İbrahimova Şəhla Mais qızı



Yüklə 64,48 Kb.
Pdf görüntüsü
tarix26.10.2017
ölçüsü64,48 Kb.
#6575


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

47.82.10 

UOT.82-1  

 

“TƏBİƏTİN HÖKMÜ OLSAYDI MƏNDƏ...” 

 

S.Ş.QULİYEVA  

Bakı Dövlət Universiteti 

samiraquliyeva@mail.ru  

 

Çağdaş Azərbaycan poeziyasının yaranması və inkişafında misilsiz xidmətləri olan xalq 

şairi Səməd Vurğun zəngin bir yaradıcılıq yolu keçmişdir. 

O, 

əlli illik ömrünün yarıdan çoxunu şeirə, sənətə həsr etmiş, milli şeir xəzinəmizi zən-

ginl

əşdirmişdir. Onun ürəklərə yol açan poeziyası, epik-lirik və dram əsərləri bu gün də yüksək 

b

ədii dəyərini, estetik təravətini saxlamaqdadır. 

Çoxc

əhətli və əhatəli həyat yolu keçmiş şairin poeziyasında insana, təbiətə həsr etdiyi 

poetik nümun

ələr xüsusi yer tutur. Məqalə boyu S.Vurğunun bu mövzuya həsr olunmuş əsər-

l

ərində mövzu ideyası və sənətkarlıq xüsusiyyətlərindən bəhs olunur. 

 

Açar sözl



ər: şair, təbiət, zərif, mövzu, doğma 

 

Müasir Az

ərbaycan şeirinin ilk yaradıcılarından biri olan müstəqil poetik 

istiqam


ətin  formalaşmasında  ardıcıl  axtarışlar  aparan  S.Vurğun  poeziyanın 

yaddaşında qeyri-adi şair, dramaturq və mütəfəkkir kimi yaşayır. 

Xalq 

ədəbiyyatı  ilə  yazılı  ədəbiyyatın  bizə  yaxın  ən böyük körpüsü sa-



yılan ölməz sənətkar yazdığı əsərləri ilə dilimizin bütün zənginliyindən bəhrə-

l

ənərək dillər  əzbəri olan poeziya örnəkləri  yaratmışdır.  Hələ  ilk qələm təc-



rüb

ələrindən aydın olur ki, gənc şairin ayna kimi təmiz qəlbində həyatı və var-

lığı  şairanə  duymaq və  düşünmək  bacarığı  vardır.  Onun  ürəklərə  yol açan 

poeziyası, eləcə də məzmunlu dram əsərləri xalqın ruhundan, qəlbindən xəbər 

verdiyin

ə görə bu gün də öz təbiətini saxlamaqdadır (1, 94). 

Şairin  poeziyasında  hisslərin səmimiliyi, ifadə  tərzi xəlqiliyi, təbiiliyi, 

fikir v


ə  mülahizələrin sadə  və  anlaşıqlı  dildə  yazılması  ilə  fərqlənir. Vaxtilə 

xalq yazıçısı Mir Cəlal yazırdı: “Səməd Vurğun bir çoxları kimi əlinə qələm 

aldığı gündən əsil şair kimi kağız korlamamışdır” (2, 79). 

Az

ərbaycan təbiətinin aşiqi olan şair yaradıcılığa başladığı illərdən insa-



na, t

əbiətə  vurğunluqdan, saf və  ülvi məhəbbətdən bəhs  etmişdir.  Onun  bu 

mövzulu 

əsərlərində məna gözəlliyindən, estetik zövqdən, torpaqlarımızın bar-

lı-bərəkətli  olmasından,  qartallı  qayalarımızdan,  sərin  bulaqlarımızdan  bəhs 

olunur – ümum

ən yaşadığımız aləmin əsrarəngiz gözəlliyini bir daha gözümüz 

21 



qarşısında canlandırır.  

Akademik M

əmməd Cəfər  “Estetik  zövq”  adlı  məqaləsində  yazır: “Es-

tetik göz

əlliklərin tükənməz mənbələrindən biri təbiətdir.  İnsanın  təbiətdən 

aldığı zövq sonsuz, nəhayətsizdir. Təbiət insan üçün həm müəllim, həm  sağ-

lamlıq, həm də tükənməz estetik zövq mənbəyidir” (3, 13). 

V

ətənini alovlu bir məhəbbətlə sevən Səməd Vurğun poeziyasında xüsusi 



bir t

əbiəti duymaq qabiliyyəti vardır. Özünün dediyi kimi, “təbiət insan kama-

lının,  insan  əməllərinin təcəssümü  olmalı,  bəzən  qaşlarını  loğman  kimi  çatıb 

düşüncəli, bəzən də iztirablar, həyəcanlar içində çırpınan bir ürək kimi təlatüm-

l

ər, fırtınalar keçirməlidir”. Təbiətin gözəlliyini bir rəssam həssaslığı ilə duyan 



şair bu gözəlliyi konkret və ülvi obrazlarda canlandırır və oxuculara sevdirir. 

Şairin lirikasında kənd həyatı, kənd təbiəti mühüm yer tutur, amma şair kənd 

h

əyatına yeni insanın gözləri ilə baxır. Osman Sarıvəlli demişkən “Qara dax-



malı, çıraqlı köhnə kənd onun qəlbinə dar gəlir, o şirin zəhmət, xoş güzəran, ağ 

gün – dey

ə açılan yeni kəndin sabahını alqışlayır, yeni kəndi tərənnüm edir”.  

S.Vurğun  istər  şeir  və  poemalarında,  istərsə  də  səhnə  əsərlərində  Azər-

baycan t

əbiətinin gözəlliklərini böyük məftunluqla tərənnüm  etmişdir.  Şairin 

uşaqlıq illəri doğulduğu kəndin yamaclarında, Qarayazı meşələrində keçdiyin-

d

ən, təbiətə  məhəbbətini  xüsusi  vurğulayır  və  qeyd edir  ki,  “uşaq  özü  canlı 



olduğundan insan da təbiət aşiqidir”. 

H

ələ  1938-ci ildə  yazdığı  “Qız  qayası”  poemasında  “ormanlar  içində 



çağlayan “İsa Bulağını”  – onun “göz  yaşı kimi”  dumduru suyunu, o yerlərin 

şairanə təbiətinin təsvirini verməklə ilk gənclik illərini xatırlayır: 

Düşündürür məni bu sirli diyar, 

Burda h


əqiqətlər, əfsanələr var. 

Dağların döşündə durur Qarabağ, 

X

əyalı gəzdirir hər dərə, hər dağ. 



Züy tutur gec

ələr suların səsi, 

Burda çobanların zil şikəstəsi 

Ormanlar içind

ə İsa bulağı... 

Ondan 


əksilməyir insan ayağı. 

Suyu almaz kimi, göz kimi parlaq, 

Qoynunda b

əsləmiş onu bu torpaq (4, 107). 

Şair  öz  doğma  vətəninin valehedici təbiətini, zəngin maddi və  mənəvi 

s

ərvətlərini poetik bir dillə  “Kür  çayı”,  “Durnalar”,  “Dağlar”,  “Göy-göl”, 



“Dilican d

ərəsi”, “Çiçək” əsərlərində təsvir etmiş və s. kimi ənənəvi mövzulara 

müasir m

əzmun, yeni ictimai-siyasi məna verməyə xüsusi diqqət yetirmişdir.  

Şifahi  və  yazılı  ədəbiyyatımızın  zəngin və  tükənməz  qaynaqlarından 

qida


lanan  şair  öz  lirik  rübabını  xalq  və  aşıq  poeziyası  üzərində  kökləyən, 

poetik x


əyalı həmişə zirvələri dolaşan, hər zirvədə, hər varlıqda poeziya tapan 

bir t


əbiət aşiqi idi. 

Bu c


əhətdən çoxlarının dillər əzbəri olan “Bahar” şeiri dilinin lakonikli-

yin


ə, yığcamlığına, təsvir vasitələrinin zənginliyinə görə xarakterikdir. 

22 



Bahar, ist

əklimsən başdan-binadan, 

Ən gözəl qızısan sən təbiətin. 

Xoşbəxt yaranmısan xoşbəxt anadan, 

Gözünün odusan şeirin, sənətin, 

Ən gözəl qızısan sən təbiətin. 

D

ən olub səpilək gəl səninlə mən



Göy

ərək torpaqda sünbüllər kimi. 

Qızlar gülab çəksin qoy ətrimizdən, 

Baharın zinəti al güllər kimi (4, 215).  

S

əməd  Vurğunun  şeirləri içərisində  əlçatmaz-ünyetməz  əzəmətli  dağları-



mıza həsr etdiyi poetik nümunələrin də xüsusi yeri vardır. Dağlar mövzusu qə-

dim bir tarix

ə  malikdir. Kitabi-Dədə  Qorquddan  başlayaraq  və  sonra yaranan 

epik, lirik 

əsərlərdə, o cümlədən, Nizami, Füzuli, Xətai, aşıq ədəbiyyatında Aşıq 

Ələsgərin silsilə  yaradıcılığında da ifadəsini tapmışdır. Həm də dağ və onunla 

bağlı  olan  obraz  zaman  keçdikcə  konkretləşərək  əfsanəvi bir  varlıq  olmaqdan 

daha çox insana yaxın olan real təbiətin əsrarəngiz bir parçası kimi konkretləş-

dirilir. Aşıq Ələsgər şeirində dağlar insana böyük hami şəklində obrazlaşdırılır. 

Eld


ən ayrı aşiq niyə yaşadı 

Olsun Ələsgər tək qulların dağlar! 

S

əməd Vurğunun isə dağlar silsilə şeirlərində dağlar insana yaxın dost, 



ona arxa kimi t

əsvir edilir: 

Qayaları baş-başadır, 

Güneyl


əri tamaşadır, 

Göd


ək ömrü çox yaşadır, 

Canım dağlar, gözüm dağlar. 

Şair Arif Zeynallı həmin şeir haqqında öz qənaətlərini ümumiləşdirərək 

y

azırdı: 



“1942-ci ild

ə ənənəvi gəraylı formasında səkkiz hecalı “Dağlar” şeiri zə-

rif romantika il

ə aşılanmışdı. Bu “Dağlar” elə bil dağlar barədə danışan bütün 

əvvəlki  şeirlərin poetik yekunu idi. Qüdrət, dözüm və  gözəllik  dolu  şeirdə 

Az

ərbaycan  doğma  el-oba kimi ümumiləşdirilirdi.  Şair  inamla  bildirdi  ki,  öz 



sazının və sözünün gücünü ana torpaqdan, xalqdan alan nəğməkar ölməzdir”. 

Bir qonağam bu dünyada 

Bir gün ömrüm ged

ər bada. 

Vurğunu da salar yada 

Düz ilqarlı bizim dağlar (4, 85). 

Öz  q

aynağını  xalq  yaradıcılığı  çeşməsindən  götürmüş  Səməd  Vurğun 



xalqın dühası kimi zəngindir və zəngin olduğu qədər də sadədir.  

Ustad  şairin  sənətinin təkrarsız  uğurları  sırasında  “İnsan”  mənzum ro-

mantik f

əlsəfi dramının ilk səhifələrindən uca sərvlər, çiçəkli və güllük içərisində 

göz

əl bir park canlanır. Səhər yavaş-yavaş açılır. Dənizin lərzəsi eşidilir. Təbiət 



o q

ədər şairanə və müqəddəsdir ki, insan heyran qalır. Daş, torpaq, ağaclar, quş-

ların  səsi, səyyar romantika ilə  qanadlanmışdır.  Şair  bu  təbiət gözəlliyinin 

23 



f

əlsəfəsini adi sözlərlə rəssam kimi elə şairanə lövhələr yaradır ki, adamı heyran 

etm

əyə  bilmir. Göründüyü kimi,  şair  “İnsan”  pyesinin  I  şəklində  remarkada 



göz

əl bir təbiət mənzərəsinin lövhəsini çəkir.  Sonra  yazır:  “Mən  remarkanı 

t

əsadüfi yazmıram. Səhnəmizdə təbiət səhnələri dil açıb danışmalıdır. Bu səhnə-



l

ərdə təbiətin məna ahəngi, onun xeyirxah və nəcib varlığı ifadə olunmalıdır”. 

Qara d

əniz! Qara dəniz! 



N

ə gümrahdır dağların! 

Bizim xoşbəxt Vətənimiz 

Timsalıdır ilk baharın.  

Ana V

ətən! Ana Vətən! 



Gün

əş doğur gülüşündən! 

G

əzin, quşlar çəmənzarı, 



Salam deyin dağa-daşa, 

Qoy dünyanın ilk baharı 

Ağ geyinsin başdan-başa. 

Ana V


ətən! Ana Vətən! 

Gün


əş doğur gülüşündən! (4, 267) 

S

əməd Vurğun həyata böyük hərflərlə  yazılan  yaranmışların əşrəfi olan 



insanın gözü ilə baxır, hər yerdə onun surətini, onun işini, onun səadətini gör-

m

əyə can atır. Torpaq üstündə hər gözəl nemət insan zəhmətinin məhsuludur. 



Şairin  ilk  alqışı  ana  torpağa,  onun füsunkar təbiətinə  yaraşıq  verən cəfakeş 

adamların əməyinə  yüksək qiymət verməsi, hər yerdə insan arzusunun çiçək-

l

əndiyini poetik nümunələrində işıqlandırmasıdır: 



Körp

ə əmlik, ala çəpiş, yeminli inək 

Sünbüll

əri dalğalanan o yaşıl zəmi, 



Qabarlı əl... açıq alın, o sağlam ürək 

Saymaq il

ə bitən deyil ömrün aləmi! (5, 16) 

S

əməd  Vurğun  yaradıcılığında  əmək mövzusu mühüm yer tutur. Onun 



poeziyasının  əsasını  yeni  insan  təşkil  edir.  İstismardan  qurtarmış  yaradıcı, 

f

ədakar əmək yeni-yeni xariqələr yaradır, nəinki vətəninin hər guşəsini laləzara 



çevirir, h

əm də yeni insanın formalaşmasında mühüm rol oynayır. “Ellər dün-

yası”, “Dilican dərəsi”, “Salur çayı”, “Bahar və mən”, “Pambıqçılar” kimi şeir-

l

ərində təbiətə sonsuz bir aludəliklə yanaşan şair çox çəkmədi ki, yaradıcı, qu-



rucu insanın nəğməkarı oldu. Onun lirik qəhrəmanı sadə adamlardır. Bu qəh-

r

əmanlar yenidirlər. onlar öz əlləri ilə öz səadətini qurmaq istəyən zəhmətkeş 



adamlardır.  Şair  bu  qəhrəmanları  təsvir edərkən  çox  vaxt  keçmişi  xatırlayır, 

h

əyatda əmələ  gələn böyük dəyişiklikləri verir, yeni qəhrəmanların  yaranma-



sındakı  qanunauyğunluğu  təsdiq  edir.  S.Vurğunun  “Mingəçevir qəhrəmanı” 

Sar


vana,  onun  yaradıcı  əməyinə  həsr  edilmiş  “Muğan”  (1947)  poeması  ən 

yaddaqalan 

əsərlərdəndir. Əsər nəğmələr şəklində yaranmışdır. 

...Görür


əm dan yeri yenə sökülür, 

Göyd


ən yer üzünə nurlar tökülür. 

Z

əmilər, tarlalar üzümə gülür, 



24 


Saralır gözümdə sünbülün dəni. 

Bu nem


ət ilhama çağırır məni (6, 272). 

Əsər nəğmələr  şəklində  yazılmışdır.  Hər bir nəğmə  Muğanın  əfsanəvi 

keçmişindən, qaynar əməklə  dolu bu günündən  –  cadar-cadar boz torpaqlar 

üst


ə Manyaların, Sarvanların qadir əlləri ilə yaradılmış yaşıl, allı-güllü çəmən-

likl


ər, nur dolu yeni-yeni kənd və şəhərlərdən xəbər verir. 

V

ətənpərvərlik duyğusu Səməd Vurğun yaradıcılığının ana xəttini təşkil 



edir.  Şairə  görə, ömür yolu, bu yolun məqsəd və  amalı  vətəndən  başlayır. 

Mehdi Hüseyn şairin vətənpərvərliyindən bəhs edərkən yazırdı: “Səməd Vur-

ğunun  lirik  poeziyası  da,  dastanları  da,  siyasi  şeirləri də  onu daim həyəcan-

landıran vətən və xalq mövzularına həsr olunmuşdur. Əgər biz onun əsərlərini 

diqq

ətlə tədqiq etsək, şairin hadisələrə nə qədər fəal və həssas yanaşdığını çox 



aydın görərik” (6, 5). 

S

əməd Vurğun yaradıcılığının ideya və məzmununda özünü büruzə verən 



v

ətənpərvərlik  konsepti,  xarakteri  etibarı  ilə  özündə  ən mükəmməl  duyğu  və 

düşüncələri birləşdirir. Məsləki və əqidəsi naminə bu ideya və prinsiplərlə tə-

p

ədən dırnağa qədər köklənən, xarakteri etibarilə özündə ən mükəmməl duyğu 



v

ə düşüncələri birləşdirir. 

Öz ideyalarının məntiqi  mənasına diqqət edən şair dövrünün ruhuna uyğun 

olaraq baş verən hansı bir haqsızlığa qarşı çıxaraq duyğu və düşüncəsini paylaşır. 

Şair vətənin yerinin, göyünün, hər bir qarış torpağının, daşının dili ilə danışıb, 

bilavasit

ə insan ruhunun nə dərəcədə məsuliyyətli olduğunu ön plana çəkir.  

S

əməd Vurğunun şeir və poemalarında bəhs olunan vətənpərvər duyğular 



buna misaldır.  

Şair  vaxtilə  vətənpərvərlikdən bəhs edərkən üzünü bədii  söz  ustalarına 

tutub deyir: “Madam ki, insan ömrünün 

ən böyük zinəti, onu yaşadan ən qadir 

qüvv

ə vətənpərvərlik hissidir, bu hiss bu gün hər birimizin  əsas ruhu, çarpan 



ür

əyi, düşünən beyni olmalıdır (7). 

S

əməd  Vurğun  yaradıcılığında  Azərbaycan mövzusunun özünəməxsus 



yeri  vardır.  Azərbaycan  mövzusu  şairin  yaradıcılıq  etalonu  idi.  Bu  cəhətdən 

akademik M

əmməd Cəfər təsadüfən yazmırdı ki, “Səməd Vurğun Azərbaycana 

t

əkcə  bir  şeir  həsr etməmişdir.  Onun  bütün  yaradıcılığı  Azərbaycana həsr 



edilmişdir” (7, 101). 

Şairin yaradıcılığında Azərbaycan mövzusu iki cəhətdən nəzəri cəlb edir. 

Az

ərbaycan bir Vətən, Xalq, Milli Respublika, dövlət, başı min bir bəla çəkmiş 



z

əngin bir dövlət, qədim bir diyar – zəngin bir səltənət, ikinci tərəfdən Azər-

baycanın  zəngin təbiəti,  dağları,  dərələri,  ceyranlı,  turaclı  çölləri, sünbüllü 

z

əmiləri, yeraltı sərvətləri – bir sözlə, bütün varlığı ilə şairi riqqətə gətirən, bü-



tün ömrü v

ə yaradıcılığı boyu düşündürən mövzular mənbəyidir. 

Professor C.

Abdullayevin yazdığı kimi, “Səməd Vurğunun əsərlərində Azər-

baycan, onun t

əbiəti, daşı və torpağı dil açıb danışır, əşya və predmet canlı kimi 

t

əsvir edilir, təbiət də insan kimi sevinir, kədərlənir, yaralanır və ölür. Sadə, aydın, 



s

əmimiliyi ilə hamının qəlbinə yol tapan, folklor mənşəli, ritmik, ahəngdar səciy-

25 



y

əyə  malik olan bu lirika, həm də  gözəl musiqidir. Səməd Vurğun  qələmində 

t

əbiət insan ruhunun tərcümanı kimi verilir. O, bütöv poetik tablo yaradanda tə-



bi

ətə sətirlərarası münasibətində də bu məqsədə nail olur” (8, 85). 

Ümumiyy

ətlə,  S.Vurğunun  yaradıcılığında  xüsusi  mövqeyi  ilə  seçilən 



Az

ərbaycan təbiətinin gözəlliyinə  həsr etdiyi əsərləri ideya-bədii xüsusiyyət-

l

ərinə görə kifayət qədər zəngindir. Şairin bu mövzuda yazdığı poetik nümu-



n

ələr dilinin sadəliyi, folklor üslubuna yaxınlığı ilə səciyyələnir, özündə xalq 

hikm

ətinin və xalq şeirinin ən mükəmməl ənənələrini birləşdirməklə Vətən və 



V

ətəndaş sevgisini optimal bədii üsullarla gerçəkləşdirən yüksək sənət nümu-

n

əsi kimi seçilir.  



 

ƏDƏBİYYAT 

1. Vahabzad

ə B. Səməd Vurğun. Bakı: Azərnəşr, 1968, 346 s. 

2. Mir C


əlal. Fotosənədlər, əlyazmalar, epistolyar irs. Bakı: Nurlan, 2004, 379 s. 

3. M


əmməd Cəfər. Estetik zövq haqqında. Bakı: Maarif, 1965, 72 s. 

4. S


əməd Vurğun. Seçilmiş əsərləri. 5 cilddə, II cild, Bakı: Şərq-Qərb, 2005, 248 s. 

5. S


əməd Vurğun. Çiçək (ilk şeirlər). Bakı: Uşaqgəncnəşr, 1958, 96 s. 

6. S


əməd Vurğun. Seçilmiş əsərləri 5 cilddə, III cild, Bakı: Şərq-Qərb, 2005, 424 s. 

7. M


əmməd Cəfər. Xalq şairi Səməd Vurğun. AMEA nəşr., 1956, 201 s. 

8. Abdullayev C. S

əməd Vurğun poetikası. Bakı: Gənclik, 1976, 265 s. 

 

ЕСЛИ БЫ ВО МНЕ БЫЛА СИЛА ПРИРОДЫ 

 

С.Ш.ГУЛИЕВА 

 

РЕЗЮМЕ 

 

Автор настоящей статьи целиком и полностью анализирует стихи и поэмы Самеда 

Вургуна, посвященные природе.  

 

Ключевые слова: поэт, природа, нежный, тема, родной 



 

IF I HAD THE NATURE’S WILL 

 

S.Sh.GULIYEVA 

 

SUMMARY 

 

Samad Vurgun’s creative activity plays prominent roles in the poetry of 20s-30s. 

In 1924 he made his first steps into the world of literature with his poems. Later in 30s-

40s, the poet drew the readers’ attention with his prominent works. 



The author studies S.Vurgun’s poems dedicated to nature. 

 

Key words: poet, nature, elegant, theme, native 

26 

Yüklə 64,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə