İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə18/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   14   15   16   17   18   19   20   21   ...   61

1548 

Həmədan  döyüşü.  Döyüşdə  Əlqas  Mirzənin  qoşunu  darmadağın  edildi,  özü  isə  əsir  alınaraq    Qəhqəhə 

qalasındakı zindana salındı və bir il sonra orada öldürüldü 

1548 

II Xəlilullahın oğlu  Bürhan Mirzənin Şirvanda Səfəvilər əleyhinə qiyam qaldırması 



1548 

Şah I Təhmasibin Qarabağdan Sevindik bəy Əfşarı Şəkiyə yürüşə göndərməsi 



1549 

Əlişaban  döyüşü.  Döyüş  nəticəsində  Abdulla  xan  Ustaclının  başçılığı  ilə  qızılbaşlar  Şirvan  qiyamçılarını 

məğlubiyyətə uğratdı və Bürhan Mirzə öldürüldü. Bundan sonra Abdulla xan Ustaclı Şirvan bəylərbəyi təyin 

olundu 


1551 

Səfəvi  qoşununun  Şəkiyə  yürüşü.    Səfəvi  qoşununun  Şəkiyə  yürüşü  nəticəsində  Şəki  uğrunda  mübarizə 

Səfəvilərin qələbəsi  ilə başa çatdı, Şəki vilayəti Səfəvilərin tabeliyinə keçdi, Toygünü bəy Qacar  Şəkinin ilk 

qızılbaş hakimi təyin edildi, Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi prosesi başa çatdı 



1552 

Şah  I  Təhmasibin  osmanlılara  qarşı  müdafiədən  fəal  hücum  əməliyyatlarına  keçməsi.  Buna  Ərzurumdakı 

Osmanlı  hakimi  İsgəndər  paşanın  Xoy  və  Çuxursəd  bölgələrinə  basqınları  səbəb  olmuşdur.  Lakin,  Ərzurum 

qalası yaxınlığında döyüşdə osmanlılar qızılbaşlar tərəfindən məğlub edildilər. Bu əks hücum nəticəsində Hilat

Van, Bitlis, Vostan və  Ərçişdə osmanlılar darmadağın edildi, qızılbaşlar xeyli qənimətlə geri döndülər 

1554   

Sultan I Süleymanın Azərbaycana dördüncü  yürüşü 



1554   

Buğurd qalası ətrafında döyüş. Osmanlı qoşununun darmadağın edilməsi 



1554   

Gülüstan  qalası  yaxınlığında  döyüş.  Döyüşdə  Şirvan  bəylərbəyi  Abdulla  xan  Ustaclı  Qasım  Mirzənin 

tərəfdarlarını məğlub etdi, Qasım Mirzə isə Gürcüstana və oradan Osmanlı ərazisinə qaçdı 

1555 

Şah I Təhmasibin paytaxtı Təbrizdən Qəzvinə köçürməsi 



1555  29-may 

I  Səfəvi-Osmanlı  müharibəsinin  başa  çatması.  Amasiya  sülhü.  Sülhün  şərtlərinə  əsasən  Qərbi  Gürcüstan, 

Osmanlıların ixtiyarına keçdi, Gürcüstanın Şərq vilayətləri isə Səfəvilərdə qaldı 

1562 

Moskva şirkətinin nümayəndəsi A.Cenkinsonu Azərbaycana göndərməsi 



1565 

Şah I Təhmasibin sənətkarlardan və tacirlərdən alınan tamğa vergisini ləğv etməsi 



1572-1573 

Təbrizdə  Şah  I  Təhmasibin  hakimiyyətinə  qarşı  xalq  üsyanı  baş  verməsi.  Üsyanın  səbəbi  ağır  vergi  və 

mükəlləfiyyətlər, Şah I Təhmasibin siyasəti və qızılbaş feodallarının zülmü idi. Üsyan Söhrab bəy tərəfindən 

yatırılsa da  şah bəzi güzəştlərə gedərək şəhər sənətkarlarından alınan vergini azaltdı, Təbriz şəhəri bütün divan 

vergilərindən azad edildi və vergi toxunulmazlığı hüququ aldı  

1576 

Şah  I  Təhmasibin  oğulları  Məhəmməd  Mirzə,  İsmayıl  Mirzə  və  Heydər  Mirzə  arasında  hakimiyyət  uğrunda 

mübarizə getməsi. Mübarizə İsmayıl Mirzənin (II İsmayılın) qələbəsi ilə nəticələndi 

1576-1577 

Şah II İsmayılın hakimiyyəti 



1577 

Səfəvilər  dövlətində  saray  çevrilişi.  Saray  çevrilişi  nəticəsində  II  İsmayıl  suiqəsd  nəticəsində  öldürüldü  və 

Səfəvilər  dövlətində  ikihakimiyyətlilik  yarandı:    Qəzvində  I  Təhmasibin  qızı  Pərixan  xanım,  digər  tərəfdən 

Məhəmməd Mirzə (Məhəmməd Xudabəndə) hakimiyyəti ələ almağa çalışdı

 

1577 

Kürd  qiyamı.  Osmanlının  Van  hakimi  Xosrov  paşanın  kürd  tayfalarının  qiyamını  qaldırması.  Kürd  qiyamı 

nəticəsində  üsyançılar  Urmiya,  Xoy  və  Salması  ələ  keçirdilər,  Səfəvilərin  Xoy  və  Slamas  hakimi  Mahmud 

Sultan Rumlu həlak oldu, qızılbaş türkmən tayfasının başçısı Əmir xan üsyançılarla döyüşdə məğlub oldu və 

Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsinin başlaması üçün üçün bəhanə yarandı 

1578-1587 

Şah  Məhəmməd  Xudabəndənin  hakimiyyəti.  Xudabəndə  hakimiyyətə  gəldikdən  sonra  ilk  növbədə  öz 

düşmənlərini saraydan uzaqlaşdırdı, bacısı Pərixan xanımı edam etdirdi. Xudabəndənin hakimiyyəti dövründə 

Məhdi  Ulya  “dövlət  işlərini”  öz  əlinə  aldı  və  Ali  divanın  vəkili  vəzifəsinə  qədər  yüksəldi,  Səfəvilər  dövləti 

daha  da  zəiflədi,  qızılbaş  əmirləri  arasında  mübarizə  başladı,  bir  neçə  nüfuzlu  əmir  dövləti  öz  aralarında 

bölüşdürdü, dövlət xəzinəsi boşaldı, osmanlılar yenidən öz işğalçılıq yürüşlərinə başladılar 



1578-1590 

II Səfəvi-Osmanlı müharibəsi dövrü 



1578 

Osmanlı sultanı  III Muradın (1574-1595) Mustafa Lələ  paşanın başçılığı  altında Gürcüstana və Azərbaycana 

qoşun göndərməsi 

1578  avqust 

Mustafa  Lələ paşanın başçılığı  ilə osmanlıların Axalsıxı, Kaxetiyanı, Tiflisi,  Qorini  və Şirvanı  ələ keçirməsi. 

Şirvan  ərazisi  Osmanlılar  tərəfindən  tutulduqdan  sonra  Azərbaycan  ərazisində  Osmanlı  hərbi-inzibati  üsulu 

yaradıldı, Şirvan hər biri sancaqlıqlardan ibarət olan Şamaxı və Dərbənd bəylərbəyiliklərinə  bölündü; Osmanlı 

hakimi Özdəmir oğlu Osman paşa Şirvan hakimi təyin olundu. Osman paşa Dərbəndi özünə iqamətgah seçdi 

1578  9 avqust 

Çıldır  döyüşü.  Döyüş  nəticəsində  Qarabağ  bəylərbəyi  İmamqulu  xanın  başçılığı  ilə  qızılbaşlar  osmanlılara 

məğlub olaraq Qarabağa çəkildilər və qızılbaşların nüfuzlu başçıları həlak oldu 

1578  sentyabr 

Qanıx (Alazan) döyüşü. Döyüş nəticəsində osmanlı ordusu böyük itki  verdi, qızılbaşlar  isə xeyli qənimət  və 

əsir əldə etdilər 

1578 

Tiflis yaxınlığında döyüş. İmamqulu xanın Mustafa Lələ paşanın üzərinə qəfil hücum edərək  20 min nəfərlik 

osmanlı ordusunu məğlub edərək xeyli qənimət ələ keçirməsi 

1578 

Krım türklərinin Azərbaycana birinci yürüşü.  Yürüş  nəticəsində  Krım xanı  Adil Gərayın 12 minlik qoşunu 

darmadağın edildi və Adil Gəray əsir düşdü 

1578  28 noyabr 

Mollahəsənli döyüşü. Döyüş nəticəsində Krım xanı Adil Gərayın 12 minlik qoşunu darmadağın edildi və Adil 

Gəray əsir düşdü, səfəvilər parlaq qələbə qazanaraq Şamaxını ələ keçirdilər və Şabrana kimi irəlilədilər 

1579 

Məhəmməd  Gərayın  başçılığı  ilə    Krım  türklərinin    Azərbaycana  ikinci  yürüşü.  İkinci  yürüş  nəticəsində 

Məhəmməd Gərayın başçılığı ilə Krım tatarları  Şamaxını, Bakını və Qızılağaca qədər Azərbaycan ərazilərini 

qarət edərək ölkəni tərk etdilər 



1580 

Sultan III Muradın Sinan paşanı orduya komandan təyin edərək Azərbaycana göndərməsi 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə