İbrahimova Şəhla Mais qızı



Yüklə 114,09 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü114,09 Kb.
#50448


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT 338.425  

 

 

 

 

 

 

 



 

UNUDULAN VƏ GİZLƏDİLƏN MƏDƏNİYYƏT 

VƏ YA TÜRKÜN İKİNCİ DOĞUŞU 

 

R.İ.MƏHƏRRƏMOV 

G

əncə Dövlət Universiteti 

rabiteci_22@mai.ru 

 

M



əqalə  dövlətçiliyi, mədəniyyəti,  milli  varlığı  belə  unudulan, gizlədilən və  özgələş-

diril

ən türklərin  qürur  meyarlarından  olan  ümumbəşəri dəyər  payı  daşıyan  mədəniyyətinin 

tarixinin ara

şdırılması  və  uzun illər bu möhtəşəm mədəniyyətin  onun  daşıyıcılarından 

gizl

ədilməsinin aşkarlanmasına həsr edilib. 



əllif tutarlı faktlara, görkəmli tarixçilərin əsərlərində yer alan dəlillərə əsaslanıb, bu 

elmi 

ədalətsizliyi yumşaq desək, tarixin saxtalaşdırılması kimi qiymətləndirmişdir. 

M

əqalə  müəllifi  bu  haqsızlığın  üzə  çıxarılmasını  haqlı  olaraq  türkün  ikinci  doğuşu 

adlandırır. 

 

Açar sözl

ər: milli kimlik, türk əsili, Tomsen, Orxon-Yenisey, Esik kurqanı 

 

Türk xalqları tarixinin tarixşünaslığında ənənəvi olaraq göstərilir ki, tarix-



l

əri az öyrənilən  xalqlardan  biri  türk  xalqlarıdır.  Buraya  onu  da  əlavə  etmək 

g

ərəkdir ki, bütün tarixləri boyu min illər ərzində təqib və təzyiqlərə, qətliam 



v

ə genosidə, köçürülmə və sürgünlərə ən çox məruz qalan da elə türklərdir.  Bu 

c

əngavər və  hökmran, həm də  tolerant xislətli  xalqa  qarşı  qısqanclıq,  nəticə 



etibarıilə düşmənçilik görün, hansı həddə çatmışdır ki, zaman-zaman bu xalqın 

dövl


ətçiliyi, varlığı və milli kimliyi belə inkar edilmiş və inkar edilməkdədir.  

H

ələ rus imperiyası dövründən müstəmləkə xalqlarının tarixini öyrənmək, onu 



t

ədqiq etmək rus elminin maraq dairəsinə daxil deyildi.  Əksinə, I Pyotrun za-

ma

nından bu xalqların tarixi yadigarlarının məhv edilməsi planlı şəkildə həyata 



keçirilirdi. Pyotr öz f

ərmanında beləcə də yazırdı: “... А.Басурман зело мухим 

образом, что бы не узнали, сколько возможно  убавлять” [3, 140.] və hiss 

edilm


ədən, sakitcə azaldılırdı. Türklərin varlığı belə şübhə altına alınaraq on-

lara qarşı təqib və təzyiq davam etdirilirdi. 

Rus imperiyasının bütün hakimiyyətləri dövründə unudulmayan genosid 

rus  imperiyasının  köhnə  ənənəsi idi. Digər tərəfdən elə  həmin dövrdən yeni 

“dönd

ərilmə”  prosesi  başlanmışdı  –  türklər rəsmi  olaraq  slavyanlaşdırılırdı.  



Ayrı-ayrı yaşayış məntəqələrində slavyanların sayı yüz və min dəfələrlə artırı-

151 



lırdı [2, 226].  Həmin dövrdə ölkədə genosid deyil, hələ adı tapılmayan elə bir 

hadis


ə baş verirdi ki, bütöv bir xalq gedər-gəlməzə göndərilirdi.  Bu türk xalqı 

idi. Avrasiyada yegan

ə müstəqil türk dövləti (Anadolu Türkiyəsi istisna edil-

m

əklə)  –  Krım  xanlığının  işğalından  sonra  Krımdakı  Fransa  səfiri Baron de 



Tottun t

əxmin etdiyi 5 milyonluq Krım türkləri pərən-pərən edilərək ana yurd-

larından köçürülmüş, bir hissəsi isə qətliam edilmişdir.  Bundan sonra Krımda 

vur-tut 300 min türkün d

ə başına müsibətlər açılaraq, ana yurdlarından köçü-

rül


ərək sürgünlərə məruz qalmışdır. Bunun nəticəsi idi ki, rus və sovet impe-

riyaları  dövründə  milyonlarla türkəsilli  insanlar  sağ  qalmaq  üçün  soyadlarını 

d

əyişərək, ağır olsa belə, slavyanlaşmışlar. Məsələn, görkəmli elm, mədəniyyət 



xadiml

əri Tuqan Baranovski, Sergey Raxmaninov, Mixail Bulqakov, admiral 

Kolçak, Mixail Kutuzov, Timiryazev, Baskakov v

ə başqaları türkəsilli rus fa-

miliyalılardır.  Belələri yüzlərlədir. 

Tarix hakim 

ideologiyanın  milli  siyasətinin  əsaslandırılması  vasitəsinə 

çevrildikd

ən sonra onun tədqiq edilməsi də siyasi mərkəzdən istiqamət almağa 

başladı.  Rus-sovet  tarixşünaslığının  patriarxı  adlandırılan  akademik  B.A.Rı-

bakov  slavyanların  tarixini  tədqiq edərək qədimləşdirmək  tapşırığı  almışdı. 

Sibird


ən Qara dənizə  qədər böyük bir ərazidə  tapılan  arxeoloji  yadigarlara 

slavyan donu geydirilirdi. B

əlkə elə buna görə Daniel Qotlib Messerşmidtin ta-

pıntısı  diqqətdən kənarda  qalırdı.  Dansiqdən olan bu təbiətşünas  alim  avro-

palılar arasında ilk dəfə 1719-1727-ci illərdə Sibirə səyahət etmişdir və orada  

sirli yazılar görmüşdür  (Lakin belə bir fikir də mövcuddur ki, İsveç əsiri, zabit 

Flipp-

İohann  TabbetStralenberq  1713-1722-ci illərdə  Sibirdə  yaşamış  və  sirli 



daşüstü işarələri ilk dəfə o, görmüşdür və alman runlarına oxşadığı üçün onları 

run adlandırmışdır) [4, 6; 3, 141].   

Sirli yazılar olan Orxon-Yenisey abidələrindən ilk dəfə XII əsrdə tarixçi 

Ala


əddin Ata Məlikin “Cüveyni tarixi cahangüşa” adlı əsərində bəhs edilmiş-

dir. Lakin bu faktlar avropalılara məlum olmadığından Orxon-Yenisey abidə-

l

ərinin varlığı uzun müddət elm aləmindən gizli qalmışdır. Kitabələr haqqında 



ilk m

əlumatı  avropalılara  Niderlandın  paytaxtı  Amsterdam  şəhərinin burqo-

mistri Nikolay Vidzen vermişdir. Onun 1692-ci ildə çapdan çıxmış “Nord and 

Oost Tartarye” adlı kitabında oxuyuruq ki, ... Verxoturye çayından bir qədər 

aralı qayada bir neçə şəkil və naməlum hərflərlə yazılmış bir neçə yazı tapıl-

mışdır. O yerlərin ən qocaman sakinlərinin dediyinə görə həmin yazılar mosk-

vitl

ərin (N.Vidzen rusları moskvit adlandırır) bu ölkəni fəth etdiyi zamandan 



əvvəl də  (ölkənin fəth edilməsi isə  100 ildən daha çox əvvələ  aiddir) orada 

olmuşdur. Beləliklə, bu şəkillərin nə vaxt və kim tərəfindən çəkilməsi haqqında 

heç bir m

əlumat yoxdur [4, 6]. 

N.Vidzenin m

əlumatından  bir  qədər  sonra  Tobol  boyarlarından  birinin 

oğlu  Semyon  Remezov  da  Orxon-Yenisey abidələri  haqqında  xəbər  verir.  

M

əlumdur ki, 1696-cı  ildə  I Pyotrun göstərişi  ilə  “Sibirin  bütün  şəhər və 



torpaqlarının xəritəsi” və “bütün susuz və çətin keçilən daşlıq çöl torpaqlarının 

x

əritəsi” adlı iki xəritə hazırlanaraq 1697-ci ildə  nəşr  edilir.  S.Remezov bu 



152 


x

əritələrdə Talas çayı sahilində, indiki Qazaxstan Respublikasının Talas şəhə-

rinin yanında  topoqrafik işarə kimi “orxon daşı” işarəsini qoyur.  Məlum oldu-

ğu  kimi,  sonralar,  yəni 1896-1897-ci illərdə  V.Kallaur və  Q.Heykel həmin 

işarənin göstərildiyi yerdə  qədim türk əlifbası  ilə  yazılmış  və  türkologiyada 

Talas kitab

ələri  adı  ilə  tanınmış  qədim türk abidələrini  tapmışdır.  Şübhəsiz, 

S.Remezov Monqolustanda yerl

əşən  Oxon  çayı  ilə  Talas  çayının  qollarından 

birini qarışdıra bilməzdi.  Həmin xəritələrdə isə Selenqanın qolu Orxon çayı ilə 

“Orxon daşı” ayrılıqda göstərilir.  Görünür, Orxon çayı sahilindəki qədim türk 

abid


ələri də, sonralar V.Kallaur və Q.Heykelin tapdığı  yazılı daşlar da S.Re-

mezova m


əlum imiş. Yəqin ki, Talas sahilindəki abidələrə oxşamasını nəzərə 

alaraq, h

əmin daşları “Orxon daşı” kimi xəritəyə qeyd etmişdir. 

İstər N.Vidzen, istərsə  də  S.Remezov qədim türk Orxon-Yenisey  yazılı 

abid

ələri haqqında dolayısı ilə məlumat verir, onların olduğu  yerləri göstərir, 



lakin abid

ələrin özləri haqqında elmi əhəmiyyət daşıyan heç bir söz demirdilər.   

Bu abid

ələr haqqında elmi fikirlər XVIII əsrdən söylənilməyə başlanır. 



Messerşmidtin tapıntısı Peterburqda sevinclə qarşılanmadı.  Qədim nadir 

abid


ələrdən  götürülmüş  surətləri dərc etmək hara, heç onlara baxmaq belə 

ist


əmədilər. Bəlkə  də,  artıq  hiss  etmişdilər  ki,  bu  nadir  tapıntı  hər vasitə  ilə 

inkar etdikl

əri türk mədəniyyəti abidəsidir.  Yazını  skitlərə  aid etmək qərara 

alındı və lüzumsuzluğundan surəti arxivə verilməsi tövsiyə edildi.  Heç onu da 

n

əzərə almadılar ki, skitlər Uzaq Şərqdə heç vaxt yaşamamışlar. 



Sonralar,  II  Yekaterinanın  səfirlərindən birinin köməyi ilə  bu surətlər 

gizli olaraq Avropaya çatdırıldı və orada dərc edildi.  Hər halda bütün dünya öz 

tarixinin unudulmuş səhifəsi haqqında xəbər tutdu – düzdür, hələ söhbət qədim 

türk m


ədəniyyəti haqqında getmirdi.  Sonralar, məlum olacaq ki, bunlar türk-

run yaz


ılarıdır və bunu Danimarka alimi Vilhelm Tomsen oxuyacaqdır. 

1793-cü ild

ə  akad. Pallas Orxon-Yenisey abidələrindən bir neçəsinin 

m

ətnini nəşr etdirir. Lakin qədim türk abidələrinin daha geniş öyrənilməsi XIX 



əsrdən başlanır.   

1816-


cı  ildə  «Сибирский  Вестник»  jurnalında  Q.  Spasskinin  “Sibirin 

q

ədim abidələri haqqında qeydlər” adlı məqaləsi çıxır. Qraf M.P.Rumyantsevin 



xahişi ilə  akad.  F.İ.Kruq  bu  məqaləni  latın  dilinə  tərcümə  edir. Q.Spasskinin 

əsəri məşhur dilçi V.Fon Hunboldtun və şərq dillərinin, o sıradan türk dillərinin 

görk

əmli tədqiqtçısı  Abel  Remüzənin diqqətini cəlb edir. A.Remüzə  1822-ci 



ild

ə  Q.Spasskinin  əsəri  haqqında  rəy  yazır.  Rəydə  göstərilir ki, Asiya xalq-

larında  qəbir üzərində  “pey” adlanan ikidilli, hətta  üçdilli  yazısı  olan  daş 

obelskl


ər qoymaq adəti varmış.  Belə obelsklərin tapılması Yenisey kitabələri 

m

əsələsinin həllinə mühakimə və fərziyələrdən daha çox kömək göstərə bilər.  



Abid

ələrin yazıldığı işarələrin run işarələrinə bənzəməsini A.Remüzə zahiri və 

aldadıcı  adlandıraraq  yazır  ki,  bu abidələr qədim türk qəbilələrinin məskun 

olduğu ərazidə yerləşir.  Q.Spasskinin əsəri haqqında Rommel və Y.Klaprot da 

r

əy söyləmişlər. A.Remüzədən fərqli olaraq Q.Spasski, Rommel və Y.Klaprot 



bu abid

ələrin türklərə mənsubluğunun əleyhinə çıxırdılar.  Q.Spasski yazırdı ki, 

153 



türkl

ərin, ümumiyyətlə  tatar qəbilələrinin qədim dövrlərdə  Sibirin cənubunda 

ya

şaması haqqında elmdə heş bir iz yoxdur, əksinə, hər şey göstərir ki, türklər 



bu yerl

ərə sonradan köçüb gəliblər. Q.Spasski həmin abidələrin kalmık qəbi-

l

ələrinə məxsus olması fərziyyəsini irəli sürürdü. Rommel Yenisey kitabələrini 



alman rusları ilə müqayisə edib, belə bir fərziyyə irəli sürürdü ki, bu kitabələr 

ya skit, ya da yunan-qot m

ənşəlidir.  Y.Klaprot məsələyə bir qədər ehtiyyatla 

yanaşıb  göstərir ki,  Yenisey kitabələrinin  yazıldığı  işarələr  yunan  runlarına 

b

ənzəyir [4, 7]. 



1857-ci ild

ə  Q.Spasski yenidən Yenisey kitabələri problemi üzərinə 

qayıdır.  O, özünə qədər irəli sürülən fərziyyələri, xüsusən Rommelin abidələri 

skitl


ərə  bağlanması  fərziyyəsini qəti rədd edir, əvvəlcə, bu abidələrin  hansı 

xalqa m


əxsusluğu  məsələsini  açıq  saxlasa  da,  sonradan  onların  slavyanlara 

m

əxsus  olması  nəzəriyyəsini  işləyir. Onun nəzəriyyəsi V.Florinski tərəfindən 



müdafi

ə edilir  [4, 7]. 

1859-cu ild

ə  A.Şifner  Yenisey  abidələrinin  yazıldığı  əlifbanın  damğa-

lardan 

əmələ gəlməsi fərziyyəsini irəli sürürdü.  1874-cü ildə N.Popov Yenisey 



abid

ələri üzərində tədqiqat apararaq Rommelin abidələrin qot mənşəli olması 

haqqındakı fikrini daha da inkişaf etdirir. Həmin ildəcə fin alimi Aspelin Si-

bird


ə tapılmış balbalların (daşdan kobud şəkildə yonulmuş “insan heykəlləri”) 

v

ə  naməlum  yazının  tarixini  qədim fin qəbilələrinə  bağlayır.  1859-cu ildə 



M.A.Kastrenin tapdığı daşların şəkilləri nəşr edilir. Bu qəribə  yazılara maraq 

daha da artır. 

Y

enisey çayı hövzəsində tapılmış yazıların tədqiq edilib öyrənilməsində 



rus alimi N.M.Yadrintsevin daha çox xidm

əti  vardır.  Hələ  1885-ci ildə  onun 

Yenisey abid

ələri haqqında məqaləsi çıxmışdır.  Həmin məqalədə alim Y.Klap-

rotun Yenisey yazılarının şimal mənşəli olması haqqındakı fərziyyəsinin əley-

hin


ə çıxaraq söyləyir ki, bu kitabələrin dili türk mənşəli olmalıdır.  N.M.Yad-

rintsevin fikrinc

ə, Asiya xlqlarının run yazısını Avropa qotlarından və finlərdən 

götürm


əsini iddia etmək düzgün deyildir, çünki bizə  bu  xalqların  Asiyadan 

çıxdıqları məlumdur. Daha sonra N.M.Yadrintsev yazırdı ki, Yenisey yazıları-

nın və Sibir balballarının hansı xalqa məxsuzluğu məsələsini həll etmədən biz 

dey


ə  bilərik ki, bu abidələrin mənşəyi çox qədimdir, bəlkə  də  İsanın  anadan 

olmas


ından əvvəlki vaxtlara aiddir.  O da maraq doğurur ki, bu abidələrin 2000 

il salamat qalması necə mümkün olmuşdur.  Güman etməyə əldə əsas vardır ki, 

bu abid

ələr fin qəbilələrindən və buraya daha sonra gəlmiş qot və hindo-skit 



q

əbilələrindən daha çöx, onlarla qonşuluqda yaşamış türk qəbilələrinə mənsub-

dur [4, 9]. 

1889-cu ild

ə  rus-coğrafiya  cəmiyyətinin  Şərqi  Sibir  şöbəsi N.M.Yad-

rintsevin başçılığı ilə Monqolustana ekspedisiya təşkil edir.  Bu ekspedisiya ilə 

Orxon-Yenisey abid

ələrinin öyrənilməsinin yeni dövrü başlanır.  Ekspedisiya-

nın elə birinci səfərində Kokşin-Orxon rayonunda Saydam gölü yaxınlığındakı 

Orxon çayı hövzəsində, Erdeni Tszu budda monastrından 60 km. şimalda N.M. 

Yadrintsev Gültigin v

ə Mogilyan xan (Bilgə xan) abidələrini kəşf edir.  Yad-

154 



rintsev Gültigin abid

əsi haqqında yazır: “Qeyri-adi davamlı və möhkəm qranit 

əsrlərdən bəri aşınmışdır və minillik qədimliyi göstərir.  Bəzi “səhifələr” mü-

hafiz


ə edilmişdir.  Bunlar Sibirin başqa yerlərində də rast gldiyimiz sirrli run 

yazısından  ibarətdir. “Səhifələr”in  yanlarında  və  obelskin  arxasındakı  “sə-

hif

ə”də kiday, yaxud kidan heroqlifləri vardır. Əgər bu yazılar çin dilindədirsə, 



onda ola bilsin ki, onlar runların açılması üçün açar versin”. N.M.Yadrintsevin 

ümidi  düz  çıxdı,  məhz  Gültiginin  şərəfinə  qoyulmuş  abidə  sonralar Orxon-

Yenisey 

əlifbasının  açılmasına  səbəb oldu. Bilgə  xaqanın  şərəfinə  qoyulmuş 

abid

ə  Gültiginin  şərəfinə  qoyulmuş  abidədən böyük idi, lakin təəssüf ki, üç 



hiss

əyə  bölünmüşdü,  qranitin  müəyyən bir hissəsi  parçalanıb  dağılmış, bəzi 

s

ətirlərdəki sözlər, həriflər silinib yoxa çıxmışdır. Gültiginin şərəfinə qoyulmuş 



abid

ə isə, demək olar ki, bütöv idi.   

N.M.

Yadrintsevun  ekspedisiyasının  ardınca  Monqolustana  Q.Heykelin 



r

əhbərliyi ilə  fin  ekspedisiyası  yola  düşür. Finlər Aspelinin  Orxon-Yenisey 

abid

ələrinin fin mənşəli  olması  haqqındakı  nəzəriyyəsini sübut edəcək faktik 



material tapmaq ümidind

ə idilər.  Heykelin ekspedisiyasının materialları həmin 

dövrd

ə nəşr edilmişdir. 1891-ci ildə akad. V.V Radlovun rəhbərliyi ilə Rusiya 



Elml

ər Akademiyasının Mçonqolustana ekspedisiyası təşkil edilir.  Ekspedisiya 

Orxon çayı hövzəsindəki bütün abidələrin estampajını çıxarır.  

1892-ci ild

ə  ekspedisiyanın  əsərlərinin 6 cildi nəşr  edilir,  bunlardan  4 

buraxılış təkcə abidələrin atlasından ibarət idi. Artıq bu sirrli mətnlərin yazıl-

dığı əlifbanı açmaq üçün kifayət qədər material vardır [4, 10]. 

Orxon-Yenisey 

əlifbasının açılması üzərində yuxarıda göstərdiyimiz kimi 

Danimarka alimi V.Tomsen v

ə rus alimi akad. V.V. Radlov işləyirdi. Təkrar da 

olsa,  qeyd  etm

ək  lazımdır  ki,  1893-cü  il  dekabrın  15-də  Danimarka Kral 

Elml


ər Akademiyasının iclasında prof. V.Tomsen run yazılarının, yəni Orxon-

Yenisey abid

ələrindəki yazının oxunması haqqında məlumat verdi. V.Tomsen 

əvvəlcə, Kültigin abidəsindəki 4 sözü-tenri, türk, kül və tigin sözlərini oxuyur.  

Abid

ənin  türkdilli  olduğunu  müəyyənləşdirdikdən sonra digər mətnləri də 



aydınlaşdırır. O vaxta qədərsə akad. V.V.Radlov 20-yə qədər işarəni açmışdı.  

V.Tomsenin q

ədim türk əlifbasını açması xəbərini alandan sonra V.V.Radlov 

Külti


ginin şərəfinə qoyulmuş abidəni tərcümə edir və 1894-cü il yanvarın 19-

da Rusiya Elml

ər Akademiyasının iclasında oxuyur.  

H

əmin illərdə V.Tomsen və V.V.Radlovla yanaşı, Orxon-Yenisey abidə-



l

ərinin tədqiqi ilə V.Banq da məşğul olur; o, abidələrin oxunması haqqında iki 

m

əqalə çap etdirir. 1899-cu ildə P.M.Melioranskinin “Kül Tegin şərəfinə abi-



d

ə” adlı kitabı nəşr edilir.  Bu əsərdə Kültigin abidəsinin tərcüməsi, tərcüməyə 

P.M.

Melioranskinin  verdiyi  şərhlərlə  yanaşı,  V.Tomsenin Kültigin abidəsi 



t

ərcüməsinin 1896-cı il nəşrinə yazdığı izahat da vardı. 

Haşiyə: Vilhelm Lüdviq Peter Tomsen (1842-1927)  Randers  şəhərciyi 

poçtmeysteri (poçt müdiri) ail

əsində doğulmuş, uşaqlıq həyatı burada keçmiş, 

öz unuversitet kary

erasını  da  burada  başlamışdır.  Teologiya (ilahiyyət) ilə 

m

əşğuliyyət onu qane etməmiş, onu digər elmlər-filologiya və botanika özünə 



155 


daha çox c

əlb  etmişdir.  Gənclikdə  Tomsenin bəxti gətirmişdir.  O,  görkəmli 

aliml

ərlə rastlaşmış və həmin müəllimlər onda fenomenal yaddaşın və filoloq 



qabiliyy

ətinin olduğunu diqqətdən qaçırmamışlar. 

1887-ci ild

ə Tomseni Kopenhagen Universitetinin müqayisəli dilçilik ka-

fedrasına dəvət etdilər. Həmin illərdə “Qədim Rusun Skandinaviya ilə əlaqələri 

v

ə Rus dövlətinin mənşəyi” haqqındakı əsəri ona dünya şöhrəti gətirdi. Qeyd 



etm

ək  lazımdır  ki,  Danimarka  aliminin  tədqiqatı,  Rusiyada  qəbul ediləndən 

tam f

ərqli nöqteyi-nəzər sərgiləyirdi. Əslinə baxılarsa, prof. Tomsen rus tari-



xini siyas

ətdən kənar, olduğu kimi, əsl həqiqəti yazan ilk alimlərdən idi.  Əfsa-

n

ələrə və uydurmalara yer olmayan bu fundamental tədqiqatın müddəalarını nə 



t

əkzib etmək, nə də qəbul etmək bacarıqsızlığı prof. Tomsenin adını qadağan 

etm

əsə də, rus alimləri içərisində o, təbliğ olunmayanlar sırasına daxil edildi.  



Yaxşı ki, dünya Kiyev Rusu haqqında həqiqəti ondan öyrəndi. 

Professor Tomsen bir neç

ə  dəfə  Rusiyada  olmuş,  o,  slavyan  mədəniy-

y

ətinin Avropa kökünü əla öyrənmişdi. Hədənsə, həmişə rus alimlərinin diqqə-



tind

ən kənarda qalan və səhv olaraq rus mədəniyyəti adlandırılan bu mədəniy-

y

ətin qıpçaq-türk əsasını məhz bu görkəmli alim aşkar etmişdir.  Kopenhagen 



universitetinin müqayis

əli dilçilik kafedrasının professoru V.Tomsen 1893-cü 

il  dekabrın  15-də  Danimarka Kral Elmi Cəmiyyətinə  məruzə  təqdim  etdi.  

M

əruzə “Sirli Sibir yazısı” haqqında idi.  30-a qədər dil bilən alim “Sirli Sibir 



yazısı”nı oxudu.  Bu tarix türkün ikinci doğuşu tarixi idi [4, 10; 3, 147].   

Burada bir m

əqamı qeyd etmək zərurəti duyulur.  Görkəmli Danimarka 

alimi Tomsen ona dünya şöhrəti gətirən “Qədim rusun Skandinaviya ilə əlaqə-

l

əri və  rus dövlətinin mənşəyi”  haqqında  əsəri  işıq  üzü  gördükdən və  həmin 



əsərdə  nədənsə  türk mədəniyyətinin səhv olaraq rus mədəniyyəti hesab edil-

m

əsi faktının rus alimlərinin diqqətindən qaçdığı üzə çıxdıqdan sonra belə bir 



deyim s

əsləndirilirdi:  İstənilən  rusu  qazı  (yaxud  qaşı),  tatar olacaq”. Tomsen 

is

ə həqiqətən rusu qazıdı. 



Burada B.A.

Rıbakovun  işi  daha  asan  idi.    Ondan  türkü  qazımaq  tələb 

olunmurdu, rast g

əldiyi arxeoloji abidələrin hər birində türk izi, türk ruhu izlən-

m

əkdə idi. Patriarxa sadəcə üzə çıxardığı hər bir tapıntıya bir “slavyan pərdəsi” 



ç

əkmək kifayət edirdi və o, bu pərdəni çəkə bilirdi. 

Orxon-Yenisey 

əlifbası açıldıqdan sonra qədim türk abidələrinin tədqiqi 

il

ə təkcə türkoloqlar və çinşünaslar deyil, habelə iranşünaslar, ərəbşünaslar və 



başqaları məşğul olurlar. Ayrı-ayrı abidələrin oxunmasında, mətnlərin tərcümə-

sind


ə və izahında yuxarıda adları çəkilən tədqiqatçılarla birgə V.Bartold, Bloşe, 

Q.Vamberi

,  V.Vasilyev,  Q.Qabelents,  Q.Deveria,  F.Korş,  İ.Markvart, Nəcib-

Asim, N.Popo

v,  F.Hirt,  E.Şavann,  Q.Şlegel  və  başqalarının  böyük  əməyi ol-

m

uşdur.  V.V.Bartold qədim türk qəbilələri  haqqında  tarixi  konsepsiya  ha-



zırlamışdır.  

Artıq tapılmış abidələrin oxunması, tərcüməsi, izahı və nəşri ilə  yanaşı, 

yeni abid

ələrin axtarışı da davam etdirilir.  1891-ci ildə N.M.Yadrintsev Ongin 

abid

əsini kəşf  edir  (onu  ilk  dəfə  1895-ci ildə  V.V.Radlov nəşr  etdirmişdir), 



156 


1897-ci ild

ə  Y.N.Klements  Orxon  çayının  qolu  Tola  çayının  sahilində  Ton-

yukuk  şərəfinə  qoyulmuş  abidəni  tapır.  1896-1897-ci illərdə  Semireçyedə 

q

ədim türk Orxon-Yenisey əlifbası ilə yazılmış abidələr kəşf edilir. 



XX 

əsrin əvvəllərində Orxon-Yenisey abidələrinin tədqiqində nə isə bir 

dur

ğunluq baş verir.  Bu dövr haqqında A.N.Samoyloviç  yazır: “Ölüm  runşə-



killi türk  yazılı abidələrinin üç əsas tədqiqatçısından ən cavanını, öz tədqiqat 

üsul


larının  dəqiqliyinə  görə  yalnız  V.Tomsenlə  müqayisə  edilə  bilən 

P.M.Mlio


ranskinin vaxtından qabaq elm aləmindən apardı.  Çin Türküstanının 

qumlarında  çoxlu  miqdarda  uyğur  yazısı  abidələrinin  tapılması  ilə  əlaqədar 

V.V.Radlov Monqolustan v

ə Sibirdəki abidələrin tədqiqindən ayrıldı.  Çünki o 

bunların  hamısını  (Ramstedt  və  Kotviçin sonralar kəşf  etdikləri abidələrdən 

başqa)  ilkin  şəkildə  tədqiq  etmiş,  qlossari  və  qrammatik oçerklərlə  izahını 

vermişdi. Orxon-Yenisey yazılı abidələri haqqında bir neçə məqalə yazmış və 

bu kitab


ələrdə təkliklərlə onluqların birləşməsindəki xüsusi sistemi kəşf etmiş 

V.Banq da bu abid

ələrin tədqiqi üzərində çox dayanmadı...[4, 12]. 

Görün  tarixin  saxtalaşdırılması  hansı  həddə  çatmışdı  ki,  M.Qorbaçovun 

“yenid

ənqurma” və  “aşkarlıq”  adı  altında  islahatı  dövründə  sovet-rus tarixçi-



l

əri, xüsusilə, Leninqrad Dövlət Universitetinin professorları Ftodorov, Novo-

seltsev v

ə digərləri «Вопросы истории» jurnalında Rıbakovu slavyanların ta-

rixini süni olaraq q

ədimləşdirib  onun  etnogenezini  (mənşəyini) e.ə. II minil-

liyin orta

larına aid edərək, tarixi saxtalaşdırdığı üçün haqlı olaraq kəskin pis-

l

əmişdilər.  Paradoksa  baxın,  türklərin mənşəyinin  tarixi  reallıqlar  əsasında 



t

ədqiqi isə qaranlıq, əlçatmaz, sehirli bir otaqda gələcəyə saxlanılmışdır. 

Burada bir m

əqamın  qeyd  olunması  lazım  gəlir. VI-VII  əsrlərə  aid Or-

xon-

Yenisey run yazılarının oxunması ilk baxışda ona dəlalət edə bilər ki, türk-



l

ərə aid bu yazı elə onların ən qədim yazılarıdır. Axı, məşhur türkoloq L.N.Qu-

milyov da b

əzi tarixçilərdən fərqli mövqe tutsa da, rəsmi  tarixşünaslığın 

ç

ərçivəsindən kənara  çıxa  bilməyib, həmin dövrün türklərini qədim türklər 



hesab edirdi.  Əslində isə, bu fikirlər bu cür qəbul edilə bilməz. 

Əvvəla, hər hansı  bir  xalqa  aid  yazının  hansı  ildə  aşkarlanması,  bu 

yazının  yaranma  tarixini  dəqiqliklə  müəyyənləşdirmək üçün əsas ola bilməz.  

Xüsusil


ə  türklərə  aid  yazının  uzun  illər  aşkarlanmaması  və  köçəri  xalqların 

ümumiyy


ətlə, mədəniyyət  daşıyıcıları  olmaması  uydurmaları  türklərə  aid ya-

zının daha qədimlərdə yarandığını şübhə altına alırdı.  Digər tərəfdən, tarix o 

zaman h

əqiqətə çevrilir ki, hipotez və ya versiya kimi irəli sürülən fikirlər onun 



t

əsdiqinə  yardımçı  olan  etnoqrafik,  xüsusilə  arxeoloji dəlillərlə  sübut  edilsin.  

Fikrimizin t

əsdiqi üçün aşağıdakı faktın incələnməsi lazım gəlir. Hələ sovet dö-

n

əmində 1970-ci ildə Qazaxstanın keçmiş paytaxtı Alma-Atanın 50 kilometr-



liyind

ə  arxeoloji  qazıntı zamanı  aşkar  edilən  bir  nadir  tapıntı  Orxon-Yenisey 

run  yazılarının  heç  də  türklərə  məxsus  ən qədim  yazı  olmadığını  isbatladı. 

Tarixi 


ədəbiyyatlarda  “Altun  geyimli  oğlan”  adı  altında  Esik  kurqanında 

tapılan bu, çox önəm daşıyan tapıntı öz zənginliyinə görə, yalnız Misir Fironu 

Tutanxamonun q

əbri ilə müqayisə edilirdi.  Lakin bu arxeoloji abidəni tədqiq 

157 



ed

ən alimlər göstərirdilər ki, bu tapıntının əhəmiyyəti buradakı qızıl əşyaların 

çoxluğu ilə ölçülmür, onun dəyər əmsalı daha vacib tarixi həqiqətə xidmət edir.  

Oxucunu intizarda qoymayaraq bu a

rxeoloji tapıntının ən vacib tarixi dəyərini 

açıqlayaq. Burada qızıl əşyalardan başqa bir, yarımoksidləşmiş, yəni paslaşmış 

teştə  bənzər  əşya  da  aşkar  edilib  və  həmin  əşyanın  üzərində  iki sətirlik  yazı 

aşkarlanıb.  Orada  yazılır:  “Xaqanın  oğlu  23  yaşında  öldü.  Esik  xalqının başı 

sağ olsun” [12, 47].  Bu yazı bir çox cəhətdən əhəmiyyətlidir.  Birincisi, bura-

dan m


əlum olur ki, ərazidə dövlət qurumu fəaliyyət göstərib.  Çünki “xaqan” 

v

ə “şahzadə” dövlət olan zaman olur. İkincisi, və daha vacibi-yazı Orxon-Ye-



nisey abid

ələrindəki run yazıları ilə eyni dövrə deyil, daha qədim tarixi dövrə, 

aliml

ərin  hesablamalarına  görə, eradan əvvəl  I  minilliyin  ortalarına  aiddir.  



Dem

əli, türklərə məxsus yazının tarixi min ildən artıq qədimə gedib çıxır. 

Çağdaş  əsrimizin  başlanğıcında  Türkiyə  Respublikası  türklər  yaşayan 

q

ədim ərazilərdə arxeoloji qazıntılar aparmaq üçün üç yüz milyon dollar vəsait 



ayırmışdır.  Ondan  bir  neçə  il  sonra  ayrı-ayrı  mətbuat səhifələrində  belə  bir 

m

əlumat verildi ki, arxeoloji  qazıntılar  zamanı,  xüsusilə  indiki Monqolustan 



ərazisində  türklərə  aid çox qiymətli arxeoloji abidələrin  tapılması  belə  bir 

n

əticə çıxarmağa imkan verdi ki, türklərin tarixini yenidən yazmaq üçün çox 



qiym

ətli materiallar əldə edilmişdir. Qara dənizdən Sakit okeana qədər Avro-

asiyanın  geniş  çöllərində  aparılan  arxeoloji  qazıntılar  türklərin tarixini daha 

d

əqiq tədqiq etmək üçün imkanlar yaradacaq.  Bəlkə də bu qiymətli tapıntılar 



Avropa v

ə rus tarixçilərinin, xüsusilə iranşünasların inkar etdikləri, unudulmuş 

v

ə  gizlədilmiş  türk  mədəniyyəti  Avroasiyanın  ən qədim mədəniyyəti kimi 



t

əsdiq ediləcəkdir. Yəqin ki, türklərə  məxsus  yazının  tarixi  eradan  əvvəl I 

miniliyin ortalarına deyil, ondan daha qədimlərə gedib çıxacaqdır. 

Bel


əliklə, hələ  XII  əsrdə  tarixçi Alaəddin Ata Məlikin “Cüveyni tarixi 

Cahanguşə”  adlı  əsərində  bəhs edilən və  XVII  əsrin sonundan Avropa tarix-

çil

ərinin maraqlarına daxil olan Orxon-Yenisey abidələrindəki run yazılıarının 



açılması  yalnız  XIX  əsrin  sonunda  baş  verdi.    Görəsən, bir neçə  əsr  ərzində 

öyr


ənilməsi davam edən bu mədəniyyət abidəsinin elm tərəfindən öyrənilməsi 

prosesi n

ə üçün bu qədər vaxt apardı.  Məlumdur ki, Rusiyada bu məsələ ilə 

XVIII 


əsrin əvvəllərindən məlumatlar verilmişdi, lakin bu məlumatlar sükutla 

qarşılanmış, ona əhəmiyyət verilməmiş, hətta lazımsız bir material kimi arxivə 

gönd

ərilmişdi.  Yuxarıda dediyimiz bir fikri bir daha xatırladıram – nə yaxşı ki, 



XVIII 

əsrdə II Yekaterinanın zamanında Avropa dövlətlərinin səfirlərindən biri 

h

əmin  materialı  öz  ölkəsinə  ötürə  bilmişdi  və  bundan sonra Avropa alimləri  



Sirrli Sibir y

azıları  deyilən bu mədəniyyət abidələrinin öyrənilməsini sürət-

l

əndirmişlər.  Rusiyada bu sirrli yazı ilə yalnız XIX əsrin II yarısından sonra 



maraqlanmağa başlanmışdır və Rusiya Elmlər Akademiyasının eskpedisiyaları 

zaman-zaman h

əmin əraziyə göndərilmişdir. 

Burada bel

ə bir tarixi fakt yada düşür: 1945-ci lin martında Böyük Vətən 

müharib


əsinin həlledici  döyüşləri dövründə  İosif  Stalin  cəbhə  komandanları 

Jukov, Konev, Vasilevski, Rokosovski v

ə  digər  marşal  və  generalları  yanına 

158 



d

əvət edib onlara belə  bir sual  verir,  düşmənin  paytaxtı  Berlini  müttəfiqlər 

almalıdır,  (ABŞ  və  İngiltərə  nəzərdə  tutulurdu) yoxsa biz? Və  bundan sonra 

tarixd


ən məlum  olduğu  kimi  Berlin  əməliyyatı  işlənib,  hazırlanır  və  sovet 

qoşunları  ilk  dəfə  Berlinə  daxil olur. Müqayisə  üçün deyək  ki, XIX əsrin II 

yarısında Avropa  alimləri, xüsusilə V.Tomsen Sibirin sirrli run  yazılarını aç-

maq üzr


ə ikən Rusiya Elmlər Akademiyası bu işdə gecikməmək üçün ekspe-

disiyaların fəaliyyətini daha da intensivləşdirir və həmin türklərə aid mədəniy-

y

ət abidələrinin oxunması prosesində iştirak edirlər.  



 

ƏDƏBİYYAT 

1.

 



Александр  Вушков.  Чингизхан,  неизвестная  Азия.  М.:  ЗАО  «Олма  медия  Гружо», 

2007, 544 с. 

2.

 

Мурад Аджи. Европа, тюрки, Великая степь. М.: Мысль, 1993, 331 с. 



3.

 

Мурад Аджи. Полынь половецкого поля. М.: Еоо «Пун-контекст», 1994, 350 с. 



4.

 

R



əcəbov Ə., Məmmədov Y. Orxon-yenisey abidələri. Bakı: Yazıçı, 1993, 400 s. 

5.

 



Баскаков Н.А. Русские фамилии тюркского происхождения. М.: Наука, 1993, 279 с. 

6.

 



Карамзин Н.М. История государства Российского. Т. I-V, М.: 1989. 

7.

 



Мурзаев Э.М. Тюркские географические названия. М.: Восточная литература, 1996, 176 с. 

8.

 



Радлов В.В. Сибирские древности: Материалы по археологии Сибири. СТб, Типогра-

фия Императорских Академии наук. №3,1888. №5.1981, №15 1902, 53 с. 

9.

 

Руденко С.И. Древнейшие в мире художественные ковры и ткани оледеленых курга-



нов Горного Алтая. М.-Л.: Академия наук СССР, 1968, 136 с. 

10.


 

Томсен В. Дешифрованные орхонские и енисейские надписи. Пер. В.Радлова. Запис-

ки отделения Русского Археологического общества. Т.VIII, вып. III-IV, 1894. 

11.


 

Бичурин Н.Я.  Собрание сведении о народах, обитавших в Средней  Азии  в древние 

времена. М.-Л.:  Академия наук СССР, 1951, 471 с. 

12.


 

 R

əfik Ozdək. Türkün qızıl kitabı, I kitab, Bakı: Yazıçı, 1992, 184 s. 



 

СКРЫТАЯ И ЗАБЫТАЯ КУЛЬТУРА И ПОЯВЛЕНИЕ НОВОГО ТЮРКИЗМА 

 

Р.И.МАГЕРРАМОВ  

 

РЕЗЮМЕ 

 

Статья  посвящена  описанию  развития  государственности,  культуры  и  нацио-



нального  богатства  определенной  исторической  эпохи  нашего  народа,  которые  долгое 

время  были  забыты.  Скрывая,  их  присваивали  чужие.  В  статье  анализируется  истори-

ческое развитие великолепной культуры, долгое время скрывающейся от ее носителей. 

Основываясь на достоверные факты и обоснованные фрагменты из исторических 

событий, описанных в трудах видных историков, была дана  должная оценка этому не-

справедливому  искажению  наших  национальных  исторических  фактов,  ценностей  и 

культурного наследия.  

                 

 

Ключевые слова: национальное происхождение, тюркское происхождение, Том-

сен, Орхон-Енисей, Эсикский курган 

 

 

159 




FORGOTTEN AND HIDDEN CULTURE AND TURKISH REBIRTH 

 

R.I.MAHARRAMOV  

 

SUMMARY 

 

The article has been dedicated to the study of the cultural history which had been forgot-



ten and hidden for long years. 

The author,  basing on  the substantial facts, and grounded fragments in the works of 

well-known historians, estimates this scientific injustice as distortion of history. 

The author estimates the rebirth of Turks. 

 

Key words:  national identity, Turkish origin, Tansen, Orkhon-Yenisey, Threshold 

mound 


160 

Yüklə 114,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə