İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə2/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   2   3   4   5   6   7   8   9   ...   61

böyük tayfa ittifaqlarında birləşdi, tayfa başçıları  icmaya  məxsus  əmlakın çox hissəsini  mənimsəməyə,  vəfat 

edərkən zəngin ev əşyaları və silahları ilə  birlikdə dəfn olunmağa başlandı, iri yaşayış  məskənləri  olan ilkin 

şəhər mərkəzləri yarandı, Naxçıvan və Urmiya bölgəsindəki bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər  

mərkəzləri səviyyəsinə qədər yüksəldi. Orta Tunc dövrünün ilkin şəhər tipli yaşayış məskənləri Naxçıvanda II 

Kültəpə, Oğlanqala, Urmiya sahilində Göytəpə, Qarabağda Üzərliktəpə düşərgələri əsasında öyrənilmişdir. 

3500 il bundan əvvəl 

Naxçıvan şəhərinin əsasının qoyulması. 



e.ə II m.sonu – I m.əvvəli  Azərbaycanın şimalında ibtidai icma quruluşunun dağılmasının sürətlənməsi. 

e.ə XIV- VIII əsrlər 

Son Tunc və Erkən Dəmir dövrü. Bu dövrdə siklopik qalalar meydana gəldi, yaşayış məskənlərinin ətrafına qalın 

müdafiə  divarları  çəkildi,  atdan  minik  və  qoşqu    vasitəsi,  dəvədən  minik  vasitəsi  və  yük  daşınmasında  geniş 

istifadə  edildi,  ata  sitayiş  ayini  meydana  gəldi,  taxıl  tunc  və  dəmir  oraqlarla  biçilirdi,  bağçılıq,  bostançılıq, 

üzümçülük və şərabçılıq daha da inkişaf etdi, saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından 

geniş istifadə olunmağa başlanıldı, Üçüncü ictimai əmək bölgüsü nəticəsində - sənətkarların içərisindən sənətkar-

tacirlər  qrupu  ayrılaraq  peşəkar  tacirlərə  çevrildilər,  tayfa  başçılarının  hakimiyyəti  qüvvətləndi  və  onların 

şəxsiyyəti ilahiləşdirildi, təbiət və səma cisimlərinə (Günəşə, Aya, ulduza) inam dərin kök saldı, Azərbaycan Ön 

Asiya,  Yaxın  Şərq,  xüsusilə  Assuriya  ilə  geniş  ticarət  əlaqələri  saxladı.  Bu  dövrdə  ibtidai  icma  quruluşu 

dağılmağa başladı. 



e.ə VII əsr 

Azərbaycanda dəmirdən geniş istifadə olunmağa başlanılması. 

 

 

 



 

İLK TAYFA BİRLİKLƏRİ VƏ ERKƏN DÖVLƏT QURUMLARI 

 

e.ə III minillik 

Azərbaycanın cənubunda erkən dövlət qurumlarının meydana gəlməsi. 

e.ə III minilliyin I yarısı 

Aratta dövlət qurumunun mövcud olması. 



e.ə III-II minilliklər 

Azərbaycanın  cənubunda  Urmiya  gölü  ətrafında  lullubi,  kuti,  su,  turriki,  Arazdan  şimalda  isə  naxç  və  gərgər 

tayfalarının yaşaması. 

e.ə III minilliyin II yarısı 

Lullubi tayfa ittifaqının mövcud olması. Lullubilər Ön Asiyada igid və cəsur döyüşçü kimi tanınmış, hurri və het 

dövlət  idarələrində  işə  cəlb  olunmuş,  muzdlu  döyüşçü  kimi  orduda  xidmət  etmiş,  Akkad  dövlətinin  işğalçı 

siyasətinə qarşı ittifaq yaratmışdılar. 



e.ə XXIII– XXII əsrlər 

Urmiya gölünün cənubunda Lullubi dövlət qurumlarının meydana gəlməsi. 



e.ə III minilliyin II yarısı 

Urmiya  gölünün  cənub-qərbində  Kuti  dövlət  qurumunun  meydana  gəlməsi.  Kuti  dövlətinin  sərhədləri  şimalda 

Urmiya gölünün qərbindən cənubda İran körfəzinə çatırdı. 

e.ə XXII əsr 

Kutilərin Mesopotamiyaya hücum etməsi. Akkad dövlətinin süquta uğradılması və kutilərin Mesopotamiyada 100 

illik  hakimiyyətinin başlanması.

 

e.ə XXII əsrin sonları  

Uruk  şəhərində  Kuti  hökmdarı  Tirikana  qarşı  üsyan  baş  verməsi.  Üsyan  nəticəsində  kutilərin  Mesopotamiyada 

100 illik hakimiyyətinə son qoyuldu və Mesopotamiyada III Ur Şumer sülaləsinin hökmüranlığı bərqərar oldu. 



e.ə III minilliyin sonları 

Kuti və Lullubi dövlət qurumlarının süquta uğrayaraq xırda vilayətlərə parçalanması. 



e.ə III minilliyin sonları 

Turukki tayfalarının Şuşarra vilayətini tutması. 



e.ə 2003 

Su tayfalarının III Ur sülaləsini devirməsi və Su ölkəsinin müstəqil olması. 



e.ə II minilliyin əvvəlləri 

Kuti, lullubi və turikkilərin yeni tayfa birliyi yaratması. 



e.ə II minillik 

Turukki, lullubi, kuti və şubar tayfalarının Assuriyaya qarşı üsyan qaldırması. 

 

 

MANNA DÖVLƏTİ 

 

e.ə III minillik 

Manna ərazisində ilk dövlət qurumlarının meydana gəlməsi. 



e.ə II minillik 

Manna ərazisində yerli  türkdilli etnosların yaşaması. 



e.ə I minilliyin əvvəlləri 

Urmiya gölü ətrafında mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün əlverişli şəraitin yaranması. 



e.ə 843 

III Salmanasarın mixi yazılı kitabəsində ilk dəfə Manna adına rast gəlinməsi. 



e.ə IX əsrin əvvəlləri 

Manna vilayətlərinin ayrı ayrı hakimlər tərəfindən idarə olunması. Zamua Mannanın əsas hissəsini təşkil etmiş və 

əvvəllər lullubi ölkəsi olmuşdu. Gizilbunda Manna ilə Midiya arasında sərhəd vilayəti idi. Subi vilayəti öz atları 

ilə fərqlənirdi. Bara vilayətində isə hökmdar sürüləri saxlanılırdı. 



e.ə IX əsr  

Urmiya gölü ətrafında mərkəzləşmiş Manna dövlətinin yaranması. 



e.ə IX-VIII əsrlər 

Urmiya gölü ətrafında Mannanın güclü dövlətə çevrilməsi. 



e.ə VIII əsrin I yarısı 

Assuriya hökmdarı III Tiqlatpalasarın Manna və başqa ölkələrdə təsirini artırmaq üçün Urartu ilə vuruşması. III 

Tiqlatpalasarın Mannanın Mazamua vilayətini tutaraq Assuriyaya birləşdirməsi və bir sıra tayfaları başqa əraziyə 

köçürməsi. 



e.ə 740-719 

İranzunun  hakimiyyəti.  İranzunun  hakimiyyəti  dövründə    Manna  Urmiya  gölü  hövzəsində  qüdrətli  dövlətə 

çevrildi,  İzurtu  paytaxt  şəhəri  oldu,  Assuriyanın  Urartuya  qarşı  müharibələrindən  istifadə  edərək  mərkəzləşmə 

siyasəti  yürütdü,  Urartunun  işğal  etdiyi  Manna  torpaqlarını  geri  qaytardı,  Manna  vilayətlərini  mərkəzi 

hakimiyyətə tabe etdi, ölkədə canişinlik sistemi yaratdı və canişinləri mərkəzi hakimiyyətdən asılı vəziyyətə saldı, 

xarici siyasətdə Assuriya ilə ittifaqa və müttəfiqliyə meyl etdi və onun siyasi üstünlüyünü tanıdı, Mannanın ərazisi 

şimalda Araz çayına çatdı, Manna cənubda və cənub şərqdə Kassi ölkəsi, Parsua və Midiya ilə həmsərhədd oldu. 



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə