İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə22/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   18   19   20   21   22   23   24   25   ...   61

1723  oktyabr 

Osmanlı qoşununun Gəncəyə uğursuz hücum etməsi 



1724  may-avqust   

Cənubi Qafqazda yaşayan ermənilərin I Pyotra məktubla müraciət etməsi 



1724  12 iyul 

İstanbul  müqaviləsinin  imzalanması.  Rusiya  ilə  osmanlılar  arasında  imzalanan  müqavilənin  şərtlərinə  əsasən 

Osmanlı  dövləti  Peterburq  müqaviləsinin  şərtlərini  təsdiq    etdi,  Rusiya,  Xəzəryanı  bölgələr  istisna  olmaqla, 

bütün  Azərbaycan  ərazisinin  osmanlılara  verilməsinə  razılıq  verdi,  Şirvan  osmanlıların  himayəsi  altında 

yarımmüstəqil  xanlıq  elan  olundu,  Hacı  Davud  isə  Şirvan  xanı  təsdiq  edildi,  Şirvanın  sahilyanı  hissəsi  isə  

Rusiyanın  tabeliyinə  verildi,  Kürdən  şimaldakı    torpaqlarda  Osmanlılara  hərbi  qüvvə  saxlamağa    icazə  

verilmir, bu ərazilər yerli hakimlər tərəfindən idarə olunmalı idi 

1724  noyabr 

  I  Pyotrun  xüsusi  sərəncamla  Rumyanstevə  Şirvan  bölgəsində  ermənilərin    yerləşdirilməsi  barədə  tapşırıq 

verməsi 


1724 

Osmanlı dövlətinin Osmanlı işğal zonasına daxil olan əraziləri tutmağa başlaması 



1724  iyun 

Osmanlı  qoşunlarının  müqavimət  görmədən    İrəvan  şəhərini  tutması.  Naxçıvan,  Ordubad,  Qazax  və  Borçalı 

əhalisinin könüllü olaraq Osmanlı hakimiyyətini qəbul etməsi 

1724  yay 

  Osmanlıların Salmas, Xoy və Mərəndə  yiyələnməsi 

1724  noyabr 

  I  Pyotrun  ermənilərin  Şirvana  köçrülməsi  haqqında  xüsusi  sərəncam  imzalaması.  Sərəncamda  bildirilirdi  ki, 

əgər  erməni    xalqı    bəyəndiyi  yerdə  yaşamaq  istəsə  ona  kömək  edib    torpaq  verilməli,  şəhər  və  kəndlərdə 

sahibsiz    qalan  evlər  onların  ixtiyarına  verilməlidir.  Bundan  başqa  I  Pyotr    Rumyanstevə  tapşırmışdı  ki,  

erməniləri Xəzəryanı  əyalətlərdə  istədikləri şəhərlərdə yerləşdirmək üçün lazım  gələrsə,  yerli əhalini qovsun 



1724-1725 

  Osmanlıların Azərbaycanın qərb torpaqlarını ələ keçirməsi  

1724-1735 

  Azərbaycanın qərb torpaqlarında Osmanlı idarəçiliyi dövrü 



1725  27 iyul 

  Osmanlı qoşunlarının Abdulla Köprülü paşanın  komandanlığı altında Təbriz şəhərini tutması 

1725  avqust 

  Osmanlı sərkərdəsi Sarı Müstafa paşanın Gəncəni tutması 

1725  28 dekabr 

  Osmanlı  əsgərlərinin  osmanlı  işğal  zonasına  daxil  olmayan  Ərdəbil  şəhərini  tutması  və  şəhərin  alınması 

münasibətilə İstanbulda atəşfəşanlıq keçirilməsi 



1725-1728 

 

Osmanlı dövlətinin Cənubi Qafqazda qismən yumşaq vergi siyasəti  yeritməsi 



1726 

  Rus  imperatoru  I  Yekaterinanın    knyaz  V.Dolqorukovu    Gilana  göndərməsi.  I  Yekaterinanın    V.Dolqorukov  

Gilana göndərməkdə məqsədi Səfəvi şahı II Təhmasiblə münasibətləri qaydaya salmaq  idi 

1726 

  Lənkəran, Astara, Təngərud, Muğan, Şahsevən bölgələrinin Rusiyanın işğalı altına düşməsi 

1726 

Zəngəzurda Osmanlılar əleyhinə üsyan baş verməsi 



1727-1728 

  Osmanlıların Azərbaycanın işğal etdiyi bölgələrində əhalini siyahıya alması 

1727  12 dekabr 

  Nabur  müqaviləsi.  Rusiya  ilə  Osmanlı    sərhədinin  müəyyənləşdirilməsi  barədə    imzalanan  Nabur 

müqaviləsinin şərtlərinə  əsasən ruslar 1727-ci ildə Cavad, Salyan, Şeşpara, Rustov, 1728-ci ildə isə Quba və 

Təngəyə yiyələndilər 

1728 

Hacı  Davudun  Təngə  qalasını  ruslara  təhvil  verməkdən  boyun  qaçırması.  Bunu  Osmanlı    hakim  dairələri 

sədaqətsizlik kimi qiymətləndirərək, onu xanlıqdan uzaqlaşdırdılar.  H.Davud həbs edilib Kipr adasına sürgün 

edildi. Qazıqumuxlu Surxay xan isə Şirvan xanı təyin olundu 



1729-1731 

  Qarabağ,  Şamaxı,  Təbriz  Xaçqala,  Marağa,  Həmrud,  Ərdəbil    və  Xalxal  bölgələrində  Osmanlı  hakimiyyəti 

əleyhinə üsyanlar baş verməsi 



1730 

  II Təhmasibin osmanlılardan işğal olunmuş Səfəvi torpaqlarını geri qaytarmağı tələb etməsi. Osmanlıların rədd 

cavabı səfəvilərlə-osmanlılar arasında müharibəyə (1730-1733) səbəb oldu 



1730 

  Nadir xanın Osmanlı  dövlətinə qarşı müharibəyə başlaması 



1730 

  Nadir xanın Marağa, Ərdəbil və Təbriz şəhərlərini Osmanlılardan azad etməsi 

1730 

  Nadir xanın rus komandanlığından Xəzəryanı  əyalətləri geri qaytarmağı tələb etməsi 



1731 

  II Təhmasibin Naxçıvan və İrəvanı osmanlılardan geri almaq üçün uğursuz hərbi əməliyyatlara başlaması 

1731 

  Üçkilsə (Üçmüədzin) döyüşü. II Təhmasibin osmanlılar tərəfindən ağır  məğlubiyyətə uğradılması 

1731 

  Həmədan yaxınlığında  döyüş. Osmanlı  qoşunları üçün İsfahana  yol  açılması 

1732   16  yanvar  

Kirmanşah  sülhü.    Səfəvilərlə  osmanlılar  arasında  imzalanan  müqavilənin  şərtlərinə  əsasən  İrəvan,  Gəncə, 

Şamaxı,  Şirvan    bölgələri    osmanlılara    verildi,  Osmanlı  dövləti  Həmədan,  Kirmanşah,  Ərdəbil  və  Təbrizi 

Səfəvilərə  qaytarmağa razılıq verdi, Araz çayı bu dövlətlər  arasında sərhəd oldu 



1732   21 yanvar 

Rəşt müqaviləsi. Səfəvilərlə ruslar arasında imzalanan müqavilənin şərtlərinə əsasən Kürdən  cənubda yerləşən 

Xəzəryanı  bölgələr  Səfəvilər  dövlətinə  qaytarıldı,  Səfəvilər  dövləti  osmanlıları    Xəzəryanı  bölgələrə 

buraxmamağı öhdəsinə götürdü, Səfəvilər dövləti ərazisində  rus tacirləri  üçün  güzəştli şərtlər nəzərdə tutuldu 



1732  avqust 

  Səfəvilər  dövlətində  saray  çevrilişi  baş  verməsi.  Çevriliş  nəticəsində  Nadir  xan  II  Təhmasibi  taxtdan  salaraq 

onun oğlu Abbas Mirzəni III Abbas adı ilə şah, özünü isə onun qəyyumu elan etdi. Bu hadisədən sonra Nadir 

xan faktiki olaraq Səfəvilər dövlətinin tam səlahiyyətli hakimi oldu 

1732-1736 

  Səfəvi dövlətinin sonuncu hökmdarı Şah III Abbasın hakimiyyəti 

1733  yanvar 

  Bağdad  ətrafında döyüş. Nadir xanın Osmanlı qoşununa güclü  zərbə endirməsi 

1733  fevral 

Bağdad  müqaviləsi.  Osmanlı  qoşunlarının  komandanı  Əhməd    paşa  ilə  Nadir  xan  arasında  imzalanan 

müqavilənin  şərtlərinə  əsasən  osmanlılar  son  on  ildə  işğal    edilmiş  bütün  torpaqları  Səfəvilərə  qaytarmağı 

öhdəsinə götürdü və Azərbaycanın cənubunda hərbi əməliyyatları dayandıraraq qoşunlarını buradan çıxardı 



1734 

  Nadir xanın başçılığı ilə Şamaxının azad edilərək Şirvanda Osmanlı hökmranlığına son qoyulması 

1734 

  Nadirin əmri ilə Şamaxı şəhərinin dağıdılması və əhalisinin “Yeni Şamaxıya” (Ağsuya) köçürülməsi 

1735 

 

 

Hacı Davudun Kipr adasından Geliboluya köçürülməsi və orada vəfat etməsi 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə