İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə20/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   16   17   18   19   20   21   22   23   ...   61

siyasətini  həyata  keçirməsi.    Şah  fərmanına  uyğun  olaraq  Naxçıvan,  İrəvan,  Culfa  şəhərinin  yandırılaraq 

əhalisinin zor gücünə İsfahana, Mazandarana və İranın digər vilayətlərinə köçürüldü 



1605 

Ciqaloğlu Sinan paşanın ordusunun ikinci dəfə Azərbaycana yürüşə başlaması 



1606 

I Şah Abbasın Gəncəni osmanlılardan azad etməsi 



1607 

Bakı  və    Dərbənd  əhalisinin  osmanlılara  qarşı  üsyan  qaldırması.  Dərbənddə  üsyan  nəticəsində  Osmanlı 

hakimiyyətinə  son  qoyuldu.  I  Şah  Abbas  göstərdikləri  şücaətə  görə  Dərbənd  əhalisini  bütün  dövlət 

vergilərindən azad etdi 



1607  iyun 

Səfəvilərin Şamaxını azad etməsi və Zülfüqar xanın Şirvana hakim təyin olunması 



1603-1607 

III    Səfəvi-Osmanlı  müharibəsinin  birinci  mərhələsi.  Müharibənin  birinci  mərhələsi  Səfəvilərin  qələbəsi  ilə 

başa çatdı, Osmanlı qoşunu Azərbaycandan tamamilə çıxarıldı, Azərbaycanın bütün ərazisi , Şəqri Gürcüstan 

və qismən Dağıstan Səfəvilər dövlətinin tərkibinə qatıldı 



1610 

Hacı  Məhəmməd  və  Qara  Səidin  başçılığı  ilə  Cəlalilərin  bir  hissəsinin  Səfəvilər  dövlətinin  sərhədlərini  tərk 

etməsi. Cəlalilərin bir hissəsinin Səfəvilər dövlətinin sərhədlərini tərk etməsinin səbəbi  I Şah Abbasa xidmət 

edən sıravi cəlalilər və onların dəsdə başçılarının şahdan gözlədikləri imtiyazı əldə edə bilməməsi idi 



1612  17 oktyabr 

Sərab  sülhü.  Sülhün  şərtlərinə  əsasən  1555-ci  il  Amasiya  sülhünün  şərtləri  bərpa  olundu,  Osmanlı  dövləti 

Azərbaycan,  Şərqi  Gürcüstan,  habelə  Şərqi  Anadolunun  Səfəvi  dövlətinə  mənsub  olmasını  tanıdı,    Səfəvilər 

rusların tikdiyi Terek qalasının dağıdılması barədə sultanın əmrinə mane olmamalı idilər 



1613  oktyabr 

I Şah Abbasın Şimali Qafqaz xalqlarını itaətə gətirmək üçün Azərbaycanın şimal vilayətlərinə və Gürcüstana 

yürüş etməsi 

1615-1616 

Gəncə yaxınlığındakı Dəngi vilayətinin kəndlilərinin və Məlik Pirinin başçılığı ilə Şirvanda Səfəvilər əleyhinə 

üsyan baş verməsi 

1616-1618 

IV Səfəvi-Osmanlı müharibəsi dövrü 



1618 

Gəray xanın başçılığı ilə Krım türklərinin Azərbaycana yürüş etməsi 



1618 

Sınıq körpü döyüşü.  Döyüş nəticəsində osmanlılar səfəvilərə məğlub olaraq  geri çəkildi 



1618  sentyabr 

Mərənd sülhü. IV  Səfəvi-Osmanlı müharibəsinin başa çatması 



1622-1623 

I Şah Abbasın 1618-ci il sülhünü pozaraq Bağdadla birlikdə İraqı ələ keçirməsi 



1622-1639 

V Səfəvi-Osmanlı müharibəsi dövrü. Osmanlı imperatorluğunda hərci-mərciliyin başlanması XVII əsrin 20-ci 

illərində səfəvilərin osmanlılarla müharibəyə başlamasına imkan verdi 

1629-1642 

Şah  I  Səfinin  hakimiyyəti.  Şah  I  Səfi    hakimiyyəti  dövründə  Azərbaycanın  idarəsində  xeyli  dəyişiklik  etdi, 

Rüstəm xanı Azərbaycan bəylərbəyi və  Təbriz hakimi təyin etdi, Səfəvi-Osmanlı müharibəsini uğurla davam 

etdirdi, İrəvan qalasını osmanlılardan azad etdi, Bağdad şəhəri Osmanlılar tərəfindən tutuldu, Səfəvilər dövləti 

ilə  Osmanlılar arasında Qəsri-Şirin sülhünü imzaladı  

1634 

Osmanlıların İrəvanı və Təbrizi ələ keçirməsi 



1635 

Şah I Səfinin İrəvan qalasını Osmanlılardan azad etməsi 



1638 

Bağdad şəhərinin Osmanlılar tərəfindən tutulması 



1639  17 may 

  Qəsri-Şirin sülhü. Sülhün şərtlərinə əsasən Səfəvi-Osmanlı müharibəsinə son qoyuldu, Ərəb İraqı osmanlılarda, 

Zəncir  qalasından  şərqdəki  torpaqlar  Səfəvilərdə  qaldı,  Səfəvilər  Van  və  Qars  qalalarına,  həmçinin  Ahalsıxa 

hücüm etməyəcəklərinə dair təminat verdilər. Qəsri-Şirin sülhü ilə 1555-ci il Amasiya sülhünün şərtləri  təsdiq 

olundu 


1642-1666 

Şah  II  Abbasın  hakimiyyəti.  Şah  II  Abbasın  dövründə  Səfəvilər  dövlətinin  Rusiya  ilə  ticarət  əlaqələri 

genişləndi,  Rusiya  Xəzər  dənizi  hövzəsində  möhkəmlənməyə  can  atdı,  rusların  Şimali  Qafqazda    qalalar  

tikdirməsinə  mane  olmaq    məqsədilə  xüsusi  fərman  verildi,  Rusiya  ilə  Səfəvilər  dövləti  arasında  sərhədd 

toqquşması baş verdi, şah fərmanı ilə cüftbaşı vergisi soyurqal torpaqlarından alınmadı 

1647 

Kazakların Fərəhabad taciri Hacı Bağırı qarət etməsi  



1653 

  Səfəvi hərbi hissələri ilə ruslar arasında toqquşma baş verməsi 

1653-1662 

  Səfəvi-Rusiya  münaqişəsi.  Rusiyanın  Şimali  Qafqazda  qalalar  tikdirməyə  başlaması  Səfəvi-Rusiya 

münaqişəsinə səbəb olmuşdu 

XVII əsrin ortaları 

Səyyah Şardenin İrəvanda, xan sarayında üçhissəli tamaşaya baxması və onu “Şərqin operası” adlandırması 



1667 4 yanvar 

 

Şamaxıda  zəlzələ baş verməsi  



1667-1694 

Şah Süleymanın hakimiyyəti. Şah Süleymanın dövründə Rusiya ilə Səfəvi dövləti arasında ticarət müqaviləsi 

bağlandı,  Rusiya  ilə  Volqa-Xəzər  yolu  vasitəsilə  ticarət  əlaqələri  genişləndi,  rus  tacirlərinə  xüsusi  ehtiram 

göstərilməsi  tapşırıldı,  Çuxursəd  vilayətində  qacar  və  bayat  tayfaları  üsyan  qaldırdı,  Xəzəryanı  vilayətlər 

S.Razinin yürüşlərinə məruz qaldı 

1667 

Səfəvi-Rusiya ticarət müqaviləsinin imzalanması. Bu müqavilə Səfəvilərin bütün hakimiyyəti dövründə ruslara 

gömrüksüz ticarət etmək hüququ, karvansaralarda və bazarlarda imtiyazlar verirdi 

1667-1668 

Stepan Razinin başçılığı ilə don kazaklarının Azərbaycana qarətçi yürüşü 



1671 

  Stepan Razinin Rusiya tərəfindən tutularaq  edam edilməsi 



1677 

    Çuxursəd  bəylərbəyiliyində  Qacar  və  Bayat  tayfalarından  olan  əsgərlərin  üsyan  qaldırması.  Çuxursəd 

bəylərbəyi  Səfiqulu  xan  üsyançılar  qarşısında  davam  gətirməyərək  qalaya  sığınmağa  məcbur  oldu.  Lakin 

tezliklə Səfəvi hökmdarı Şah Süleymanın təyin etdiyi yeni bəylərbəyi üsyanı yatırdı 

1694-1722 

  Şah  Sultan  Hüseynin  hakimiyyəti.  Şah  Sultan  Hüseynin  dövründə  feodal  özbaşınalıqları  artdı,  iri  feodallar 

müstəqilliyə can atmağa başladılar, hakimiyyətə qarşı xalq hərəkatı gücləndi, ölkədə üsyanlar başladı, Şirvanda  




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə