İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə28/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   24   25   26   27   28   29   30   31   ...   61

 

 

 



 

LƏNKƏRAN XANLIĞI

 

 



XVIII əsrin 20-ci illəri 

Qızılağac hakimi Musa xanın  Lənkəranda hakimiyyəti ələ keçirməsi 



XVIII əsrin 30-cu illəri 

Musa xanın hakimiyyətdən əl çəkməsi və Səfəvilər nəslindən olan Seyid Abbasın Lənkəranda hakimiyyəti ələ 

alması. Nadir şah rəsmi fərmanla Seyid Abbası Lənkəranın nəsli hakimi elan etməsi 

1736  

Seyid Abbasın Nadir şahın hakimiyyətini tanıyaraq oğlu Cəmaləddin Mirzə bəyi (Qara xanı) onun xidmətinə 

göndərməsi 

1736 

Seyid Abbasın Lənkəran xanlığının mərkəzini Astaradan Lənkəran şəhərinə köçürməsi 



1747 

Cəmaləddin Mirzə bəy tərəfindən 

Lənkəran xanlığının əsasının qoyulması 

1747-1826 

Lənkəran xanlığının mövcud olması. Xanlığın ərazisi Azərbaycanın cənub-şərqi, Talış dağları, Xəzər dənizi və 

Muğan düzü arasındakı torpaqları əhatə edirdi 

1747-1786 

Lənkəran  xanlığının  banisi  Cəmaləddin  Mirzə  bəyin  hakimiyyəti.

  Cəmaləddin  Mirzə  bəy  Nadir  şahın 

ölümündən  sonra  Lənkəran  xanlığını  müstəqil  idarə  etməyə  başladı,    xanlığı    möhkəmləndirmək  üçün  daimi 

qoşun təşkil etdi, xan nəslindən  olmayanlanın torpaq sahələrini müsadirə etdi,  İran təhlükəsindən qorunmaq 

məqsədilə  Lənkəran  şəhərinin  sosial-iqtisadi  və  mədəni  həyatında  bir  sıra  dəyişiklik  etdi,  xarici  siyasətdə 

Rusiyaya meyl etdi 

1768 

Gilanlı Hidayət xanın Lənkəran xanlığına hücum etməsi.  Hücum nəticəsində Qara xan təslim oldu və Hidayət 

xana böyük xərac verdi 

1785 

Lənkəran xanlığının Quba xanlığından asılı vəziyyətə düşməsi 



1786-1813 

Lənkəran hakimi Mir Mustafa xanın hakimiyyəti. Mir Mustafa xan hakimiyyəti dövründə Sələfi Qara xan kimi 

xarici siyasətdə Rusiyaya  yaxınlaşdı, Lənkəran  xanlığı  Ağa Məhəmməd  xan Qacarın hücumuna məruz qaldı, 

Lənkəran  əhalisinin  bir  hissəsi  Sarı  adasına  köçürüldü,  Rusiya-İran  müharibəsində  Lənkəran  xanlığı  İran 

tərəfdən vuruşdu 

1788   

Gilan hakimi Hidayət xanın Salyana qədər olan əraziləri işğal etməsi 



1795 

Ağa Məhəmməd xan Qacarın Lənkəran xanlığına hücum etməsi. Bu zaman Mir Mustafa xan Lənkəran əhalisini 

Sarı  adasına  köçürüb  müdafiə  mövqeyi  tutdu  və  ona  qarşı  Rusiya  ilə  yaxınlaşmaq  üçün  öz  nümayəndəsini 

Şimali Qafqaza və Peterburqa göndərdi 

 

 

BAKI XANLIĞI 



 

XVIII əsrin 40-cı illəri 

Bakı xanlığının yaranması. 

Bakı xanlığı  Quba və Dərbənd xanlıqları kimi Azərbaycanın şimal-şərqində, Xəzər 

dənizi sahillərində yerləşirdi



 

1748-1806 

Bakı xanlığının mövcud olması 



1748-1768 

Bakı xanlığının banisi I Mirzə Məhəmməd xanın hakimiyyəti. Onun dövründə Bakı xanlığının iqtisadiyyatı 

dirçəldi və Xəzər dənizində gəmiçiliyin inkişafına xüsusi diqqət yetirildi 

1768-1784 

Bakı  hakimi 

Məlik  Məhəmmədin  hakimiyyəti.  Onun  dövründə  Bakı  xanlığı  müstəqilliyini  itirərək  Quba 

xanlığından vassal asılılığına düşdü 



1768 

Bakı xanlığının “nigah diplomatiyası” vasitəsilə Quba xanlığına birləşdirilməsi 



1784-1791 

Bakı hakimi 

II Mirzə Məhəmməd xanın hakimiyyəti. Onun dövründə Bakı xanlığı yenidən müstəqil oldu 

1789 

 

 

Bakı xanlığının Qubalı Fətəli xanın ölümündən sonra müstəqilliyini bərpa etməsi 



1792 

II  Mirzə  Məhəmməd  xanla  hakimiyyət  uğrunda  mübarizədə  Hüseynqulu  xanın qalib  gələrək  hakimiyyəti  ələ 

keçirməsi 

1792-1806 

Bakı hakimi Hüseynqulu xanın hakimiyyəti. Hüseynqulu xan hakimiyyəti dövründə Bakı xanlığını işğal etməyə 

çalışan  Rusiya  və  İran  arasında  manevr  etməyə  çalışdı  və  Rusiyaya  meyilli  siyasət  yeritdi,    V.Zubovun 

Azərbaycana yürüşü zamanı Bakı qalasının açarlarını ona təslim etdi 



1793  19 aprel 

II Yekaterinanın fərmanı ilə Bakı xanlığının Rusiyanın himayəsinə keçməsi 



1796  13 iyun 

Hüseynqulu xanın Bakı qalasının   açarını  Zubova təslim etməsi 



1796   

I Pavel tərəfindən rus qoşunlarının Azərbaycandan geri çağrılması və Hüseynqulu xanın xarici siyasətdə Ağa 

Məhəmməd xan Qacara meyil etməsi 

1797 

Hüseynqulu xanın Rusiyanın himayəsindən birinci dəfə imtina etməsi 



1797 

Qacarın Şuşada öldürülməsindən sonra Hüseynqulu xanın Bakı xanlığının müstəqilliyini bərpa etməsi  



1803 

 

 

Bakı xanlığının ikinci dəfə Rusiyanın himayəsini qəbul etməsi 



1804 

 

 

Bakı xanlığının ikinci dəfə Rusiya asılılığından imtina etməsi  



1806  oktyabr 

Bakı xanlığının Rusiya tərəfindən işğal  edilərək ləğv edilməsi 

 

 

GƏNCƏ XANLIĞI 



 


1736 

Nadir xanın şah seçilməsinə qarşı çıxdıqları üçün Ziyadoğluların Gəncədən sürgün edilməsi 



XVIII əsrin ortaları 

Gəncə xanlığının yaranması. Qacar tayfasından olan Ziyadoğlular nəslinin idarə etdiyi Gəncə xanlığının ərazisi 

Murovdağ silsiləsindən Kür çayınadək olan torpaqları əhatə edirdi 

1747-1804 

Gəncə xanlığının mövcud olması 



1747-1760 

Gəncə  xanlığının  banisi  II  Şahverdi  xan  Ziyadoğlunun  hakimiyyəti.  II  Şahverdi  xan  Nadir  şahın  Gəncədəki 

qarnizonunu darmadağın etməkdə ona yardımçı olan gürcü çarı II İrakliyə bac verməyi öhdəsinə götürmüş və 

Kartli-Kaxetiya çarlığından asılılığı qəbul etmişdi 



1760-1780 

Gəncə hakimi Məhhəmmədhəsən xanın hakimiyyəti. Məhəmmədhəsən xan hakimiyyəti dövründə II Şahverdi 

xanın II İrakli qarşısında öhdəsinə götürmüş pulu verməkdən imtina etdi və Gəncə xanlığının Kartli-Kaxetiya 

asılılığına son qoydu 



1780 

Məhəmməd xanın qardaşı Məhəmmədhəsən xanı öldürdərək Gəncə xanlığında hakimiyyəti ələ keçirməsi 



1780 

Gürcü çarı II İrakli ilə İbrahimxəlil xanın Gəncə xanlığına hücum etməsi. Hücum  nəticəsində xanlığın mərkəzi 

Gəncə  şəhəri  tutuldu,  yenicə  taxta  çıxmış  Məhəmməd  xan  kor  edilərək  Şuşa  qalasına  salındı  və  Gəncə 

xanlığında ikihakimiyyətlilik yarandı 



1780-1783 

Gəncə xanlığında ikihakimiyyətlilik dövrü 



1783 

Hacı bəyin başçılığı ilə Gəncədə xalq üsyanı baş verməsi. Üsyan nəticəsində Gürcü çarı ilə Qarabağ xanlığının 

buradakı hakimləri Gəncədən qovuldular və Gəncə xanlığında ikihakimiyyətliliyə son qoyuldu 

1784  payız 

II  İraklinin  rus  polkovniki  S.Burnaşov  ilə  birlikdə  Gəncəyə  hücum  etməsi.  Lakin  Dağıstan  hakimlərinin 

köməyi ilə Gəncə xanlığı təcavüzdən xilas oldu 

1785 

Şuşa qalasında həbsdə olan Məhəmməd xanın yenidən Gəncə taxtına çıxmaq istəyinin həyata keçirməsinə mane 

olmaq üçün İbrahimxəlil xanın onu edam etdirməsi 

1785-1786 

Gəncə hakimi Rəhim xanın hakimiyyəti 



1786 

İbrahimxəlil  xanla  II  İraklinin  Gəncəy  xanlığına  yenidən  hücum  etməsi.  Lakin  müəyyən  məbləğdə  xərac 

ödəməyə razı olan Cavad xan hakimiyyətə gəldi 

1786-1804 

Gəncə hakimi Cavad xanın hakimiyyəti 



1795     

 

Cavad xanın Kartili-Kaxetiya çarlığı və Qarabağ xanlığına ödədiyi xəracı verməkdən imtina etməsi 



1795   

Cavad xanın Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumü zamanı ona qoşun və ərzaqla yardım etməsi 



1796 

Rus  generalı V.Zubovun Cənubi Qafqaza, o cümlədən Azərbaycana birinci yürüşü zamanı Cavad xanın xərac 

verərək Gəncə xanlığını xilas etməsi 

1797 

Cavad  xanın    Nadir  şahın  vaxtında  Kartli  çarlığına  verilmiş  Şəmşəddil,  Qazax  və  Borqçalı  mahallarını  geri 

alması 

1804  3 yanvar 

Sisianovun başçılığı ilə rus qoşunlarının Gəncəni işğal etməsi və Gəncə xanlığının ləğv olunması 

 

 

ŞİMAL-QƏRB CAMAATI, SULTANLIQLAR VƏ MƏLİKLİKLƏR 



 

XI-XII əsrlər 

 

Türksoyulu qazax tayfasının  Azərbaycanın şimal-qərb torpaqlarında məskunlaşması 



XVI əsrin II yarısı 

İlisu sultanlığının yaranması  



XVIII əsrin əvvəlləri 

Şəmşəddil tayfasının başçısı Səlim xanın Ahalsixini osmanlılardan  alaraq öz ərazisinə birləşdirməsi 



XVIII əsrin əvvəlləri 

Qazax tayfasının  bir hissəsinin Qarabağa köçrülməsi



 

XVIII əsrin ortaları 

Qəbələ sultanlığının yaranması 



XVIII əsrin 50-ci illəri 

Qəbələ


 sultanlığının və Car-Balakən camaatlığının Şəki xanlığından asılı vəziyyətə düşməsi 

1795 

Ərəş sultanlığının ləğv edilərək  mahal kimi Şəki xanlığına birləşdirilməsi 



XVIII əsrin sonları 

Qazax və Şəmşəddil sultanlıqlarının yaranması 



XVIII əsrin sonları 

Car-Balakən camaatlığının müəyyən müstəqillik əldə etməsi 

 

XVIII əsrin sonları 

Qəbələnin mahal kimi Şəki xanının naibləri tərəfindən idarə edilməyə başlanması 



XVIII əsrin II yarısı 

Qarabağ mahalında Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) Çiləbörd “xəmsə (beşlik) məlikliklərinin mövcud 

olması.  Dizaq  məliyi  Loridən,  Vərəndə məliyi  Şahnəzər Göyçədən, Çiləbörd məliyi  Allahqulu Mağavızdan, 

Talış məliyi Usub Şirvandan qaçaraq Qarabağa gəlmiş və Nadir şaha itaətə görə müvafiq ərazilərə məlik təyin 

edilmişdilər. Məlikliklərdən yalnız Xaçın mahalının əhalisi yerli idilər

 

 



 

AZƏRBAYCAN XIX ƏSRDƏ 

 

AZƏRBAYCAN TORPAQLARININ İŞĞALININ BAŞLANMASI (XVIII ƏSRİN SONU – XIX ƏSRİN ƏVVƏLLƏRİ) 

 

1779 

Kərim xan Zəndin vəfat etməsi və Qacarlar sülaləsinin İranda hakimiyyəti ələ alması  



1779-1925 

Qacarlar sülaləsinin İranda hakimiyyəti dövrü 



1779-1797 

 

Ağa Məhəmməd xan Qacarın hakimiyyəti dövrü 



1781 

Ağa Məhəmməd xan Qacarın Gilanı tutması 



1781-1782 

Rusiyanın  qraf  Voynoviçin  komandanlığı  altında  Xəzəryanı  bölgələrə  yürüşə  başlaması  və  bu  məqsədlə 

Həştərxandan Astarabada eskadra  göndərməsi 

1783  24 iyul 

Georgiyevsk traktatı. Gürcüstanın Rusiyanın himayəsinə  keçməsi 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə