, 



O da m

ənim kimi natəvandır, 

İtirmişəm heç bilmənəm handadır. 

Şirin dilli xoşgöftarı görmənəm. 

 

 

36 




 

Bin


əva Salikəm bağrımda zədə, 

H

əq bilir ki, gözüm yoxdur kimsədə, 



Sözü biziml

ədir, qəlbi özgədir 

Ol s

əbəbdən biiqrarı görmədim. (2, 63) 



 

Şairin  bu  şeirində  fikir divan ədəbiyyatından  qaynaqlansa  da  fikrin  ifa-

d

əsi, eşqin tərənnümü aşıq şeiri üslubunda təqdim edilir. Sanki Füzuli şeirin-



d

əki “məni candan usandırdı, cəfadan yar usanmazmı”  fikri Salikin  qoşmasın-

da yeni formada s

əslənir.  

Şairin qoşmaları barədə danışan F.Qasımzadə yazır: “Qoşmalarında Salik 

şifahi aşıq şeirinin qanunlarına ciddi riayət etmiş, nikbin Vaqif ruhunu saxla-

mağa  çalışmış  və  nəticədə  xalq  şairi  kimi,  mövzu  təkrarından  da  bacardıqca 

qaçmış və hər şeirini müəyyən bir hadisə ilə əlaqələndirmişdir.  Qoşmalarında 

t

əsvir etdiyi gözəllər  şairin  şəxsən gördüyü və  tanıdığı  qadınlardır;  burada  



göz

əlin  aydın  və  konkret təsviri ilə  bərabər, özünün gözələ  olan münasibəti, 

h

əyat zövqü ilə çırpınan şad qəlbini ifadə etmişdir” (1, 62) 



Ey Tuba, baxışın yıxdı aləmi, 

Xumar gözün yen

ə qiyamət eylər. 

K

əbeyi-kuyini görən kimsənə, 



Haşa ki, qibləyə ziyarət eylər. 

 

Qırğı başlı, topğun, tərlan cilvəli, 



Görm

əmişəm sən tək nazü qəmzəli, 

S

ərasər yaxası qızıl düyməli,  



Baxdıqca üzünə fəxarət eylər. (3, 273) 

 

Bu qoşmasında adını çəkdiyi Tuba şairin öz zövcəsi olmuşdur. Bütöv bir 



ömrü onunla bir yerd

ə yaşayan şairin Tuba xanımın dilindən qocalarkən başqa 

m

əzmunda şeir demişdir: 



M

ən Tubayam, dövran mənə zülm etmiş,  

İşvəm əksilibdir, nazım gedibdir. 

D

əxi məndən kimsə şadlıq ummasın, 



Gördüyün söhb

ətim, sazım gedibdir. 

 

Günd


ən-günə artar nə ahü zarım, 

Gülm


əz üzüm, heç açılmaz güzarım. 

Nec


ə əyilməsin meyli-şikarım, 

Əlimdən topğunum, bazım gedibdir. (3, 284) 

 

Şairin bu qoşmasına qiymət verən Firudin bəy yazır: “Bu qafiyələrdə şair 



göz

əl istiarat və təşbihlər ilə - ki, məhz türk lisanına məxsusdur – öz sevgilisi 

Tubayi-dilf

əribi mədh edib, axiri-kəlamda  ona  güstaxlıq  ilə  deyir ki, sözlə-

37 



rimd

ən incimə. Özgə təvəqqe və iltimasım  yoxdur, ancaq xəstə Salik  səninlə 

zarafat eyl

əyir. Tubanı bu qisim istiarat ilə vəsf qılır: tərlan cilvəli, durna telli, 



qırğı başlı, nazü qəmzəli. Söz yoxdur ki, bu sifətlər ilə mütəəssir olan dilbər 



baxdıqca özünə fəxarət eylər” (3, 273) 

Kazım  ağa  Salikin  klassik  üslubda  yazdığı  qəzəllərdə, müxəmməslərdə, 

müst


əzadlarda  da  aşıq  şeirinə  məxsus xarakterik xüsusiyyətlər var. Xüsusilə 

şairin  müstəzadlarında aşıq şeirinin üslubu daha qabarıqdır: 

G

əl ey Sədəfoğlu Süleyman koxa, 



Meyl etm

əyək daxi meyi-gülguna, 

                      G

ənci-Qaruna 

Əl götürmək dünya ləhv-ləəbindən, 

Çün etibar yoxdur ç

ərxi-gərdunə, 

                     Bu d

əhri-dunə. 

 

Bu bisukun



ə biz sakin olmayaq, 

Çox da dünya üçün fikir qalmayaq, 

Qan ağlayaq, sazü samtur çalmayaq, 

Q

ərq edək aləmi əşki-pürxunə. 



                  Abi-Ceyhun

ə (3, 281) 

 

Şair  yazdığı  bu  müstəzadda  insanları  həyatdan    zövq  almağa  çağırır. 



Ümumiyy

ətlə, şairin belə nikbin ruhlu şeirləri el ədəbiyyatının abu-həvasından 

ir

əli gəlirdi.  Şairin bayatıları da öz orijinallığı ilə diqqəti cəlb edir: 



M

əclisin nə şamı var, 

N

ə Bağdad, nə Şamı var. 



Salik, d

əli Ceyranın, 

N

ə sübhü, nə şamı var. (1, 48) 



 

Bayatıdan məlum olur ki, şair onu Ceyran adlı bir xanıma həsr etmişdir. 

Şair başqa bir bayatısında həmin xanıma xeyir-dua verir və onun bəd nəzərdən 

uzaq olmasını söyləyir:  

Ç

əkilsin mərdqüm azar,  



M

ərd deyil,  mərdümazar, 

Bulud zülfünd

ə, Ceyran! 

G

əzməsin mərdüm azar. (1, 48) 



 

Xüsusi  cinaslardan istifad

ə  edən  şair  bayatını  bədbin  ruhdan  çıxararaq 

nikbin  ruhda kökl

əmiş və poetik sözlərlə cilalamışdır.  

Kazım ağa Salik dövrünün qabaqcıl ziyalısı idi. O fars və cığatay dilində 

d

ə  şeirlər  yazırdı.  Həmin dildə  yazdığı  şeirlərində  də  şifahi xalq ədəbiyyatı-



mızdan  gəlmə motivlər güclüdür.  

Salik klassik 

şeirimizin  əksər  janrlarında  əsərlər  yazmışdır.  Ancaq  onun 

“yaradıcılığı üçün səciyyəvi olan; qoşma, cinas qafiyəli bayatılar, ümumiyyətlə, 

38 



şifahi aşıq şeiri tərzində yazdığı şux və nikbin şeirlərdir” (1, 65). 

XIX 


əsrin birinci yarısında aşıq şeirinin yazılı ədəbiyyatda inkişafına təsir 

göst


ərən  şairlərimizdən biri də  Padarlı  Abdulladır. Onun “Qayıtdı”  rədifli 

qoşması  yazılı  ədəbiyyatımızda  aşıq  şeiri  üslubunda  yazılmış  ən  yaxşı  qoş-

malardan biridir: 

M

ən görmüşəm gözəllərin çoxunu, 



Bel

ə olmaz amma boyu, buxunu, 

Müjganından çəkdi xədəng oxunu, 

Yaralı canıma çaldı, qayıtdı. 

 

Gözl


ər ikən, gözlərimə yetişdi, 

Mürd


ə cismim eşq oduna tutuşdu. 

Şahrahdan qıya baxıb ötüşdü, 

Yollarında gözüm qaldı, qayıtdı. (4, 167) 

 

Dilimizd



ə  elə  sözlər  var  ki,  onların  kədərli notlarla səslənməsi insan 

q

əlbində bir nisgil yaradır. Bu mənada, Padarlı Abdullanın “qayıtdı”, “getdi”, 



“döndü” v

ə s. sözləri yerində işlətməsi və klassiklərə məxsus xüsusi məharətlə 

q

əm-qubarı  tərənnüm etməsi həm  aşıq  şeirindən  doğan  üslubdur,  həm də 



klassikl

ərdən gələn peşəkarlıqdır.  

Padarlı Abdulla şeirlərinin birində Məliballı Qurbanın adını çəkir: 

Molla Qurban törüyüb bir d

ə Məlikballıda, 

Götürmüş dedilər o da qılınc-qalxanı. (4, 103) 

 

Şairin poetik üslubunu dövründə  davam etdirən  şairlərimizdən  biri   



M

əlikbanlı Qurbandır. Şairin ədəbi irsindən 15 şeir bizə məlumdur. Şair klas-

sik üslubda, 

əruz vəznində çoxlu şeirlər yazmışdır. Ancaq onların əksəriyyəti 

əlimizdə  yoxdur. Məlikbanlı Qurbanın aşıq poeziyası tərzində  yazdığı qoşma 

v

ə təcnislər ədəbi dəyərinə görə üstündür.  



Onun qoşmalarında romantik aşiqin daxili aləmi, zahiri gözəlliyi məha-

r

ətlə təsvir edilmişdir. Xüsusilə Vaqif yaradıcılığı ona güclü təsir göstərmiş və 



əksər şeirlərini nikbin ruhda yazmışdır: 

Gen


ə saldı məni eşqi-cünunə, 

Lal


ə üzarına qurban olduğum. 

H

ərdəm baxıb, işvə verir naz ilə, 



Çeşmi-xumarına qurban olduğum. 

 

Zülfi-p



ərişanı töküb dalına, 

Canım qurban ağ üzündə xalına. 

Yaxşı həyasına, xoş məqalına, 

Şirin göftarına qurban olduğum. (4, 237)  

 

Bu  üslubda  yazılan  qoşmalarında  şair  aşıq  şeirinə  məxsus detallardan 



lazımınca bəhrələnmişdir. Qoşmada işlətdiyi aşıqlara məxsus bu sözlər: qurban 

39 



olduğum,    hərdəm  baxıb,  zülfi-pərişan,  yaxşı  həya,  xoş  məqal,  şirin  göftar  – 

fikrin ifad

əsini asanlaşdırmaqla yanaşı, oxucuda da marağı artırır. Şairin ədəbi 

irsi bar


ədə  danışan  F.Qasımzadə  yazır:  “Qoşmanın  bütün  gözəlliyi onda 

(M

əlikballıda – N.X.) ifadə olunan hisslərin səmimiliyi və təbiiliyindədir. Şair 



t

ərifə layiq gördüyü qıza dərin məhəbbət bəsləyir, onu özünün nəcib duyğuları, 

mehriban n

əvazişləri ilə  sevə-sevə  təsvir edir. Şifahi  aşıq  şeirinin qanun-

qaydalarına riayət edən şair qoşmalarını sadə xalq dilində yazmışdır. Doğrudur, 

klassik poeziyadan g

ələn... fars-ərəbcə  sözlər  vardır. Lakin bunlar üstünlük 

t

əşkil  etmir,  klassik poeziyadan gələn belə  sözləri  aşıq  şeiri tərzində  yazdığı 



əsərlərində çox cüzi yer tutur. Qoşma, təcnis və bayatılarında ... canlı danışıq 

dilind


ən götürülmüş söz və ifadələrə rast gəlirik ki, bunlar şeirdə ifadəni can-

landırmışdır ” (7, 73) 

Şairin 6 cinas qafiyəli bayatısında, 3 təcnis və  bir dodaqdəyməzində aşıq  

poeziyasına məxsus üslub özünü büruzə verir:  

Bağrım başı əğyara, 

Tiğ alıban əğyara. 

M

əhşəridir Qurbanın 



Yar qalanda 

əğyara. (1,74) 

 

Bu bayatısında şair az sözlə dərin məna ifadə etmişdir. Başqa bir bayatı-



sında  adi  sözlərlə  gözəlin tərifini elə  ustalıqla  verir ki, oxucu onun poetik 

tapıntısına heyran qalır: 

Qurban,  m

ənzil o xalı, 

Döşənibdir o xalı. 

Zülfün 


əcəb xaindir, 

Gizl


əyibdir o  xalı. (1, 74-75) 

 

Göründüyü kimi, şair cinaslardan elə məharətlə istifadə edir ki, şeir  həm 



zahiri, h

əm də məna çalarları ilə oxucuya zövq verir. Bu mənada, Məlikballı 

Qurbanın  şeirləri  həm forma, həm də məzmunca diqqəti cəlb edir. Eyni hərflə  

misraların  başlaması  və  eyni həriflə  misraların  bitməsi  şeirdə  zahiri  bir 

göz

əllik yaradır: 



Göz

əl olan verir özünə bəzək, 

Gözü n

ərgiz, şümaşad ayağı gərək. 



Giribanı hər tərəfdən ola çak, 

Görün


ə sinənin ayağı gərək. (4, 140)  

 

Qeyd ed



ək ki, klassik Şərq ədəbiyyatında  bu formada ilk şeiri XII əsrdə 

Xaqani özünün “Q

əsideyi-şiniyyə”si ilə  yaratmışdır. Ancaq onun qəsidəsində 

yalnız misraların sonunda “sin” və “şin” hərfləri işlənirdisə, Məlikballı şeirində 

h

əm  misranın  sonunda,  həm də  əvvəlində  eyni hərflər  işlənir. Bu mənada, 



M

əlikballı Qurbanın yazdığı şeirlər forma baxımından klassik şeirlə aşıq şeirini 

cilalayır.  

40 



Bir neç

ə  bənddən ibarət  olan  bu  qoşmanın  bütün  misraları  beləcə  bir 

h

ərflə başlayıb, bir hərflə də bitir. Belə şeirlər yazmaq şairlərdən güclü istedad 



t

ələb edir. Məlikballı Qurban belə istedadlı şairlərdəndir.  

Şairin yaradıcılığında klassik ədəbiyyatımızda geniş yayılmış dastançılıq 

ənənəsinin motivlərini də görürük. Onu qoşmalarında dastan qəhrəmanlarının 

adları bənzətmə kimi istifadə olunmuşdur:  

M

əcnun olub səhralara düşmüşəm,  



Zeyds

ən Leylinin sorağını gör. 

Dağdan-dağa səngi-xarə çəkmişəm, 

Şikəstə əndamım sorağını gör. (4, 140) 

 

Şair bu təcnisində “Leyli və Məcnun” əfsanəsinin obrazlarını məharətlə 



b

ənzətmə  kimi istifadə  etmişdir.  Aşıqların  yaratdığı  dastançılıq  ənənəsini 

klassik poeziyaya g

ətirən şairlərimiz, həm də həmin dastanların personajlarını 

şeirlərində məharətlə bənzətmə, müqayisə  kimi işlətmişlər.   

Bu kimi xüsusiyy

ətlər göstərir ki, Məlikballı  Qurban  klassik  ədəbiyya-

tımızı və  aşıq poeziyamızı dərindən bilmişdir. Aşıq poeziyasını dərindən bilib, 

onun  nadir  şəkillərində  şeir  yazmaq bir daha onun böyük sənətkar  olduğunu 

sübut edir. Misal 

üçün şairin çətin şeir şəkli olan dodaqdəyməzinə nəzər salaq:  

Şəkərsən, şəhdsən, şəkərxasən sən, 

S

ənin yanağında laləzar gəzər. 



Saşın gərdişində səlasil təkin

Reyhan tell

ərindən intizar gəzər. (4, 242) 

 

Göründüyü  kimi,  şair  elə  məharətlə  dodaqları  bir-birinə  yapışdırmayan 



h

ərflərdən ibarət sözləri seçib şeirdə  işlətmişdir  ki,  məzmuna heç bir xələl 

g

əlməmişdir.  



Şair klassik ədəbiyyatımızda  ilk  dəfə  aşıq  şeiri üslubunda vücudnamə 

yaratmışdır. İnsanı anadan olduğu andan ölənədək təsvir edən vücudnamələr öz 

poetik m

əziyyətləri ilə diqqəti cəlb edir. Məlikballı Qurban bu janrda əsər ya-

zark

ən istər-istəməz anadan olmaq, mənalı yaşamaq, ölmək kimi fəlsəfi anla-



yışları ön olana gətirir. Bunlar dərin fəlsəfi  fikirdir. Məlikballı Qurban həmin 

d

ərin fəlsəfəni  aşıq  şeiri üslubunda sadələşdirərək oxucusuna təqdim edir. 



Əsərdə islam fəlsəfəsindən çıxış edərək şair cənnəti, cəhənnəmi təsvir edir. Bu 

m

ənada, şairin ədəbi irsi həm də dünya ədəbiyyatında Aligyeri Dantenin “İlahi 



komediya”,  Şərq  ədəbiyyatında  Sənai Qəznəvinin Seyr əl-əbrar  əlalməad” 

(“B


əndələrin axirət səfəri”) poemaları ilə birləşir. Bütün bunlar göstərir ki,  şair 

h

əm istedadlı klassik və mahir aşıq-şairdir. 



Şairin  şəxsi həyatında  da  aşıqlara  məxsus həyat tərzi var. Belə  ki,  o  

Az

ərbaycanın dilbər guşələri olan Şəkini, Şirvanı, Ağdaşı, Qubanı, Bakını, Ma-



rağanı və s. gəzərək elin-obanın güzəranı ilə tanış olaraq aşıq üslubunda məd-

hiyy


ə  və  həcviyyələr  yazmışdır.  “Səyahətnamə” xarakterli  həmin  şeirlərini 

“Şəbədeyi-sərapa”  adlandırmışdır.  Maraqlıdır  ki,  bu  şeirlərində  şair  cığala-

41 



rından  da  istifadə  etmişdir.  Hətta bəndlərinin birində  aşıq-şair  dostu  Padarlı 

Ab

dullanın da adını çəkir: 



Cardarda tör

əyib tazə əfəndi, 

Yoxdu onun kimi bir alic

ənab, 


               

Puşidə niqab, 

              Göftgusu nab. 

Göftgusu nab, üç Quvaq Padar. (4, 236) 

 

M

əlikballı  Qurbanın  ədəbi irsi həm  klassik  poeziyamızın,  həm də  aşıq 



ədəbiyyatımızın nadir nümunəsi hesab edilir.  

Klassik poeziyamızda aşıq şeirinin poetik ənənələrini davam etdirən şair-

l

ərdən biri də  Baba bəy  Şakirdir  (1780-1845)  Onun  poeziyası  həm də  aşıq 



ədəbiyyatının nümunələri hesab edilir. Əslində Zakir ədəbi məktəbinin nüma-

y

əndəsi olan şair, həm də Zakirin qohumlarından olmuşdur. Zakir, hətta onun 



ölümü il

ə əlaqədar “Maddeyi-tarix” yazmışdır. Şairin Zakirlə olan müaşirəsi da 

m

əlumdur. Baba bəy Şakirin qoşmalarında ictimai motivlər güclüdür. Xüsusilə 



Zakir 

ədəbi məktəbinə  məxsus  satira  onun  poeziyasında  da  yüksək səviy-

y

ədədir: 


Az qalıbdır çıxsın əflakə nalə, 

R

əiyyətmi dözər bu alhaalə, 



Ed

ənlər artırıb elə həvalə, 

Çapar xana qızıl pulu təhmilat. (2, 30) 

 

Onun Qasım bəy Zakirə və Gəncüm Ağaya  yazdığı məktublarında XIX 



əsrin  əvvəllərində  Azərbaycan siyasi  həyatında  baş  verən hadisələr,  xalqın 

güz


əranı, əhalinin maddi ehtiyacları təsvir edilmişdir: 

Özün divanb

əyi, tutduqca dilin, 

G

ərəkdir deyəsən dərdini elin, 



Tutalım padşaha çatmayır əlin, 

Qubernata, ya s

ərdara ərz elə! (2, 31) 

 

Baba b



əy  Şakir  aşıq  deyildi,  o  klassik  ədəbiyyatımızın  istedadlı  şair-

l

ərindən biridir. Şairin  yazdığı müxəmməslərdə, məsnəvilərdə, qəsidələrdə də 



aşıq şeirinin poetik ənənələri özünü büruzə verir. Belə ki, aşıq şeirinə məxsus 

sad


ə danışıq dili, frazeoloji və idiomatik ifadələr onun klassik üslubda yazdığı 

şeirlərində də var: 

Eşşəyin gər axurun sim ilə təmir edəsən, 

Qarnını kişmiş ilə şamü səhər sir edəsən, 

Çulunu atlasü ya tirmeyi- K

əşmir edəsən,  

Z

əri-xalisdən ona noxtavü zəncir edəsən, 



Q

ədrü qiymətdə yenə atdan olur ərzani. (2, 42) 

 

Şairin müxəmməsindən olan bu misralarda adı danışıq dili, xalq təfəkkü-



42 


rü öz ifad

əsini tapmışdır. Xalq danışıq dilində olan “Eşşək nə qanır zəfəran nə-

dir” v

ə ya “Təzək, bəzək götürməz” kimi atalar sözlərini şair məharətlə divan 



ədəbiyyatına  gətirmişdir.  Halbuki,  divan  ədəbiyyatında  əsrlərdən bəri təsvir-

çilik 


ənənəsi, yüksək pafos, təmtəraqlı bənzətmələr prioritet olmuşdur. Şairlər 

ad

ətən şəhər və saray mühiti ilə bağlı əlamətləri şeirə gətirirdi.  



 A

şıq şeiri ilə bərabər divan ədəbiyyatının janrlarında şeir yazmaq Vaqif, 

Zakir 

ədəbi məktəbinin poetik ənənəsi idi. Baba bəy Şakir də həmin ənənəni 



layiqinc

ə davam etdirmiş və klassik janrlarda da əsərlər yazmışdır.  



 

ƏDƏBİYYAT 

1. Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1966, 487 s. 

2. Az

ərbaycan klassik ədəbiyyatı kitabxanası. VIII cild. Bakı: Elm, 1988, 568 s. 



3. Firudin b

əy Köçərli. Azərbaycan ədəbiyyatı. II c. Bakı: Elm, 1978, 598 s. 

4. El şairləri. Toplayanı S.Mümtaz. Bakı: Azərnəşr, 1935, 291 s. 

 

ФИЛОСОФСКИЕ МЫСЛИ, ОПТИМИСТИЧЕСКИЕ ТЕНДЕНЦИИ  



В СТИХОТВОРЕНИЯХ КЛАССИЧЕСКИХ ПОЭТОВ 

 

А.Ю.ГАСЫМОВ 

 

РЕЗЮМЕ 

 

В статье  нашли отражение философские мысли в классической и ашукской по-



эзии М.Арифа, К.Салики, Падарлы Абдуллы, Меликбанлы Гурбана, Б.Шакира. 

 

Ключевые слова: классическая поэзия, ашукская поэзия, общественно-философ-

ские мысли, оптимичность, гошма, теджнис, баяты 

 

TRADITION OF OPTIMISM, PHILOSOPHICAL IDEAS  



IN THE POEMS OF OUR POETS 

 

A.Y.GASIMOV 

 

SUMMARY 

 

The paper deals with the philosophical ideas of Mustafa agha Arif’s, Kazim agha 



Salik’s, Padarli Abdulla’s, Malikbanli Gurban’s and Baba bai Shakir’s philosophical ideas both 

in classical and ashug poetry. 

 

Key words:  classical poetry, ashug poetry, social-philosophical ideas, optimism, 

goshma, tajnis, bayati 



 

 

43 



Yüklə 87,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə