İbrahimova Şəhla Mais qızı



Yüklə 122,57 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü122,57 Kb.
#51259
növüYazi


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

 

UOT 94(479.24) 



 

QUBADA VƏ QUBA QƏZASINDA 1918-Cİ İLİN YAZINDA 

TÖRƏDİLƏN SOYQIRIMLARININ 

SOVET TARİXŞÜNASLIĞINDA TƏHRİF EDİLMƏSİNİN  

FTK SƏNƏDLƏRİ ƏSASINDA TƏDQİQİ 

 

A.C.XƏLİLZADƏ  



Bakı Dövlət Universiteti 

azerbaijan@rambler.ru 

 

Bu m



əqalə  1918-ci  ilin  yazında  Qubada  və  Quba bölgəsində  ermənilər tərəfindən 

tör

ədilən  soyqırımının  sovet  müəlliflərinin  əsərlərində  yanlış  təqdim  olunmasına  həsr 

olunmuşdur.  Minlərlə  günahsız  insanların  qətlə  yetirilməsi ilə  yadda  qalan  bu  soyqırımına 

sovet tarixçil

əri öz əsərlərində  demək  olar  ki,  toxunmamış  və  ya çox səthi  bir  şəkildə  buna 

münasib

ət  bildirmişlər. Məqalədə  həm də  bu  soyqırımları  dərindən  araşdıran  Fövqəladə 

T

əhqiqat Komissiyasının əsl həqiqətləri özündə əks etdirən sənədləri də təqdim olunmuşdur. 

 

Açar sözl



ər: soyqırım,  terrorizm, erməni, müsəlman, komissiya  

 

1918-ci ilin aprel-



may aylarında bolşevik daşnak cütlüyünün Qubada və 

Az

ərbaycanın  digər bölgələrində  törətdiyi kütləvi qətliamlar və  qarətlər istər 



20-30-cu ill

ər  Sovet  tarixşünaslığında,  istər, 50-60-cı  illər  sovet  tarixşünas-

lığında, istərsə də 70-80-ci illər tarixşünaslığında Azərbaycan xalqı tərəfindən 

d

əstəklənməyən,  heç  bir  sosial  dayağa  malik  olmayan,  milli  istiqlal hərəka-



tımıza  qənim kəsilən,  torpaqlarımız  hesabına  «Böyük  Ermənistan» yaratmaq 

amalı və məfkurəsi ilə ən iyrənc mübarizə üsullarını həyata keçirən, dinc, heç 

bir  günahı  olmayan  soydaşlarımıza  qarşı  soyqırım  siyasətini  geniş  miqyasda 

h

əyata keçirən cinayətkar Bakı Kommunasının fəaliyyəti «Kütlələrin proletar 



beyn

əlmiləlçiliyi ruhunda burjua-millətçi cərəyanlara  qarşı  amansız  mübari-

z

əsi» kimi qələmə verilirdi (1, 58-59; 2, 66). 



O dövrün t

ədqiqat əsərlərinin, demək olar ki, böyük əksəriyyətində Bakı 

Ko

mmunasının şəxsi təşəbbüsü, bilavasitə Stepan Şaumyanın əli ilə törədilən 



soyqırımlarının,  o  cümlədən Qubada və  Quba qəzasının  dinc  sakinlərinin 

canlarına və qanlarına olan qəsdin əsl mahiyyəti təhrif edilir, hadisələr Sovet 

ideologiyasına uyğunlaşdırılır, ciddi təhriflərə yol verilirdi. Azərbaycan xalqını 

200 



ardınca  aparan  milli  partiyalar  «əksinqilabi partiyalar» kimi qələmə  verilirdi: 

«H

əmin dövrdə  ən mühüm vəzifə  Bakı  Sovetində  əksəriyyəti  bolşeviklərin 



t

ərəfinə çəkməkdən, geniş kütlələrin rəğbətini qazanmaqdan və onları əksinqi-

labçı partiyaların təsirindən qorumaqdan ibarət idi» (2, 58-59; 2, 66). 

Sovet  tarixşünaslığında  Bakı  XKS-nin antiazərbaycan mahiyyətli siyasi 

f

əaliyyətini və bu cinayətkar siyasi xəttin real nəticələrindən biri kimi Qubada 



v

ə  Azərbaycanın  digər bölgələrində  törədilən  soyqırımlarını  ört-basdır  etmək 

üçün h

ər  cür  saxtakarlığa  əl  atılmış,  hadisələrin  real  inkişaf  dinamikası  və 



mahiyy

əti  sovet  ideologiyasının  tələblərinə,  siyasi  maraqlarına  uyğun  şəkildə 

t

əsvir və təqdim edilmişdir. 



1918-ci ilin mart-

may  aylarında  Bakıda  və  onun məntiqi  davamı  kimi 

Şamaxıda, Qubada,  Lənkəranda və digər bölgələrdə törədilən soyqırımlarının 

bilavasit

ə  təşkilatçısı  və  baş  icraçısı  olan  S.Şaumyan  təbii  ki,  bu  qırğınları 

tör


ətməklə,  ilk növbədə  1917-ci ilin fevral  inqilabından  sonra  Azərbaycanda 

baş  qaldıran  milli-istiqlal hərəkatını  boğmaq,  bu  hərəkatın  önündə  duraraq 

geniş  sosial  bazaya  malik  olan  Müsavat  partiyasını  siyasi  rəqib kimi aradan 

çıxarmaq məqsədini güdürdü. Qubada və Quba qəzasında törədilən qətliam və 

talanlarla  bağlı  AXC-nin təşkil  etdiyi  FTK  sənədləri bu həqiqəti  çoxsaylı 

t

əkzibedilməz faktlarla sübut edir (3, 1.2.3.4.5. və s.). 



Uzun ill

ər  sovet  tarixşünaslığı  Müsavat  partiyasını  Daşnaksütyun  parti-

yası ilə eyni sırada, vahid antisovet cəbhəsində yerləşdirməklə, əslində ictimai-

siyasi m


əfkurəsinə, fəaliyyətinə və məqsədlərinə görə bir-birilə dərin antaqo-

nist mövqed

ə dayanan bu iki partiyanı sonda baş verən qanlı olaylara, bolşevik 

– 

daşnak  tandemi  tərəfindən həyata keçirilən  soyqırımları  və  talanlara görə 



suçlamaq m

əqsədini güdürdülər. 

M

əsələn, Azərbaycan  Kommunist  Partiyası  tarixinin  oçerkləri  kitabında 



b

əhs edilən hadisələrlə  bağlı oxuyuruq:  «Eyni zamanda müsavatçılar daşnak-

larla  danışıq  aparırdılar.  Fevral  və  mart  ayları  ərzində  Müsavat partiyası  və 

Müs


əlman milli şuraları nümayəndələri» «Daşnaksütyun» partiyası və Erməni 

milli  şurası  nümayəndələri ilə  bir neçə  dəfə  görüşdülər» (4,  278).  Amma nə 

üçün,  hansı  məqsədlə  görüşdülər,  bu  görüşün  nəticəsi nə  oldu? Məhz bu 

m

əqama toxunarkən adı çəkilən kitab labüd fiaskoya məruz qalır. 



1918-1920-ci ill

ərdə mövcud olan Ermənistan Respublikasının naziri ol-

muş O.Kaçaznuni bəhs edilən dövrdə daşnakların məhz bolşeviklərlə ittifaqda 

f

əaliyyət göstərməyə  maraqlı  və  meylli  olduqlarını  aşkar  surətdə  göstərir: 



«Bol

şeviklərə qarşı yalnız iki partiya real güc nümayiş etdirə bilərdi. Tatarların 

«Müsavat» v

ə  ermənilərin  Daşnaksütyun  partiyası.  Lakin  bolşeviklərə  qarşı 

mübariz

ədə uğur qazanmaq üçün bu partiyalara birləşmək zəruri idi – bu isə 



mümkünsüz idi, çünki bu 

iki partiyanın bir-birinə qarşılıqlı inamı yox idi» (5, 

21). 

O.Kaçaznuni bu inamsızlığı belə izah edir: «Daşnaksütyun başa düşürdü 



ki,  bolşevikləri  neytrallaşdırdıqdan  sonra  «Müsavat»  onu  da  siyasi  səhnədən 

uzaqlaşdıracaqdır» (6, 21). 

201 



O.Kaçaznuni hadis

ələrin belə gedişini, ilk növbədə siyasi oyunun, haki-

miyy

ət uğrunda mübarizənin labüd qanunauyğunluğu kimi qələmə verir, yəni 



əslində hər bir siyasi partiyanın belə edəcəyinin labüd olduğunu söyləyir: «Heç 

bir  şübhə  yoxdur  ki,  bolşeviklər də  silahlı  daşnak  dəstələrinin köməyi ilə 

«Müsavat»ı aradan götürdükdən sonra belə edərdilər» (7, 21). 

Bel


əliklə  də, Kaçaznuni 1918-ci ilin mart-may  aylarında  Azərbaycan 

q

əzalarında,  o  cümlədən  Quba  şəhərində  və  Quba qəzasında  türk-müsəlman 



əhalisinə  qarşı  törədilən  qırğınların  əsl səbəbini,  əsl mahiyyətini etiraf edir. 

Regionda yerli türk-müs

əlman əhalisi arasında obyektiv olaraq çox böyük və 

danılmaz  söz  və  nüfuz  sahibi  olan  Müsavatın  getdikcə  artmaqda olan siyasi 

nüfuzu t

əbii ki, erməniləri və milli tərkibi ermənilərdən ibarət olan Bakı Sove-

tini qane etmirdi. M

əhz bu amil siyasi əqidəsindən asılı olmayaraq bolşevizm 

ideyaları  ilə  ustalıqla  pərdələnən  «bolşevik»  ermənilərlə  daşnakları  vahid  bir 

c

əbhədə birləşdirirdi. 



Əli  xalqımızın  qanına  batan  qatil  Şaumyanın  vətənimizdə  məqsədyönlü 

sur


ətdə təşkil etdiyi silsilə soyqırımlarına inqilabi mübarizə adı ilə bəraət qa-

zandırması, milli zəmində ədavəti qızışdırması təbii ki, xalqımızın fiziki məh-

vin

ə hesablanmış niyyətlərdən xəbər verirdi: Cinayətkar erməni «bolşeviki»nin 



m

əhz bu siyasəti  ayrı-ayrı  siyasi  partiyalarda  fəaliyyət göstərən erməniləri 

vahid bir m

əcrada birləşdirirdi.  Yuxarıda  Kaçaznunidən gətirilən iqtibaslar 

daşnakların bolşevikləri hansı formada və nə üçün dəstəklədiklərini aydın gös-

t

ərdi. Lakin St.Şaumyanı təkcə daşnaklar deyil, digər siyasi cərəyanlara mən-



sub erm

ənilər də dəstəkləyirdi. Məsələn, 1917-ci il mayın 10-da Bakı fəhlə de-

putatları  Soveti  hərbi  deputatları  Soveti  ilə  birləşdikdən sonra eserlərin  möv-

qeyi Sovetd

ə daha da qüvvətlənmişdi. Çünki hərbi deputatlar Sovetində kəmiy-

y

ət baxımından eserlərin çəkisi artmışdı. Məhz bu zaman Bakı Sovetində erməni 



eserl

ərlə, daşnaklar öz qüvvələrini vahid bir məcrada birləşdirərək eser Saakyanı 

koalision Sovet

ə sədr seçməyə nail olmuşlar (8, 1. 111; 2. 34-44; 3. 57). 

1918-

ci ilin yazında Quba qəzasında və Azərbaycanın digər bölgələrində 



tör

ədilən  soyqırımları  əslində  Rusiyadakı  mərkəzi  bolşevik  hökuməti ilə  

C

ənubi Qafqazda hakimiyyəti yalnız Bakı ilə məhdudlaşan yerli bolşevik təşki-



latının  bu  hakimiyyətin  coğrafiyasını  Azərbaycanda  daha  da  genişləndirmək 

üçün birg

ə həyata keçirdikləri plan idi. Elə bu səbəbdən də istər Qubada, istərsə 

d

ə Azərbaycanın digər bölgələrində bu soyqırımları xüsusi qəddarlıqla həyata 



keçirilirdi. 

Quba qırğınları ilə bağlı arxiv sənədlərində küçələrdə qalaq-qalaq qalaq-

lanan meyitl

ərin basdırılmasına icazə verilməməsi, meyitlərin əllərinin, başla-

rının kəsilərək eybəcər hala salınması baş verən olayların məqsədyönlü şəkildə, 

xüsusi q


əddarlıqla həyata keçirildiyini bir daha sübut edir: Meyitlər küçələrdə, 

evl


ərdə  və  həyətlərdə  dörd gün sərələnərək  qaldılar.  Meyitlərin çürüməsi 

s

əbəbindən  şəhərdə  dəhşətli üfunət hökm sürürdü. Dördüncü günü sanki sa-



kitlik v

ə əmniyyət bərpa oldu, hətta meyitləri basdırmağa başladılar» (9). 

Diqq

əti cəlbedən məqamlardan biri də hətta belə bir şəraitdə də erməni-



202 


l

ərin qubalıları alçaltmaqdan zövq almaları idi. Belə ki, həmin dəhşətli hadisə-

l

ərin şahidləri söyləyirlər: «Dördüncü gün carçılar müsəlman kişilərin meyitləri 



basdırmaq  üçün  qollarına  ağ  parça  bağlayaraq  küçələrə  çıxmasına  icazə 

verdikl


ərini bəyan etdilər. Çoxları çıxdısa da, evlərinə bir daha dönmədi, çünki 

erm


ənilər tərəfindən güllələndilər. Biz  yenə  də  gizləndik. Meyitlər  ermənilər 

şəhəri  tərk  edənədək  küçələrdə  qaldılar.  Ölənlər  arasında  uşaqlar  və  qadınlar 

çoxluq t

əşkil edirdilər. Çoxlarının başları kəsilmişdi» (10). 

Bu deyil

ənlər istər-istəməz  insanın  gözləri önündə  1992-ci ildə  erməni 

faşistlərinin ruslarla birgə Xocalıda törətdiyi faciəni xatırladır. İllər, qərinələr 

d

əyişsə  də  ermənilərin  xalqımıza  qarşı  bəslədikləri kin, küdurət və  düşmən 



xisl

əti dəyişmir.  Azərbaycan daim yadellilərin diqqətində  olub,  onun  yeraltı, 

yerüstü s

ərvətləri çoxlarının ağzını suladıb. İşğalçılar bu sərvətləri ələ keçirmək 

üçün n

ə qədər qan töküblər, xalqın mal-dövlətini talan ediblər.  



Yurdumuzda tör

ədilən bu talanlar daha çox Rusiyanın adı ilə bağlıdır – 

dey

ə yazan tədqiqatçılar F.Əsədov və S.Kərimova haqlı olaraq rusların Azər-



baycanı əldən verməmək üçün yeritdikləri məkrli siyasətlərində ermənilərdən 

h

ər zaman bir alət kimi istifadə  etdiklərini söyləyirlər  (11,  88).  Adı  çəkilən 



əlliflər  yazırlar:  «Rusların  Azərbaycanda  geniş  işğalçılıq  siyasəti  əsasən 

erm

ənilərin siyasətində  mümkün  olmuşdur.  Daha  doğrusu,  ruslar  Qafqaza 



g

əldikləri vaxt yalnız ermənilərə bel bağlamış, onların qüvvəsindən hərtərəfli 

istifad

ə etmişlər» (12, 88). 



El

ə 1918-ci ilin yazında Qubada və Quba qəzasında törədilən soyqırım-

larında da biz bolşevik-daşnak tandeminin sayəsində bu birgə fəaliyyətin şahidi 

oluruq. T

əəssüf  ki,  sovet  tarixşünaslığında  bütün bu məqamların  üstündən 

sükutla  keçilir.  Baş  vermiş  soyqırımları  artıq  XX  əsrin 20-30-cu illərində 

bolşevik  ideologiyasının  işləyib  hazırladığı,  forma  və  məzmun  baxımından 

total  şəkildə  sovet  siyasi  rejiminin  maraqlarına  uyğun  bir  formada  təqdim 

edilm

əyə başladı. Qubada, Quba qəzasında və Azərbaycanın digər bölgələrində 



h

əyata keçirilən,  baş  ideoloqu  və  memarı  şəxsən  St.Şaumyan  olan  silsilə 

soyqırımları əslində Cənubi Qafqazın, əsasən də Azərbaycanın türk-müsəlman 

əhalisinə  qarşı,  sırf  milli  zəmində  yeridilən son dərəcə  məkrli və  qəddar bir 

müharib

ə  Sovet  tarixşünaslığında  vətəndaş  müharibəsi kimi təqdim edilirdi: 



«V

ətəndaş  müharibəsi elə  indi də  davam  edir.  Bizim  Qızıl  Qvardiyadan  və 

Qızıl  Ordudan  olan  qabaqcıl  yoldaşlarımız  Petrovskda,  Şamaxıda  vuruşur, 

L

ənkəran, Dərbənd, Quba və Səlyanda Sovet hakimiyyəti qururlar» (13, 129). 



Qeyd etm

ək yerinə  düşərdi ki, bəhs edilən dövrdə, yəni 1918-ci ilin 

əvvəllərində Quba qəzası ərazi-inzibati baxımdan 5 polis sahəsinə bölünmüşdü: 

D

əvəçi, Qusar, Müşkür, Rustov, Fətihbəyli polis sahələrinə. Öz növbəsində bu 



polis sah

ələri hər biri 2-3 kənddən təşkil olunmuş icmalardan ibarət idi – daha 

doğrusu bu icmalar üzərində polis xidməti, nəzarəti funksiyasına, səlahiyyətinə 

malik idil

ər. 1917-ci ilə dair tərtib olunmuş Qafqaz təqvimində qeyd edildiyi 

kimi, Quba q

əzasında ümumilikdə 55 icmada 540 adda kənd mövcud idi.  

  ADR hökum

əti tərəfindən 1918-ci ilin dekabrında haqqında bəhs edilən 

203 



qanlı  olayları  tədqiq etmək  üçün  yaradılan  Fövqəladə  Təhqiqat  Komissiyası 

Qubada v


ə  Quba qəzasında  baş  verən qətliamları  və  talanları  tədqiq edərkən 

z

ərərçəkən və şahid qismində dindirilməsi, konkret olaraq hər bir kənd icması 



ağsaqqallarının icmaya daxil olan kəndlərdə Amazaspın cəza dəstəsi tərəfindən 

tör


ədilən qırğınlar, insan tələfatı, talanlar, əhaliyə dəyən maddi və mənəvi zi-

yanlar, o cüml

ədən erməni faşistlərinin Quba şəhərinin və Quba qəzasının dinc 

əhalisinə  qarşı  törətdikləri vəhşilikləri  hansı  formada  və  tərzdə  həyata keçir-

dikl

ərini bütövlükdə  və  ən  xırda  detalları  ilə  əks etdirir. Belə  ki, FTK üzvü 



Novatskinin m

əlum hadisələrlə  bağlı  məruzəsinə  nəzər salarkən ermənilərin 

xalqımızın milli-mənəvi dəyərlərinə, hisslərinə son dərəcə etinasızlıqla yanaş-

masının şahidi oluruq. «Elə hallar olurdu ki, əhali tabeçiliyini bildirmək üçün 

erm

ənilərlə danışıqlar aparmaqdan ötəri özlərinin ağ bayraqlı nümayəndələrini 



gönd

ərirdilər, lakin ermənilər onlarla heç bir danışığa girmədən güllələyirdilər. 

M

əsələn, belə bir hadisə Əlixanlı icmasında baş vermişdi, burada erməni dəs-



t

əsi  danışıqlar  aparmaq  üçün nümayəndə  qismində  göndərilmiş  icma  başçısı 

Mirz

ə Məmməd Dadaş oğlu ilə Gül-Hüseyn Məhərrəm oğlunu qətlə yetirmiş-



dil

ər» (14). 

Xalqımızın  həyatında  qanlı  olaylarla  yadda  qalan  bu  ağır  zaman  kəsiyi 

Sovet tarixşünaslığında 180 dərəcə əks istiqamətdə işıqlandırılmışdır. 1960-cı 

ild

ə Z.İbrahimov və M.İsgəndərovun redaktorluğu ilə işıq üzü görən «Azərbay-



canda  Sosialist  inqilabının  qələbəsi  uğrunda  bolşeviklərin mübarizə-si»  adlı 

1917-1918-ci ill

ər Azərbaycan tarixinə dair, daha doğrusu adından da görün-

düyü  kimi Az

ərbaycanda bolşeviklərin hakimiyyət uğrunda apardıqları müba-

riz


ə  tarixinə  dair sənədlər və  materiallar toplusunda əsasən həmin dövr 

bolşevik  mətbuatında  dərc olunan məqalələr,  Bakı  Sovetinin,  Bakı  XKS-nin 

h

əyata keçirdiyi tədbirlərlə bağlı fərman, sərəncam, qərarlar və s. bu kimi ma-



teriallar öz 

əksini tapmışdır. Burada toplanan sənəd və materiallar Bakı XKS-

nin xalqımıza  yad  və  düşmən  bir  qurum  olmasını,  antiazərbaycan mahiyyətli 

t

ədbirlərə, o cümlədən qanlı soyqırım aktlarını həyata keçirməsini ustalıqla ört-



basdır etmiş, hadisələri bolşevik ideologiyasının maraqlarına uyğun bir tərzdə 

canlandırmaq  üçün  bəhs edilən dövrdə  bolşevik  mətbuatında  birmənalı 

qaydada bolşevik yönümlü məqalələrdən gen-bol istifadə edilmişdir. 

M

əsələn, Serqo Martikyanın müəllifi olduğu «Qubada Sovet hakimiyyəti 



yaradılması haqqında Bakı Sovet qoşun dəstəsinin Bakı şəhəri və onun rayon-

larının  hərbi-inqilab Komitəsinə  məlumatı»nda  oxuyuruq:  «Bizim  dəstəmiz 

Qubanı  tutmuşdur.  Dəstənin bir hissəsi  şəhəri hər tərəfdən mühasirəyə  alır. 

Sovet hakimiyy

ətini bərpa etmək üçün oraya komissar göndərmişik» (15, 363). 

Göründüyü kimi, burada milli t

ərkibi əsasən erməni daşnaklarından ibarət 

olan qatill

ər  bandası  «Bizim  dəstəmiz»  adlandırılır.  Dinc  qubalılara  tutulan 

divan is


ə «Sovet hakimiyyətinin bərpa etmək» adı altında ört-basdır edilir. 

Qubada v


ə Quba qəzasında törədilən, müəllifi və icraçıları Bakı XKS-nin 

s

ədri  Şaumyan  və  onun  daşnak  soydaşları  olan  soyqırımı  hadisələrinin  baş 



verm

ə  səbəblərinin öyrənilməsi hər  şeydən öncə  bu cinayətkar qurumun əsl 

204 



mahiyy

ətini  anlamağa,  onun  antiazərbaycan xarakterini dərk etməyə  geniş 

imkanlar açır. 

Bel


ə  ki, bütün FTK sənədlərində, Quba hadisələri  Bakıdakı  qanlı  mart 

olaylarının  məntiqi  davamı,  bolşeviklərin Cənubi Qafqazda siyasi hakimiy-

y

ətlərini yaymaq üçün apardıqları siyasi mübarizənin hakimiyyətlərini yaymaq 



üçün apardıqları siyasi mübarizənin bir epizodu, fraqmenti kimi təqdim edilir. 

Hadis


ələrin  siyasi  inkişaf  məcrasını  arzuolunan  istiqamətdə  yönəltmək üçün 

mart hadis

ələrinin siyasi əhəmiyyəti  Sovet  tarixşünaslığında  həddən ziyadə 

şişirdilirdi: «1918-ci ilin martı Azərbaycanda və bütün Zaqafqaziyada sosialist 

inqilabı uğrunda mübarizənin gərgin, əlamətdar aylarından biri idi. Bu zaman 

Sovet hakimiyy

əti ideyalarının Azərbaycan və bütün Zaqafqaziya zəhmətkeş-

l

əri içərisində dərin kök salmasından lərzəyə düşən müsavatçılar azərbaycanlı 



f

əhlə və kəndliləri inqilabi mübarizədən azdırmaq üçün «milli azadlıq», «milli 

müst

əqillik» və  Azərbaycan muxtariyyəti  şüarlarından  daha  çox  dəm vurur, 



ibar

əbazlıq və boşboğazlıq edirdilər» (16, 226). 

Sovet dövr Az

ərbaycan tarixşünaslığında bəhs olunan dövr və hadisələrin 

ən məhsuldar və  nüfuzlu tədqiqatçılarından  biri  və  bəlkə  də  birinci  sayılan 

Z.İbrahimovun məlum hadisələrə  məhz belə bir rakursdan yaxınlaşması, təbii 

ki, ilk növb

ədə  xidmət  etdiyi  siyasi  rejimin  siyasi  sifariş  və  istəklərindən, 

h

əmçinin Bakı XKS-nin antiazərbaycan mahiyyəti daşıyan siyasi fəaliyyətini, 



xalqımıza  qarşı  qatı  erməni millətçilərinin görünməmiş  vandalizm  aktları  ilə 

h

əyata keçirdikləri qanlı cinayətləri ört-basdır etmək məqsədlərini güdmüşdür. 



əllif xalqın azadlıq və istiqlal arzularını ifadə edən, azərbaycanlılar arasında 

böyük sosial dayağa və nüfuza malik olan Müsavat partiyasının «milli azadlıq» 

v

ə  «milli istiqlal» və  «Azərbaycanın  muxtariyyəti»  kimi  çağırışlarına  tənqidi 



yanaşmaqla, xalqımızın təbii istək və arzularına həqarətli münasibəti ilə kifa-

y

ətlənmir, milli burjuaziyamızı qatı şovinizmdə, separatçılıqda suçlandırmaq-



dan da ç

əkinmir (17, 226). 

Bel

əliklə, baş verən olaylarla bağlı Sovet tarixşünaslığında  ən çox elmi 



t

ədqiqat  işləri yazan, xüsusi çəkisi və  nüfuzu  olan  Z.İbrahimov  Qubada  və 

Quba q

əzasında  törədilən  soyqırımlarından,  erməni  daşnaklarının  özbaşınalı-



ğından bircə  kəlmə  belə  söz  açmır  və  gətirilən iqtibaslar da göründüyü kimi 

hadis


ələri Sovet ideologiyasının müəyyən etdiyi tələblərə tamamilə uyğun bir 

t

ərzdə  təqdim etməklə, real hadisələri  ustalıqla  saxtalaşdırmağa  nail  olur. 



əllifin  haqqında  söhbət gedən  olaylarla  bağlı  gəldiyi qənaət də  bunu bir 

daha sübut edir:  “Dem

əli, 1918-ci ilin aprelində  və  may  ayının  əvvəllərində 

Az

ərbaycan ərazisinin xeyli hissəsində və Dağıstanda Sovet hakimiyyəti qələbə 



çaldı, Böyük Oktyabrın bayrağı dalğalanmağa başladı” (18, 235). 

Sovet  tarixşünaslığında  Qubada  və  Quba qəzasında  törədilən məlum 

hadis

ələrdən bəhs edilərkən nəzərə çarpan cəhətlərdən biri də həqiqətə tama-



mil

ə uyğun gəlməyən ifadələrin seçilməsi, saxta ibarəbazlıqdan geniş surətdə 

istifad

ə edilməsi və ağ yalandır. Əgər FTK sənədləri Qubaya soxulan bolşevik-



erm

əni dəstələrinin şəhərdə və qəzada törətdiyi vəhşilikləri ən xırda nüansları 

205 



il

ə  zərərçəkənlərin və  şahidlərin öz ifadəsi ilə  nə  qədər  aydın  təsvir edirsə, 

sovet dövr tarixşünaslığında biz bu həqiqətlərin tam əksini görmüş oluruq.  

M

əsələn,  Qubanın  adlı-sanlı  din  xadimi,  60  yaşlı  Molla  Hacı  Baba 



Axundzad

ə  məlum hadisələrlə  bağlı  yazır  ki,  Qubadakı  ermənilərə  heç bir 

t

əhlükənin olmadığına baxmayaraq, ləzgilər Gelovanini şəhərdən qovarkən o, 



200 erm

ənini özü ilə apardı. Şəhərdən çıxmaq zorunda qalan bolşeviklər əsasən 

erm

ənilərdən ibarət xristian əhalisini özləri ilə  apardılar.  Bu  hadisələrdən on 



gün sonra y

əni  mayın  1-də  Amazaspın  cəza dəstəsi ləzgilər tərəfindən 

öldürül

ən ermənilərin qisasını almaq üçün Qubaya gəldi (19). 



Şahid  fikrinə  davam etdi:  “Silahlı  dəstə  şəhərə  gündüz daxil oldu. Er-

m

ənilər  hücuma  başlayarkən dərhal müsəlmanları,  qadın  və  uşaqları  qırmağa 



başladılar. Küçələrdə və meydanlarda kim var idisə hamısını, hətta evlərə belə 

soxulub, süd

əmər körpələrə  belə  rəhm etmədən bütöv ailələri ucdantutma 

qırmağa başladılar” (20). 

Halbuki, sovet dön

əmində işıq üzü görmüş 3 cildlik Azərbaycan tarixində 

biz Qubada v

ə  Quba qəzasında  törədilmiş  həmin  o  müdhiş  hadisələrlə  bağlı 

tamamil

ə  fərqli fikirlərlə  rastlaşırıq:  “1918-ci  il  mayın  əvvəllərində  türk və 



ağqvardiyaçı  rus zabitlərinin rəhbərlik etdiyi bəy quldur dəstələri Qubaya 

hücum edib onu 

ələ keçirdilər.  Lakin onlar şəhərdə dayana bilmədilər. Sovet 

hiss


ələrinin fəal yardımı ilə şəhər yoxsulları və qızıl qvardiya dəstələri düşməni 

sıxışdırıb şəhəri yenidən azad etdilər” (21, 127). 

Göründüyü  kimi,  Qubada  baş  verən  olaylar  kobudcasına  saxtalaşdırılıb, 

hadis


ələr böyük təhrifə  məruz  qalıb.  Hətta FTK sənədlərində  saysız-hesabsız 

z

ərərçəkən və  şahid  ifadələri ilə  tərkibinin  sırf  erməni  daşnaklarından  təşkil 



edilm

əsi sübut edilən qatı quldur Amazaspın “cəza” dəstəsi bu dəstənin qurbanı 

olan qubalılardan – şəhər yoxsullarından yardım alan Sovet hərbi hissəsi kimi 

t

əqdim edilir.  



Sovet tarixşünaslığında Qubada və Quba qəzasında törədilən soyqırımları 

il

ə  bağlı  hadisələrin üstündən sükutla keçilsə  də  hadisələrin obyektiv mahiy-



y

ətini dərk etməyə ip ucu verən, bəzənsə baş verənlərin əsl səbəblərini zaman-

m

əkan konteksində,  tarixilik  baxımından  dərindən öyrənməyə  yardımçı  olan 



m

əqamlarla da rastlaşmaq olur. Bu kimi tarixi fraqment, element və faktların 

FTK s

ənədləri ilə  tanış  olduqdan  sonra  sintezi  Qubada  və  Quba qəzasında 



tör

ədilən qanlı olaylarla bağlı təbii olaraq bir sıra məqamlara aydınlıq gətirir.  

FTK s

ənədləri  əsasında  belə  faktların  elmi-obyektiv təhlili bu gün bir 



vaxtlar,  sovet dön

əmində  baş  verən olaylara münasibətdə  müəllifin harada 

obyektiv,  hansı  məqamlarda isə  ideoloji maraqlara xidmət edərək subyektiv 

olduğunu müəyyən etməyə imkan verir. Məsələn, tədqiqatçı H.Əzimov “Bakı 

Kommunası” adlı kitabında xüsusən həmin kitabın “Qəzalarda sinfi mübarizə-

nin gücl


ənməsi”  adlı  yarımfəslində  ənənəvi stereotiplərdən,  haqqında  söhbət 

ged


ən hadisələrə vahid, sxematik rakursdan yanaşsa da, yəni qəzalarda törədi-

l

ən soyqırımlarına və talanlara Bakıda bolşeviklərin hakimiyyət uğrunda apar-



dıqları  siyasi  mübarizənin  davamı  kimi  baxsa  da,  Bakı  Sovetinin  tərəfində 

206 



vuruşan dəstələrin tərkibində erməni milli hissələrinin və daşnakların iştirakını 

m

ənfi hal kimi qiymətləndirir.  



Tokarjevski bildirirdi: “Qeyd etm

ək  lazımdır  ki,  daşnaklar  və  Erməni 

Mil

li  Şurası  müsavat  qiyamının  əvvəlində  gözləmə  mövqeyində  dayanaraq 



“neytral”  olduqlarını  bildirdilər. Lakin  üsyançıların  məğlubiyyətini görüncə, 

Ba

kı Soveti tərəfində vuruşmağa hazır olduqlarını bildirdilər. Erməni hərbi his-



s

ələrinin  müsavatçılara  qarşı  vuruşmasından  istifadə  edərək,  daşnaklar  sinfi 

mübariz

əni millətlərarası  mübarizəyə  çevirməyə  cəhd etdilər.  Silahlı  daşnak 



d

əstələri dinc azərbaycanlıları  qətlə  yetirməyə, talan etməyə  başladılar”  (22, 

86). 

əllif, 1987-ci ildə işıq üzü görən “Böyük Oktyabr Azərbaycanda” adlı 



kitabında daşnakların Bakı bolşeviklərinin təşkil etdiyi Qızıl Ordu sıralarında 

daha böyük ç

əkiyə  malik  olduğunu  bir  qədər də  geniş  aspektdə  təqdim 

etmişdir. Bu da təbii ki, artıq ötən əsrin 80-ci illərinin II yarısından başlayaraq 

kommunist rejiml

ərinin  süqutunun  labüdlüyü,  SSRİ  və  dünya məkanında 

erm

ənilərin Azərbaycanın  tarixi  torpaqlarına  əsassız  iddiaları  ilə  bağlı  yeni 



kompaniyaya başlamaları ilə bağlı idi. Cəmiyyətin ictimai-siyasi həyatında baş 

ver


ən bütün bu təbəddülatlar H.Əzimovun yuxarıda adı çəkilən kitabında aydın 

n

əzərə çarpmaqdadır.  



Bel

ə  ki, müəllif  Bakı  XKS-nin nəzarəti  altında  olan  Qızıl  Ordunun 

t

ərkibindən söhbət açarkən yazır ki, bu ordunun tərkibində daşnak zabitlərinin 



r

əhbərliyi altında olan hərbi hissələr çoxluq təşkil edirdi (23, 293). 

əllif istər Qızıl Ordunun, istərsə də 14-cü Qafqaz Qızıl batalyonunun 



zabit hey

əti  haqqında  söhbət açarkən  yazır:  “Siyasi  baxımdan  bu  ordunun 

komanda hey

əti  çox  etibarsız  idi.  Yuxarı  vəzifələrə  sovet  komandir  kadrları 

ça

tışmadığına görə hərbi hissələrdə və qərargahlarda bu vəzifələri inqilaba yad 



olan daşnaklar və ya daşnaklara meylli olan zabitlər tuturdu (24, 294). 

əllifin  Bakı  Sovetinin,  sonralar  isə  Bakı  XKS-nin tabeliyində  olan 



orduda v

ə  hərbi hissələrdə  rəhbər vəzifələrin  daşnaklara  məxsus  olmasını 

Oktyabr  çevrilişinin  70  illik  yubileyində  nəşr  olunan  kitabında  etiraf  etməsi 

t

əbii ki, müsbət haldır. Məhz bu həqiqətin etirafı və artıq dağılmaq ərəfəsində 



olan  sovet  dövr  tarixşünaslığında  xüsusi  olaraq  vurğulanması  məhz bu kimi 

daşnak ünsürlərinin əli ilə Bakıda və Azərbaycanın qəzalarında, o cümlədən də 

Qubada v

ə Quba qəzasında törədilən qanlı olayların etiraf olunması, özü də bu 

işdə məhz Bakı XKS-nin rəhbəri Şaumyanın bilavasitə əlinin və marağının ol-

masının təsdiqi demək idi. Bunun ardından, müəllifin bu qüvvələri, yəni daş-

nak

ları inqilaba yad, yəni etibarsız adlandırmaqla bərabər, Sovet ordusunda za-



bit v

əzifələrinə yiyələnməsini eyni cümlədə bəyan etməsi, təbii ki, belə qüvvə-

l

əri orduda iri N vəzifələrdə yerləşdirənlərin, yəni Bakı XKS-nin rəhbərlərinin 



özl

ərinin istək və  maraqlarına  uyğun  olduğunu  aydın  şəkildə  göstərməsi de-

m

əkdir. Bunu müəllifin öz fikrinə  davam edərək Qubada və  Quba qəzasında 



tör

ədilən qırğınların əsas “qəhrəmanı” Amazasp haqqında yazdıqları da sübut 

edir: “Sovet hakimiyy

ətinin qatı düşməni Amazasp Qızıl Ordunun 16, 17, 18 

207 



v

ə 21-ci batalyonlarını birləşdirən 3-cü briqadanın komandiri oldu” (25, 294). 

Bel

əliklə, kommunist sisteminin süquta doğru getdiyi bir dövrdə işıq üzü 



gör

ən bu tədqiqat  əsərində  H.Əzimov  Qubada  və  Quba qəzasında  qırğın  və 

talanların  əsas  iştirakçısı,  qəhrəmanı,  Bakı  XKS  sədri  bolşevik  Şaumyanın 

daşnak dostu Amazaspın Qızıl Orduya düşmən olması fikrini açıq şəkildə gös-

t

ərməklə,  əslində  onu dəstəkləyənlərin və  ona  Qızıl  Orduda belə  böyük bir 



v

əzifə, səlahiyyət verənlərin özlərinin də  vəzifə  və  səlahiyyətlərindən  xalqı-

mıza qarşı düşmən siyasətlərini həyata keçirmək üçün sui istifadə edən şəxslər 

olduğunu bəyan etmişdir. 

Göründüyü  kimi,  Sovet  dövrü  tarixşunaslığı  ilkin  və  etibarlı  mənbə 

sayılan FTK-nın sənədlərini “məxfi qrif” altında saxlamaqla, təkcə bəhs edilən 

dövrd

ə  məhz həmin dövlətin siyasi maraqlarına uyğun surətdə həyata keçirilən 



Quba  qırğınlarını  deyil,  həm də  tarixi proseslərin  inkişaf  dinamikasını  saxta-

laşdırmaqda, bütövlükdə isə, hadisələri istədiyi məcrada “tədqiq” və ən  əsası 

t

əqdim etməkdə ictimai fikri azdırmaq istəyində idi.    



 

ƏDƏBİYYAT

 

1.



 

Азизбекова  П. Мешади  Азизбеков. Баку:  Красный Восток, 1958, 110 s. Qaziyev M. 

M

əşədi Əzizbəyov. Həyat və fəaliyyəti. Bakı, Gənclik, 1976, 127 s. 



2.

 

Азизбекова  П. Мешади  Азизбеков. Баку:  Красный Восток, 1958, 110 s. Qaziyev M. 



M

əşədi Əzizbəyov. Həyat və fəaliyyəti. Bakı, Gənclik, 1976, 127 s. 

3.

 

ARDA,  f.  1061,  siy.  1.  iş  96,  vər. 62-65;  ARDA,  f.  1061,  siy.  1.  iş  96,  vər. 113-114; 



ARDA,  f.  1061,  siy.  1.  iş  96,  vər. 115-116;  ARDA,  f.  1061,  siy.  1.  iş  96,  vər. 118-119; 

ARDA, f. 1061, siy. 1. iş 96, vər. 144-146 

4.

 

Az



ərbaycan Kommunist PartiyasıTarixinin oçerkləri. Bakı: Azərbaycan, 1964, 817 s. 278 s. 

5.

 



Казачнуни Ов. Дашнакцутюн больше нечего делать! Баку: Элм, 1990, 21 s. 

6.

 



Казачнуни Ов. Дашнакцутюн больше нечего делать! Баку: Элм, 1990, 21 s. 

7.

 



Казачнуни Ов. Дашнакцутюн больше нечего делать! Баку: Элм, 1990, 21 s. 

8.

 



İbrahimov  Z.  Sosialist  inqilabı  uğrunda  Azərbaycan zəhmətkeşlərinin mübarizəsi.  Bakı: 

Az

ərnəşr, 1957, 585 s.; İbrahimov Z. Azərbaycan bolşeviklərinin  sosialist inqilabı uğrunda 



mübariz

əsi // “Azərbaycan  kommunisti”  j., 1959, № 7;  Köçərli T. Tarixi saxtalaşdıranlar 

əltyhinə. Bakı: Azərnəşr, 1972, 182 s. 

9.

 



ARDA, f. 1061, siy. 1. 

iş 96, vər. 116 

10.

 

ARDA, f. 1061, siy. 1. iş 96, vər. 46 



11.

 

 



Əsədov F., Kərimova S.. Çarizmi Azərbaycana gətirənlər. Bakı: Gənclik, 1993, 139 s. 

12.


 

 

Əsədov F., Kərimova S.. Çarizmi Azərbaycana gətirənlər. Bakı: Gənclik, 1993, 139 s. 



13.

 

Мильман А. Деятельность Бакинского Совета как органа пролетарской диктатуры в 



Азербайджане (октябрь 1917 г. – июль 1918 г.) Великий Октябрь и борьба за Совет-

скую власть в Азербайджане. Баку. Изд.-во АН Азерб. Республики 503 s. 

14.

 

ARDA, f. 1061, siy. 1. iş 95, vər. 5-8,  



15.

 

Az



ərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və 

materiallar. 1917-1918-ci ill

ər. Bakı: Azərbaycan, 1960, 675 s.  

16.


 

İbrahimov  Z.  V.İ.Lenin  və  Azərbaycanda  sosialist  inqilabının  qələbəsi.  Bakı:  Azərnəşr, 

1970, 527 s 

17.


 

İbrahimov  Z.  V.İ.Lenin  və  Azərbaycanda  sosialist  inqilabının  qələbəsi.  Bakı:  Azərnəşr, 

1970, 527 s 

18.


 

İbrahimov  Z.  V.İ.Lenin  və  Azərbaycanda  sosialist  inqilabının  qələbəsi.  Bakı:  Azərnəşr, 

1970, 527 s 

208 



19.

 

ARDA, f. 1061, siy. 1. iş 96, vər. 113-114 



20.

 

ARDA, f. 1061, siy. 1. iş 96, vər. 113-114 



21.

 

Az



ərbaycan tarixi. 3 cildlik, Bakı: Elm, 1973, 548 s.  

22.


 

Токаржевский  Е.  Из  истории  иностранной  интервенции  и  гражданской  войны  в 

Азербайджане. Баку АН Азербайджанской Республики, 1957, 330 с. 

23.


 

Азимов Г. Великий Октябрь в Азербайджане. Баку: Азернешр, 1987, 321 c. 

24.

 

Азимов Г. Великий Октябрь в Азербайджане. Баку: Азернешр, 1987, 321 c. 



25.

 

Азимов Г. Великий Октябрь в Азербайджане. Баку: Азернешр, 1987, 321 c. 



 

ФАЛЬСИФИКАЦИЯ В СОВЕТСКОЙ ИСТОРИОГРАФИИ ГЕНОЦИДА  

СОВЕРШЕННОГО АРМЯНСКИМИ БАНДО-ФОРМИРОВАНИЯМИ ВЕСНОЙ 

1918 ГОДА В ГУБЕ И ГУБИНСКОМ УЕЗДЕ – ИССЛЕДОВАНИЕ НА ОСНОВЕ 

ДОКУМЕНТОВ ЧРЕЗВЫЧАЙНО СЛЕДСТВЕННОЙ КОМИССИИ 

 

А.Дж.ХАЛИЛЗАДЕ 

 

РЕЗЮМЕ 

 

В этой статье дано критическое отношение к научным трудам советских исто-

риков, которые исказили реальность, а именно действия, творимые армянскими бан-

до-формированиями  погромы  и  массовые  убийства,  совершаемые  в  Губе  и  Гу-

бинском уезде. Эти погромы массовые истребления многочисленных невинных лю-

дей. В статье объективно раскрыто роль чрезвычайной Следственной Комиссии о со-

бытиях, которые имели место в Губе и Губинском уезде. Эти выводы были сделаны 

на основе проведенных исследований, т.к. до этого в печати трагические события или 

вовсе не были освещены или освещены очень поверхностно. 

  

Ключевые слова: геноцид, терроризм, арменин, мусульманин, комиссия. 

 

 

ANALYSIS OF THE FALSIFICATION OF THE MASSACRES COMMUTED  

IN QUBA AND QUBA UYEZD IN THE SPRING OF 1918  

IN THE SOVIET HISTORIOGRAPHY (BASED ON THE DOCUMENTS OF ECL) 

 

A.J.KHALILZADE 

 

SUMMARY 

 

The massacre of thousands of innocent people was either ignored or superficially il-



lustrated in the works of Soviet historians. The present article presents documents of ECL illus-

trating the reality as well. 



 

Key words:  gennoside, terrorism, Armenia, Muslim, commission, documents, inves-

tigate.  



209 

Yüklə 122,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə