İBTİDAİ İcma quruluşU


  Qoyluhisar döyüşü. Ağqoyunluların osmanlı qoşununa ciddi zərbə vurması  1461



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə16/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   12   13   14   15   16   17   18   19   ...   61

1461 

Qoyluhisar döyüşü. Ağqoyunluların osmanlı qoşununa ciddi zərbə vurması 



1461 

Ağqoyunlularla osmanlılar arasında Yassıçəmən müqaviləsinin imzalanması 



1461   15 avqust 

Osmanlıların  Trabzonu  fəth  etməsi.  Trabzonun  fəth  edilməsi  nəticəsində  Qara  dənizdə  Genuya  ilə  əlaqə 

yaradan mühüm ticarət mərkəzi süqut etdi, Ağqoyunlu dövləti müttəfiqini və Qara dənizə yeganə çıxış yolunu 

itirdi və Ağqoyunlu - Osmanlı münasibətləri yenidən kəskinləşdi 



1463-1472 

Venetsiya-Osmanlı müharibəsi 



1464 

Venetsiya hökumətinin Uzun Həsənin sarayına birinci dəfə diplomat göndərməsi 



1468 

Uzun Həsənin Cənubi Azərbaycanı və Qarabağı ələ kecirməsi. Ağqoyunlu dövlətinin əsasının qoyulması 



1468-1501/1503 

Ağqoyunlu dövlətinin mövcud olması 



1468 

Teymuri hökmdarı Əbu Səidin  Ağqoyunlulara qarşı müharibəyə başlaması 



1468-1469 

Teymuri Əbu Səidin Azərbaycana hücumu. Uzun Həsənin Teymuri Əbu Səidin qoşunlarını məğlub etməsi 



1472 

Katerino Zenonun başçılığı ilə bir neçə Venetsiya diplonatının Təbrizə gəlməsi 



1472-1473 

Ağqoyunlu-Osmanlı müharibəsi 



1472  yazı 

Ağqoyunluların  Mirzə  Yusif  xanın  başçılığı  ilə  Ərzincandan  Qaraman  istiqamətində  osmanlılar  üzərinə 

hücuma keçməsi və Ağqoyunluların qələbə çalaraq Aralıq dənizinin sahillərinə çıxması 

1472  avqust 

Beyşehir döyüşü. II Sultan Mehmedin oğlu Mustafanin başçılıq etdiyi osmanlı qoşununun Ağqoyunlu süvari 

qüvvələrini məğlub etməsi 

1473  1 avqust 

Malatiya döyüşü. Ağqoyunluların  osmanlıları məğlub etməsi 



1473  11 avqust  

Otluqbeli (Tərcan) döyüşü. Osmanlıların ağqoyunluları məğlub etməsi 



1474  aprel 

Kürdlərin Venetsiya diplomatı İosaft Barbaronu və Ağqoyunlu elçilərini qarət etməsi 



1474  may 

Uzun Həsənin böyük oğlu Uğurlu Məhəmmədin Şirazda mərkəzi hakimiyyətə qarşı qiyam qaldırması 



1474-1477 

Uzun Həsənin Gürcüstana iki dəfə yürüş etməsi. Yürüş nəticəsində Tiflis və Qori, həmçinin ölkənin çox hissəsi 

Ağqoyunlular  tərəfindən  tutuldu.  Uzun  Həsənin  Gürcü  hakimi  VI  Baqratla  bağladığı  sülhün  şərtinə  əsasən 

Tiflis də daxil omaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü 



1475 

Moskva knyazı III İvanın xüsusi elçisi Marko Rossonu Uzun Həsənin sarayına göndərməsi 



1478-1490 

Sultan Yaqubun hakimiyyəti. Yaqub Mirzə hakimiyyəti dövründə Şirvanla dostluq əlaqələri saxladı, hətta  bu 

əlaqələri  daha  da  möhkəmləndirdi,  lakin  atasının  Səfəvilərin  Ərdəbil  hakimiyyətinə  olan  müsbət  meylini 

qoruyub saxlaya bilmədi 



1483 

Sultan Yaqub tərəfindən Təbrizdə “Həşt-behşit” saray kompleksinin inşa edilməsi 



1484 

Maku şəhərinin Sofi kəndi yaxınlığında Topal Əhmədin başçılığı ilə kəndli çıxışı baş verməsi 



1484 

Qarabulaq  kəndi  yaxınlığında  döyüş.  Döyüş  nəticəsində  Ağqoyunlu  Sultan  Yaqub  Topal  Əhmədi  məğlub 

edərək kəndli çıxışını yatırdı 

1490-1492 

Baysunqurun hakimiyyəti 



1491 

Van döyüşü.  Döyüş  nəticəsində Sufi  Xəlil  məğlub  oldu  və  Bicanoğlu hakimiyyəti  ələ  aldı.  Lakin  Bicanoğlu 

Sultan Baysunqura toxunmayıb dövləti onun adından idarə etməyə başladı 

1492  may 

Bərdə  döyüşü.  Döyüş  nəticəsində  Bicanoğlu  və  Baysunqur  Rüstəm  Mirzəyə  məğlub  oldular,  Rüstəm  Mirzə 

qələbədən sonra Təbrizdə Ağqoyunlu taxtında oturdu 

1492-1497 

Rüstəm Mirzənin hakimiyyəti 



1492  sonları 

Bərdə və Gəncə arasında döyüş. Baysunqur, babası Fərrux Yasarın köməyi ilə Rüstəm Mirzəyə qarşı döyüşsə 

də məğlub oldu. Döyüşdən sonra Rüstəm Mirzə Şirvana daxil olaraq oranı qarət etdi 

1493 

Əhər  döyüşü.  Döyüş  nəticəsində  Sultanəli  ilə  Ağqoyunlu  Rüstəm  Mirzə  Baysunqur  və  onun  müttəfiqlərini 

məğlub etdi, Baysunqur isə döyüşdə öldürüldü 

1496  ortaları 

Sultaniyyə döyüşü. Gödək Əhmədin Ağqoyunlu qüvvələrini darmadağın etməsi 



1496  sonları 

Naxçıvan  döyüşü.  Gödək  Əhmədin  Rüstəm  Mirzənin  əsas  qüvvələrini  məğlub  edərək  Ağqoyunlu  taxtını  ələ 

keçirməsi 

1497 əvvəlləri 

Gödək  Əhmədin  Təbrizə  gələrək    Ağqoyunlu  dövlətində  hakimiyyəti  ələ  alması.  Gödək  Əhməd  hakimiyyəti 

dövründə  əhaliyə  arxalanaraq  hərbi  əyanların  müqavimətini  qırmağa  cəhd  göstərdi,  ara  müharibələrinə  son 

qoymağa  çalışdı,  Ağqoyunlu  dövlətini  möhkəmləndirmək  üçün  səy  göstərdi,  vergi  islahatı  keçirdi.  Gödək 

Əhmədin vergi islahatına əsasən şəriətdə göstərilməyən 20-yə qədər vergi və mükəlləfiyyət  ləğv edildi. Gödək 

Əhmədin  daxili  siyasəti  Əbih  Sultan  başda  olmaqla  bəzi  əyanların  narazılığına  səbəb  oldu,  İran  İraqında  və 

Fars vilayətində bəzi əmirlər qiyamlar qaldırdılar 

1497  13 dekabr 

İsfahan döyüşü. Gödək Əhmədin qiyamçılar tərəfindən məğlub edilərək öldürülməsi 



1497 

Ağqoyunlu dövlətində ikihakimiyyətliliyin yaranması 



1497-1501 

Yaqub Mirzənin hakimiyyəti 



1497-1503 

Murad Mirzənin hakimiyyəti 



1500 

Əbhər sazişi. Sazişin şərtlərinə əsasən Ağqoyunlu dövləti şahzadə Murad Mirzə ilə Əlvənd Mirzə arasında iki 

yerə  bölündü,  bütün  Ərəb  İraqı,  Fars  və  Kirman  Murad  Mirzəyə  keçdi,  Qızılüzən  çayı  sərhədd  olmaqla 

Diyarbəkir, Kürdən Cənubdakı Azərbaycan torpaqları və Qarabağ Ağqoyunlu Əlvənd Mirzəyə verildi. Əbhər 

sülhü nəticəsində Ağqoyunlu dövləti iki yerə parçalandı, dövlətin hərbi qüdrəti sarsıldı və süqutu sürətləndi 

1501 

Şərur  döyüşü.  İsmayil  Mirzənin  başçılığı  ilə  qızılbaşların  Ağqoyunlu  Əlvənd  Mirzəni  məğlub  edərək 

Ağqoyunluların birinci qolunu süquta uğratması 

1503  21 iyun 

Almaqulağı  döyüşü.  İsmayil  Mirzənin  başçılığı  ilə  qızılbaşların  Ağqoyunlu  Murad  Mirzəni  məğlub  edərək 

Ağqoyunluların ikinci qolunu və Ağqoyunlu dövlətinisüquta uğratması 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə